Dünyanın
gizli tarixinin mükəmməl tədqiqat təşəbbüsü
(Conatan Blekin “Dünyanın gizli
tarixi” kitabı barədə qeydlər)
Kortes
kimi o, silahsız görüşmək təklifindən sonra
çarı oğurladı. Girovun haqqı kimi o,
otağın tavanına qədər qızıl verilməsini
tələb etdi. Bir neçə həftə ərzində
yerlilər dəstəsi qızıl lövhələri,
şamdanları və digər gözəl əl sənəti
işləri olan şeyləri gətirirdilər. Lakin otaq hələ
də dolmamışdı. İspanlar tələb etdilər
ki, sövdələşmə yalnız otağın
qızıl külçələrlə dolması ilə
yerinə yetiriləcəkdir. Onlar bütün sənət əsərlərini
əritdilər ki, otağı doldurmaq üçün daha
çox yer qalsın.
Kortesin
etdiyini labüd olaraq təkrar edən Pisarronun adamları da səbirsizlik
göstərib, Peru çarını öldürdülər.
Açıq düşmənçilik başlandı.
Pisarronun kiçik ordusu paytaxta hücum edəndə
qızıl divarları olan sarayları, qızıl mətbəx
avadanlıqlarını, qızıldan olan heykəlləri,
heyvanları və qızıl silahları gördülər.
Burada hətta ağacları, gülləri və heyvanları qızıldan düzəldilmiş süni bağ var idi. Üç yüz fut uzunluğu və altı yüz fut eni olan sahədə qarğıdalının hər birinin gövdəsi gümüşdən, qıçaları isə qızıldan düzəldilmişdi.
Yüz min attsekin Tenoçtitlan uğrunda döyüşdə öldürüldüyü güman edilir, bunun müqabilində bir ovuc konkistador həyatını itirmişdi. Belə hesab edilir ki, işğal dövründə iki milyona qədər yerli adam öldürülmüşdü. Yerlilər asan qaydada ət yeyə bilmirdilər. Avropalıların mentallığı ilə vuruşanda yerlilər onların xəyanətkarlığını öyrənib, buna uyğunlaşdılar. Ona görə də konkistadorlar da ağır itkilər verməyə başladılar.
Konkistadorlar heç vaxt El Doradonu və paytaxtın ətrafında belə zənginlikdə olan hansısa bir qızıl mənbəyi mədənini tapmadılar, Cənubi Amerikadakı qızıl ancaq Kontrreformasiyanı (XVI-XVII əsrlərdə Qərbi Avropada papalığın başçılıq etdiyi və Reformasiyaya – katolik dininin eybəcərliklərinə qarşı mübarizə hərəkatına qarşı olan dini-siyasi hərəkatı) maliyyələşdirmək üçün kifayət idi. Bu İspan inkvizisiyasına böyük ölçüdə kömək göstərirdi.
Frensis Bekon yazırdı Ki, “Təbiət sənin tələsik hərəkət etdiyin labirintdir, o səni öz yolunu itirməyə sövq edəcəkdir. Bekon, təbiətlə şahmat oynayan alim kimi yazırdı. Cavab vermək üçün o, ilk dəfə təbiəti yaşamaq yolunu tuturdu. Əgər təbiət öz sirlərini kənara bölüşməyə, hiyləgərlik etməyə möhtacdırsa, ona görə də təbiətin özü irsi olaraq aldadıcıdır, əgər bu aldatmaq deməkdirsə.
Bekon deyirdi ki, “Biliyin bu bənzər səltənətində, göylərin Allah səltənətinə nisbətən əgər bu azacıq qaydada düzgün deyilsə, heç kəs ona “ilk dəfə kiçik uşağa çevrilmək istisna olmaqla” daxil ola bilməyəcəkdir”. Bu o demək idi ki, ağılın müxtəlif və uşağabənzər vəziyyəti birincisinə çatmağa möhtacdır, bu qaydada məhz yüksək biliyə çatılmalıdır.
Frimasonluq daim dünyanın düzgün sifətini təmsil etmişdir. Anqlo-sakson lojaları öz ezoterik mənşələri barədə utancaq idilər. Frimasonluğun məqsədi həm də həsr olunmağa hazır olduqda adamı öz inkişafı səhnəsinə gətirmək üçün olan sosial şəraitlərin sürətlənməsinə kömək etməkdir. Frensis Bekon tərəfindən inkişaf etdirilən adam iç kosmosu və fərqli zahiri kosmosu görməyə başladı.
Corc Vaşinqton 1752-ci ildə frimasonluğa həsr
olundu. 1774-cü ildə Bencamin Franklin Tomas Peynlə Londonda
Lojada (Frimasonluq təşkilatının şöbəsi,
masonların toplaşma yeri) görüşdü və onu
Amerikaya mühacirət etməyə inandırdı. Peyn inqilabın böyük peyğəmbərinə
çevrildi, ştatların federasiyasını təklif edərək
ilk dəfə “Amerika Birləşmiş Ştatları”
terminini dilinə gətirmişdi. O,
quldarlığın ləğv edilməsini və
yoxsulların təhsili üçün dövlət fondu
yaradılmasını təkid edirdi. Kolumbiya
mahalındakı Vaşinqtonda tikilən Kapitolinin künc
daşını Corc Vaşinqton 1793-cü ildə qoyarkən,
icra edilən mason mərasimi bu binanın qapısında təsvir
edilmişdir. Vaşinqton xristian
dindarlığının modeli kimi astroloq idi. Frimasonların astrologiyaya marağı Royal cəmiyyətinin
bünövrəsində köklərində çox
güclü idi. Kristofer Ren və Corc
Vaşinqton kimi ezoteriklərin künc daşı qoyulanda
astroloji proporsiyalara müraciət etməsi, göy cisimləri
iyerarxiyasını həmin mərasimdə iştiraka dəvət
etmək mənasını verirdi. Bu da
xüsusi əhəmiyyət kəsb edirdi ki, Corc Vaşinqton
Kapitoli binasının bünövrə daşını
qoyanda Yupiter Şərqdə yüksəlmişdi.
Prezident Franklin Delano Ruzvelt 33-cü dərəcəli frimason
idi, ona öz vitse-prezidenti Henri Uolles tərəfindən okkult
simvolizmi barədə məsləhət verilirdi,
axırıncı isə frimason və teosofizm
ardıcılı olmaqla yanaşı, rəssam Nikolay Rerixin
şagirdi idi.
XVIII əsr
tərəqqi etdikcə Fransada “naməlum filosof” Müqəddəs
Martin öyrədirdi ki, “hər adam
kraldır”. Şevalye (cəngavər) Ramsey
1730-cu ildə Parisdəki Böyük Lojanın əsasını
qoyan şotland mülkədarı idi. O, Parisdə yeddi il sonra yeni həsr olunmalar vaxtı nitq söyləmişdi:
“Bütün dünya böyük respublika olmaqdan başqa bir
şey deyildir. Biz işıqlanmış zəkası olan
bütün adamları yenidən birləşdirmək
uğrunda mübarizə aparırıq... özü də təkcə
gözəl incəsənətə məhəbbətə
görə deyil, həm də hətta daha çox ləyaqətin,
elmin və dinin inkişaf edən prinsiplərindən
keçməklə, haradakı qardaşlıq maraqları və
bəşəriyyətin bütöv ailəsi biri digəri ilə
birləşə bilər... Və bundan irəli
gələrək bütün səltənətlərin təbəələri
biri digərini sevməyi öyrənə bilər”.
Frimasonluq bütün dünyaya yayıldı, çox
tezliklə öz sıralarına minlərlə, daha sonra isə
yüz minlərlə adamı cəlb etdi. Frimasonlar
müəyyən sosial və iqtisadi azadlıq dərəcəsində
tolerant çiçəklənən cəmiyyəti yaratmaq
üzərində işləyirlər. Şotlandiyada,
Londonda və Parisdə ona lojalar qurulduqdan sonra, XVIII əsrdə,
1760-cı illərdə frimasonlar üçün
böyük hadisə baş verdi. Bu Portuqaliya maqı Martines de Paskuallinin
yaratdığı “Elus Koenlər” (və ya “Seçilmiş
keşişlər”) ordeni idi. Müqəddəs
Martin isə onun şagirdi və varisi idi. Martinist
fəlsəfəsi bu günə qədər fransız
frimasonluğunda yüksək dərəcədə nüfuzlu
bir təlim olaraq qalır. Terror
dövründə (1793-94-cü illər) Parisdə yaşayan
Müqəddəs Martin adamlara öz mənzilinə gəlməyə
icazə verirdi, onları öz əlləri üzərində
mistik qaydada uzandırmaqla həsr olunmaya cəlb edirdi. Bu
vaxt onlar təhlükəyə məruz qalırdılar, maska
geyinirdilər ki, görüş vaxtı kim
olduqlarını digərlərindən gizlətsinlər.
Romantizm. “İşıqlananların” terroru
Kabalada isə bütün Romantizm ezoterik ənənələrdə
olan kimi dünyanın yaranması kosmik zəkadan
çıxan müxtəlif mənşələr
seriyasının şəraitlərində baş verən
kimi qəbul edilirdi. Kabalada yunan və Roma miflərində olan kimi, mənşələr
kişi və qadın kimi
düşünülürdü.
Avropa imperatorlarının şərqə doğru
genişlənməsi, digər istiqamətlərdə
keçmişi qazıb üzə çıxarmaq, Tankrit yoqa
praktikaları barədə şayiələrin
yayılmasına səbəb oldu.
Romantizmdə isə fərdi daxili həyat nəticədə
genişlənərək nəhayətsiz variantlarda geniş
kosmosa çevrildi. Məhəbbət bir kosmosun digərinə
olan məhəbbəti idi. Dərinin dərinliyə
çağırırdı. Romantizmlə
məhəbbət yeni dəbə keçdi və simfonik olana
çevrildi. Əgər adam sevirsə,
beləliklə işıqlanana çevrilir, dünya isə
kölgələrin dünyasına çevriləcəkdir. Onlar yenidən ayrıldıqda, məna, mahiyyət
dünyada şeh kimi məskunlaşacaqdır.
Bethoven öz sənətini yeni musiqinin dilini eşitməklə
tapdı, hiss edilən və ifadə edilən şeylər
heç vaxt belə şəkildə hiss və ifadə
olunmamışdı. Böyük Aleksandr ilahi qüvvə
maniyası ilə idarə olunanda, onun dühasının
dayanmaq bilməyən mənbəyi Misir və Hind ezoterik mətnlərinin
təkrar-təkrar oxumaq idi. Bethovenin isə “de Minor
Sonata”sı və “Apposionata”sı Şekspirin “Tufanı”na bərabər bir sənət nümunələri
idi. Şekspirin pyesində isə okkult
ideyaların ən dəqiq ifadəsi nəzərə
çarpır.
Siyasət məsələlərinə gələndə,
şevealye Ramsey 1730-cu ildə əsasını qoyduğu
lojalarda siyasətin müzakirəsini qadağan etmişdi, lakin
frimasonlar Avropada siyasi liderliyi əldə
saxlamışdılar. Kim ki, siyasi təsir göstərmək
istəyir, bu yolunu azma şəkilində olmalıdır.
1789-cu ildə Fransada üç yüz loja var idi,
onlardan altmış beşi Parisdə idi. Bu
günkü fransız frimasonlarının bəzilərinin
qiymətinə görə Fransada o vaxtlar yetmiş mindən
çox frimason var imiş. Danton, Demulen, Mirabo, Marat,
Robespyer, Gilyoten və digər liderlər
“işıqlanmışdılar”.
Terror
vaxtı edam olunanların sayı barədə
müxtəlif məlumatlar vardır. Sərt təbiətli və
pozulmamış hüquqşünas olan Maksimilian Robespyer
İctimai Təhlükəsizlik Komitəsinə
başçılıq edəndə, o, həm də polis
departamenti səlahiyyətini daşıyırdı, gündə
yüzlərlə adamı gilyotinaya göndərirdi, cəmi
2750 adam edam olunmuşdu. Onlardan yalnız 650-si
kübar idi, qalanları isə adi zəhmətkeş adamlar
idi. Rebespyer hətta silahdaşı Dantonu da edam etdirmişdi.
Saturn öz uşaqlarını yeyirdi.
Necə olurdu ki, ən maariflənmiş və
ağıllı adamlar, bu qan tökülməsinə
razılıq verirlər? İdealistik fəlsəfəyə
görə sonluqlar heç də mahiyyətə haqq
qazandırmırdı. Motivlər nəticəni
nə qədər gizlətsə də, ona təsir göstərməmiş
qalmırdı, Robesniyer guya vətəndaşların
haqlarını və onların əmlakını mühafizə
etmək naminə öz mənfur vəzifəsini həyata
keçirmək üçün qan tökürdü.
Mehrab qarşısında dayanan Robspyer 8 iyul 1794-cü ildəki
çıxışında dedi: “Bütöv universitet bura
toplaşmışdır... Sabah biz işə
qayıdacağıq, biz yenidən şərə və
tiranlara qarşı vuruşacağıq”
Robespyer
özünü allah elan etməyə cəhd
etdiyinə görə ittiham olunmuşdu. O, axırıncı
küncə sıxılan idi, özünü güllə atəşi
ilə öldürmək istəmişdi, ancaq zərbə
çənəsinin yarısını
dağıtmışdı. O, gilyotina olunmağa yollananda
çalışdı ki, çox sayda toplaşanlara bəlağətli
şəkildə müraciət etsin, lakin yalnız
boğula-boğula qışqıra bildi.
Napoleon yaxşı qaydada öz ulduzunun arxasınca
gedirdi.
Höte onun haqqında demişdi: “Demon hər gün bizə bələdçilik
etməyə borclu idi və hər bir hadisə baş verəndə
bizə nəyi etməyə borclu olduğumuzu deyirdi. Lakin yaxşı ruh bizi dönməyə məcbur
etdi və biz qaranlıqda əlimizlə yoxlaya-yoxlaya gedirik.
Napoleon insan idi. Demək olar
ki, işıqlanmışdı, demək olar ki, təmiz və
hər bir saatda qərar verən və dözən idi,
lazım bildiyi istənilən şeyi kifayət olan enerji ilə
yerinə yetirirdi. Onun həyatı
döyüşdən döyüşə, qələbədən
qələbəyə yarımallaha məxsus olan geniş
addımlar idi. Belə deyilməlidir ki, o, davam edən
işıqlanma vəziyyətində idi... Sonrakı
illərdə bu işıqlanma onun taleyi və yaxşı
ulduzu kimi onu tərk etmək üçün meydana
çıxdı”.
Telman Orucov
(Ardı var)
525-ci qəzet.- 2011.- 6 avqust.- S. 22.