Oralarda kimlər var: YAZAR
AİLƏLƏR
Yazar – Xanəmir Şair-
Ayişə
Bu
işin müxtəlif tərəfləri var.Bir ailədə
eyni sənət və eyni iş adamlarının öz
aralarında dil tapması və sakit günlər
yaşaması məncə bir o qədər də asan iş
deyil.Çünki ayrı-ayrı sənət sahibləri
olanda yanlışlar o saat aradan götürülə bilir.Vay
o gündən ki, bizim bu günlərin yazar ailələri
kimi olasan və işlərin də yağ kimi gedə.Ən
azından mənəvi təsəlli tapmasınız da, maddi
durum heç zaman yetər dərəcədə ola bilməyib
məncə. Bunu mən apaydın bilirəm.Amma bir-birini
başa düşmək baxımından bunun həm də zor
tərəfləri də var.Xatırlayıram : dünyaca məhşur
yazarlardan birindən soruşublar ki,sizin üçün ən
acı,ən ağır olan nədir? Deyib : ən çox ona
yanıram ki, mənim bu uzun ömrüm boyu nə işlə
məşğul olduğumu anam bilmədi.Soruşublar niyə?
Deyib : çünki mən ingilis dilində yazdım, anam isə
ingilis dilində heç bilmədi.
Şükürlər
Allaha ki, mənim bu proyektimin sahibləri nə işlə məşğuldular
özləri də bilirlər.Və düşünürəm
ki, bu yazar ailələr həm də mehriban ailələrdir.Amma
bunların da ən qorxulu tərəfi, birinin
yazısını o birisi bəyənməməsi və
inkarlığıdır.
Ailədə
3 uşaq böyüyür.
Sual
: Yuxarıdakı mənim təxminim olan “Belə mehriban ailələrdən
biri” ifadəsinə münasibətiniz?
Xanəmir:
Evdə hamımız gördün başlayırıq
“qırğına”. İRAN –TURAN söhbətləri evə gələnlərin
də xirtdəyini boğaza yığıb. Evdəki
kitabların əlindən tərpənmək mümkün
olmadığından, hələ də “ailə daxili
münaqişələr” davam edir. Bu kitabların barəsində
bircə onu deyə bilirəm ki, kitabxanamdan bəzi kitablar əl
çatan yerdə olduğundan, Alpər o kitabları “minə-minə”
böyüdü. “Kərpicləri” üst-üstə
yığıb üzərində oturmaq ona xüsusi keyf
verirdi. Bacılarını kitablarla döyürdü. Evimizdə
Alpərin silahına çevrilməyən kitab qalmayıb.
İndi məktəbə gedir deyə, bu gözəl vərdişini
bir an içərisində tərgitdi.Bizi həm də siz
dediyiniz ”mehriban ailə” eləyən, elə başa
düşürəm, zəngin kitabxanamızdır.Dilimizdə
xeyli gözəl görsənən sözlərdən biri də
“mehriban”, “mehribançılıq”, “mehriban olaq” söz və
birləşmələridir. Sövet sisteminə ən
çox işləmiş, mehribancasına xidmətini göstərmiş
sözlərimizdən biridir. Bu sözün rəsmi statusu məna
eyhamı “generallığa” qədər yüksəlmişdir.
Digər yöndən “qonşularımızla
mehribançılıq və qardaşlıq şəraitində
yaşayaraq...” kimi cümlələrdə isə, bu
sözün “xüsusi xidmətə” necə cəlb olunaraq
hansı dərəcələrə yüksəldiyini nəzərə
alsaq, onun “general” rütbəsi xeyli kiçilmiş
görünər. O söz ki, öz mənasını,
metafizik anlamını fərdi anlama, fərdi anlamdan ictimai,
ideoloji, siyasi anlama doğru göndərmirsə, hücum
çəkdirmirsə, o sözdən o dönəmdə bilmərrə,
uzaq durulması daha yeydir. Bir nəslin bir dönəm boyunca o
sözə lazımi mənasını verib işlətməməsi,
o sözə verilən ən böyük, ən ağır cəzası
sayıla bilər. Ailədə o qədər də
mehribançılığın tərəfdarı deyiləm.
Bəzən də münaqişələrin,
qarşıdurmaların, gərginliklərin də tərəfdarıyam.
Ümumiyyətlə ailədə baş verən hər
hansı qarşıdurmaya görə demək olmaz ki, bu ailə
pisdir, ya yaxşıdır. Ailə anlamında pis,
yaxşı anlayışı yoxdur. Ya ailəsən, ya da ailə
deyilsən.
Ayişə:
Mehriban sözünü ailə ilə eyni anlamlı söz
hesab edirəm.Əks halda həyat cəhənnəm
olardı. Bizdə mehribanlıq ona deyirlər ki, birinin dediyini
o biri mütləq təsdiq etməlidir.Ən gözəl
mehribanlıq əksiklərin vəhdətidir, çəkici
ayrı qaldırsan da bir yerə vurmaqdır.Biz də çəkici
məncə bir yerə vururuq, ən azından buna
çalışırıq.
Sual:
– İlk dəfə harada və nə vaxt tanış olmusuz?
Xanəmir:
“Gənclik” jurnalında bir neçə dəfə imzasız
bir neçə yazı oxumuşdum. Sonralar bu müəllifin Şərqin böyük
filosofları haqqında, o cümlədən, Bəhmənyar,
İbn Sina, Fərabi haqqında dəqiq, dolğun,
yığcam məqalələrini də oxumağa
başladım. Bu qızı çoxdan axtarsam da, bir yaz
günü tapdım. İlk dəfə gördüyümdə,
matım-qutum qurudu. Hardasa görmüşdüm. Tanış
gəlirdi.Gülməli də olsa deyim də, dəfələrlə
yuxuda gödüyüm qız idi. Əvvəl ehtiyat elədim,
fikirləşdim ki, birdən tanıdığım kimsələrin,
yaxud qohum-filan qızı ola bilər. Məlum olanda ki, deyil,
getdiyi yolda önünü kəsdim. Uzun müddət gərginlik
içində yaşasam da, hər şey sonralar geridə
qaldı...
Qadın
sevən, aşiq olan adam
deyiləm. İlk dəfə anladım
ki, başqa yolum yoxdur. Gedib təkrar-təkrar Füzulinin
“Leyli və Məcnun”u oxudum ki, bəlkə köməyimə gələ.
O da üstəlik məni lap pis günə qoydu. Camaatın qapısının ağzında
yatıb qalırdım.
Axırda çölə-bayıra
düşməmək üçün
evliliyin çıxış
yolu olduğunu başa düşdüm...
Bizi başqa
canlıların birgəliyindən
fərqləndirən, müstəsna
yerə çıxaran,
dilimizdəki ailə anlayışını ehtiva
edən evlənmək
sözüdür. Evlənmək sözü ocaq, nəsil qudsiyyətini qoruyub saxlayır. Təsadüfi deyil ki, evlənmək sözünün
digər dillərdə
qarşılığı yoxdur. Təəssüf
ki, bu gün
Avropadakı ailə əxlaq tərzi və anqlo-saksların mədəniyyəti hesabına
varlığımıza hücum
çəkən bu mazaxist ailə düşüncəsindən sonsuz
həzzlər içində
qovrulanlar az
deyil.
Ayişə: Elə bilirdim sadəcə nağıllarda,
dastanlarda olur “buta verilmək”.Öz başıma gələndə
gördüm nağıllar,
əslində, gerçəkmiş.İlk
tanışlığımız yuxuda olub.Yuxumda Xanəmiri göstərib sanki fikrimi soruşdular.
Mən onu ilk dəfə qəbul etmədim.Həm də nə bəhanə ilə olsa yaxşıdır.Dedim,
onda Sokrat alnı yoxdur, o zəkalı ola
bilməz, istəmirəm.Onu
gətirən əl eləcə də çəkib apardı.Aradan
altı-yeddi ay keçdi.
Yenə həmin yuxuyu gördüm.Amma bu dəfə onu gətirən qüvvə mənim fikrimi soruşmadı, sadəcə “taleyin budur” dedi, mənimlə
üzbəüz qoyub,
sanki onu mənə tapşırıb,
mənə verib getdi.Mən heç bir şey demədim,
ikimiz də heykəl kimi üz-üzə durduq və üç gün sonra qarşılaşdıq. Qarşılaşanda
artıq tanış
idik, daha doğrusu mən onu tanıyırdım. Tanışlığımızdan bir müddət sonra Xanəmir də məni yuxuda gördüyünü,
tanıdığını dedi.
Sual: – Ailə quranda sizə mane olan vardımı?
Xanəmir: Mənim nə
atam, nə anam bu evliliyə
heç cür razı olmurdular. Ta ki, övladlarımız dünyaya gələnə
qədər. Sonra nəvələri
aranı yavaş – yavaş yumşaltdı.Məni
nənəm böyütmüşdü.
Ailəmizdə onun bir dediyini iki eləyən
tapılmazdı. Kənddə kişiləri də qabağına qatıb qovalayardı. Dedi, nazir qızı da olsa, onu
sənə alacam. Gedib yoldaşımın ailəsi
ilə danışdı.
Hədə-qorxu gəlib, ya”terrorist”
olduğunu elan eləyib bunu bilmirəm. Onlar da mədəni
ailə. Qorxsalar da,
geri çəkilmirdilər.
Evliliyimizə razı deyildilər.
Ev yox, özüm də tələbə.
Həm də, gözdən-könüldən
uzaq bir yer- Türkiyədə yaşamaq. Hiss eləmişdilər
ki, qaçıra bilərəm. Axır çək – çevirdən
sonra sakit bir ortamda, toysuz,
nağarasız qızı
da alıb gəldim İstanbula.
Ayişə Azərbaycan Neft
Akademiyasını bitirmişdi.
İkici təhsilini Türkiyədə ilahiyyat
üzrə tamamladı.2001-ci il avqustun 22-də yerlilərimin mənə qurduqları linc məhkəməsində ən
çox səslənən
eyhamlardan biri buydu: “ El-obanı
bəyənməyib, gedib
kənardan evlənib.
Bu adam camaatı
bəyənmir.” Təbii ki,
elə deyildi. Ailə tale məsələsidir. Ərazini genişləndirmək
üçün, gərək
başqa torpaqlara da hücum edəsən,
sərhəddi böyüdəsən.
Mən də “fatehlik düşkünü” olaraq, ən azından “kəndimizin sərhəddini genişləndirmişdim”.
Ayişə: Ailə quranda başda analar olmaqla hər kəs bizə mane olmaq istəyirdi. İkimizdən başqa bizi bir yerdə
görmək istəyən
yox idi.Tanışlığımızdan
ailəyə qədər
olan zaman bir az ağır
zaman oldu.O zamanlar mən daha güclü idim.Dünya, cəmiyyət-
filan, heç bir şey mənim
öz dünyamın topuğuna belə çatmırdı.Hər kəsə,
hər şeyə qarşı gəldik.Mane olan deyirsiz, o zaman mənə elçiliyə gələn,
evlənməyimizə ən
çox tərəfdar
olan nənəsi hətta belə deyirdi. “Bala,
Xanəmirlə yaylayıb-qışlayan
bədbəxt olubdu”.Hər
kəs deməyə söz tapırdı, sadəcə bu sözlər elə yerdəcə qalırdı,
axırda özləri
yorulub əl çəkirlər.
Sual: – Hər halda siz indiki həyat
yoldaşınızla evlənəndə
bilirdiniz ki, o, da yazar dünyasının
insanıdır və
açığını deyək ki, bu jurnalist qadınlara
baxış bir az ayrı
cürdür. Ortama baxıb
bu sualı verirəm.Məntiqsiz çıxırsa
üzr istəyirəm.Mənə
elə gəlir ki, məni başa
düşərsiz.
Xanəmir: Evlənə biləcəyim
doqquz qız vardı. Onunla evləndim. Bizdə evlilik elə sən deyən “ildırım evliliyi” olmadı. Biz uzun sınaqlardan çıxandan sonra evləndik.O, təsəttürlüdür.
İndiyə kimi işləməməyinin səbəbi
bu ola
bilər. Bizdə hələ də
başına yaylıq
örtənə həqarətlə
baxılır. Deyirlər, ya
nurçusan, ya vəhabisən, ya da İrana işləyirsən.Ayişə
evdə uşaqlarla daha yaxşı ilgilənə bilir. Digər yöndən Ayşənin evdə oturub
gördüyü işlərdən biri də, türkcəyə
elədiyi uyğulamalardır. O jurnalist deyil. Mənim etiraz elədiyim bir işə, o heç
vaxt təpki gösdərməz. Hörmətlə
yanaşar.İnanmıram ki, əlində indi daha sanballı
çalışmalarını qoyub, vaxtını
beş-üç qəpiyə qurban versin. Bir
neçə kitablar üzərində işləyir. O
kitabların üzə çıxmasında bir oxucu kimi mən
də maraqlıyam.Digər tərəfdən
reallığı danmağa hacət yoxdur. Bu əxlaq
Azərbaycanda yalnız reket redaktorların formalaşdırdığı
düşüncədir. Belələrinin
çoxunu hamımız tanıyırıq. Çıxıb televiziyadan, qəzet səhifələrindən
bar-bar bağırıb təmiz sözdən, vicdandan,
kişilikdən dəm vururlar. Ancaq
“qadın jurnalistlər” düzəldib idarə müdirlərinin
yanına dilənçiliyə göndərirlər. Mən şəxsən, belələrini çox
görmüşəm. Bir dəfə bir
tanınmış şair mətbuatda qadın
yazarlarımızla bağlı kobud bir ifadə işlətmişdi.
Aradan bir həftə keçmədi ki, onun
qızının şeirləri mətbuatda çap olundu.
Təkcə qadın yazarlarımız, jurnalistlərimiz
haqqında yanlış düşüncə
formalaşmayıb. Ümumən, cəmiyyətdə yazara, şairə
qarşı bir aşağılayıcı münasibət
var. Az qalırlar bu ölkədə bir-birinə qarşı
təhqirə keçənlər bu ifadəni işlətsinlər:”
Sən şairsən da, əəə. Şairin biri şair.
Şairdən artıq deyilsən ki”.
Ayişə:
Hər kəs öz şəxsiyyət çərçivəsində
yozur.Mən insanlar haqqında kütləvi fikirlərin, sənətinə
görə dəyərləndirməyin tərəfdarı
deyiləm.Hər kəsə fərdi yanaşmaq lazımdır.
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2011.- 23 iyul.- S.23.