Azərbaycan qətiyyətli mövqe nümayiş etdirən müstəqil dövlətdir

 

"Bu gün Azərbaycan güclü, qətiyyətli mövqe nümayiş etdirən müstəqil dövlətdir. Keçdiyimiz yol, bu yolda qarşımıza çıxan maneələr müstəqillik arzusunu boğa bilmədi. Çünki Azərbaycan sadəcə sözdə azad olmadı, real işdə, dövlət quruculuğunda, müstəqillik yolunda inamla addımlayan ölkə olduğunu dünyaya nümayiş etdirdi. Ulu Öndər Heydər Əliyev dövlətin suverenliyini tam təmin edən mükəmməl siyasi kurs həyata keçirdi, Prezident İlham Əliyev onu inkişaf etdirərək, yeni uğurlara imza atdı. Milli maraqlar, demokratik dövlət vətəndaş cəmiyyəti quruculuğu yolunu uğurla davam etdirdi".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib. Azərbaycanın 1991-ci il oktyabrın 18-də Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etdiyi tarixi gündən danışan deputat bildirib ki, əsrlər-boyu müstəqillik arzusu ilə yaşamış xalqımız ayrı-ayrı dövrlərdə müxtəlif imperiyaların böyük dövlətlərin tərkibində olmasına baxmayaraq, hər bir xalqın milli varlığının mahiyyətini təşkil edən amilləri: dilini, milli-mənəvi dəyərlərini mədəniyyətini göz bəbəyi kimi qoruyub saxlamaqla yanaşı, dünya mədəniyyəti xəzinəsinə misilsiz töhfələr vermişdir.

Ceyhun Məmmədovun sözlərinə görə, dövlət müstəqilliyimizin bərpası bizə azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərək beynəlxalq hüququn subyektinə çevrilmək demokratik, hüquqi, dünyəvi dövlət qurmaq imkanı yaratmışdır. 1991-ci ildən etibarən müstəqillik yollarında ilk addımlarını atarkən Azərbaycan keçirdiyi dərin siyasi, iqtisadi sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, azərbaycanlılara qarşı yürütdüyü etnik təmizləmə siyasəti ilə üz-üzə qalmışdı. Yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı apardığı müdrik siyasət nəticəsində ölkənin məhv olma təhlükəsinə, separatçılıq meyillərinə başlanan vətəndaş müharibəsinə son qoyuldu, dövlətlə xalqın birliyi təmin edildi. İctimai-siyasi sabitliyin bərqərar olması, hərbi əməliyyatların dayandırılaraq atəşkəsin elan edilməsi "Əsrin müqaviləsi"nin imzalanması bütün sahələrdə genişmiqyaslı islahatlara zəmin yaratdı.

Deputat vurğulayıb ki, Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etdi: "Belə bir şəraitdə milli dövlətçilik prinsiplərinə uyğun olaraq yeni xarici siyasət kursunun formalaşdırılması həyata keçirilməsi ən vacib məsələ kimi qarşıda dururdu. Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə Dağlıq Qarabağda başlayan erməni separatizmi, eləcə hərbi təcavüzün genişlənməsi ölkəmizi ciddi siyasi iqtisadi problemlərlə üz-üzə qoymaqla yanaşı, dövlətimizin xarici siyasət fəaliyyətində mühüm vəzifələrin yerinə yetirilməsini ön plana çəkdi".

Deputat əlavə edib ki, bu məqsədlə 1994-cü ilin mayından Ermənistanla atəşkəsə nail olunması, qanunsuz hərbi birləşmələrin buraxılması ölkə daxilində sabitlik yaratmaq yolunda atılan addımlar sayəsində yeni xarici siyasət xəttinin ardıcıllıqla həyata keçirilməsi üçün lazım olan əlverişli dinc şərait yarandı: "Demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi siyasi problemlərin müvəffəqiyyətlə həll olunması ölkəmizin beynəlxalq aləmdəki mövqeyi ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı idi".

Ceyhun Məmmədov bildirir ki, bu gün Ulu Öndərin bizlərə əmanət qoyduğu güclü Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atır dünyanın diqqətini özünə cəlb edir. İlham Əliyev Azərbaycanın inkişafı haqqında qeyd etmişdir: "Bizim bütün planlarımızın həyata keçməsi üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir".

Deputat deyir: "Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkədir. Azərbaycan dövlətinin öz siyasi dəst-xəti, dövlətçilik siması, inkişaf yolu var. Dünyada hər bir ölkənin əsas göstəricisi gücü ilk növbədə onun iqtisadi vəziyyəti ilə ölçülür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, müstəqil siyasət ölkəmizi davamlı tərəqqiyə aparır. İqtisadi sahədə qazanılan uğurlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Dövlət başçısının innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli, istehsala əsaslanan sosial-iqtisadi siyasəti Azərbaycan iqtisadiyyatını keyfiyyətcə yeni, daha yüksək mərhələyə çatdırmışdır".

Ceyhun Məmmədov söyləyib ki,  son hadisələr prezident-xalq-ordu birliyini bir daha nümayiş etdirdi. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyətli mövqeyi, ordumuzun gücü, qüdrəti sayəsində uğurla həyata keçirilən əks-hücum əməliyyatları otuz ildən artıq davam edən işğala son qoyacaq! Ədalətsizliyə son qoyacaq! Bu əks-hücum əməliyyatı eyni zamanda insanlarda vətənə bağlılığı, illərdən bəri işğal altında olan torpaqlarımızın azad olunması arzularının reallaşması, gerçəkləşməsi deməkdir. Möhtərəm Prezident daim bəyan edirdi ki, Azərbaycan gəncliyi vətənpərvərlik ruhunda yetişməli, dövlət maraqlarının qorunması, həqiqətlərimizin təbliği onların ideoloji fəaliyyətinin əsasını təşkil etməli, azərbaycançılıq məfkurəsinə söykənməlidir.

"18 Oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Müstəqillik xalqın taleyinə yazılmış ən böyük xoşbəxtlikdir. Bu gün qarşıda duran ən vacib vəzifə bu müstəqilliyi möhkəmləndirmək qorumaqdır. Qüdrətli möhkəm dövlət olmadan azadlıq müstəqillik yoxdur. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi, beynəlxalq nüfuzunun artması, respublika iqtisadiyyatının dayanıqlı inkişafının təmin olunması, xalqın rifah halının mütəmadi olaraq yüksəlməsi  müstəqilliyimizin sübutudur", - deyə deputat vurğulayıb.

Ceyhun Məmmədov həmçinin əlavə edib ki, bu gün inamla deyə bilərik ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan siyasət nəticəsində Azərbaycan Respublikası müstəqil dövlət kimi tam formalaşaraq möhkəmlənib. Hazırda Prezident İlham Əliyev  bu siyasəti uğurla davam etdirir. Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!

 

Nəzrin QAFARZADƏ,

Azərbaycan.-2023.- 18 oktyabr, № 227.- S.6.