Çingiz Aytmatov fenomeni və Azərbaycan”

 

 

Filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənlinin “Çingiz Aytmatov fenomeni və Azərbaycan” monoqrafiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

 

Kitab AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi şurasının qərarı ilə “Sənətkarın elmi pasportu” seriyasından işıq üzü görüb. Monoqrafiya AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin elmi redaktorluğu və “Əbədi mogikan” başlıqlı ön sözü ilə nəşr olunub.

 

Monoqrafiyada dünya şöhrətli qırğız yazıçısının həyatı, yaradıcılığı tam şəkildə araşdırmaya cəlb edilib. Tədqiqat işində, eyni zamanda Aytmatovun yaradıcılığı kontekstində repressiya, dünya müharibəsi kimi mövzuların Azərbaycan və qırğız nəsrində inikası, yazıçının Azərbaycanla ədəbi-mədəni əlaqələri, əsərlərinin ölkəmizdə öyrənilməsi, tərcüməsi və nəşri məsələləri araşdırılıb.

 

Kitabın rəyçiləri Qırğızıstan Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, tanınmış aytmatovşünas alim, akademik Abdıldajan Akmataliyevinstitutun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Məmməd Əliyevdir. Nəşrin məsul redaktorları filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova və Maya Həsənlidir.

 

Mədəniyyət.- 2020.- 13 avqust.- S.7.