Çingiz Aytmatovun Azərbaycan dilində kitabının təqdimatı

 

 

Qırğız Respublikasının Azərbaycandakı Səfirliyində dünyaca məşhur yazıçı Çingiz Aytmatovun (1928-2008) 95 illik yubileyi münasibətilə Azərbaycan dilində yeni çapdan çıxmışDağlar yıxılandanəsr toplusunun təqdimatı keçirilib. Təqdimatda yazıçının oğlu, Beynəlxalq Çingiz Aytmatov Fondunun prezidenti Eldar Aytmatov da iştirak edib.

Qırğızıstanın ölkəmizdəki səfiri Kayrat Osmonaliyev ölkələrimiz arasında dostluq münasibətləri mədəni əlaqələrdən söz açıb, böyük ədibin yaradıcılığına Azərbaycanda göstərilən marağı yüksək qiymətləndirib.

Kitabı Azərbaycan dilinə çevirmiş yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlı Çingiz Aytmatovun Azərbaycanı da özünə vətən saydığını, ölkəmizdə böyük ədibin yaradıcılığının çox sevildiyini vurğulayıb.

Eldar Aytmatov da atasının Azərbaycana böyük rəğbət bəslədiyini, yeni nəşr olunan kitabın onun xatirəsinə hörmət nişanəsi olduğunu bildirib. O, tərcüməçi N.Əbdülrəhmanlı səfir K.Osmonaliyevə Çingiz Aytmatov adına Beynəlxalq İssık-Kul Forumunun xatirə medalını təqdim edib.

Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı kitabın nəşrini Çingiz Aytmatovun 95 illiyinə, türk xalqlarının mənəvi birliyinə verilən töhfə adlandırıb.

Qanunnəşriyyatında çap olunmuş kitaba yazıçının sonuncu romanı –“Dağlar yıxılanda”, həmçininÜz-üzəpovesti hekayələri daxil edilib.

 

Mədəniyyət.- 2023.- 22 sentyabr.- S.8.