MƏMMƏD
İSMAYILIN ƏSƏRLƏRİ RUMINİYA VƏ MOLDOVYADA
ÇAP OLUNUB .
Türkiyədə yaşayan həmyerlimiz,
şair Məmməd İsmayıl ədəbi
fəaliyyətiylə poeziyamızın
üfüqlərini genişləndirməyə
davam edir. Şair bu ilin
sentyabr ayında Rumıniyanın Kraiova şəhərində "Mihail
Eminesku" Beynəlxalq
Akademiyasının təşkil
etdiyi altıncı
"Mihail Eminesku"
Dünya Şiir festivalında iştirak etmişdir. Bu, şairin Rumıniyaya Dünya şeir festivalına ikinci gedişi idi. Festival ərəfəsində
həmyerlimizin həm
Moldovya və həm də Rumınyada kitab və qəzetlərdə
əsərləri çap
olunmuşdur.
Moldovyanın "Literatura Arta" qəzeti ("Ədəbiyyat
qəzeti") 17 avqust
nömrəsində qəzetin
baş redaktoru, şair Nikolay Dabijanın ön sözüylə M.İsmayılın
19 şeirini çap etmişdir. Şeirlərin
tərcüməsi də
N.Dabijaya aiddir.
Dünya şeir festivalı
ərəfəsində Kişinyovun
"Editura pentru Literatura şi Arta” nəşriyyatı isə rumındilli poeziyanın ən önəmli şairlərindən
olan Nikolay Dabijanın tərcüməsində
həmyerlimizin "Sporırea
Tacerıı” ”(İdmançı
səssizliyi”) adlı
şeirlər kitabını
nəfis şəkildə
çap etmişdir.
Kitabın təqdimatı
Rumıniyanın Kraiova
şəhərinin milli
kitabxanası salonunda
"M.Emuneskü” Dünya
şeir festivalının
açılış mərasimində
keçirilmişdir.
Kitabın
tərcüməçisi və
ön sözünün
müəllifi M.İsmayılı
festival iştirakçılarına
belə təqdim etmişdir:..” Məmməd
İsmayıl metafora sehirbazı və ruhun gizli poetik
ovqatını şeirlərinə
ustalıqla gətirə
bilən böyük şairdir. Onun şeirləri Rumın ədəbiyyatı oxucularının
qapısını döyməyə
gəlmiş, onu - çağımızın ən
görkəmli şairlərindən
biri kimi qarşılamaq boynumuzun borcudur. Sanki onun şeirləri başqa bir yerdə yox, elə bizim yerlərdə yaranmış
və bir təsadüf nəticəsində
bizdən bir sürəliyə ayrı
düşmüş, indi
yenidən öz ilkinliyinə qayıdır...”
M.İsmayılın əsərlərinə rumun
dilində nəşr
olunan "Mihail Emunesku" Dünya şeir antologiyasında"nda
da yer verilmişdir.
Antologiyada şarin beş şeiri yer almışdır.
Bundan başqa
indiyə qədər
keçirilən festivallarda
Kraiova şəhərində
yazılmış şeirlərdən
ibarət Rumın dilinə çevrilmiş
"Graiova, mon amour" adlı şeirlər kitabı da işıq üzü görmüşdür.
Bu anologiyada da M.İsmayılın bir şeiri yer almışdır.
Rumıniyanın dünyaca ünlü
heykəltaraşı "Öpücük”,
"Nəhayətsizlik” və
"Əbədiyyət” əsərlərinin
müəllifi Konstantin
Brancusinin vətəni
Tirqu-jium şəhərinin
incəsənət muzeyinin
sərgi salonlarında
dünyanın bir çox şairləri ilə yanaşı, Məmməd İsmayılın
fotoşəkillərinə və 10 yaşlı
Draqoş Boqdanın çəkdiyi karikaturlarına
da yer ayrılmışdır.
Bunlarla bərabər
həmyerlimiz festivalın
sonunda "Mixail Eminesku "Uluslararası Akademiyası” və "Mixail Eminesku"Avropa Fondunun fəxri diplomu və Mixail Emunesku medalıyla təltif olunmuşdur.
İsmayil
Şərq.-
2017.- 29 sentyabr.- S.12.