“Cəhalətdən
çıxmağın dərmanı elmdir,
maarifdir...”
Şəfiqə Əfəndizadə həm jurnalist, həm də pedaqoq kimi maarifin,
elmin əhəmiyyətini
"Dəbistan", "Rəhbər",
"Məktəb" jurnallarında
təbliğ edirdi
XIX əsrin ikinci
yarısı - XX əsrin
əvvəlləri Azərbaycan
qadınlarının ictimai
həyatda rolunun artmasında önəmli bir mərhələ sayılır. Bu dövrdə
maarifin, səhiyyənin
inkişafında kişilərlə
müqayisədə qadınların
iştirak faizi olduqca aşağı olsa da, Azərbaycanın
ziyalı, maarifçi
qadınlarının gördüyü
işlər çox əhəmiyyətli idi.
Şübhəsiz, məlum
mərhələdə onların
daha çox fəaliyyət göstərə
biləcəyi sahə
xeyriyyəçilik və
maarifçilik ola bilərdi...
XX əsrin əvvəllərində
azərbaycanlı qadınlar
arasında təhsilin,
maarifçiliyin yayılması
üçün fədakarlıqla
çalışan maarifçi
qadınlardan biri də Şəfiqə Əfəndizadə olub. Şəfiqə Məmmədəmin qızı
Əfəndizadə 1882-ci ildə
Gürcüstanın tarixən
türklərin (Ahıska)
yaşadığı Cavahetiya
bölgəsində, Axalsix
rayonunun Azqur kəndində doğulub.
Atası
Məmmədəmin Şeyxzadə
dövrünün tanınmış
ziyalısı və müəllimi idi. Övladlarının təhsil alması
ilə şəxsən
özü məşğul
olurdu. Şəfiqə də bacısı
Səidə ilə təhsillərini məhz atasından alıblar.
On dörd yaşında
ikən o, Nuxa (indiki Şəki) şəhərinə gəlir.
Burada atasının çalışdığı
"Darrüssiyada" məktəbinin
nəzdində qızlar
üçün açılmış
xüsusi qrupda dərs deməyə başlayır. Lakin burada
çox qalmır.
Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açandan
sonra Nəriman Nərimanov Məmmədəmin
Şeyxzadəyə məktub
yazaraq ondan qızını həmin məktəbdə dərs
deməyə göndərməsini
xahiş edir. Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət
məktəbində təhsil
almadığı üçün
belə bir hüququ olmadığını
bildirir. Belə olan
halda Şəfiqə
1901-ci ildə Tiflisə
qayıdır, orada imtahan verir və
müəllimlik attestatı
alır. Sonra yenidən
Bakıya dönür.
Rus-müsəlman qızlar məktəbində
ana dilindən dərs deyir. O, cəhalətin hökm sürdüyü bir vaxtda müəllimə rəfiqəsi Səkinə
Axundzadə ilə birlikdə dram dərnəyi
yaradır. Qızlara teatr mədəniyyəti,
aktyorluq sənəti barədə məlumatlar verir, dövrün mətbuat xülasələri
ilə tanış
edir. Şəfiqə xanım 1910-cu ilədək
bu məktəbdə müəllimə işləyir.
Fars, rus və
ərəb dillərini,
Şərq klassik ədəbiyyatını dərindən
öyrənir. Eyni zamanda,
qadın pedaqoji məktəbindəki müəllimlik
kurslarında dərs deyir.
H.B.Zərdabi, H.Z.Tağıyev, S.M.Qənizadə
tez-tez qız məktəbinə gələr
və öz dəyərli məsləhətlərini
verərdilər. Bir gün də H.B.Zərdabi Şəfiqə
xanımın dərs
dediyi otağa daxil olur və
əlindəki məcmuəni
ona uzadaraq deyir: "Qızım, bu, faydalı məcmuədir. Qızlarımıza bundan da oxuyun".
Həsən bəy Zərdabinin məktəbə "Dəbistan"ı
gətirməsi Şəfiqə
xanımın da jurnalla əməkdaşlığına
yol açdı. Müəllimə xanım nəinki özünün, hətta
şagirdlərinin yazılarının
bu jurnalda çap olunmasına şərait yardır.
Məsələn, "Dəbistan"ın
7-ci sayında şagirdi
Nabat Nərimanovanın
məqaləsi dərc
olunub. Şəfiqə Əfəndizadə müəllimliklə yanaşı,
ictimai işlərlə
də məşğul
olurdu. O, Hacının
qızlar məktəbində
dərs deyən zaman müəllimə rəfiqələri - Hənifə
xanım Məlikova, Səkinə Axundzadə,
Sara Vəzirova ilə
birlikdə dram dərnəyi
yaratmışdı.
Eyni zamanda qızlara teatr mədəniyyəti,
aktyor sənəti barədə məlumatlar verir, onları o dövrdə çıxan
mətbuat xülasələri
ilə tanış
edirdi. 1917-ci ilin
aprelində Bakıda
"İsmailiyyə" binasında
Zaqafqaziya müsəlmanlarının
qurultayı keçirilir.
Qurultayda
müxtəlif təbəqələrdən
olan kişilərlə
yanaşı, cəmi
üç qadın -
Tiflisdən Sara Talışinskaya,
Bakıdan Şəfiqə
Əfəndizadə və
Sara Vəzirova iştirak
ediblər. Fars, rus
və ərəb dillərini yaxşı bilən, Şərq ədəbiyyatını mükəmməl
öyrənən, Avropa
mədəniyyəti ilə
yaxından tanış
olan Şəfiqə xanımın səlis, aydın və savadlı çıxışı
hamını heyran edir. Şəfiqə xanım çıxışının
sonunda qadınların
maariflənməsi üçün
yeni məktəblərin
və teatrların açılmasını tələb
edir. Onun çıxışı salonda böyük əks-səda doğurur.
Tarixçi M.Oruclu bu barədə yazır:
"Şəfiqə Əfəndizadə
və Sona Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından
sonra vəziyyət nümayəndələri qadın
məsələsinə ciddi
münasibət bildirməyə
vadar etdi. Qadınların çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxaraq onları şəriət qanunlarına
zidd olaraq kişilər qarşısında
çıxış etdiklərinə
görə mühakimə
etdi. Bu zaman
bütün zal qızışaraq kimin kimlə savaşdığı
məlum olmadı.
Maarifpərvər ziyalılar
aranı sakitləşdirərək
qadınları gizlincə
dal qapıdan çıxarmağa nail oldular".
Şəfiqə Əfəndizadə ilk mətbu
çıxışını "Şərqi-rus"da edib.
Amma o, həm
bir jurnalist, həm də bir pedaqoq kimi
maarifin, elmin əhəmiyyətini "Dəbistan",
"Rəhbər", "Məktəb" jurnallarında
təbliğ edərdi. Hər üç
jurnalın nəşrində
Şəfiqə xanım
Əfəndizadənin çox
böyük rolu olub. Şəfiqə Əfəndizadənin jurnalistika və publisistika sahəsində tanınması əsasən
1911-1912-ci illərdə çap
olunan "İşıq"
qəzeti ilə bağlıdır. 1911-1912-ci
illərdə Azərbaycan
qadınının jurnalistika
mühitinə cəlb
edilməsində bu qəzetin mühüm rolu olub. Şəfiqə xanımın yaradıcılığında
qadın azadlığı
ən aktual və daha çox
müraciət etdiyi mövzu olub. Onun publisistik məqalə və hekayələrində əsasən
qadına münasibət,
qadının cəmiyyətdə
rolu və s. məsələlərdən bəhs
olunurdu. 1914-cü ildə xanım publisistin "İki yetim, yaxud Kərimin
hümməti" adlı
bədii kitabı nəşr olunur.
Cəlil Məmmədquluzadənin "Ölülər"
pyesi ilk dəfə tamaşaya qoyularkən böyük marağa səbəb olur. Tamaşaların birində Şəfiqə
xanım salonda bir qadının ağladığını görərək
ona yaxınlaşır.
Nə ücün ağladığını soruşanda
qadın "Bu kimənim
həyatımdır, çəkdiyim
əzablardır", - deyə
həyəcanla cavab verib. "Ağlama,
baçım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının
həyatıdır", - deyə
Şəfiqə xanım
onu sakitləşdirir.
Hadisədən bərk təəsirlənən
Şəfiqə xanım
"Açıq söz"
qəzetində "Ölülər"
pyesi haqqında öz rəyini yazır. Şəfiqə
xanım sonralar "Açıq söz",
"İstiqlal", "Bəsirət"
və "Əfkari-mütəllimin"
kimi tanınmış
mətbu orqanlarda müntəzəm çıxış
etməyə başlayıb.
Ş.Əfəndizadənin fikrincə, qadına
hər şeydən irəli elm və təhsil lazımdır.
O, savadı, biliyi hər şeydən üstün tuturdu.
1918-ci ilin martında
ermənilər tərəfindən
törədilən mart faciəsi
Şəfiqə xanımın
da həyatına ağır zərbələr
vurub. Bu qanlı
olayda Şəfiqə
xanımın başına
bəlalar gəlir.
Bir müddət Qubada, Azqurda və İstanbulda yaşamalı
olur. Lakin Azərbaycanda baş
verən hadisələri
mütəmadi olaraq izləyib və münasibət bildirir.
Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən
sonra 1919-cu ilin aprelində Bakıya qayıdan Şəfiqə
xanım yenidən pedaqoji işinə bərpa olunur. Bununla yanaşı, dövri mətbuatla da müntəzəm
əlaqə saxlayaraq əməkdaşlıq edir. O, həm
də ilk qadın jurnalistlərdən biri olaraq publisistik fəaliyyətlə
məşğul olur. 1903-cü ildə ilk qələm
təcrübəsini "Şərqi-rus" qəzetində
dərc etdirir. Sonralar qəzetdə dərc
etdirdiyi məqalələrində qadınları maarifə, təhsil
almağa çağırır. Şəfiqə
xanım "Bir çox ümidlərimiz" sərlövhəli
məqaləsində yazırdı: "Ümidlərimiz
çox böyükdür... Hər bir rəzalətin
səbəbi cəhalətdir. Cəhalətdən
çıxmağın dərmanı isə elmdir,
maarifdir..."
Şəfiqə
Əfəndizadə müxtəlif illərdə "Məktəb",
"Füqara füyuzatı", "Dirilik" jurnalları
və "Açıq söz" qəzeti ilə əməkdaşlıq
etmiş və tərbiyə mövzusuna həsr edilmiş məqalələrini
çap etdirmişdir. Eyni zamanda, mətbuatda
yazıçı kimi də çıxış etmiş,
adları çəkilən nəşriyyatlarda bədii əsərlərini
çap etdirmişdir. 1914-cü ildə onun
yazdığı "İki yetim" povesti isə ayrıca
kitab şəklində "Kaspi" tipoqrafiyasında ("Azərbaycan
kitabı", Bakı, 1963., s.139) nəşr
olunmuşdur.
1923-cü ildə "Şərq qadını"
jurnalı fəaliyyət göstərməyə başlayan
andan Şəfiqə Əfəndizadə jurnalla fəal əməkdaşlıq
etməyə başlayıb, redaksiya heyətinin üzvü
seçilmiş, jurnalın məsul katibi və bədii ədəbiyyat
şöbəsinin müdiri kimi çalışıb. 1905-ci il
inqilabından sonra onun ictimai həyatdakı fəallığı
daha da artır. 1906-cı ildə müəllimlərin
Bakıda keçirilən I qurultayında iştirak edir.
"Dəbistan" jurnalında dərc olunan məqalələrində
ənənəvi olaraq qadın savadsızlığına
qarşı çıxır. Qızların
təhsil almasının vacibliyini göstərir.
Uşaqların həyatından bəhs edən ilk hekayələri
- "İki qızın söhbəti", "Şəkər
alması", "İlk məhəbbət",
"Röya", "Müəllim nədir",
"Mükafat" və s. "Dəbistan" və "Məktəb"
jurnallarında dərc olunur. Hekayələrdə
təlim-tərbiyə məsələləri bədii şəkildə
təsvir edilir.
"Azərbaycan"
qəzetinin 5 iyun 1919-cu il tarixli nömrəsində dərc
olunmuş "Milli bayram və qadınlarımız"
adlı məqaləsində isə Şəfiqə xanım
mayın 28-də Azərbaycanın istiqlaliyyətinin
bütün dünyaya çatdırılmasından fərəhlə
yazır. Hər bir azərbaycanlının bundan böyük
qürur duyduğunu qeyd edir: "Mayın 28-də Azərbaycan
istiqlalı sənayi-dövriyyəsi münasibətilə
milli bayram təşkil olundu. O günün şərəfindən,
təsirindən hər kəs, hər kəs məğrur
idi".
Azərbaycan qadınlarını daim təhsilli,
savadlı, dünyagörüşlü görmək istəyən
Şəfiqə xanım Əfəndizadə "Analar! Qızlarınızı
oxudun!" deyə qadınlara müraciət edir. Onun "Azərbaycan" qəzeti ilə əməkdaşlığı
Xalq Cümhuriyyətinin süqutunadək davam edir. Sovet hakimiyyəti illərində də o, maarifpərvər
bir qadın kimi qızların yüksək təhsil alması
naminə əvəzsiz xidmətlər göstərir. 1920-ci ildə Əli Bayramov klubunun təşkilində
fəal iştirak edir. Bakıda
yaradılan Darülmüəllimatın müəllimi olur.
Moskvada qadınlar qurultayında nümayəndə
kimi iştirak edir.
Şəfiqə xanım "Şərq qadını" jurnalı fəaliyyətə başladıqdan sonra bu nəşrlə fəal əməkdaşlıq edir. Redaksiya heyətinin üzvü seçilir. Jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olur. "Şərq qadını" o zaman onun haqqında yazırdı: "Şəfiqə xanım bütün Cənubi Qafqazda ilk Azərbaycan dili müəlliməsi, jurnalisti və yazıçısı olmuşdur" (1924-cü il). Xanım jurnalist 1959-cu ildə dünyasını dəyişib.
Ülviyyə
Tahirqızı
Xalq Cəbhəsi.- 2014.- 17 oktyabr.- S.11.