Korrupsiya onun sosial-iqtisadi, mənəvi-psixoloji fəsadları

 

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, Avropaya inteqrasiyası dünyanın inkişaf etmiş ölkələri sırasına qoşulması dövlətimizin qarşısında duran məsələlərdən biridir. Bu məqsədə çatmaq üçün ölkə başçısının təşəbbüsü və rəhbərliyi ilə respublikamızda ictimai həyatın bütün sahələrində, o cümlədən cəmiyyətimizin inkişafına mane olan bütün bürokratik əngəllərin aradan qaldırılması sahəsində son illərdə mühüm tədbirlər həyata keçirilir. Möhtərəm Prezidentimiz İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bu məsələlərdən bəhs edərkən demişdir: "Bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir. Bütün bunlar çox vacib məsələlərdir. Biz istəyimizə nail olsaq, Azərbaycanın iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, ümumi daxili məhsulumuz daha da artacaq, vergilərdən daha çox vəsait daxil olacaq və bunun nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlər də azalacaqdır".

 

Bəzi mətbuat orqanlarında ölkəmizdə bürokratik əngəllərə korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin kampaniya xarakteri daşıdığını irəli sürürlər. Belələrinə xatırlatmaq istəyərdim ki, İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan (2003) bu sahədə ciddi işlər görmüş və görməkdədir. Qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə 13 yanvar 2004-cü il tarixdə "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanun korrupsiya ilə əlaqədar hüquqpozmaların qarşısının alınmasına, insan və vətəndaş hüquqlarının müdafiə olunmasına, iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılmasına, vəzifəli şəxslərin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsinə yönəlmişdir.

Bundan əlavə, respublikamızda korrupsiyaya qarşı mübarizəni gücləndirmək üçün Prezident İlham Əliyevin 3 sentyabr 2004-cü il tarixli sərəncamı ilə "Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)" təsdiq edilmişdir. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının hazırlanmasında beynəlxalq təşkilatların, o cümlədən BMT, AŞ, DB, BVF, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təklif və rəylərindən, habelə korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən nailiyyətlər əldə etmiş bir çox dövlətlərin təcrübəsindən istifadə olunmuşdur. Proqramda korrupsiyaya qarşı mübarizənin ümumdövlət siyasətinin tərkib hissəsi olduğu, korrupsiyaya qarşı mübarizədə səmərəli nəzarət mexanizminin təmin edilməsi zərurəti xüsusi vurğulanmışdır. Prezident sərəncamına görə, Dövlət Proqramında qarşıya qoyulan əsas məqsəd korrupsiyaya qarşı mübarizənin normativ hüquqi və təşkilati əsaslarının təkmilləşdirilməsi, bu sahədə ümumdövlət siyasətinin həyata keçirilməsinin təmin edilməsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Proqramında irəli sürülən tədbirlərin həyata keçirilməsi üçün müəyyən əməli addımlar atmışdır. Hər şeydən əvvəl, Prezidentin 3 mart 2004-cü il tarixli 114 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılmışdır. Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Əsasnaməsi Prezident İlham Əliyevin 28 oktyabr 2004-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir.

Əsasnamədə (maddə 3) göstərildiyinə görə, Prezidentin təşəbbüsü ilə yaradılmış bu idarə öz fəaliyyətində respublika Konstitusiyasını, tərəfdar çıxdığı müqavilələri, respublika qanunlarını, Prezidentin fərman və sərəncamlarını, Nazirlər Kabinetinin qərar sərəncamlarını, bu əsasnaməni Baş prokurorun əmr, sərəncam və göstərişlərini rəhbər tutur. Mövcud əsasnamədə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin vəzifələri, hüquqları, strukturu, fəaliyyət istiqamətləri öz ifadəsini tapmışdır. Əsasnaməyə görə, idarənin əsas vəzifəsi - korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatları araşdırmaq, korrupsiya ilə əlaqədar cinayət işi başlamaq ibtidai istintaq aparmaq, korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması üçün təklif tövsiyələr hazırlamaq, görülən tədbirlər barədə ictimaiyyəti məlumatlandırmaqdan ibarətdir. Bu vəzifələrin həyata keçirilməsi üçün əsasnamədə idarənin əsas hüquq vəzifələri təsbit edilmişdir. Əsasnamənin III bölməsində göstərilir ki, idarə fizikihüquqi şəxslərdən məlumatları, sənədləri və digər materialları götürür, korrupsiya ilə bağlı cinayətlərin aşkar edilməsi məqsədilə tədbirlər həyata keçirir. Əsasnamənin 7.2-ci maddəsində qeyd olunmuşdur ki, idarə korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında daxil olan məlumatlar üzrə ilkin yoxlama aparır, zərurət yarandıqda qanunvericiliklə müəyyən edilmiş qaydada təşkilatlarda təftişlərin, ekspertizaların və digər yoxlamaların keçirilməsi üçün tədbirlər görür.

Son vaxtlar korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparılması, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılması istiqamətində xeyli işlər görülmüşbu sahədə dövlət rəhbərliyi tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Bu tədbirlərdən biri Prezident İlham Əliyev tərəfindən "Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında" 13 aprel 2010-cu il tarixli fərmanın imzalanmasıdır. Müşahidələr göstərir ki, istehlakçının hüquqlarının qorunması, sahibkarlıq sahəsində yoxlamaların nizama salınması, yoxlamalar zamanı səlahiyyətlərdən sui-istifadə hallarının qarşısının alınması və bu sahədə şəffaflığın təmin edilməsində bu fərmanın mühüm rolu olmuşdur.

Korrupsiyanı nəzəri cəhətdən şərh etmək üçün onun sosial-fəlsəfi mahiyyətinə diqqət yetirək. Klassik formada korrupsiya "xidməti mövqedən şəxsi mənfəət əldə etmək üçün sui-istifadə" aktı kimi müəyyənləşdirilmişdir

Hər hansı bir cəmiyyətdə korrupsiya əsasən totalitarizm, avtoritarizm diktatura rejimində daha geniş yayılır. Totalitar rejimlərdə korrupsiyanın genişlənməsi sosial-iqtisadi inkişafın zəifləməsinə, cəmiyyətdə insan hüquqlarının pozulmasına və mənəvi-psixoloji gərginliyin artmasına şərait yaradır.

Faktlar göstərir ki, korrupsiya əksər ölkələrdə mövcuddur. Lakin korrupsiyanın çiçəklənməsi əsasən yoxsul ölkələrdə keçid dövrünü yaşayan demokratiya plüralizmin inkişaf etmədiyi ölkələrdə daha çox təzahür edir. Belə ölkələrdə məmurların rüşvətxorluğu dövlət strukturlarından başlayaraq əhalinin ən kasıb təbəqələrinin talan edilməsinə qədər genişlənir. Korrupsiyanın genişlənməsi bəzi ölkələrdə müəyyən tarixi məqamlarda yerli xalq üsyanları dövlət çevrilişləri üçün zəmin yaradır. Korrupsiya qlobal xarakter daşıdığı kimi, ona qarşı mübarizə də adekvat olur. Mütəxəssislər korrupsiya ilə qlobal mübarizənin həlledici vasitəsi kimi bütün ölkələrdə demokratik proseslərin genişləndirilməsiazad mətbuatın rolunun gücləndirilməsini irəli sürürlər.

Korrupsiyanın fəlsəfi mahiyyəti ondan ibarətdir ki, dövlət qulluqçuları (hakimiyyət strukturunda olan məmurlar, firma şirkət sahibləri, siyasətçilər və s.) qanun mənəviyyat normalarına zidd olaraq verilmiş səlahiyyətlərdən sui-istifadə edərək yaxın adamlarının varlanmasına şərait yaradırlar. Bunun sosial-iqtisadi mənəvi-psixoloji fəsadları isə özünü aşağıdakı şəkildə büruzə verir: Birincisi, korrupsiya cəmiyyətin sosial-iqtisadi vəziyyətinə mənfi təsir edir, iqtisadi inkişafı zəiflədir və əhalinin maddi rifahının pisləşməsinə səbəb olur. Digər tərəfdən, cəmiyyətdə korrupsiyaya qurşanmış bir qrup insanın həddən çox varlanması cəmiyyətin orta yoxsul təbəqələrinin mənəvi-psixoloji vəziyyətinə mənfi təsir edərək inkişafa mane olan amillərdən birinə çevrilir.

Korrupsiya prosesində qeyri-qanuni yolla əldə edilmiş pullar əsasən ya şəxsi ehtiyaclara sərf edilir, ya da xarici banklara ötürülərək milli iqtisadiyyatdan çıxarılır.

Korrupsiyanın sosiuma vurduğu ümumi sosial-iqtisadi mənəvi-psixoloji zərər aşağıdakılarla xarakterizə olunur:

1) Korrupsiya dövlətin qarşısında duran sosial-iqtisadi, mədəni vəzifələrin həyata keçirilməsinə mane olan ciddi sosial bəladır.

2) Korrupsiya ölkədə sərmayə mühitini pozur, daxilixarici investorların uzunmüddətli sərmayələr qoymasına mane olur nəticədə özəl biznesin qeyri-müəyyən şəraitdə tez qazanc əldə etməkdən başqa çıxış yolu qalmır.

3) Korrupsiya icra aparatının bahalaşmasına gətirib çıxarır.

4) Korrupsiya əmək məhsuldarlığını kəskin şəkildə aşağı salır.

5) Yüksək hakimiyyət səviyyələrində korrupsiya aşkarlandıqda, xalqın konstitusiya orqanlarına etimadı azalır və nəticədə onların legitimliyi şübhə altına düşür.

6) İdarəçilik sistemində işin keyfiyəti aşağı düşür, çünki, vəzifəyə rüşvətlə təyin olunan məmur öz şəxsi mənafeyini dövlət mənafeyindən üstün tutur.

7) Korrupsiya ümumdövlət davranış etikası prinsiplərini pozur hər bir məmur " üçün təkcə mən əxlaq və mənəviyyat normalarına əməl etməliyəm?" - deyə düşünür. Bütün bunlar isə idarəetmə sisteminə dağıdıcı təsir göstərir.

8) Korrupsiya insan mənəviyyatını pozur, insanlarda psixoloji gərginlik yaradır, sosial ədalət prinsiplərinə inamsızlıq yaradır, davamlı inkişafa əngəl törədir.

Təcrübə göstərir ki, cəmiyytədə korrupsiyaya ən çox məruz qalan fəaliyyət sahələri aşağıdakılardır:

- Dövlət tədarük sisteminin müəssisələri;

- əmlak və torpaq sahələrinin əməliyyat prosesi ( alqı - satqı və bölgü prosesi);

- vergilərin yığılması prosesi;

- gömrük orqanlarının fəaliyyəti;

- hakimiyyət orqanlarında məsul vəzifələrə təyin edilmə prosesi.

Ekspertlər korrupsiyanın meydana gəlməsi səbəblərini müxtəlif cür şərh edirlər. Bəziləri korrupsiyanı hər hansı bir ölkədə insanların yoxsul vəziyyətdə yaşaması, yaxud dövlət məmurlarının əmək haqqının aşağı olması ilə izah edirlər. Təəssüf ki, dövlət məmurunun maaşının yüksək olduğu inkişaf etmiş ölkələrdə də korrupsiya mövcuddur. Son vaxtlar korrupsiyanı inkişaf etməkdə olan ölkələrdə mədəniyyətin bir hissəsi hesab edilməsi fikri geniş yayılmışdır. Əgər sonuncu fikri qəbul etsək, onda inkişaf etməkdə olan ölkələrdə korrupsiyaya qarşı mübarizə haqqında qanunların qəbul edilməsinə ehtiyac varmı?

Beləliklə, araşdırmalar göstərir ki, həm korrupsiyaya qarşı çıxanlar, həm də ona müəyyən mənada haqq qazandıranlar vardır. Məsələn, bəziləri əmək haqqının aşağı olduğu ölkələrdə "dolanışıq naminə" alınan rüşvətə qeyri-leqal şəkildə haqq qazandırırlar. Lakin qeyd etmək lazımdır ki, göstərilən bu xırda rüşvət mahiyyət etibarilə daha böyük səviyyədə olan iri korrupsiyanın təhlükəli formalarının ifadəsi kimi çıxış edir. Digər tərəfdən, cəmiyyətdə "dolanışıq naminə" alınan xırda rüşvətə göz yumulması iri korrupsiyaya qarşı mübarizəni zəiflədir. İri korrupsiya nəticəsində ölkə daxilində rüşvət yolu ilə yığılmış pulların xarici banklara ötürülməsinə şərait yaranır.

 

(ardı var)

 

Sakit HÜSEYNOV,

AMEA-nın Fəlsəfə, Sosiologiya

Hüquq İnstitutunun şöbə müdiri

 

Xalq qəzeti.- 2011.- 30 mart.- S. 5.