E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

GÖRKƏMLİ ŞƏXSLƏR ŞAİR HAQQINDA


  Mən şadam ki, Fikrət Qoca ədəbiyyatımızın zənginləşməsi üçün öz fəaliyyətini davam etdirir.

Heydər Əliyev,

Ümummilli lider


  Fikrət Qoca milli şeir ənənələrindən və dünya bədii fikrinin nailiyyətlərindən uğurla bəhrələnərək orijinal dəst-xəttini formalaşdırmış söz ustalarındandır. Novator şair kimi o, fəal vətəndaşlıq mövqeyinin ifadəsi olan, dərin humanist məzmuna malik əsərləri ilə ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmişdir. Sənətkarın həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Fikrət Qoca ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalmış, doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.

 

İlham Əliyev,

Azərbaycan Respublikası Prezidenti


  Şərəfli şair ömrünün səkkizinci onilliyinə inamla qədəm qoyan Fikrət Qoca mənim gözlərimin qabağında böyüyüb desəm, bunda heç kəs mübaliğə axtarmasın. Öz ilk təzə-tər şeirlərini nəşr etdirib ədəbi ictimaiyyətin, xüsusən də xalq şairi Rəsul Rzanın diqqətini cəlb edəndə F.Qoca 25 yaşlarında bir cavan idi. Bəli, onun erkən yaşlarında yazdığı bu əsərlərində həyata, insanlara, hadisələrə özünə məxsus münasibətin aşkar əlamətləri vardı və bu baxımdan o, əlbəttə, tək deyildi. Bu keyfiyyət Fikrətlə yanaşı, onun mənsub olduğu altmışıncılar ədəbi nəslinin indi artıq klassikləri hesab edilən bir sıra görkəmli nümayəndələrinin yaradıcılığı üçün də səciyyəvi idi.

 

kir Nəbiyev,

akademik


  Mən Fikrətin yaradıcılığını lap gəncliyindən izləyirəm. Ədəbiyyatın yolu hamar olsaydı nə vardı ki... Əlbəttə, onun asfalt kimi hamar yolları da var. Amma o yolla gedənlərin ayaq izləri heç yerə düşmür. Ləpir qalmır... Gərək xam yerə düşəsən, bataqlıqdan keçəsən, büdrəyəsən, yıxılasan, dizin əzilə... Əlbəttə, bu yol çətin yoldur. Fikrət bu böyük gerçəkliyi ilk addımlarından çox gözəl başa düşdü.

 

Bəxtiyar Vahabzadə,

xalq şairi


  Fikrətin çağdaş şeirimizdə xüsusi çəkiyə və özəl yerə malik olan sənəti haqqında danışan da, sanki onun şəxsiyyətini kölgədə qoyuruq. Əslində isə, Fikrətin şəx- siyyəti onun poeziyasının məntiqi davamıdır və Fikrətin şeirləri, poemaları da şairin zəngin, məğrur və əyilməz şəxsiyyətindən doğulub. Fikrət həyatın bütün çək- çevirlərindən - dəyişən dövranların, quruluşların, rejimlərin burulğanlarından, səhhəti ilə bağlı amansız tale sınaqlarından alnıaçıq, üzüağ, mərdi-mərdanə çıxmış «kişi şairdir».

 

Anar,

xalq yazıçısı 


  Deyirlər ki, Fikrət Qoca poeziyası intellektual poeziyadır. Mən də bu fikirlə şərikəm. Fikrət Qocanın şeirləri ritorikadan, şüarçılıqdan, qoşmaçılıqdan (klassik qoşmanın dəxli yoxdur) uzaq, sözün, fikrin, hadisənin, təsvirin mahiyyətinə varan poeziyadır. Fikrət Qocaya mən «sütül xalq şairi»miz deyirəm və ondan təzə-təzə əsərlər gözləyirəm.

 

Qabil,

xalq şairi


  Fikrət Qoca sözü ilə əməli, vicdanı ilə insafı, yaradıcılığı ilə şəxsiyyəti vəhdətdə olan, seçilən və sevilən şairlərdəndir. O, fikir şairidir. Onun 40 ildən artıq mütaliə etdiyim, əsl poeziya nümunəsi olan şeirləri, poema və povestləri mənə bu qəti qənaətə gəlməyə imkan verir. Şairin şeirlərinin başqa dillərə tərcüməsinin asan olması və ölkəmizin hüdudları xaricində də bir şair kimi yaxşı tanınması və yüksək qiymətləndirilməsi hər şeydən əvvəl bununla bağlıdır. Fikrət Qoca həm şair kimi, həm də bir insan kimi xalqımıza başucalığı gətirən ziyalımızdır.

 

Qəzənfər Paşayev,

professor


  Fikrət Qocaya kənardan baxmaq mənim işim deyil, çünki, adına «ədəbiyyat aləmi» dediyimiz bu aləmdə mən gözümü açandan onu həmişə yanımda görmüşəm : hətta aylarla üzünü görməyəndə də. Otuz ilin dostu, sirdaşı. O, mənə, təbii ki, şeirindən də qat-qat yaxındır.

 

Əkrəm Əylisli,

xalq yazıçısı


  Biz onunla Maksim Qorki adına Ədəbiyyat İnstitutunda bir yerdə oxumuşuq. Mən yuxarı kursda idim, o, aşağı kursda təhsil alırdı. Daha sonralar bir yerdə “Gənclər” qəzetində işləmişik. Sonra Azərbaycan Yazıçılar Birliyində bir yerdə işləməyə başladıq. Mən Ağsaqqallar Şurasının sədri idim. O, birinci katib kimi çalışırdı. Vəzifədən də əlavə, həmişə görüşürdük. Tez-tez bir-birimizin halını xəbər alırdıq. Qələm dostu idik. Demək olar ki, eyni vaxtlarda ədəbiyyata gəlmişik. Onunla bağlı xatirələr çoxdur. Hər görüş elə bir xatirədir. Ədəbiyyata təzə gələn vaxtlarda həmişə Rəsul Rzanın təşkil etdiyi şeir gecələrində iştirak edirdik. Həmin şeir gecələri Mirzə Ələkbər Sabirin heykəlinin yanında keçirilirdi. Ondan sonra həmin poeziya günləri Şamaxıda keçirilməyə başlandı. Həmin günlər indi yadıma düşür. Gözəl günlər var idi. Yazıçılar bir-biri ilə çox yaxın idi. Bizi o görüşlərə həmişə ulu öndərimiz, rəhmətlik Heydər Əliyev aparırdı.

 

Nəriman Həsənzadə,

xalq şairi



  Fikrət Qocanın şeirlərində məni sevindirən qüvvətli yenilik hissidir. Onun şeirlərində mədəni bir şairin, ürəyi sözlə dolu bir insanın nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik”.

 

Rəsul Rza,

xalq şairi


  Əsrlərin dərinliyindən, xalq hikmətindən süzülüb gələn müdrik, hakimanə ümumiləşdirmələr F.Qocanın sadə, aydın, səlis misralarında yeni hisslər işığında mənalanır. F.Qoca ümumiyyətlə son illərdə xalq şeirinin biçimlərindən tez-tez istifadə edir, bununla da poeziyanın imKanlarmı genişləndirir, KİassİK ənənə ilə sənətkaranə əlaqələndirir.

 

Şamil Salmanov,

professor


  Fikrətlə görüşüb, ordan-burdan danışırıq, bəlkə qeybət də qırırıq. Ancaq həmişə ondan ayrılandan sonra qulaqlarım da nədənsə, Fikrətin indiki səsi səslənmir. Fikrətin cavanlıq səsini eşidirəm , bu səsin məxmərinə bürünmüş, bükülmüş və əbədiliyə göndərilmiş şeirlərini...

 

Vaqif Səmədoğlu,

xalq şairi


 Fikrət Qocanı uzun illərdir tanıyıram. Şəxsən tanış olmamışdan şeirlərini oxumuşdum, sözlərinə yazılmış mahnıları dinləmişdim, Toğrul Nərimanbəyovun çəkdiyi portretdə təkrarolunmaz simasını görmüşdüm. Təəssüf ki, çox vaxt istedadlı adam həyatda təsəvvür etdiyimiz kimi olmur. Lakin Fikrət Qoca müasirlərini və dostlarını şəxsiyyətinin bütövlüyü ilə heyrətdə qoyur.

 

Çingiz Abdullayev,

xalq yazıçısı


  İyirmi beş ilə yaxındır ki, hər ay heç olmasa, bir dəfə Fikrətlə yola çıxırıq. Deyirlər, yoldan ayrıl, yoldaşdan ayrılma! Amma biz iyirmi beş il qabaq düşdüyümüz yoldan da ayrılmamışıq. İyirmi beş il qabaq mən də ona «Fikrət müəllim» deyirdim, amma zaman-zaman aramızda yaranan ünsiyyət rəsmiyyəti üstələdi. O da zarafatı sevir. Onun bəzi şeirlərini əzbər bilirəm ...

Məmməd Oruc,

şair


  Azadlıq ən böyük nemətdir. Ömrümüz boyu can atdığımız azadlıq zərrə-zərrə səpilib Fikrətin şeirlərinə. Mən... Fikrət Qoca ilə adaş olmağıma, onunla bir zamanda yaşamağıma görə qadir Allahdan çox razıyam.

 

Fikrət Sadıq,

xalq şairi


  Fikrət Qoca poeziyasında da bəzən misra gülür, bəzən beyt, bəzən də bənd gülür. Amma bir az diqqət kəsiləndə görürsən ki, bütövlükdə şeir gülmür, onun hər bir əsərində dərd, kədər, qüssə var; həyatda olduğu kimi, insanın insan olduğunu unutmayacaq qədər... Elə buna görə şair olmağa, Fikrət Qoca ömrü yaşamağa dəyərmiş. Fikrət Qocanı gülmək yaşadır...

 

Arif Əmrahoğlu,

filologiya elmləri namizədi


  Mən Fikrət müəllimə sadəliyinə və bütövlüyünə görə qibtə edirəm. Fikrət Qocaya yaradıcıq uğurları, özümə isə Fikrət müəllimin öz səsində yeni şeirlərini dinləməyi arzulayıram.

 

Qulu Ağsəs,

əməkdar jurnalist


  Fikrət Qoca öz şəxsi nümunəsilə özündən sonra gələn ədəbi nəsillərə şeir yazmaqdan əlavə səmimi, sədaqətli, bütöv olmağı, sözü üzə deməyi, yaxşı dostluğu, yoldaşlığı, bir sözlə, insanlığı öyrədib...

 

Maarif Soltan,

şair


  Çağdaş şeirimizin görkəmli nümayəndəsi Fikrət Qoca haqda düşünəndə, onu görəndə nədənsə tez-tez modern Azərbaycan şeirinin banisi rəhmətlik Rəsul Rzanı xatırlayıram. 60-70-ci illərdə Rəsul Rzanın gənc həmkarları, o cümlədən Fikrət Qoca da tez-tez tənqid olunmuş, özü də çox vaxt qeyri-obyektiv tənqid olunmuşdur. «60-cı illər» dedim, xatırladım. O illərdə Fikrət Qoca qocaman ədiblərin içində cavan, bir neçə yaş fərqimizə görə isə biz cavanların içində qoca idi, ona böyük qardaşımız kimi qulaq asar, ehtiram edər, məsləhətlərindən faydalanardıq.

 

Abbas Abdulla Hacaloğlu,

şair


  Fikrət həm də böyük bir ailənin, bir nəslin məsləhət və güvənc yeridir. Nəslimiz və ailəmiz onunla fəxr edir. Nəslin rpələri belə onun hörmət və rəğbət qazanmış bir şair, bir el adamı olduğunu duyur, ona ümid işığı kimi baxırlar. Tanrıdan Fikrətə elə bir sağlamlıq, elə uzun ömür diləyirəm ki, həmin rpələrin ümid işığı daim yanar sayılsın, Fikrət babaları onlara məsləhətçi və dayaq ola bilsin.

 

Hamlet Qocayev,

yazıçı


  Fikrətlə mən xoş təsadüf üzündən gözəl ınay günündə Kür qırağında tanış olmuşuq və sonra ailə qurmuşuq. Aradan keçən otuz ildə həm gözəl, həm də çətin günlərimiz olub. Şükür edirəm ki, bütün bu illər ərzində dostluğumuzu qoruyub saxlaya bilmişik. Bu dostluq bizə ikinci bir ömür yaşamağa da bəs edər.

 

Raya Qocayeva,

həyat yoldaşı


  Bizdə ədəbi inkişaf elədir ki, nəsr təfəkkrü ardıcıl o araq şeir təfəkküründən qidalanır. Lakin Fikrət Qocanın poetik marağı elədir ki, bir sıra hallarda nəsr materialına da nüfuz edir, poeziyada nəsr kökündə də düşünür, eksperimentlər aparır, bütün eksperimentlər isə əsas bir məqsədə - klassik normativliyi zədələmədən şeir təfəkkürünün hüdudlarnı genişləndirmək məqsədinə xidmət edir.

 

Nizami Cəfərov,

AMEA- nın müxbir üzvü


  Fikrət Qocanın yaradıcılıq imkanlarının şeirdən-şeirə genişlənınəsi məni ondan ayrılmağa qoymayıb. Fikrətin musiqi yazdığım şeirlərində ruhum uzun daşıyıcısı olan nə qədər əlvan və hərarətli sözə, ifadəyə rast gəlməkdəyəm. İnanıram ki, bizim hələ məhsuldar işləyəcəyimiz illər qabağdadır.

 

Ramiz Mirişli,

bəstəkar


 

<< Geri