Şərqdə geniş yayılmış müdrik bir atalar sözü var: "Zər qədrini zərgər
bilər". Bax, ilk növbədə, bizə, müstəqillik yolunu tutmuş Azərbaycana
belə zərgərlər lazımdır ki, ədəbiyyatı və mədəniyyəti öz doğma balaları
kimi qorusun. O zərgərləri biz yetişdirməliyik. Əlbəttə, mədəniyyət öz
ixtiyarına buraxılsa, daha sərbəst olar. Amma o, bir yerdən yapışıb
yaşamalıdır.
***********
Ədəbiyyat - xalqın fıkri mənəvi oyanışına zəmin hazırlayan söz sənətini
yaşatmaq lazımdır. Unudulmamalıdır ki, şairin də, bəstəkarın da rəssamın
da balaları var, onlar da çörək, paltar istəyir. Uşağı doğulan kimi suya
atsan, ölər, amma ona əvvəl üzməyi öyrətmək lazımdır, mədəniyyətə də
belə qayğı gərəkdir.
***********
XX əsr Azərbaycan poeziyasının tarixində ən aparıcı əsr kimi
xatırlanacaq. XXI əsrə sizin dediyiniz mənada çox şair və şer gəlib
çıxacaq. Əlbəttə, ola bilsin, ortabab bir şairin hər hansı bir şeiri də
gələn əsrə gedib çıxacaq, bu da mümkündür. Təbii ki, Sabir, Rəsul Rza,
Müşfiq, Əli Kərim kimi şairlərimiz XXI əsrdə daha tez-tez
xatırlanacaqlar, amma bu o demək deyil ki, digər şairlərimizdən heç nə
qalmayacaq.
***********
Mən öz ədəbi nəslimə minnətdaram. Təbii ki, onların içərisində
istedadlısı da, is- tedadsızı da, qorxağı da, cəsuru da, bacarıqlısı da,
bacarıqsızı da olub. Onların arasında öləni, dünyadan vaxtsız köçəni də
var, vaxtında ölməyib indiyəcən yaşayanı da... Yaradıcılığından,
yaşından qabağa gedəni də var; yerində sayanı, yaxud şeirdən tamam əl
çəkəni də. Ömürdü, taledi bu. Onların varlığı mənim özümü dərk eləməyimə
kömək edib. Hər kəs öz ömrünü yaşayıb.
***********
Şəxsiyyət yaradıcılığın güzgüsüdür və hər bir şəxsiyyət öz ruhunun
portretini yaradır. Əgər bu şəxsiyyət yoxdursa, yaradıcılıq da yoxdur və
olmayacaq. Şəxsiyyətdə itən, əriyən, yoxa çıxan nə varsa, inanın, şeirdə
də itəcək, əriyəcək, yox olacaq. Hər hansı şairin yaradıcılığına qiymət
verəndə də birinci onun şəxsiyyətindən başlamaq lazımdır.
***********
Bütün insanlar ətrafı üçün işləyir, amma yazıçılar öz içi üçün... öz
içində qazıntı aparır. Elə bil dağdı.
***********
Sənətdə həqiqət adına nə varsa qiymətlidir, ola bilsin, bu həqiqətin
dərk olunması bir az uzun çəksin, amma sənətdə öz təsdiqiııi tapacaq.
***********
Ədəbiyyat, - xalqın fikri - mənəvi oyanışına zəmin hazırlayan söz
sənətidir.
***********
Şair ömrümdə, adi insan ömrümdə dünyada çox tufanlarla üzləşmişəm,
növbənöv, çeşid-çeşid insanlar görmüşəm. Amma o tufan da lazımdır, o
güclü dalğalarda. Bunlar olmasa dəniz dəniz yox, göl olardı. Həyat da
buna bənzəyir. Həyatın da gözəlliyi mübarizələrdə, məğlubiyyətlərdə,
sevincdə, Kədərdədir.