E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ


Fikrət Qoca 1935-ci il avqustun 25-də Ağdaş rayonunun

Kotanarx kəndində anadan olmuşdur.

 
 1953-1957 Bakı Dəmiryolu texnikumunda oxumuşdur.
1957-1959

Bakı şəhərində tikinti idarəsində işləmişdir.

1959–1964 Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almışdır.
1963 İlk şeirlər kitabı "Qağayı" tələbə ikən "Gənclik" nəşriyyatında çapdan çıxmışdır.
1964–1965

Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor vəzifəsində çalışmışdır.

1965 "Hamıya borcluyam" kitabı çapdan çıxmışdır.
1967 “Dənizdə ay çiməndə” kitabı çapdan çıxmışdır.
1968 Azərbaycan SSR Lenin komsomolu mükafatına layiq görülmüşdür.
1967–1970

“Azərbaycan gəncləri” qəzeti redaksiyasında ədəbi işçi kimi işləmişdir.

1970 “Yatmadığım gecələrdə” kitabı çapdan çıxmışdır.
1970–1975

Azərbaycan Yazıçılar İttifaqında məsul katib vəzifəsində çalışmışdır.

1972 “Günlərin bir günü” kitabı işıq üzü görmüşdür.
1975 “Gül ömrü” kitabı çapdan çıxmışdır.
1978–1987

“Azərbaycan” jurnalında şöbə müdiri olmuşdur.

1979 “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adını almışdır.
1980 “İnsan xasiyyəti” kitabı çapdan çıxmışdır.
1984 “Ömürdən səhifələr” kitabı işıq üzü görmüşdür.

1987–2004

“Qobustan” incəsənət toplusunun baş redaktoru vəzifəsində çalışmışdır.

1988 “Mavi dünyanın adamları”  kitabı işıq üzü görmüşdür.
1993 “Taleyin ağır taleyi” kitabı çapdan çıxmışdır.
1995  “Şöhrət” ordeninə layiq görülmüşdür.
1998
  •  Azərbaycan Yazıçılar Birliyinin katibi olmuşdur.
  • "Humay" mükafatına layiq görülmüşdür.
  • “Azərbaycan Respublikasının xalq şairi” fəxri adını almışdır.
2002 Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
2004 Azərbaycan Yazıçılar Birliyinin birinci katibi olmuşdur.
2010 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomunu almışdır.
2014 “Seçilmiş əsərləri” işıq üzü görmüşdür.
2015 “Şərəf” ordeninə layiq görülmüşdür.
2016

Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüşdür.

2020 “İstiqlal” ordeni verilmişdir.
2021 May ayının 5 də 85 yaşında vəfat etmişdir.
2025 90 illiyinin qeyd olunması haqqında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.

<< Geri