"Kitabxana
xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik,
zəka mənbəyidir. Ona görə də kitabxanaya daimi hörmət xalqımızın
mədəniyyətini nümayiş etdirən amillərdən biridir.
Kitabxana elə bir yerdir ki, gərək daim onun fondu genişlənsin.
Kitabxana məbədgahdır, hər bir ziyalının yolu bu məbədgahdan keçir,
burada tariximizin yazılı salnaməsi şərəflə qorunub saxlanılır.
Kitabxanalar, mədəniyyət evləri və klublar şəbəkəsinin daha da
genişlənməsin və onların işinin yaxşılaşdırılması məsələsinə daim
diqqət yetirilmişdir.
Kitab nəşri hər ölkənin, hər xalqın mədəniyyətində, ümumiyyətlə,
mənəvi, ictimai həyatında çox görkəmli yer tutur. Hər birimiz ilk
növbədə ancaq kitab vasitəsilə təhsil almış, elmlərə yiyələnmiş,
həyatda yaşamağa, fəaliyyət göstərməyə hazırlaşmışıq, Ona görə də
hər birimiz kitablara borcluyuq. Həm kitabları yazıb yaratmaq, həm
də onları nəşr etmək əsas vəzifələrimizdən biridir. Bunun üçün
mümükün olan bütün tədbirləri görməliyik. Mən Respublikanın
Prezidenti kimi bunu əsas vəzifələrimdən biri sayıram.
Əlyazmalar, xüxusi əhəmiyyətə malik kitablar və kitabçalar, dövri
mətbuat materialları, avtoqrqaflar, markalar, açıqcalar, mədəniyyət
və tarix profilli arxivlər və arxiv sənədləri, not yazıları,
məktublar, elmi-tarixi yadigarlar və nadir nəşrlərə mədəniyyət
sərvətləri statusu verilmişdir.
Mən
çox məmnunam ki, bu gün Azərbaycanda yazıçılarımızın, şairlərimizin
və ictimai-siyasi xadimlərimizin kitablarının miniatür nəşrini də
görürük. Şübhəsiz ki, bu mədəniyyətimiz, kitab nəşrimiz üçün çox
əlamətdar hadisə, böyük nailiyyətdir.
Kitabxana elə bir yerdir ki, gərək, daim onun fondu genişlənsin.
Çünki dünya dəyişir, yeni əsərlər, kitablar yaranır, bunlar
insanlara yeni biliklər, yeni məlumatlar gətirir. Ona görə də bizim
bu mərkəzi kitabxanamız daim yeni-yeni nəşrlərlə təmin olunsun.
Vaxtı ilə biz bunu planlı şəkildə edirdik. Dövlət planı var idi, heç
kəsi narahat etmədən bu kitabxananı yaradıb inkişaf etdirmişdik və
indi də fəaliyyət göstərir. Ancaq gərək indi buraya hər kəs öz
töhfəsini versin. Azərbaycanın bütün ictimaiyyətini bu xeyirxah işə
dəvət edirəm.
Zəngin tariximizi əks etdirən çox əsərlər var, kitablar var, maddi
əşyalar var. Ancaq bunların içərsində bizim milli mədəniyyətimizi,
milli- mənəvi dəyərlərimizi əks etdirən əsərlər hamısından
qiymətlidir və bu gün üçün, gələcək üçün hamısından da gərəklidir.
Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə
yaşayacaq, həmişə inkişaf edəcəkdir.
Ölkələr arasında dostluq münasibətlərinin möhkəmlənməsinə mədəniyyət
və elm sahəsində əlaqələrin təsiri böyükdür.
Bizim ədəbiyyatımız, mədəniyyətimiz xalqımızın milli sərvətidir və
intellektual mülkiyyətidir.
"Kitabi-Dədə
Qorqud" həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir.
Xalq
həmişə öz ziyallıları, öz mədəniyyəti, öz elmi ilə tanınır.
Mədəniyyət bəşəriyyətin topladığı ən yaxşı nümunələrlə xalqları
zənginləşdirir.
|