E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

1750 ‒ Görkəmli siyasi və dövlət xadimi Pənahəli xan Cavanşir tərəfindən Şuşa şəhərinin əsası qoyulmuşdur.

 

1756-1757 ‒ Sıldırım dağ üzərində Şuşa qalası tikilib başa çatdırılmışdır.

 

1783/1784 ‒ Şəhərin ətrafında daha möhkəm, uzunluğu 2,5 km olan qala divarlarının tikintisi başlanmış və üç il ərzində başa çatdırılmışdır.

 

1795 ‒ İyul ayında Ağa Məhəmməd şah Qacar Qarabağa – Şuşaya birinci dəfə hücum etmişdir və Şuşa qalasını 33 gün mühasirədə saxladıqdan sonra şəhərə daxil ola bilməyərək geri dönmüşdür.

 

1797 ‒ Bu ilin baharında Ağa Məhəmməd şah Qacar Qarabağa –Şuşaya ikinci dəfə hücum etmişdir.

 

1807 ‒ Şuşada ilk dövlət məktəbi təsis edilmişdir.

 

1830 ‒ 30 dekabrda Azərbaycanda dünyəvi təhsil verən ilk qəza məktəbi – Şuşa Qəza Məktəbi fəaliyyətə başlamışdır.

 

1840 ‒ İnzibati-ərazi islahatı nəticəsində Qarabağ əyaləti mərkəzi Şuşa şəhəri olmaqla Şuşa qəzası adlandırılmış və Kaspi vilayətinin tərkibinə daxil edilmişdir.

 

1843 ‒ 21 mayda Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur. Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsidə pələng və yerdən çıxıb alovlanan qaz dilimləri təsvir olunmuş, gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə isə yəhərli qızılı rəngli at təsvir olunmuşdur ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi.

 

1846 ‒ Kaspi vilayəti ləğv edildikdən sonra Şuşa qəzası yeni yaradılan Şamaxı quberniyasının tərkibinə daxil edilmişdir.

 

1848 ‒ Şuşada ilk teatr tamaşaları göstərilmişdir.

 

1849 ‒ Hacı Qulu Məhəmmədəli oğlunun sifarişi ilə milli memarlıq üslubda ‒ üçmərtəbə, 46 otaq və 2 böyük zaldan ibarət olan Hacı Quluların malikanəsi inşa edilmişdir;

 

‒ Memar Kərbalayi Səfixan Qarabaği tərəfindən inşa edilmiş Mehmandarovların qonaq evində Xalça muzeyi təşkil olunmuşdur;

 

‒ 23 apreldə Azərbaycanda ilk müsəlman şiə məktəbi olan Şuşa Müsəlman Şiə məktəbi fəaliyyətə başlamışdır.

 

1864 ‒ Mirzə Rəhim Fənanın təşəbbüsi ilə “Məclisi-üns” ədəbi məclisi yaradılmışdır.

 

1867 ‒ Yelizavetpol (Gəncə) quberniyası təşkil edilmiş və Şuşa qəzası onun tərkibinə qatılmışdır.

 

1872 ‒ Mir Möhsün Nəvvabın təşəbbüsü ilə “Məclisi fəramuşun” (“Unudulmuşların məclisi”) adlı ədəbi-bədii məclis yaratmışdır.

 

1873 ‒ Xurşidbanu Natəvan (III Qarabağ xanı Mehdiqulu Xan Cavanşirin qızı) Şuşa şəhər əhalisinin suya olan təlabatını ödəmək məqsədi ilə saxsı borularla başlanğıcını şəhərdən yeddi kilometr aralıda yerləşən Sarıbaba dağının ətəyindən götürən su kəməri çəkdirmişdir (“Xan qızı bulağı”).

 

1874 ‒ Azərbaycanda, hətta bütün Zaqafqaziyada ilk olan Şuşa şəhər məktəbi təsis edilmişdir.

 

1874-1875 ‒ Aşağı Gövhər ağa məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.

 

1875 ‒ 27 martda Şuşa Xeyriyyə Cəmiyyəti yaradılmışdır;

 

‒ 26 oktyabrda Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayan Şuşa Marinski Qız Məktəbi təsis edilmişdir.

 

1878-1880 ‒ Xan qızı Natəvan tərəfindən Merdinli məhəlləsində bir gün kişilərə, bir gün qadınlara xidmət göstərən Şirin su hamamı tikdirilmişdir (Layihənin memarı Kərbəlayi Səfixan Qarabaği).

 

1881 ‒ 20 sentyabrda Şuşada 6 sinifli Realnı məktəbi-nin əsası qoyulmuşdur.

 

1883 ‒ Memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən Şuşa şəhərinin Saatlı tarixi məscid inşa edilmişdir;

 

‒ Şuşa şəhərinin mərkəzi meydanında yerləşən Yuxarı Gövhər ağa məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir;

 

‒ Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müəllimi, görkəmli pedaqoq Səfərəli bəy Vəlibəyov tərəfindən “Səfərəli Bəyin Məktəbi” adlı anadilli məktəb açılmışdır.

 

1893 ‒ Camal bəy Fətəlibəyov tərəfindən üçüncü dərəcəli xüsusi oğlan məktəbi olan Şuşa Rus-Azərbaycan Məktəbi açılmışdır;  

 

‒ Mirzə Muxtar Məmmədov tərəfindən Rus-Azərbaycan məktəbi olan “Mirzə Muxtar Məktəbi” açılmışdır.

 

1894 ‒ Şuşada qadın ibtidai məktəbinin əsası qoyulmuşdur.

 

1897 ‒ Fevralda Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən ilk dəfə olaraq şəhər kitabxanası təşkil olunmuşdur.

 

1896 ‒ 6 oktyabrda Şuşa ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət Şuşa Nikolayevski Rus-tatar Məktəbi açılmışdır.

 

1899 ‒ Mustafa bəy Mehmandarov “Təzə məhəllə bulağı”nı tikdirmişdir.  

 

1901 ‒ Yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk dəfə “Xandəmirovun teatrı”nda “Şərq konserti” adlı musiqi gecəsi keçirilmişdir.

 

1905-1907 ‒ Şəhər ermənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır.  

 

1906 ‒ Əhməd bəy Ağayevin təşəbbüsü ilə erməni daşnaklarına qarşı Qafqaz ümummüsəlman müdafiə komitəsi – “Difai” adlı milli partiya yaradılmışdır.

 

1911-1914 ‒ “Şuşinski listok” adlı liberal-burjua istiqamətli ictimai-siyasi və ədəbi qəzet çap olunmuşdur.

 

1913-1914 ‒ “Şuşinskaya jizn” adlı həftədə dörd dəfə çıxan dörd səhifəlik ictimai-siyasi və ədəbi qəzet çap olunmuşdur.

 

1915 ‒ Xurşud bəy Əzizbəyovun təşəbbüsü ilə “Rəşadiyyə” məktəbi fəaliyyətə başlamışdır.

 

1918-1920 ‒ Şuşa şəhərinin türk-müsəlman əhalisi ermənilər tərəfindən soyqırıma məruz qalmış və şəhərin xeyli hissəsi ermənilər tərəfindən yandırılmışdır.

 

1919 ‒ Yanvar ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Şuşa qəzasını da əhatə edən müvəqqəti Qarabağ generalqubernatorluğu yaradılmışdır.

 

1922 ‒ Şuşa Mədəni-maarif texnikumu və İncəsənət məktəbi yaradılmışdır.

 

1923 ‒ Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul tarixli dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmış, Şuşa qəzasının bir hissəsi onun tərkibinə daxil edilmişdir.

 

1930 ‒ 8 avqust tarixində Şuşa rayonu yaradılmışdır.  

 

‒ Şuşada ilk Musiqi texnikumu yaradılmış və ilk direktoru məşhur tarzən-pedaqoq Həmzə Əliyev olmuşdur.

 

1932 ‒ 10 oktyabrda Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Xan qızı Natəvanın evində ilk uşaq musiqi məktəbi‒ Şuşa Musiqi məktəbi fəaliyyətə başlamışdır;

 

‒ Azərbaycan Həmkarlar İttifaqı Şurasının 1 saylı istirahət evi yaradılmışdır;

 

‒ Hazırda Şuşa rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Şuşa” qəzeti müxtəlif adlarla çap olunmağa başlamışdır (“Sosializm maldarlığı”; “Kolxoz bayrağı”; “Şuşa kurortu”, “Şuşa”).

 

1938 ‒ Fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılmışdır.

 

1943-1949 ‒ Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrının əsasında Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılmışdır və teatra Üzeyir bəy Hacıbəylinin adı verilmişdir.

 

1948 ‒ Şuşa musiqi texnikumu uşaq musiqi məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır.

 

1957 ‒ Şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün Nəvvabın Tokay Məmmədov tərəfindən hazırlanmış qəbirüstü abidəsi qoyulmuşdur.

 

1959 ‒ Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Şuşa şəhərində uşaqlıq illərini keçirdiyi evdə ev-muzeyi yaradılmışdır.

 

1961 ‒ Respublika Kommunal Təsərrüfatı Nazirliyi işçilərinin uşaqları üçün şəhərin səfalı guşələrindən biri olan “Üç mıx” adlanan yerdə 100 nəfərlik pioner düşərgəsi istifadəyə verilmişdir.

 

1965 ‒ Turşsuda 200 yerlik pansionat tikilmişdir.

 

1967 ‒ Vaqif küçəsində Molla Pənah Vaqifin büstünün açılışı olmuşdur.

 

1969 ‒ Ən böyük tarixi eksponant olan Gövhər Ağa Məscidində Şuşa Tarix Muzeyi fəaliyyətə başlamışdır.

 

1970 ‒ “Oxu tar”, “Tər çiçəklər”, “Muğam” ansamblları yaradılmışdır.

 

1974 ‒ Şuşa Rayon Partiya komitəsinin I katibi Qəşəm Aslanovun və bəstəkar Süleyman Ələsgərovun böyük səyi nəticəsində musiqi texnikumunun fəaliyyəti yenidən bərpa olunmuş və Mir Möhsün Nəvvabın adını daşımağa başlamışdır.

 

1976 ‒ 4 noyabrda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyev “Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında” qərar imzalamışdır.

 

1977 ‒ 10 avqustda Heydər Əliyevin göstərişi ilə Azərbaycan SSR Nazirlər Sovetinin 280 №-li qərarı ilə Şuşa şəhəri Tarixi- Memarlıq Qoruğu elan edilmişdir.

 

1978 ‒ Azərbaycan professional vokal sənətinin banisi Bülbülün anadan olduğu və uşaqlıq illərini keçirdiyi evində (iki otaq, 369 eksponatdan ibarət) Bülbülün ev muzeyinin açılışı olmuşdur.

 

1979 ‒ 12 yanvarda Heydər Əliyev Azərbaycan KP MK-nin I katibi kimi Dağlıq Qarabağa, o cümlədən Şuşaya səfərə gəlmişdir.

 

1980 ‒ Şuşa Dövlət Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının təşəbbüsü və Şuşa şəhər əhalisinin köməyi ilə “Gəncə qapısı”nın mühafizə zonasında xarakterinə görə Respublikamızda birinci olan “Açıq muzey” təşkil olunmuşdur.

 

1982 ‒ 14 yanvarda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyevin iştirakı ilə məşhur Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksinin açılışı olmuşdur;

 

‒ Azərbaycan KP MK-nin I katibi Heydər Əliyevin iştirakı ilə məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünün açılışı olmuşdur;

 

‒ 29 iyulda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyev Şuşada Poeziya Evinin açılışında və “Vaqif poeziya günləri”ndə iştirak etmişdir;

 

‒ Mədəniyyət Nazirliyinin qərarı ilə uğurlu fəaliyyətinə görə “Muğam” ansamblına “Xalq ansamblı” adı verilmişdir.

 

1983-1991 ‒ Hər il may ayında şəhər ziyalılarının təşəbbüsü ilə Şuşanın dilbər guşələrindən biri olan Cıdır düzündə açıq havada milli mahnı bayramları keçirilmişdir.

 

1983 ‒ Bülbülün ev muzeyinin təmirdən sonra təntənəli açılışı olmuşdur.

 

1984 ‒ 29 iyul Mehmandarovların yaşayış kompleksinə daxil olan məhəllə məscidi bərpadan sonra Dərman bitkiləri muzeyi kimi fəaliyyətə başlamışdır;

 

‒ Şuşa Şəhər Uşaq Musiqi Məktəbi Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi adlandırılmış və həmin tarixdən Niyazinin adını daşıyır;

 

‒ Rövşən Bayramovun rəhbərliyi ilə Şuşa şəhər Rəsm Qalareyası (Tacir Abbasqulu ağa Zöhrabbəyova məxsus möhtəşəm üç mərtəbə, on otaqdan ibarət olan malikanədə) yaradılmışdır.

 

1985 ‒ Xurşidbanu Natəvan adına Respublika uşaq (vərəm) sanatoriyası yaradılmışdır.

 

1987 ‒ Xurşidbanu Natəvanın evində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı fəaliyyətə başlamışdır;

 

‒ 19 mayda Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlamışdır.

 

1988 ‒ Şuşa şəhəri Azərbaycan Respublikasının Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.

 

1989 ‒ Cıdır düzündə “Xarı bülbül” Ümumittifaq muğam festivalı keçirilmişdir;

 

‒ Şuşada televiziya ötürücü stansiyası fəaliyyətə başlamışdır.

 

1990 ‒ Bülbülcan adına Uşaq musiqi məktəbi yaradılmışdır;

 

‒ Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Şuşa filialı açılmışdır;

 

‒ Şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün Nəvvabın ev-muzeyi açılmışdır;

 

‒ Respublika Bəstəkarlar İttifaqının Şuşa təşkilatı təsis edilmişdir.

 

1992 ‒ 8 mayda Şuşa şəhəri faciəli şəkildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir;

 

‒ 25 mayda Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti Bakıda bərpa olunmuşdur.

 

1993 ‒ Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün ermənilər tərəfindən Şuşada güllələnmiş heykəlləri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə, üçüncü tərəf vasitəsilə Bakıya gətirilmiş və Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilmişdir.  

 

1998 ‒ Bakı Beynəlxalq Əlaqələr Mərkəzinin “Azərbaycan Dünyası” qalareyasında rəssam İsa İbrahimovun “Mənim Şuşam” adlı rəngkarlıq sərgisi açılmışdır.

 

2000 ‒ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Şuşanın 250 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.

 

2001 ‒ Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilmişdir;

 

‒ “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə Şuşa ərazisindəki abidələr siyahıya alınmış, dövlət mühafizəsinə götürülmüşdür;

 

‒ Akademik Milli Dram Teatrında Şuşaya həsr olunmuş “Şuşa- 250” mövzusunda elmi praktiki konfrans keçirilmişdir.

 

2002 ‒ Kino Evində Xalq şairi Cabir Novruzun “Şuşa yolu” poeması əsasında çəkilmiş eyniadlı televiziya filminin təqdimatı keçirilmişdir.

 

2006 ‒ Azərbaycanın bir sıra mədəniyyət təşkilatı Bakı İncəsənət Mərkəzinin təşəbbüsü ilə “Şuşa uğrunda” Ümumazərbaycan İctimai-Mədəni Hərəkatını təsis etmişdir.

 

2007 ‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Çingiz Qacarın “Qədim Şuşa” kitabının təqdimatı olmuşdur;

 

‒ Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Şuşa Mədəni-Maarif Texnikumunun 85 illik yubileyi qeyd edilmişdir.

 

2009 ‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Şuşanın tarixi yerlərini əks etdirən “Şuşa Qarabağın tacıdır” adlı sərgi təşkil edilmişdir;

 

‒ Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa olunan “Şuşa” tankerinin suya salınması mərasimində iştirak etmişdir;

 

‒ ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır.

 

2010 ‒ Şuşa şəhərinin 260 illik yubileyi qeyd olunmuşdur; .

 

‒ Qarabağ Fondunun dəstəyi ilə S.Bəhlulzadə adına Rəsm Qalareyasında gənc rəssam Həlimə Ələsgərovanın əsərlərindən ibarət “Mənim Şuşam” adlı rəsm sərgisi açılmışdır

 

2011 ‒ Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlılarının İcması İctimai Birliyinin qərargahında Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 19-cu ildönümü ilə bağlı “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusunda elmi konfrans keçirilmişdir;  

 

‒ Qarabağın Azərbaycan İcmasının və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin Şuşa şəhəri haqqında hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminin təqdimatı keçirilmişdir. Filmin baş məsləhətçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva, rejissoru Etibar Məmmədov, ssenari müəllifi Büllur Cavadqızı, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru Musa Qasımovdur;

 

‒ Şuşa YUNESKO-nun musiqi şəhəri nominasiyasına təqdim edilmişdir.

 

2012 ‒ 9 apreldə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” Sərəncam imzalamışdır;

 

‒ Ankarada “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminin (ideya müəllifi və baş məsləhətçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva) təqdimatı olmuşdur;

 

‒ Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyində “Ruhum Qarabağlıdır” filminin təqdimat mərasimi keçirilmişdir;

 

‒ Dövlət İdarəçilik Akademiyasında Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş “Şuşa: Azərbaycanın strateji əhəmiyyətli tarixi mədəniyyət mərkəzi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir;

 

‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “20 il Şuşasız” adlı kitab sərgisinin açılışı və Azərbaycan Mədəniyyət Nazirliyinin hazırladığı “Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir” adlı kitab-kataloqunun təqdimat mərasimi keçirilmişdir;

 

‒ Yeni Azərbaycan Partiyası Gənclər Birliyində Şuşa şəhərinin işğalının 20-ci ildönümünə həsr olunmuş “Şuşa ‒ güllələnmiş heykəllər və ruhlar şəhəri” adlı fotosərgi təşkil edilmişdir;

 

‒Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macarıstan Poçtu qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar xatirə markası buraxmışdır;

 

‒ Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa şəhərinin işğalının 20 illiyi ilə əlaqədar “Şuşa səsləyir...” adlı tədbir keçirilmişdir;

 

‒ Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Şuşa şəhərinin işğalının 20 illiyi ilə əlaqədar “Şuşaya azadlıq!” adlı beynəlxalq kompaniyaya start verilmişdir;

 

‒ Şuşa şəhər uşaq musiqi məktəbinin 80 illik yubileyi keçirilmişdir;

 

‒ Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyində ulu öndər Heydər Əliyevin 1982-ci ilin iyulun 29-da Şuşada Molla Pənah Vaqifin poeziya günlərində iştirakının 30- cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

 

2013 ‒ Aprelin 11-də “Avropa ətrafında Avropa” devizi altında Parisdə keçirilən Böyük Avropanın müəllif və incəsənət filmlərinin VIII festivalı çərçivəsində Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Entrepot” kino zalında Böyük Britaniya kinematoqrafçıları Endryu Tompsonun və Lüsi Beleyin Şuşa qaçqınlarının həyatından çəkdikləri “Həsrət” sənədli filmi nümayiş etdirilmişdir.

 

2017 ‒ Milli Kitabxanada Şuşa Şəhər kitabxanasının yaranmasının 120 illiyinə həsr edilən “Şuşanın mədəni irsi unudulmur” adlı tədbir keçirilmişdir.

 

2018 ‒ Hollandiyanın Harlem şəhərindəki Montessori kollecində şairə Xurşidbanu Natəvanın poemaları əsasında səhnələşdirilmiş “Xarı & Bülbül” teatr tamaşası təqdim edilmişdir.

 

2019 ‒ 8 mayda Azərbaycan Milli Kitabxanasında Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 27-ci ildönümünə həsr olunmuş “Qarabağın tacı Şuşa” adlı geniş kitab sərgisi açılmışdır;

 

‒ “Azərkitab” kitab təbliğatı mərkəzində “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın işğalının 27-ci ildönümünə həsr edilən “Zirvələrin zümrüd tacının dumanlı taleyi...” adlı tədbir keçirilmişdir;

 

‒ Şuşa Dövlət Musiqili Dram Teatrında gənclərin “Xarı bülbül” 2-ci yaradıcılıq festivalı keçirilmişdir.

 

2020 ‒ Noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərini Ermənistan Silahlı Qüvvələrindən azad etmişdir;

 

‒ 8 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi ilə əlaqədar Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciət etmişdir;

 

‒ Noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsi müzakirə edilmişdir;

 

‒ 26 noyabrda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının “Şuşanın azad olunmasına görə” medalının Əsasnaməsini Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu ilə təsdiq etmişdir;

 

‒ 29 dekabrda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalamışdır;

 

‒ 1 dekabrda Azərbaycan Milli Kitabxanası “Qarabağın incisi Şuşa” adlı Elektron məlumat bazasını virtual rejimdə istifadəçilərə təqdim etmişdir;

 

‒ Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanmışdır (sözləri Çexiyada yaşayan azərbaycanlı şairə Leyla Beqim, musiqisi Almaniyada yaşayan həmyerlimiz, skripkaçı Anar Bramodur);

 

‒ Dövlət Tərcümə Mərkəzi tərəfindən Şuşa şəhərində ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edən “Şuşa həqiqətləri” adlı videoçarx hazırlanmışdır;

 

‒ Oktyabrın 12-də Azərbaycan Dövlət Rəsm Qalareyasında Şuşa qalasının 270 illiyinə həsr olunmuş rəssam Elturan Avalovun əsərlərindən ibarət virtual sərgi açılmışdır.

 

2021 ‒ 14 yanvarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olmuşdur;

 

‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində səfərdə olublar;

 

‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırıblar;

 

‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cıdır düzündən Azərbaycan xalqına müraciət etmişdir;

 

‒ 16 martda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Üzeyir Hacıbəyli, Xan qızı Natəvan, Bülbülün güllələnmiş heykəlləri Şuşaya gətirilmişdir;

 

‒ 7 mayda “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva 110/35/10 kilovoltluq “Şuşa” yarımstaniyasının açılışında iştirak ediblər;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xarıbülbül” otelinin nəznindəki 48 mənzilli korpusda və koteclərdə yaradılan şəraitlə tanış olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada yeni məscidin təməlini qoyublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçiriblər;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva “Xan qızı” bulağında olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşa Rəsm Qalareyasında görülən işlərlə tanış olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlqoyma tədbirində iştirak ediblər;

 

‒ 12-13 mayda “Xarıbülbül” musiqi festivalı keçrilmişdir;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər;

 

‒ 12 mayda “Xarıbülbül” musiqi festivalı çərçivəsində möhtəşəm atəşfəşanlıq olmuşdur;

 

‒ 13 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Yuxarı Gövhər ağa məscidində olublar;

 

‒ 13 mayda Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı qalakonsertlə başa çatmışdır;

 

‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunda və ya Zəfər yolunda görülən işlərlə tanış olmuşdur;

 

‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoymuşdur;

 

‒ 15 iyunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan Şuşaya səfər ediblər;

 

‒ 15 iyunda Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olmuşdur;

 

‒ 15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət ediblər;

 

‒ 15 iyunda Azərbaycan-Türkiyə: dostluğun, qardaşlığın, birliyin təntənəsi: Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzalanmışdır;

 

‒ 15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan “Xan qızı” bulağında olublar;

 

‒ 15 iyunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunmuşdur;

 

‒ 22 iyunda “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalamışdır;

 

‒ 9 iyulda Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi Şuşa şəhərinə səfər etmişdir;

 

‒ 30 iyulda Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşaya səfər etmişdir;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada yeni yaşayış massivinin təməlqoyma tədbirində iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma tədbirində iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı mərasimində iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı mərasimində iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri ilə tanış olublar;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışında iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub;

 

‒ 30 avqustda Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi;

 

‒ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər;

 

‒ 18-24 sentyabr tarixində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalı baş tutub;

 

‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası “8 Noyabr – Zəfər Günü” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim etmişdir;

 

‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Şuşanın işğaldan azad olunması münasibətilə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiyanı nəşr etdirmişdir.

 

2022 ‒ 5 yanvarda "Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında" Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.

 

<< Geri