E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

PROMINENT PERSONALITIES

ABOUT SHUSA

 

Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan daim qorunması, saxlanılması üçün Şuşa şəhərini, qalasını yaradıblar; Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.

 

Heydər Əliyev,

Ümummilli lider

*****

 

“Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir!

Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!”

Şuşa Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biridir. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçmiş, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynamışdır. Qasım bəy Zakir, Xurşidbanu Natəvan, Mir Möhsün Nəvvab, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri ilə tarixə düşən bu şəhər dünyada Azərbaycan muğamının beşiyi olaraq tanınır.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

*****

 

Dünyada bir çox şəhərlər var ki, onlar müəyyən mədəni və siyasi səbəblərdən rəmzə çevrilmişdir. Onların adlarını dilə gətirmək kifayətdir ki, hər birimizin yaddaşında həmin şəhərin obrazı yaransın. Hər bir azərbaycanlı üçün belə şəhər Şuşadır. Şuşa Azərbaycan mədəniyyətinin parlaq rəmzlərindən biri kimi olub və qalmaqdadır. Bu gün o, həm də bizim torpaqlarımızın rəmzidir. Axı nə qədər ki, Şuşa erməni qoşunlarının işğalı altındadır, hər birimiz Şuşalıyıq.

 

Mehriban Əliyeva,

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti

 

*****

 

Şuşanın təmiz havası, buz bulaqları, əsrarəngiz mənzərələri onun musiqi beşiyi kimi formalaşmasında mühüm rol oynamışdır. Bu torpaq dünya musiqi mədəniyyəti xəzinəsinə professional Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovu, professional Azərbaycan vokal sənətinin banisi, dahi müğənni Bülbülü bəxş etmiş, neçə-neçə görkəmli bəstəkar və müğənni, şair və yazıçı məhz bu torpağın suyunu içmiş, onun ab-havasından qidalanmışdır. Buna görə də Şuşa “Qafqazın konservatoriyası” adını almış, vokal məktəbi kimi bütün Yaxın və Orta Şərqdə məşhur olmuşdur.

 

Polad Bülbüloğlu,

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri

 

*****

 

Pənah xan yaxın adamları ilə hərtərəfli məsləhətləşdikdən sonra Şuşa şəhərini bina etdirdi. Şəhərin bina olunacağı yerdə axar su və bulaq yox idi. İmtahan üçün bir neçə quyu qazdırdı. O quyulardan su çıxdıqdan sonra Şuşa şəhərinin (1750-ci ildə) binası qoyuldu. Mirzə Adıgözəl bəy Qarabaği, Tarixçi Yeni qala tikdirmək üçün Pənah xan məmurlarla, din xadimləri ilə və Qarabağa yaxşı bələd olan dünya görmüş yerli sakinlərlə xeyli məsləhətləşdikdən sonra qərara gəldi ki, “Biz gərək dağlar içində, möhkəm və keçilməz yerdə elə bir əbədi və sarsılmaz qala tikək ki, onu güclü düşmən belə mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda olan ellərin üzünə daim açıq olmalı və mahallarla rabitəmiz, əlaqəmiz (bir an belə) kəsilməməlidir”. Xanın göndərdiyi bələdçilər ətrafı hərtərəfli öyrəndikdən sonra şad xəbərlə qayıdıb ona bildirdilər ki, “Yeni tikiləcək qalanın içində iki-üç bulaqdan başqa axar su yoxdur. Güman olunan yerlərdə quyu qazdılar və bu quyulardan bol su çıxdı. Bu xəbər Pənah xana çatdırıldı. Xan yaxın adamları ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın binasını qoydu.

 

Mirzə Camal Cavanşir Qarabaği

Tarixçi,

 

*****

 

Qarabağ xanlığının baş vəziri Şuşa Azərbaycan xalqı üçün son dərəcə müqəddəs, ziyarətgah qədər əziz olan yurd yeridir. Çünki dünyanın bu füsunkar guşəsi bütün tarixi dövlərdə Azərbaycanın cənnəti olan Qarabağın sinəsində ona həyat verən bir ürək kimi döyünmüş, aranlı-yaylaqlı bütün Qarabağın mərkəzi olmuşdur.

 

Yaqub Mahmudov,

Akademik

 

*****

 

Şuşada bir gül bitir. Adına “Xarıbülbül” deyirlər. Onu da deyirlər ki, bu güldən ayrı heç yerdə əsər-əlamət tapılmaz. Çünki Xarıbülbül təkcə Şuşa torpağındakı məhəbbətdən cücərir. İlhamın və məhəbbətin Şuşadakı cövhəri ayrı heç yanda olmur və ona görə də Xarıbülbülü harada əkirsən ək, ayrı heç yanda bitmir.

 

Yaşar Qarayev,

Filologiya elmlər doktoru, professor

 

*****

 

Şuşa təkcə özünün gözəl təbiəti ilə deyil, həmçinin yüksək, ahəngdar və poetik mədəniyyəti ilə də şöhrət qazanmışdır. Şuşanı əbəs yerə poeziya və musiqinin beşiyi adlandırmırlar. Demək olar ki, Azərbaycanın bütün məşhur oxuyanları və çalanları Şuşada doğulmuşlar. Səməd Vurğun, Xalq şairi Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər (Şuşa) təssəvvür ediniz. Bu, mənim şəhərimdir.

 

Yusif Vəzir Çəmənzəminli,

Dövlət xadimi və yazıçı

 

*****

 

Azərbaycanın qədim diyarı Qarabağın baş şəhəri Şuşa səfalı havası, əsrarəngiz təbiəti, milli ənənələri, xalq sənəti dəyərlərini yaşadan istedadlı sənətkarları ilə yanaşı, yeni üsullu məktəbləri, təlim-tərbiyəçilik məharəti ilə seçilən ustad müəllimləri ilə də məşhurdur.

 

Əjdər Ağayev,

Pedoqoq, professor

 

*****

 

Şuşa mənim nəzərimdə sevib-sevdirən, coşub-coşduran, yaşayıb-yaşadan canlı bir möcüzədir. Şuşa mənim və mənim xalqımın həyat eşqi, yaşamaq sevgisidir, mənəviyyat bulağı, milli xarakteridir. Şuşanı yalnız Azərbaycanın emblemi adlandıranlar səhv edirlər. Şuşa yer üzündə gözəlliyin, insanlığın, mədəniyyətin, cəsarət və hünərin, mərdlik və qəhrəmanlığın, sənətin, sözün, muğamın, nəhayət, böyük-kiçikliyin, ağsaqqal-ağbirçəkliyin, kişi-qadın davranışının, bir sözlə, yüksək, bəşəri mədəniyyətin emblemidir.

 

Famil Mehdi,

Filologiya elmlər doktoru, professor

 

*****

 

İtaliya vokal məktəbi Avropa musiqi tarixində hansı mövqeyi tutursa, Şuşa vokal məktəbi də Şərq musiqi tarixində eyni mövqeyi tutur. Firidun Şuşinski, Musiqişünas Şuşa! Bu ad nə qədər əziz, doğma, munis, və sevimli bir ad; nə qədər dilnəvaz və mehriban bir ana-vətəndir. Şuşa o qədər gözəl bir yerdir ki, onun adı qarşısında daim diz çökərək “xakipayini” hörmətlə öpmək mənim ən müqəddəs vəzifəm olub. Bu şəhərin uğrunda hər bir varlıqdan: candan, maldan, həyatdan və sairədən keçmək, al qanlara bulanmaq, məhv olmaq mənim üçün ən müqəddəs bir səadət və şərəfli bir haldır.

 

Həsən İxfa Əlizadə,

Mollanəsrəddinçi şair, dramaturq, nasir

 

*****

 

“Qala” adı ilə tanınmış Şuşa özü boyda canlı tariximizdir. Buradakı abidələr isə tariximizin yadigarı və səhifələridir. Şuşa abidələri xalqımızın keçdiyi şanlı və böyük həyat yolundan xəbər verir. Bu abidələrin öyrənilməsi keçmişimizə, torpaqlarımıza olan məhəbbətimizi daha da dərinləşdirir. Şuşa – dünyaya böyük maddi və mənəvi mədəniyyət bəxş etmiş, Qarabağın bol sərvətə, mülayim iqlimə, zəngin bitki və heyvanlar aləminə malik tacıdır.

 

Nazim Məmmədov,

Tarix elmləri doktoru  

 

*****

 

Şuşa! Bu ad qəlbimdə o qədər şirinli-acılı xatirələr oyadır, hisslər, duyğular ləpələndirir ki, Şuşalı günlərimin – Şuşalı günlərimizin hansı anını daha çox qabartmaqda çətinlik çəkirəm. Və bu an Şuşa dahi rəssamın çəkdiyi böyük, əzəli və ədəbi bir tablo kimi gözlərim önündə durur.

 

Mustafa Çəmənli,

Əməkdar mədəniyyət işçisi

 

*****

 

Şuşada musiqi çoxdur. Azərbaycanın hər hansı rayonundan daha çox xalq mahnılarını, rəqslərini, xanəndə və sazəndələrini burada eşitmək olar. Şuşa qədim zamanlardan musiqinin beşiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulağı kimi şöhrət qazanmışdır. “Şuşa musiqiçiləri” Azərbaycan musiqisinin tarixini yaradırdılar və onun yalnız vətənlərində deyil, digər Şərq ölkələrində təqdim edirdilər.

 

V.Vinoqradov,

Şərq musiqisinin məşhur tədqiqatçısı

 

*****

 

Azərbaycanın emblemi adlandırılan Şuşa həm də Yer üzünün gözəllik sərgisi, mərdlik, cəsarət, hünər, qəhrəmanlıq meydanı, sözün, muğamın, musiqinin beşiyidir. Analoqu olmayan səslər muzeyidir. Vaxtı ilə dünyanın müxtəlif ölkələrindən gələn səyyahlar bu şəhəri haqqında yazanda mütləq onu Yer üzününü canlı muzeyi adlandırırdılar.

 

Flora Xəlilzadə,

Əməkdar jurnalist

<< Geri

 
 
Azərbaycan Milli Kitabxanasэ Elektron Məlumat Bazası Milli Kitabxana tərəfindən hazırlanmışdır