Əhməd Ağaoğlu (Əhməd bəy Ağayev) 1869-cu ildə
Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib.
1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur
fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə
tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur
Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə
yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı
məqalələrlə çıxış etməyə başlayır.
1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək
məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Əhməd bəy əsərlərində
milli qurtuluşa gedən yolun cəmiyyətin mədəni və təhsili inkişafından
keçdiyini bildirirdi. Qadın azadlığı ideyalarını yayan və bunu azadlıq
mücadilsənin əsas faktoru kimi göstərən Ağaoğlu Azərbaycan ziyalıları
arasında qadına bərabər hüquqların verilməsinə çağıran ilk ziyalılardan
idi. 1901-ci ildə çapdan çıxan " İslam dünyasında qadın" adlı kitabında
"azad qadınsız milli inkişaf ola bilməz" fikrini sübuta yetirir. Əhməd
bəy Ağaoğlunun bu arzu və ideyaları tezliklə reallığa çevrilir. 1918-ci
ildə qurulmuş Şərqdə ilk demokratik cümhuriyyət Azərbaycan Demokratik
Cümhuriyyətində o dövr nəinki şərqin, hətta qərbin ABŞ və Böyük
Britaniya kimi qabaqcıl dövlətlərinə nümunə olacaq bir hadisə-Azərbaycan
qadınına seçkilərdə səsvermə hüquqlarının verilməsi ilə Əhməd bəyin
ideyaları gerçəkləşir.
Ağaoğlu Transqafqaziya seyminə keçirilən
seçkilərdə müsəlman fraksiyasından üzv seçilir və bu müddətdəki
fəaliyyəti ilə 1905-ci ildə etnik erməni-müsəlman qarşıdurmalarının
qarşısının alınmasında böyük rol oynamışdır. Bir qədər sonra onun
millətçi fikirlərindən və sosial inqilabi düşüncələrindən təşvişə düşən
erməni daşnaklarının təhdidlərinə cavab olaraq "Difahi" adlı
özünümüdafiə təşkilatı yaradır.
Birinci dünya müharibəsinin axırında ingilislər
tərəfindən Maltaya sürgün edilmişdir.
Azərbaycan xalqının böyük vətənpərvər oğlu Əhməd
bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.
|