1750 |
‒ Görkəmli siyasi və dövlət xadimi Pənahəli xan Cavanşir
tərəfindən Şuşa şəhərinin əsası qoyulmuşdur. |
1756-1757 |
‒ Sıldırım dağ üzərində Şuşa qalası tikilib başa
çatdırılmışdır. |
1783/1784 |
‒ Şəhərin ətrafında daha möhkəm, uzunluğu 2,5 km olan
qala divarlarının tikintisi başlanmış və üç il ərzində
başa çatdırılmışdır. |
1795 |
‒ İyul ayında Ağa Məhəmməd şah Qacar Qarabağa – Şuşaya
birinci dəfə hücum etmişdir və Şuşa qalasını 33 gün
mühasirədə saxladıqdan sonra şəhərə daxil ola bilməyərək
geri dönmüşdür. |
1797 |
‒ Bu ilin baharında Ağa Məhəmməd şah Qacar Qarabağa –Şuşaya
ikinci dəfə hücum etmişdir. |
1807 |
‒ Şuşada ilk dövlət məktəbi təsis edilmişdir. |
1830 |
‒ 30 dekabrda Azərbaycanda dünyəvi təhsil verən ilk qəza
məktəbi – Şuşa Qəza Məktəbi fəaliyyətə başlamışdır. |
1840 |
‒ İnzibati-ərazi islahatı nəticəsində Qarabağ əyaləti
mərkəzi Şuşa şəhəri olmaqla Şuşa qəzası adlandırılmış və
Kaspi vilayətinin tərkibinə daxil edilmişdir. |
1843 |
‒ 21 mayda Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur.
Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan
yuxarı hissəsidə pələng və yerdən çıxıb alovlanan qaz
dilimləri təsvir olunmuş, gerbin yarıdan aşağı
hissəsindəki yaşıl sahədə isə yəhərli qızılı rəngli at
təsvir olunmuşdur ki, bu da həmin ərazidə yerli cins at
növlərinin olmasından və atçılığın inkişafından xəbər
verirdi. |
1846 |
‒ Kaspi vilayəti ləğv edildikdən sonra Şuşa qəzası yeni
yaradılan Şamaxı quberniyasının tərkibinə daxil
edilmişdir. |
1848 |
‒ Şuşada ilk teatr tamaşaları göstərilmişdir. |
1849 |
‒ Hacı Qulu Məhəmmədəli oğlunun sifarişi ilə milli
memarlıq üslubda ‒ üçmərtəbə, 46 otaq və 2 böyük zaldan
ibarət olan Hacı Quluların malikanəsi inşa edilmişdir; |
‒ Memar Kərbalayi Səfixan Qarabaği tərəfindən inşa
edilmiş Mehmandarovların qonaq evində Xalça muzeyi
təşkil olunmuşdur;
|
‒ 23 apreldə Azərbaycanda ilk müsəlman şiə məktəbi olan
Şuşa Müsəlman Şiə məktəbi fəaliyyətə başlamışdır. |
1864 |
‒ Mirzə Rəhim Fənanın təşəbbüsi ilə “Məclisi-üns” ədəbi
məclisi yaradılmışdır. |
1867 |
‒ Yelizavetpol (Gəncə) quberniyası təşkil edilmiş və
Şuşa qəzası onun tərkibinə qatılmışdır. |
1872 |
‒ Mir Möhsün Nəvvabın təşəbbüsü ilə “Məclisi fəramuşun”
(“Unudulmuşların məclisi”) adlı ədəbi-bədii məclis
yaratmışdır. |
1873 |
‒ Xurşidbanu Natəvan (III Qarabağ xanı Mehdiqulu Xan
Cavanşirin qızı) Şuşa şəhər əhalisinin suya olan
təlabatını ödəmək məqsədi ilə saxsı borularla
başlanğıcını şəhərdən yeddi kilometr aralıda yerləşən
Sarıbaba dağının ətəyindən götürən su kəməri
çəkdirmişdir (“Xan qızı bulağı”). |
1874 |
‒ Azərbaycanda, hətta bütün Zaqafqaziyada ilk olan Şuşa
şəhər məktəbi təsis edilmişdir. |
1874-1875 |
‒ Aşağı Gövhər ağa məscidi memar Kərbəlayı Səfixan
Qarabaği tərəfindən inşa edilmişdir. |
1875 |
‒ 27 martda Şuşa Xeyriyyə Cəmiyyəti yaradılmışdır; |
‒ 26 oktyabrda Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən
azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol
oynayan Şuşa Marinski Qız Məktəbi təsis edilmişdir. |
1878-1880 |
‒ Xan qızı Natəvan tərəfindən Merdinli məhəlləsində bir
gün kişilərə, bir gün qadınlara xidmət göstərən Şirin su
hamamı tikdirilmişdir (Layihənin memarı Kərbəlayi
Səfixan Qarabaği). |
1881 |
‒ 20 sentyabrda Şuşada 6 sinifli Realnı məktəbi-nin
əsası qoyulmuşdur. |
1883 |
‒ Memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən Şuşa
şəhərinin Saatlı tarixi məscid inşa edilmişdir; |
‒ Şuşa şəhərinin mərkəzi meydanında yerləşən Yuxarı
Gövhər ağa məscidi memar Kərbəlayı Səfixan Qarabaği
tərəfindən inşa edilmişdir; |
‒ Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin
müəllimi, görkəmli pedaqoq Səfərəli bəy Vəlibəyov
tərəfindən
“Səfərəli Bəyin Məktəbi” adlı anadilli məktəb açılmışdır. |
1893 |
‒ Camal bəy Fətəlibəyov tərəfindən üçüncü dərəcəli
xüsusi
oğlan məktəbi olan Şuşa Rus-Azərbaycan Məktəbi
açılmışdır;
|
‒ Mirzə Muxtar Məmmədov tərəfindən Rus-Azərbaycan
məktəbi olan “Mirzə Muxtar Məktəbi” açılmışdır. |
1894 |
‒ Şuşada qadın ibtidai məktəbinin əsası qoyulmuşdur. |
1897 |
‒ Fevralda Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən ilk dəfə
olaraq
şəhər kitabxanası təşkil olunmuşdur. |
1896 |
‒ 6 oktyabrda Şuşa ziyalılarının təşəbbüsü ilə iki
sinifdən ibarət
Şuşa Nikolayevski Rus-tatar Məktəbi açılmışdır. |
1899 |
‒ Mustafa bəy Mehmandarov “Təzə məhəllə bulağı”nı
tikdirmişdir.
|
1901 |
‒ Yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk
dəfə
“Xandəmirovun teatrı”nda “Şərq konserti” adlı musiqi
gecəsi
keçirilmişdir. |
1905-1907 |
‒ Şəhər ermənilər tərəfindən hücuma məruz qalmış və
yandırılmışdır.
|
1906 |
‒ Əhməd bəy Ağayevin təşəbbüsü ilə erməni daşnaklarına
qarşı
Qafqaz ümummüsəlman müdafiə komitəsi – “Difai” adlı
milli
partiya yaradılmışdır. |
1911-1914 |
‒ “Şuşinski listok” adlı liberal-burjua istiqamətli
ictimai-siyasi
və ədəbi qəzet çap olunmuşdur. |
1913-1914 |
‒ “Şuşinskaya jizn” adlı həftədə dörd dəfə çıxan dörd
səhifəlik
ictimai-siyasi və ədəbi qəzet çap olunmuşdur. |
1915 |
‒ Xurşud bəy Əzizbəyovun təşəbbüsü ilə “Rəşadiyyə”
məktəbi
fəaliyyətə başlamışdır. |
1918-1920 |
‒ Şuşa şəhərinin türk-müsəlman əhalisi ermənilər
tərəfindən
soyqırıma məruz qalmış və şəhərin xeyli hissəsi
ermənilər tərəfindən
yandırılmışdır. |
1919 |
‒ Yanvar ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən
Şuşa qəzasını da əhatə edən müvəqqəti Qarabağ
generalqubernatorluğu
yaradılmışdır. |
1922 |
‒ Şuşa Mədəni-maarif texnikumu və İncəsənət məktəbi
yaradılmışdır. |
1923 |
‒ Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul tarixli
dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmış,
Şuşa
qəzasının bir hissəsi onun tərkibinə daxil edilmişdir. |
1930 |
‒ 8 avqust tarixində Şuşa rayonu yaradılmışdır.
|
‒ Şuşada ilk Musiqi texnikumu yaradılmış və ilk
direktoru
məşhur tarzən-pedaqoq Həmzə Əliyev olmuşdur. |
1932 |
‒ 10 oktyabrda Azərbaycan vokal sənətinin banisi
Bülbülün
təşəbbüsü ilə Xan qızı Natəvanın evində ilk uşaq musiqi
məktəbi‒ Şuşa Musiqi məktəbi fəaliyyətə başlamışdır; |
‒ Azərbaycan Həmkarlar İttifaqı Şurasının 1 saylı
istirahət evi
yaradılmışdır; |
‒ Hazırda Şuşa rayon İcra Hakimiyyətinin rəsmi orqanı
olan
“Şuşa” qəzeti müxtəlif adlarla çap olunmağa başlamışdır
(“Sosializm
maldarlığı”; “Kolxoz bayrağı”; “Şuşa kurortu”, “Şuşa”). |
1938 |
‒ Fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı
yaradılmışdır. |
1943-1949 |
‒ Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrının əsasında Şuşa
Dövlət Musiqili Dram Teatrı yaradılmışdır və teatra
Üzeyir bəy
Hacıbəylinin adı verilmişdir. |
1948 |
‒ Şuşa musiqi texnikumu uşaq musiqi məktəbi kimi
fəaliyyət
göstərməyə başlamışdır. |
1957 |
‒ Şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş,
tarixçi, xəttat
və musiqişünas Mir Möhsün Nəvvabın Tokay Məmmədov
tərəfindən hazırlanmış qəbirüstü abidəsi qoyulmuşdur. |
1959 |
‒ Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Şuşa
şəhərində
uşaqlıq illərini keçirdiyi evdə ev-muzeyi yaradılmışdır. |
1961 |
‒ Respublika Kommunal Təsərrüfatı Nazirliyi işçilərinin
uşaqları
üçün şəhərin səfalı guşələrindən biri olan “Üç mıx”
adlanan
yerdə 100 nəfərlik pioner düşərgəsi istifadəyə
verilmişdir. |
1965 |
‒ Turşsuda 200 yerlik pansionat tikilmişdir. |
1967 |
‒ Vaqif küçəsində Molla Pənah Vaqifin büstünün açılışı
olmuşdur. |
1969 |
‒ Ən böyük tarixi eksponant olan Gövhər Ağa Məscidində
Şuşa
Tarix Muzeyi fəaliyyətə başlamışdır. |
1970 |
‒ “Oxu tar”, “Tər çiçəklər”, “Muğam” ansamblları
yaradılmışdır. |
1974 |
‒ Şuşa Rayon Partiya komitəsinin I katibi Qəşəm
Aslanovun və
bəstəkar Süleyman Ələsgərovun böyük səyi nəticəsində
musiqi
texnikumunun fəaliyyəti yenidən bərpa olunmuş və Mir
Möhsün Nəvvabın adını daşımağa başlamışdır. |
1976 |
‒ 4 noyabrda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyev
“Şuşa şəhərində kurort kompleksini daha da inkişaf
etdirmək
tədbirləri haqqında” qərar imzalamışdır. |
1977 |
‒ 10 avqustda Heydər Əliyevin göstərişi ilə Azərbaycan
SSR
Nazirlər Sovetinin 280 №-li qərarı ilə Şuşa şəhəri
Tarixi-
Memarlıq Qoruğu elan edilmişdir. |
1978 |
‒ Azərbaycan professional vokal sənətinin banisi
Bülbülün
anadan olduğu və uşaqlıq illərini keçirdiyi evində (iki
otaq, 369
eksponatdan ibarət) Bülbülün ev muzeyinin açılışı
olmuşdur. |
1979 |
‒ 12 yanvarda Heydər Əliyev Azərbaycan KP MK-nin I
katibi
kimi Dağlıq Qarabağa, o cümlədən Şuşaya səfərə
gəlmişdir. |
1980 |
‒ Şuşa Dövlət Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının
təşəbbüsü
və Şuşa şəhər əhalisinin köməyi ilə “Gəncə qapısı”nın
mühafizə zonasında xarakterinə görə Respublikamızda
birinci
olan “Açıq muzey” təşkil olunmuşdur. |
1982 |
‒ 14 yanvarda Azərbaycan KP MK-nin I katibi Heydər
Əliyevin iştirakı ilə məşhur Azərbaycan şairi və
ictimai-siyasi
xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə
kompleksinin açılışı olmuşdur; |
‒ Azərbaycan KP MK-nin I katibi Heydər Əliyevin iştirakı
ilə
məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünün
açılışı olmuşdur; |
‒ 29 iyulda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyev
Şuşada Poeziya Evinin açılışında və “Vaqif poeziya
günləri”ndə iştirak etmişdir; |
‒ Mədəniyyət Nazirliyinin qərarı ilə uğurlu fəaliyyətinə
görə
“Muğam” ansamblına “Xalq ansamblı” adı verilmişdir. |
1983-1991 |
‒ Hər il may ayında şəhər ziyalılarının təşəbbüsü ilə
Şuşanın
dilbər guşələrindən biri olan Cıdır düzündə açıq havada
milli
mahnı bayramları keçirilmişdir. |
1983 |
‒ Bülbülün ev muzeyinin təmirdən sonra təntənəli açılışı
olmuşdur. |
1984 |
‒ 29 iyul Mehmandarovların yaşayış kompleksinə daxil
olan
məhəllə məscidi bərpadan sonra Dərman bitkiləri muzeyi
kimi
fəaliyyətə başlamışdır; |
‒ Şuşa Şəhər Uşaq Musiqi Məktəbi Şuşa Şəhər Uşaq
İncəsənət
Məktəbi adlandırılmış və həmin tarixdən Niyazinin adını
daşıyır; |
‒ Rövşən Bayramovun rəhbərliyi ilə Şuşa şəhər Rəsm
Qalareyası
(Tacir Abbasqulu ağa Zöhrabbəyova məxsus möhtəşəm üç
mərtəbə, on otaqdan ibarət olan malikanədə)
yaradılmışdır. |
1985 |
‒ Xurşidbanu Natəvan adına Respublika uşaq (vərəm)
sanatoriyası
yaradılmışdır. |
1987 |
‒ Xurşidbanu Natəvanın evində Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına
Qarabağ filialı fəaliyyətə başlamışdır; |
‒ 19 mayda Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı
Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi
sayılan
Mehmandarovların malikanəsində fəaliyyətə başlamışdır. |
1988 |
‒ Şuşa şəhəri Azərbaycan Respublikasının Dövlət
Tarix-Memarlıq
Qoruğu elan edilmişdir. |
1989 |
‒ Cıdır düzündə “Xarı bülbül” Ümumittifaq muğam
festivalı
keçirilmişdir; |
‒ Şuşada televiziya ötürücü stansiyası fəaliyyətə
başlamışdır. |
1990 |
‒ Bülbülcan adına Uşaq musiqi məktəbi yaradılmışdır; |
‒ Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının
Şuşa filialı açılmışdır; |
‒ Şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş,
tarixçi, xəttat
və musiqişünas Mir Möhsün Nəvvabın ev-muzeyi açılmışdır; |
‒ Respublika Bəstəkarlar İttifaqının Şuşa təşkilatı
təsis edilmişdir. |
1992 |
‒ 8 mayda Şuşa şəhəri faciəli şəkildə erməni silahlı
qüvvələri
tərəfindən işğal edilmişdir; |
‒ 25 mayda Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət
Musiqili Dram Teatrının fəaliyyəti Bakıda bərpa
olunmuşdur. |
1993 |
‒ Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün
ermənilər
tərəfindən Şuşada güllələnmiş heykəlləri ulu öndər
Heydər
Əliyevin təşəbbüsü ilə, üçüncü tərəf vasitəsilə Bakıya
gətirilmiş
və Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində
yerləşdirilmişdir.
|
1998 |
‒ Bakı Beynəlxalq Əlaqələr Mərkəzinin “Azərbaycan
Dünyası”
qalareyasında rəssam İsa İbrahimovun “Mənim Şuşam” adlı
rəngkarlıq sərgisi açılmışdır. |
2000 |
‒ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
təşəbbüsü
ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
Şuşanın
250 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir. |
2001 |
‒ Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu YUNESKO-nun Dünya
İrsinin İlkin siyahısına daxil edilmişdir; |
‒ “Azərbaycan Respublikası ərazisində dövlət
mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin
əhəmiyyət
dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il
2 avqust
tarixli 132 nömrəli qərarı ilə Şuşa ərazisindəki
abidələr
siyahıya alınmış, dövlət mühafizəsinə götürülmüşdür; |
‒ Akademik Milli Dram Teatrında Şuşaya həsr olunmuş
“Şuşa-
250” mövzusunda elmi praktiki konfrans keçirilmişdir. |
2002 |
‒ Kino Evində Xalq şairi Cabir Novruzun “Şuşa yolu”
poeması
əsasında çəkilmiş eyniadlı televiziya filminin təqdimatı
keçirilmişdir. |
2006 |
‒ Azərbaycanın bir sıra mədəniyyət təşkilatı Bakı
İncəsənət
Mərkəzinin təşəbbüsü ilə “Şuşa uğrunda” Ümumazərbaycan
İctimai-Mədəni Hərəkatını təsis etmişdir. |
2007 |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
Çingiz
Qacarın “Qədim Şuşa” kitabının təqdimatı olmuşdur; |
‒ Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Şuşa
Mədəni-Maarif Texnikumunun 85 illik yubileyi qeyd
edilmişdir. |
2009 |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
Şuşanın
tarixi yerlərini əks etdirən “Şuşa Qarabağın tacıdır”
adlı
sərgi təşkil edilmişdir; |
‒ Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Xəzər Dəniz
Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə
Rusiyanın
Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo”
gəmiqayırma
zavodunda inşa olunan “Şuşa” tankerinin suya salınması
mərasimində
iştirak etmişdir; |
‒ ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş
poçt markası buraxılmışdır. |
2010 |
‒ Şuşa şəhərinin 260 illik yubileyi qeyd olunmuşdur;
. |
‒ Qarabağ Fondunun dəstəyi ilə S.Bəhlulzadə adına Rəsm
Qalareyasında gənc rəssam Həlimə Ələsgərovanın
əsərlərindən
ibarət “Mənim Şuşam” adlı rəsm sərgisi açılmışdır |
2011 |
‒ Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlılarının İcması
İctimai
Birliyinin qərargahında Şuşanın erməni silahlı qüvvələri
tərəfindən işğalının 19-cu ildönümü ilə bağlı “Şuşa
Azərbaycanın
tarixi mədəniyyət mərkəzidir” mövzusunda elmi konfrans
keçirilmişdir;
|
‒ Qarabağın Azərbaycan İcmasının və “Regional hüquqi və
iqtisadi maarifləndirmə” İctimai Birliyinin Şuşa şəhəri
haqqında
hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa”
filminin
təqdimatı keçirilmişdir. Filmin baş məsləhətçisi siyasi
elmlər
üzrə fəlsəfə doktoru Qənirə Paşayeva, rejissoru Etibar
Məmmədov, ssenari müəllifi Büllur Cavadqızı, redaktoru
Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru Musa
Qasımovdur; |
‒ Şuşa YUNESKO-nun musiqi şəhəri nominasiyasına təqdim
edilmişdir. |
2012 |
‒ 9 apreldə Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev
“Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən
işğalının
iyirminci ildönümü haqqında” Sərəncam imzalamışdır; |
‒ Ankarada “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa”
filminin
(ideya müəllifi və baş məsləhətçisi siyasi elmlər üzrə
fəlsəfə
doktoru Qənirə Paşayeva) təqdimatı olmuşdur; |
‒ Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı
İcması İctimai Birliyində “Ruhum Qarabağlıdır” filminin
təqdimat mərasimi keçirilmişdir; |
‒ Dövlət İdarəçilik Akademiyasında Şuşanın işğalının
20-ci
ildönümünə həsr olunmuş “Şuşa: Azərbaycanın strateji
əhəmiyyətli
tarixi mədəniyyət mərkəzi” mövzusunda elmi-praktiki
konfrans keçirilmişdir; |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “20
il
Şuşasız” adlı kitab sərgisinin açılışı və Azərbaycan
Mədəniyyət
Nazirliyinin hazırladığı “Şuşa Azərbaycanın tarix və
mədəniyyət
incisidir” adlı kitab-kataloqunun təqdimat mərasimi
keçirilmişdir; |
‒ Yeni Azərbaycan Partiyası Gənclər Birliyində Şuşa
şəhərinin
işğalının 20-ci ildönümünə həsr olunmuş “Şuşa ‒
güllələnmiş
heykəllər və ruhlar şəhəri” adlı fotosərgi təşkil
edilmişdir; |
‒Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə
Macarıstan
Poçtu qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin
erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin
20 illiyi
ilə əlaqədar xatirə markası buraxmışdır; |
‒ Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində
Şuşa şəhərinin işğalının 20 illiyi ilə əlaqədar “Şuşa
səsləyir...” adlı tədbir keçirilmişdir; |
‒ Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Şuşa şəhərinin
işğalının
20 illiyi ilə əlaqədar “Şuşaya azadlıq!” adlı beynəlxalq
kompaniyaya
start verilmişdir; |
‒ Şuşa şəhər uşaq musiqi məktəbinin 80 illik yubileyi
keçirilmişdir; |
‒ Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai
Birliyində ulu öndər Heydər Əliyevin 1982-ci ilin iyulun
29-da
Şuşada Molla Pənah Vaqifin poeziya günlərində
iştirakının 30-
cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. |
2013 |
‒ Aprelin 11-də “Avropa ətrafında Avropa” devizi altında
Parisdə
keçirilən Böyük Avropanın müəllif və incəsənət
filmlərinin
VIII festivalı çərçivəsində Avropa-Azərbaycan
Cəmiyyətinin
təşkilatçılığı ilə “Entrepot” kino zalında Böyük
Britaniya
kinematoqrafçıları Endryu Tompsonun və Lüsi Beleyin Şuşa
qaçqınlarının həyatından çəkdikləri “Həsrət” sənədli
filmi nümayiş
etdirilmişdir. |
2017 |
‒ Milli Kitabxanada Şuşa Şəhər kitabxanasının
yaranmasının
120 illiyinə həsr edilən “Şuşanın mədəni irsi unudulmur”
adlı
tədbir keçirilmişdir. |
2018 |
‒ Hollandiyanın Harlem şəhərindəki Montessori kollecində
şairə Xurşidbanu Natəvanın poemaları əsasında
səhnələşdirilmiş
“Xarı & Bülbül” teatr tamaşası təqdim edilmişdir. |
2019 |
‒ 8 mayda Azərbaycan Milli Kitabxanasında Şuşa şəhərinin
ermənilər tərəfindən işğalının 27-ci ildönümünə həsr
olunmuş
“Qarabağın tacı Şuşa” adlı geniş kitab sərgisi
açılmışdır; |
‒ “Azərkitab” kitab təbliğatı mərkəzində “Dünya
Azərbaycanlılarının
Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı
ilə Şuşanın işğalının 27-ci ildönümünə həsr edilən
“Zirvələrin
zümrüd tacının dumanlı taleyi...” adlı tədbir
keçirilmişdir; |
‒ Şuşa Dövlət Musiqili Dram Teatrında gənclərin “Xarı
bülbül”
2-ci yaradıcılıq festivalı keçirilmişdir. |
2020 |
‒ Noyabr ayının 8-də Azərbaycan Respublikasının
Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan
Silahlı Qüvvələri 44 günlük İkinci Qarabağ müharibəsi
zamanı
Şuşa şəhərini Ermənistan Silahlı Qüvvələrindən azad
etmişdir; |
‒ 8 noyabrda Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər
Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi ilə
əlaqədar Şəhidlər Xiyabanında Azərbaycan xalqına
müraciət
etmişdir; |
‒ Noyabrın 20-də Azərbaycan Respublikasının Milli
Məclisində
Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi ilə
əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun
layihəsi
müzakirə edilmişdir; |
‒ 26 noyabrda Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev
Azərbaycan Respublikasının “Şuşanın azad olunmasına görə”
medalının Əsasnaməsini Azərbaycan Respublikasının
2020-ci il
26 noyabr tarixli Vətən Müharibəsində qələbə
münasibətilə Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi ilə
əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik
edilməsi barədə” Qanunu ilə təsdiq etmişdir; |
‒ 29 dekabrda Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev “Azərbaycan Respublikasının Şuşa şəhərinin
işğaldan
azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak
etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı
ilə
təltif edilməsi haqqında” Sərəncam imzalamışdır; |
‒ 1 dekabrda Azərbaycan Milli Kitabxanası “Qarabağın
incisi
Şuşa” adlı Elektron məlumat bazasını virtual rejimdə
istifadəçilərə
təqdim etmişdir; |
‒ Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa”
musiqi kompozisiyası hazırlanmışdır (sözləri Çexiyada
yaşayan
azərbaycanlı şairə Leyla Beqim, musiqisi Almaniyada
yaşayan
həmyerlimiz, skripkaçı Anar Bramodur); |
‒ Dövlət Tərcümə Mərkəzi tərəfindən Şuşa şəhərində
ermənilərin
törətdiyi vəhşiliklərdən bəhs edən “Şuşa həqiqətləri”
adlı
videoçarx hazırlanmışdır; |
‒ Oktyabrın 12-də Azərbaycan Dövlət Rəsm Qalareyasında
Şuşa qalasının 270 illiyinə həsr olunmuş rəssam Elturan
Avalovun əsərlərindən ibarət virtual sərgi açılmışdır. |
2021 |
‒ 14 yanvarda Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və
hava
limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə
olmuşdur; |
‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyeva Şuşa şəhərində səfərdə olublar; |
‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyeva
Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırıblar; |
‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Cıdır düzündən Azərbaycan xalqına müraciət
etmişdir; |
‒ 16 martda Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü
ilə Üzeyir Hacıbəyli, Xan qızı Natəvan, Bülbülün
güllələnmiş
heykəlləri Şuşaya gətirilmişdir; |
‒ 7 mayda “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət
paytaxtı
elan edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidenti
İlham Əliyev Sərəncam imzalamışdır; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva 110/35/10 kilovoltluq “Şuşa”
yarımstaniyasının
açılışında iştirak ediblər; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada “Xarıbülbül” otelinin
yenidənqurmadan
sonra açılışında iştirak ediblər; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada “Xarıbülbül” otelinin nəznindəki
48
mənzilli korpusda və koteclərdə yaradılan şəraitlə tanış
olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada yeni məscidin təməlini qoyublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin inzibati
binası
ilə tanış olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Xan qızı Natəvanın sarayının
qarşısındakı
əraziyə baxış keçiriblər; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva “Xan qızı” bulağında olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi
bina
ilə tanış olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşa Rəsm Qalareyasında görülən işlərlə
tanış
olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada 1 saylı ümumtəhsil məktəbinin
təməlqoyma
tədbirində iştirak ediblər; |
‒ 12-13 mayda “Xarıbülbül” musiqi festivalı keçrilmişdir; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada
“Xarıbülbül”
festivalının açılışında iştirak ediblər; |
‒ 12 mayda “Xarıbülbül” musiqi festivalı çərçivəsində
möhtəşəm
atəşfəşanlıq olmuşdur; |
‒ 13 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Yuxarı Gövhər ağa məscidində olublar; |
‒ 13 mayda Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı
qalakonsertlə
başa çatmışdır; |
‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunda və ya Zəfər
yolunda
görülən işlərlə tanış olmuşdur; |
‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı
kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq
tunelin
təməlini qoymuşdur; |
‒ 15 iyunda Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib
Ərdoğan və birinci xanım Əminə Ərdoğan Şuşaya səfər
ediblər; |
‒ 15 iyunda Azərbaycan Respublikasına rəsmi səfərə gələn
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın
Şuşada rəsmi qarşılanma mərasimi olmuşdur; |
‒ 15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə
Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım
Əminə Ərdoğan Azərbaycanın tanınmış şəxsiyyətləri
Natəvan,
Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət
ediblər; |
‒ 15 iyunda Azərbaycan-Türkiyə: dostluğun, qardaşlığın,
birliyin
təntənəsi: Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası
arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa
Bəyannaməsi”
imzalanmışdır; |
‒ 15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə
Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım
Əminə Ərdoğan “Xan qızı” bulağında olublar; |
‒ 15 iyunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə
“Musiqi
irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya
təqdim
olunmuşdur; |
‒ 22 iyunda “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin
yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev
Fərman imzalamışdır; |
‒ 9 iyulda Azərbaycandakı diplomatik korpusun və
beynəlxalq
təşkilatların 100-dən çox nümayəndəsi Şuşa şəhərinə
səfər
etmişdir; |
‒ 30 iyulda Azərbaycan, Türkiyə və Pakistanın parlament
sədrləri Şuşaya səfər etmişdir; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada yeni
yaşayış
massivinin təməlqoyma tədbirində iştirak ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Otel və
Konfrans Mərkəzi”nin təməlqoyma tədbirində iştirak
ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir
Hacıbəylinin
Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış
olublar; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində
görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
heykəlinin
açılışında iştirak ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan
musiqi
mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş,
professional
vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol
oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki
ev-muzeyinin
bərpa işlərindən sonra açılışı mərasimində iştirak
ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan
şairi və
ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksinin
təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı
mərasimində iştirak ediblər, görülən işlərlə tanış
olublar; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində
dahi
Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı
mərasimində
iştirak ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Xüsusi
nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri
ilə tanış
olublar; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın
mədəniyyət
paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan
“Qarabağ” hotelinin açılışında iştirak ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son
tamamlama
işləri ilə tanış olub; |
‒ 30 avqustda Şuşada böyük Azərbaycan şairi, dövlət
xadimi,
Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin
önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi; |
‒ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin
rəsmi açılışında iştirak ediblər; |
‒ 18-24 sentyabr tarixində Heydər Əliyev Fondu,
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan
Bəstəkarlar
İttifaqının təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına
XIII Beynəlxalq
Musiqi Festivalı baş tutub; |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası “8
Noyabr
– Zəfər Günü” adlı metodik vəsaiti onlayn rejimdə
istifadəçilərə
təqdim etmişdir; |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Şuşanın
işğaldan azad olunması münasibətilə “Şuşa – Azərbaycanın
mədəniyyət
paytaxtı” adlı biblioqrafiyanı nəşr etdirmişdir. |
2022 |
‒ 5 yanvarda "Azərbaycan Respublikasında 2022-ci ilin
“Şuşa ili” elan edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidenti
İlham Əliyev Sərəncam imzalamışdır. |