E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ


1884-cü il 31 yanvar – M.Ə.Rəsulzadə Bakı quberniyası Bakı qəzasının Novxanı kəndində, axund Hacı Molla Ələkbərin ailəsin də dünyaya gəlib.

1901-1903

– İlk təhsilini bu kəndin axundu olan atasından alıb. Sonradan Bakı şəhərində Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlman və Rusi” məktə bin də, eləcə də Bakı Texniki məktəbində rus dilində təhsil alıb.

1903

– “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi”ni yaradır. Gizli fəaliyyət göstərən bu təşkilatın əsas vəzifəsini M.Ə.Rəsulza də açıqlayırdı..Dərnəyin “Hümmət” adlı bir qəzeti də çıxmışdır.

2 may  Tiflisdə nəşr edilən “Şərqi-Rus” qəzetinin 14-cü sayında «Öz müxbirlərimizdən Bakı» başlıqlı ilk yazısı çap edilir.

14 may  “Şərqi-Rus” qəzetində əmisi oğlu və yaxın mü- cadilə dostu Məhəmməd Əli Rəsuloğlu ilə birlikdə “Hümmət və qey rət vaxtıdır” məqaləsi çap edilir.

18 may “Şərqi-Rus” qəzetində “Öz müxbirlərimizdən” başlığı ilə el min vacibliyindən bəhs edən yazısı və sonda “Elm tərifində deyilibdir” adlı müxəmməsi (şeri) çap edilir.

1904

– Həmin dövrdə İ.V.Stalin inqilabi iş aparmaq üçün Bakıya gəlir.M.Ə.Rəsulzadəni ilk tanış edən isə əmisi oğlu M.Ə.Rəsuloğlu olmuşdu. Bakının Balaxanı bölgəsində fabrik işçilərinə məxsus bir otaqda keçirilən görüş son radan onların yaxın dostluq münasibətlərinə çevrilir. Sonrakı dövrdə M.Ə.Rəsulzadə Stalinin Bakının Bayıl həbsxanasından qaçırılmasında önəmli rol oynayır

M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Hümmət”qəzeti çap edilir. O, qeyd edirdi ki, “Hümmət” Qafqazda türk (Azərbaycan) mətbuatı arasında partiya orqanı olmaq üzrə ilk qəzet olub. 1904-1905-ci illərdə bu qəzetin 5-6 sayı çap edilir. 1917-ci ilin iyulun 3-də isə qəzet N.Nərimanovun redaktorluğu ilə yenidən Bakıda nəşrə başlayır.

1905

– “Hümmət” qəzetinin 3-cü sayında “Hümmətür-rical” (yəni, “Kişilərin hümməti (gücü) dağları qoparar”) adlı məqaləsi çap edilir.

1906

– “İrşad” qəzeti ilə əməkdaşlığa başlayır, ora da “Kənddə- müsibət” məqaləsini çap etdirir.Bu məqaləsində o, erməni-müsəlman qırğınından bəhs edir.

– Bakıda “Nicat” mədəni-maarif cəmiyyəti təşkil edilir. M. Ə. Rəsulzadə cəmiyyətin əsas üzvlərindən biri olur. Bu cəmiyyətin üzvləri arasında Üzeyir Hacıbəyli, Hüseynqulu Sarabski, Soltan Məcid Qənizadə, Mehdi bəy Hacınski, Sidqi Ruhulla və digər tanın mış şəxsiyyətlər vardı.1908-ci ildə “Leyli və Məcnun” operası Bakıda məhz “Nicat” cəmiy yətinin fəallığı ilə göstərilmişdi. Cəmiyyət həftədə bir dəfə “Nicat” adlı qəzet buraxırdı. Qəzet İsa bəy Aşurbəyovun vəsaiti və redaktorluğu dərc olunurdu.

– Yaratdığı “Azərbaycanlı Gənc İnqilabçılar Dərnəyi” bu dövr- dən başlayaraq “Müsəlman Demokratik Müsavat Cəmiyyəti” adı ilə gizli fəaliyyət göstərir.

– Bakıda nəşr edilən “Dəvət-Qoç” qəzetində “Mərəzimizin çarəsi” adlı yazısı çap olunur.

– “Dəvət” qəzetində “Bəlayi-əzim” adlı məqaləsi çap edilir. Bu yazısında o, Rusiyanı əhatə edən bəlalardan, təcavüzlərdən, zülm lərdən bəhs edir.

– “Təkamül” qəzetinin ilk sayında “Şeytan işinin nəticəsi” adlı məqaləsi çap edilir. Bu yazısında o,həm müsəlmanların, həm də ermənilərin fəlakət və səfalətə düçar olduqlarını qeyd edir.

1907

“Təkamül” qəzetinin 7-ci sayında məişətdən bəhs edən “Nagəhan bəla” adlı məişət mövzulu səhnə əsəri çap edilir. Bu əsərdə o, elmin əhəmiyyətini xüsusi qeyd edir, fəhlə tətillərindən danışır..

17 fevralda “Təkamül” qəzetində ilk dəfə olaraq Türkiyə dən bəhs edən “Şurayi-Osmani” adlı məqaləsi, 22 avqustda “Yoldaş” qəzetinin ilk sayında “İkinci müəllimlər İctimai” (qurultayı) adlı məqaləsi 12 oktyabrda isə – “Füyuzat” jurnalında “Həsbi-hal” adlı üsyankar ruhlu şeri çap edilir.

12 noyabr – “Nicat” Mədəni-Maarif Cəmiyyətinin idarə he yətinin sədri olan Həsən bəy Ağayevin İrana getməsi ilə bağlı M.Ə.Rə sulzadə cəmiyyətə sədrlik edir

Üzeyir Hacıbəylinin tərtib etdiyi “Mətbuatda istifadə edilən siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin “Türki-rusi və rusi-türki lü ğəti” kitabının redaktoru olur.

A.Blyumun “Fəhlə sinfinə hansı azadlıq lazımdır?” kitabını Azərbaycan dilinə tərcümə edib “Orucov qardaşları” mətbəə sin də çap etdirir.

 Bakıda Həsən bəy Zərdabinin dəfn mərasimində çıxış edir və “İrşad” qəzetində Həsən bəy Zərdabinin dəfn mərasimindəki nitqi çap edilir.“İrşad” qəzetində Həsən bəy Zərdabinin dəfn mərasimindəki nitqi çap edilir. Həmin nitqindən: “Budur bu qoca ədib də haman camaatın hər dərdinə dərman olan ürfan toxumlarını səpmişdir ki, bu barələrdə çox danışıldı...”

1908

“İrşad” qəzetində M.Ə.Rəsulzadənin “Nicat” Maarif Cəmiyyətinin sədri imzası ilə (katib – Hacıbababəyov) məlumat çap edilir.

“Tərəqqi” qəzetində “İrana dair, Təbriz əhvalatı” başlıqlı yazısı çap edilir.

“Qaranlıqda işıqlar” adlı ilk pyesi tamaşaya qoyulur.

“Nicat” Mədəni-Maarif Cəmiyyətinin sədri kimi fəaliyyət göstərir.

1909

– Stalinin xahişi ilə M.Ə.Rəsulzadə “Gənc türklərin qələbəsi haqqında” məqalə yazır və Bakıda rus dilində cəmisi 2 sayı çap edilən “Volna” jurnalının 1-ci sayında çap etdirir.

– Çar Rusiyası tərəfindən təqib edilir.“Tərəq qi” qəzetinin müxbiri olaraq, həm də İran inqilabçılarına dəstək üçün İrana – Rəştə gedir. O, İrana “Russkoye Slovo” qəzetinin (bu qəzet 1895-1917-ci illərdə Moskvada gündəlik olaraq nəşr edilib) xüsusi müxbiri olan Todorov və onun xanımı ilə birgə gedir. Təbrizdə, Ərdəbildə, Mə rənddə, Tehranda olur. “Tərəqqi” qəzetində “İran məktubları” yazısını çap etdirir.

– Təbrizdə dünya şöhrətli milli qəhrəman Səttar xanla görüşür, onunla maraqlı söhbət edir, verdiyi müxtəlif sualları “Sərdari-Milli” cavablandırır. M.Ə.Rəsulzadə bu görüşdən bəhs edən “Təbriz. Səttarxanla mülaqat” məqaləsini “Tərəqqi” qəzetində nəşr etdirir.

 – 23 avqustTehranda Avropa tipli “İrani-Nov” (“Yeni İran”) qəzetini nəşr edir.Bu qəzetdə M.Ə.Rəsulzadənin “M.Əmin”, “R-zadə”, “Rəsulzadə”, “M.Ə.Rəsulzadə”, “Niş” imzaları ilə müxtəlif mövzulu, janrlı və həcmli 29 yazısı çap edilib. Onun bu qəzetdə imzasız dərc olunmuş baş məqalələrinin, redaksiya şərhi və digər yazılarının miqdarı 200-dən çoxdur.

1910

– M.Ə.Rəsulzadə Avropada təhsil almış bir qrup İran ziyalısı ilə birgə (S.H.Tağızadə, İ.Nəvvab, S.Mirzə, S.M.Rza və b.) “İran Demokrat Partiyası”nı yaradır.

 

Tehranda “Faros” mətbəəsində farsca “Mühafizəkar və ya sosialist-mühafizəkar partiyaların tənqidi” əsəri çap edilir.

1911

– Ərdəbil şəhərində fars dilində “Səadəti bəşər” (“Bəşəriyyətin xoşbəxtliyi”) kitabı çap edilir..

Çar Rusiyasının İrandakı səfirliyinin təzyiqi və İran Məşrutə hərəkatının məğlub olması səbəbi ilə yaxın dostu Seyid Həsən Tağızadə ilə birgə İranı tərk edir.

İranı tərk etdikdən sonra gizli olaraq Astara-Lənkəran yolu ilə Bakıya gəlir, bir müddət burada qalır, sonra İstanbula gedir.

 

– Türkiyədə - İstanbulda olur. Az sonra bura da fəaliyyətə başlayan “Türk Yurdu” dərgisi, “Türk Ocaqları” təşki latı ilə yaxından əməkdaşlıq edir.

– M.Ə.Rəsulzadənin dostlarına yazdığı məktublardakı fikirləri də əsas götürülərək, Bakıda Məhəmməd Əli Rəsul oğlu, Tağı Nağıoğlu və Abbasqulu Kazımzadə tərəfindən “Müsəlman Demok ratik Partiyası – Müsavat” yaradılır.

– “Türk Yurdu” jurnalında və az sonra “Səbilür- Rəşad”(“Doğru Yol”) məcmuəsində “İran Türkləri” əsəri çap edilir və Türk ictimaiyyətinin böyük marağına səbəb olur.

1912

C.Əfqaninin “Milli Birlik fəlsəfəsi” əsərini farscadan çevirib “Türk Yurdu” jurnalında çap etdirir.

1913

– Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumi bağışlamadan sonra Bakıya qayıdır.

– “İqbal” qəzetində “Təzə kitablar” adlıp yazısı çap edilir, yenidən ictimai-siyasi, mətbu fəaliyyətə başlayır.

– “Müsavat” Partiyasının fəaliyyətini gücləndirir, təşkilata ümumi rəhbərlik edir.

1914

“İqbal” qəzetinin Baş redaktoru olur.

“Dirilik nədir?”, “Milli dirilik” başlıqlı  yazıları “Dirilik” jurnalında çap edilir.

1915

– Bakıda nəşr edilən “Yeni İqbal” qəzetininp ilk sayında “Yaponiyanın qələbəsi” adlı yazısını çap etdirir.

– “Yeni İqbal” qəzetində Bakı Quberniyasıp Xalq Peşə məktəbinin direktoruna aid olan bir məlumatin səhifədən çıxarılmasına ciddi etirazını bildirdiyinə gorə Bakı şəhər rəisinin əmri ilə həbs edilir.İki aya qədər həbsdə saxlanıldıdan sonra azadliğa buraxılır. Onun həbsi haqqında “Yeni İqbal” qəzetinin 1915-ci il, 24 may sayında (N23) məlumat vardır.

– “Açıq söz” qəzeti onun redaktorluğu ilə nəşrə başlayır. Bu qəzet türk ədəbi ləhcəsi ilə çap edilən ilk mətbuat orqanı olur.

1916

– “Açıq söz” qəzetində “Miladdan 1916” adlı məqaləsi çap edilir.

1917

– Bakıda keçirilən Qafqaz Müsəlmanlarının Qurultayında çıxış edir, müsəlmanlara ərazi muxtariyyəti verilməsi ideyasını irəli sürür.Ümumi səsvermədə onun irəli sürdüyü “ərazi muxtariyyəti” ideyası qurultayda 271 səsə qarşı 446 səslə qəbul edilir. Həmin qətnamədən: “Rusiyada müsəlman xalqlarının mənafelərini təmin edə bilən ən məqbul dövlət quruluşu forması milli ərazi federasiyası əsasında yaradılacaq demokratik respublikadır”.

–  17 iyun “Müsavat”la “Türk-Ədəmi Mərkəziyyət” partiyaları birləşir. Yeni təşkilat “Türk-Ədəmi Mərkəziyyət Müsavat” Partiyası adlanır. M.Ə.Rəsulzadə Birləşmiş Partiyanın sədri seçilir.

–  Bakı Şəhər Sovetinə keçirilən seçkilərdəp M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat” Partiyası 25 min seçicidən 10 min nəfərinin səsini alıb böyük nüfuzunun olduğunu göstərir.

–  Bakı şəhərində, “İsmailiyyə” binasındap “Müsavat” Partiyasının I Qurultayı keçirilir və M.Ə.Rəsulzadə partiyanın sədri seçilir.

– 18 noyabr  Bolşeviklər M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Müsavat”ın Bakı Şəhər Sovetinə olan seçkilərdəki qələbəsini ləğv edir.

–  Zaqafqaziyada Ümumrusiyap Müəs sis lər Məclisinə keçirilən seçkilərdə M.Ə.Rəsulzadəninp başçılıq etdiyi “Müsa vat” Partiyası müstəqil demokratik qruplap birgə (Əlimərdan bəy Top çubaşov, Fətəli xan Xoyski və b.) seçkidə Zaqafqaziya üzrə 615.816 (26, 9%) səslə ikinci yeri tutur. Birinci yeri 1% səs çoxluğu ilə gürcü menşevikləri qazanır.

1918

–  Tiflisdə Zaqafqaziya Seyminin ilk toplantısıp ke çirilir və M.Ə.Rəsulzadə “Müsavat” fraksiyasının (30 nəfərlə) lideri təsdiq edilir.

–   “Açıq söz” qəzetinin 700-cü sayında bildirilir ki, M.Ə.Rəsulzadə hazırda Trabzonda Sülh heyətinin tərkibində- dir və Seym üzvü olaraq qalır

–  M.Ə.Rəsulzadənin sədri olduğu Azərbaycanp Milli Şurası Azərbaycan İstiqlalını elan edir və altı maddədənp ibarət olan Azərbaycan İstiqlal bəyannaməsi qəbul edilir. Həmin günü Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət kabinəsip təşkil edilir. 9 strukturdan ibarət olan I hökumət kabinəsinə Nazirlər Şurasının sədri Fətəli xan Xoyski başçılıq edir.

– M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Milli Şurap Azərbaycan Parlamentinin yaradılması haqqında qanun qəbul edir

–  M.Ə.Rəsulzadə Azərbaycan Parlamentininp açılışında ilk çıxışı edir. Məşhur tarixi sözlərini də ilk dəfə burada səsləndirir: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”.

1919

– M.Ə.Rəsulzadə Azərbaycan Parlamentininp 29-cu iclasında çıxış edib, ermənilərin iddialarını rədd edir. Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir

–  M.Ə.Rəsulzadənin təşəbbüsü vəp Parla ment də bir neçə dəfə çıxışındakı tələbi əsasında Bakı Dövlətp Universiteti tə sis edilir və o, burada tarix-filologiya fakultəsində Osmanlı ədəbiyyatı tarixin dən mühazirələr oxuyur

–  Bakıda “Müsavat” Partiyasının II qurultayı keçirilir. M.Ə.Rəsulzadə Partiyanın sədri seçilir.

1920

 

–  Bakıda “Azərbaycan” qəzetinin hökumət mətbəəsində M.Ə.Rəsulzadənin “Azərbaycan təşəkkülündə Müsavat” kitabı nəşr edilir.

– Bolşeviklərin Azərbaycanı işğalından sonra M.Ə.Rəsulzadə təqib olunur, əvvəl Bakıda – Ramanada gizlənir, sonra isə Lahıca gedib orada qalır, özünün məşhur “Əsrimizin Səyavuşu” əsərini yazır.

– Göyçay qəzasının Qaraməryəm kəndində bolşeviklər onu həbs edib Bakıya gətirir.

– İ.V.Stalin Bakıya gəlir və M.Ə.Rəsulzadəni həbsdən azad edib özü ilə Moskvaya aparır.

 – Moskvada nəzarət altında yaşayır. Ona RSFSR Millətlər Komissarlığı nəzdində yaradılması nəzərdə tutulan Şərq Xalqlarını Öyrənmə Cəmiyyətinə rəhbərlik etmək təklif edilir, lakin o, bu təkliflə razılaşmır. O, eyni zamanda Şərq Ölkələri zəhmətkeşlərinin Kommunist Universitetində professor vəzifəsində çalışmaqdan da imtina edir. Hətta Stalinin bu işə müdaxiləsi də M.Ə.Rəsulzadəni razı salmır. Moskvada olarkən o, yalnız Şərq Ölkələri İnstitutunda (keçmiş Lazarev İnstitutu) fars və rus dillərindən dərs deyir, müəllim olaraq çalışır. Bu müd dətdə o, elmi tədqiqat işləri ilə məşğul olur, “Jizn Nasional nostey” (“Millətlər Həyatı”) jurnalında yazılar çap etdirir.

1922

– M.Ə.Rəsulzadə elmi ezamiyyət adı ilə Sankt-Peterburqa gedir, oradan isə Finlandiyaya keçir. 15 gün ərzində fin əs gərlərinin nəzarətində qalır, bir müddət Helsinkidə yaşayır. Burada olar kən tanınmış mücahid Abdulla Battas-Taymasla da görü şür. Hel sinki də M.Ə.Rəsulzadənin şərəfinə verilən ziyafətdə Peterburq imamı Lütfi İshaqi də iştirak edir, onun haqqında xoş sözlər söyləyir.

– Helsinskidə pasport və viza işlərini bitirdikdən sonra Berlinə gedir.

– Berlində olarkən Ceyhun bəy Hacıbəyliyə məktub yazıb ayın 13-nə qədər bütün işlərini yekunlaşdıracağını bildirir.

– Almaniya paytaxtını tərk edib Parisə gedir.Burada o Türkiyədə qalmq haqqında qəti qərara gəlir.

– İstanbula gəlir.21 dekabr ayına olan bir məktubunda M.Ə.Rəsulzadə qeyd edir ki, İstanbula gəlişindən bir-neçə gün sonra tanınmış Türk siyasi xadimi Rüfət Paşa ilə görüşmüş və Azərbaycan mühacirlərinin problemlərini müzakirə etmişlər.

1923

– İstanbulda M.Ə.Rəsulzadənin “Azərbaycan Cüm huriyyəti (keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti)” kitabı nəşr edilir və həmin il İzmirdə keçirilən “İzmir İqtisadi Konqresi”ndə “İqtisa di Misak” (Bəyannamə) proqramında və “Kitab Bayramı” tədbirində (sərgisində) Atatürk mükafatına layiq görülür.

–  Azərbaycan mühacirət mətbuatının ilk orqanı olan “Yeni Qafqasiya” jurnalını nəşr edir.

–  M.Ə.Rəsulzadə İstanbulda bu ünvanda yaş ayır: Çarşıqapı, Qəndilli küçəsi-5. (Çox ehtimal ki, “Yeni Qafqasiya” jur nalı da burada nəşr edilib). M.Ə.Rəsulzadə 1923-cü ildə 17 noyabrda Parisə – Ə.M.Topçubaşova göndərdiyi məktubda bu ünvana köçdüyünü bil dirir.

1924

– “Müsavatın Xarici Əlaqələr Bürosu”nu və “Azər baycan Milli Mərkəzini” yaradır.

1923-1925

– İstanbulda “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “Rusiyada siyasi vəziyyət” kitablarını çap etdirir.

1925

– M.Ə.Rəsulzadə Ə.M.Topçubaçova yazır:” Bakıda M.Y.Cəfərov və Z.B.Əhmədbəyov həbs edilib.Həbsin səbəbi məlum deyil.Belə məlumat verirlər ki, “Yeni qafqasiya” nın oxuyucularını tapmaq üçün axtarış aparıblar”.

–  Parisə – Ə.M.Topçubaşova göndərdiyi məktubda yaşayış yerini dəyişib bu ünvanda məskunlaşdığını qeyd edir: “Ayasofya, Yerəbatan küçəsi N 6, Molla Nəcməddinin mülkündə”.

1926

– M.Ə.Rəsulzadə Polşa Xarici İşlər Nazirliyi nin rəsmisi olan Tadeuş Qolubkoya məktub yazır və “Yeni Qafqasiya” jur nalına dəstək göstərməsini xahiş edir.

– İlk dəfə burada Beynəlxalq təşkilat olaraq “Pro metey” hərəkatı yaradılır. Hərəkatın yaradılmasında M.Ə.Rəsulzadə də daxil olmaqla keçmiş Rusiya imperiyasının ayrı-ayrı xalqlarının liderləri fəallıq göstərir.

– Parisdə, fransız dilində “Prometey” jurnalı nəşrə baş la yır. Jurnal “Müstəqil Qafqaz Komitəsi” (Azərbaycan, Gürcüstan, Şimali Qaf qaz) tərəfindən çap edilir. M.Ə.Rəsulzadə jurnalın redaksiya heyə tinin üzvü kimi fəaliyyət göstərir.

Polşada – Varşavada, Polşanın Xüsusi Xidmət İdarəsi SSRİ-yə qarşı kəşfiyyat fəaliyyəti aparmaq üçün 2 saylı Ekspozituranı – Polşa Baş Qərargahının II Şöbəsinin kəşfiyyat bölməsini yaradır və M.Ə.Rəsulzadə Varşava qrupunun rəhbəri olur. Bu bölmə əsasən SSRİ-nin da ğıl ması, Qafqazın, eləcə də Azərbaycanın azad edilməsi üçün mü ha cir lərin məsləhətlərindən faydalanır.

1927

M.Ə.Rəsulzadə Polşa dövlətinin rəsmisi olan T. Qolubkoya yazdığı məktubda Azərbaycanla əlaqələrin möhkəm lən diri lməsi vacibliyini bildirir.

1928

–  M.Ə.Rəsulzadənin ümumi rəhbərliyi ilə “Azəri- Türk” jurnalı nəşr edilir.

–  M.Ə.Rəsulzadənin redaktorluğu ilə “Milliyyət və bolşevizm” məcmuəsi və yazdığı “İxtilalçı sosializmin iflası və demokratiyanın gələcəyi” kitabı çap edilir.

1929

– M.Ə.Rəsulzadənin Baş redaktorluğu ilə İstanbulda “Odlu Yurd” jurnalı nəşr edilir..

–  M.Ə.Rəsulzadənin və Səid bəy Şamilin( Qafqaz Dağlıları Xalq Partiyasının lideri) İstanbuldakı evində axtarış aparılır.x.Sultanzadənin məlumatına görə türkiyə polisi evdən çolu sənədlər götürür.

–   M. Ə. Rəsulzadənin ümumi rəhbərliyi ilə “Odlu Yurd” adlı bülleten nəşr edilməyə başlayır. Bülleteni nəşr etməkdə əsas məqsəd bu idi: “Odlu Yurd” dərgisinin məşğul olduğu sahə və hadisələr haqqında ictimaiyyətə daha tez və müntəzəm informasiya vermək”. Bülletenin sonuncu – 54-cü sayı 1930-cu ilin martın 17-də nəşr edilib. Gündəlik yayın orqanı olaraq çap edilən bülletenin sahibi Abbasqulu Kazımzadə, məsul müdiri isə Kamal idi.

1930

– Varşavada “Prometey” hərəkatına daxil olan Azərbaycan.Gürcüstan, və Şimali Qafqazın milli təşkilatının Konfransı keçirilir.azərbaycan təmsilçisi olaraq konfransda M.Ə.Rəsulzadə və M.Vəkilli iştirak edirlər.

–  Parisdə “Panturanizm haqqında”, Varşavada isə “Panturanizm və Qafqasya problemi” kitabları rusca nəşr edilir.

1931

– Ankarada Türkiyə Xarici İşlər Naziri T.Rüşdi ilə SSRİ Xarici İşlər Naziri Litvinov arasında imzalanan müqaviləyə əsasən Türkiyə dövləti fəal mühacirləri ölkəsindən getməyə məcbur edir və SSRİ əleyhinə təbliğata imkan vermir.

–  M.Ə.Rəsulzadənin Türkiyədən çıxmağa məc bur olan yaxın silahdaşları da siyasi sığınacaq alıb Polşada məs kun laşır. Almaniyada isə onların qəzet və jurnal nəşr etməsi üçün şərait yara dılır.

1932

– Almaniyada Berlində “İstiqlal” qəzetini nəşr edir.

1933

M.Ə.Rəsulzadə “Azərbaycan Milli Mərkəzi” ilə bağlı Varşavada yazdığı anketdə Mərkəzin Varşavada, İstan bul da və Parisdə yerləşdiyini qeyd edir. O, eyni zamanda hər ay ona verilən 650 zlot məbləğindən M.Mehdiyevə və M.Vəkilliyə 68 dollar, Ə.Şey xülisla mova, A.Atamalıbəyova, C.Hacəbəyliyə, X.Xasməmmədovaa və M.Ə.Rəsuloğluna 30-32 dollar, Ə.M.Topçubaşova isə 40 dollar kömək olun duğunu qeyd edir.

M.Ə.Rəsulzadə bu anketdə hər il Azərbaycana 3 emissarın gön dəril məsi üçün 300 dollar, orada xalq arasında çağırış və vərəqələrin yayıl masına isə 100 dollara yaxın vəsaitin ayrıldığını bildirir.

– Varşavada “Azərbaycanda Milli Hərəkat” adlı çox əhəmiyyətli bir məqaləsini yazır və 1934-cü ilin yanvarın 12-də bu yazı 2 saylı Ekspozituraya daxil olur.

1934

Almaniyada, Berlində “Qurtuluş” jurnalını nəşr edir.

1935

– Brüsseldə Qafqaz təşkilatları “Prometey” cəbhəsinin konfransı keçirilir.azərbaycan adından konfransın işində M.Ə.Rəsulzadə.M.Mehdiyev,M.Məhərrəmov, A.Atamalıbəyov,Ə.M.Topçubaşov(Ələkbər bəy Topçubaşov –Ə.M.Topçubaşovun oğlu) iştirak edirlər.

 –  M.Ə.Rəsulzadə Polşa Baş Qərargahı II Şöbəsinin 2 saylı Ekspoziturasının rəisi E.Xaraşkeviçə məktub yazır və bu məktubda Ə.M.Topçubaşovun ailəsinə təqaüdün verilməsinin da vam etdirilməsi vacibliyini bildirir. Qeyd edir ki, bundan ötrü o, Ə.M.Top çubaşovun oğlu Ələkbər Topçubaşovu rus dilində nəşrini planl aş dır dıq - l arı jurnala redaktor təyin etməyi qərara alıb. M.Ə.Rəsulzadə bununla Ə.M.Topçubaşovun ailəsinə maddi dəstəyin göstərilməsini müm kün sayır.

1936

–  Polşanın Varşava şəhərində M.Ə.Rəsulzadə nin ümumi rəhbərliyi ilə “Müsavat” Partiyasının konfransı keçirilir. Bu konfransda M.Ə.Rəsulzadə milli mübarizədə partiyanın siyasəti mövzusunda məruzə edir. Konfrans “Müsavat” Partiyasının siyasi platformasını, parti yanın xarici və daxili siyasətinə dair tezisləri və bir sıra başqa qətnamələri işləyib hazırlayır.

 Almaniyada, Berlində “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabını Türkiyə türkcəsində, Parisdə isə rusca çap etdirir. Onun Parisdə ingiliscə “Azərbaycan” kitabı da nəşr edilir.

1937

– Almaniyada almanca “Azərbaycan problemi” əsərini çap etdirir.

1938

– Varşavada polyakca “Azərbaycan müstəqillik uğrunda mübarizədə” kitabını çap etdirir.

1939

– M.Ə.Rəsulzadə II Dünya müharibəsinin başlaması və Polşanın sentyabrın 1-də almanların, sentyabrın 18-də isə sovetlərin işğalı üzərinə bu ölkəni tərk edir. Köstəncədə dostu, Türkiyəni Rumıniyada Böyükelçi olaraq təmsil etməyə gələn Həmdulla Sübhi Tanrıövəri qarşılayır və onunla birlikdə Buxarestə gedir. Burada 1945-ci ilin əvvəllərinə qədər yaxın dostu, Türkiyənin Rumıniyadakı Böyükelçisi Həmdullah Sübhi Tanrıövərin himayəsində “Kiryazi” otelində yaşayır.

1941

– Rumıniyanın Buxarest şəhərində olur, Nizamiyə həsr etdiyi “Azərbaycan şairi Nizami (1141-1209)” əsərini yazır.

1940-43

– Buxarestdə yaşayır. Almaniyada olur, azərbaycanlı əsirlərin xilasına çalışır. Almaniya hakimiyyət dairələri ilə danışıqlar aparır, “Azərbaycan Milli Komitəsi”ni yaradır, almanların əsirlərlə bağlı yaratdığı “Azərbaycan Milli Komissiyası” na başçılıq edir.

1943

– Azərbaycan legionerləri qarşısında çıxış edir. Almaniya hökumətinin yürütdüyü siyasətlə razılaşmadığını bildirib bu ölkəni tərk edir.

1944

– Rumıniyanın 1944-cü ilin aprelində ABŞ təyyarələri tərəfindən bombalanmasından sonra burada baş verən bir çevrilişlə hökumət devrilir. Yeni hökumət ruslarla atəşkəs elan edir. Bu vəziyyətdə M. Ə. Rəsulzadə Buxaresti tərk etmək məcburiyyətində qalır.

1945

–  Rumıniya işğal edildikdən sonra Avstriyaya gəlir, “İmperial” mehmanxanasında yaşayır, sonra Almaniyanın Mittenvald bölgəsindəki qaçqın düşərgəsində olur. Burada “Azərbaycan Demokrat Birliyi”ni yaradır.

1946

–  Müvəqqəti yaşadığı Mittenvald bölgəsindən dos tu, Türkiyənin Rumıniya Böyükelçiliyində 4 il hərbi attaşe olaraq çalış mış, (1940-cı ilin 23 iyunundan 1944-cü ilə qədər) albay Kənan Koca türkə məktub yazır və özünün də, buradakıların da Türkiyəyə get mək istəyində olduğunu bildirir.O, bu məktubu Türkiyəyə Almaniyadakı düşərgəyə qaçqın işləri üzrə səlahiyyətli nümayəndə olaraq gəlmiş İhsan bəy vasitəsi ilə göndərir.

1947

–  Münhendə 30 səhifəlik “Azərbaycan tarixi” kitabını çap edib, azərbaycanlılar arasında yayır. “Azərbaycan-Türkiyə” Cəmiyyəti yaradıb azərbaycanlıların Türkiyəyə getməsini təmin edir.

–   M.Ə.Rəsulzadənin Türkiyədə dostlarına yazdığı məktublar təsirini göstərir. Dostları (başda Həmdullah Sübhi Tanrıövər olmaqla) onun Türkiyəyə qayıtması üçün Xariciyyə vəkili ilə görüşüb razılaşır. Türkiyə Prezidenti İsmət İnönünün sərəncamı ilə Türkiyəyə qayıtmasına icazə verilir. Bildirilir ki, qərar Daxili İşlər Nazirliyinin 18.06.1947-ci il tarixli və 88717/249 saylı yazısı ilə verilən təklifə əsasən, 3519 saylı qanunun 22-ci maddəsinə əsasən Bakanlar Kurulunun 8.07.1947-ci il tarixində qərarlaşdırılıb. Həmin dövrdə Bakanlar Kurulu qərarı ilə M.Ə.Rəsulzadə Türk vətəndaşlığına qəbul edilir və 1947-ci ilin sentyabrında Türkiyəyə gedir.

1949

–  Ankarada “Azərbaycan Kültür Dərnəyi”ni yaradır.

 –   Ankarada “Azərbaycan Kültür Gələnəkləri” kitabı çap edilir.

 –  Həmin dövrdən M.Ə.Rəsulzadə Milli Təhsil Nazirliyində Yayım Müdirliyində və Milli Kitabxanada çalışmağa başlayır.

1950

–  “Çağdaş Azərbaycan ədəbiyyatı” kitabı çap olunur.

1951

 

– Türkiyənin elmi ictimaiyyətində böyük marağa səbəb olan “Azərbaycan şairi Nizami” əsərini nəşr etdirir.

–  ABŞ dövlətinin dəstəyi ilə “SSRİ Xalqlarının Azadlığı Uğrunda Amerika Komitəsi” yaradılır və Komitənin rəhbəri İ.Don-Levin M.Ə.Rəsulzadəni İtaliya və Almaniyaya dəvət edib onu əməkdaşlığa çağırır.

–   Münhendə “Amerika Komitəsi”nin təşkilatçılığı ilə konfrans keçirilir və M.Ə.Rəsulzadənin başçılıq etdiyi “Azərbaycan Milli Mərkəzi” Məhəmməd Kəngərlinin timsalında tədbirdə təmsil edilir.

1952

– M.Ə.Rəsulzadənin rəhbərliyi ilə “Azərbay can” jurnalı nəşrə başlayır.

 –  Münhendə Ümumqafqaz Konfransı ke çirilir və M.Ə.Rəsulzadə burada çıxış edir.

1953

– “Amerika Komitəsi”nin dəvəti ilə M.Ə.Rəsul za də Almaniyaya gedir. Azərbaycanın İstiqlalının 35 illiyi münasibəti ilə “Ame rikanın səsi” radiosunda çıxış edir və səsi vala yazılıb ona bağış la nır.

–  İstanbulda İstanbul Universitetinin böyük qəbul zalında türk dünyasının digər tanınmış şəxsiyyətləri ilə birgə M.Ə.Rəsulzadənin də jurnalist fəaliyyətinin 50 illiyi təntənə ilə qeyd edilir. Tədbiri ilkin olaraq Türkiyənin Xalq Maarif Naziri Rıfki Səlim Burçak açır və M.Ə.Rəsulzadəni, digərlərini salamlayır. Türkiyə Jurnalistlər Cəmiyyətinin sədri Həqqi Tariq, yaxın dostu Həmdulla Sübhi Tanrıövər çıxış edib, M.Ə.Rəsulzadənin fəaliyyətini yüksək dəyərləndirirlər. Sonra özü çıxış edir və səsi lentə yazılır. İki gün sonra keçirilən əsərlərinin sərgisində tamaşaçılar ənənəyə görə onun da səsini dinləyir.

1954

– Türkiyədə nəşr edilən “Dünya” qəzetində “Stalinlə ixtilal xatirələri”ni çap etdirir. Bu xatirələr qəzetin 21 may - 20 iyun tarixləri arasında çap olunan saylarında nəşr edilir. Onun bu xatirələri türk ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanır.

1955

– M.Ə.Rəsulzadə Ankarada 71 yaşında dünyasını dəyişir, “Əsri” məzarıstanlığında dəfn edilir.

 – Ölümündən sonra “Azərbaycan Kültür Dərnəyi” İdarə Heyəti M.Ə.Rəsulzadənin qəbrini düzəltdirmək, əsərlərini çap etdirmək üçün fond təsis edir. Fondun İdarə Heyətinə aşağıdakılar daxil olur: Rəsul Ünsal, Kərim Odər, Həmid Ataman, T.Cüm. Ziraət Bankası, Ankara Mərkəz müdirliyi nəzdində “Mehmet Əmin Rəsulzadəni Yaşatma Fondu” adı ilə 6021 saylı hesab açılır.

2024

– Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalamışdır

<<  Geri

Azərbaycan Milli Kitabxanasэ Elektron Məlumat Bazası Milli Kitabxana tərəfindən hazırlanmışdır