Dekabrın 30-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Bakının
Nərimanov rayonunda “Birgə və Sağlam” İctimai Birliyinin nəzdində
fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün Reabilitasiya
Mərkəzində olublar.
Birinci vitse-prezident Mehriban Əliyeva 31 dekabr - Dünya
Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni il bayramını Heydər Əliyev
Fondunun dəstəyilə fəaliyyət göstərən autizm sindromlu uşaqlar üçün
Reabilitasiya Mərkəzində qeyd etdi.
Autizmli uşaqlar öz istedadlarını nümayiş etdirdilər.Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla Əliyeva da musiqi ifa etdi.
Daha sonra Birinci vitse-prezident autizmli uşaqlarla birgə bişirdikləri
tortu çay süfrəsi arxasında daddılar.
İctimai Birliyin sədri Aytən Eynalova bildirdi ki, hazırda bu Mərkəzdə
70-dək uşaq intensiv terapiyadan faydalanır. Burada autizm sindromlu
uşaqların qayğısı ilə müvafiq təlim keçən mütəxəssislər məşğul olurlar.