Heydər Əliyev Fondu dekabrın 30-da “Buta” sarayında Dünya
Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində uşaqlar
üçün şənlik təşkil edib.
Ənənəvi olaraq keçirilən şənliyə müxtəlif uşaq evlərində və internat
məktəblərində tərbiyə alan, xüsusi qayğıya ehtiyacı olan uşaqlar dəvət
alıblar.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram şənliyində iştirak ediblər.
Bayram liyi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uşaqlara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən filmin nümayişi ilə başladı.
Şənlikdə şaqların sevinci, üzlərindəki təbəssüm bu hədiyyəni onlara bəxş edən Heydər Əliyev Fondunun fəaliyyətinə verilən ən yüksək qiymət idi. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşdılar.
Birinci vitse-prezident Mehriban Əliyeva sarayda uşaqlar üçün qurulan masaların hamısına yaxınlaşdı, onların əhvalı ilə maraqlandı, istəklərini dinlədi, hər biri ilə şəkil çəkdirdi. Cəmiyyətdə xüsusi kateqoriyaya aid olan bu uşaqlar bir daha onların daim qayğı ilə əhatə olunduğunu gördülər və rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayəsindən məhrum olan uşaqların problemlərinin həllinə xüsusi diqqət yetirir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə, ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir.