E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

MEHRİBAN ƏLİYEVANIN DƏYƏRLİ FİKİRLƏRİ


 

Ən böyük ləyaqət mənliyini qoruyub saxlamağı bacarmaqdır, şəraitdən, vəziyyətdən asılı olmayaraq özün kimi qalmaq və xeyirxah olmaqdır.

 

********

Beynəlxalq təşkilatların, milli hökumətlərin, maliyyə qurumlarının, bütün xoşməramlı insanların, usaqların taleyinə, ayrılıqda hər bir usağın taleyinə biganə olmayan bütün insanların səylərini birləşdirmək lazımdır..

 

********

Həkimlik xüsusi peşədir. Bu, ruh və qəlb peşəsidir. Bu, dərdə şərik olmaq və şəfqət elmidir. Bu, insanların halına yanmaq, ehtiyacı olanlara əl uzatmaq peşəsidir. Bu, altruizmdir. Mənim həyatım elə gətirib ki, artıq çoxdandır öz peşəmlə məşgul olmuram. Amma fəaliyyətimin hər bir sahəsində, xüsusən də Heydər Əliyev Fondunun prezidenti vəzifəsində mən məhz bu prinsiplərə, bu əsasa arxalanmağa çalısıram.

 

*********

Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardadır.

 

********

Bizim ən böyük sərvətimiz bizim mədəni irsimizdir. Bizim əbədiyyatımız, poeziyamız, musiqimiz, təkrarsız, nadir xalçaçılıq məktəbimiz, təsviri sənətimiz, memarlıq abidələrimizdir. Bu mədəni irs bizi millət kimi qoruyub saxlayır. Bu gün bu mədəniyyəti qorumaq, saxlamaq, təbliğ etmək hər birimizin mənəvi borcudur.

********

Mən qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan çox yüksək tolerantlığa malik ölkə kimi bütün dünyaya nümunə ola bilər. Əsrlər boyu karvan yolları üstündə yerləşən bu diyar digər millətlərin və dinlərin nümayəndələri ilə təmas qurmağı bacarır. Bu gün də bizim ölkədə məscid, sinaqoq, katolik və pravoslav kilsələri mövcuddur. Torpağımızda yasayan hər bir millətin təmsilçisi eyni hüquqlu Azərbaycan vətəndaşıdır. Basqa din dözümlülük və hörmət var. Elə bilirəm ki, bunlar hamısı bütün dünya üçün mesaj ola bilər..

 

********

Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz.

 

********

Bizim məqsədimiz Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırmaq və məkrli erməni təbliğatını ifsa etməkdir.

 

********

İdman sağlamlıq rəmzidir, idman gözəllik rəmzidir, idman milli qürur və milli həmrəylik rəmzidir.

 

********

Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailə də hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur.

 

********

Мən Allaha inanıram. Dindar deyiləm, məhz Allaha inanıram, bu anlayış
mənim daxili aləmimi daha dəqiq əks etdirir.

 

********

Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşrıq. Biz öz mədəni, dini və tarixi irsimizlə fəxr edirik.

 

********

Нələ qədim vaxtlardan Azərbaycan müxtəlif mədəniyyətlərə və dinlərə hörmətlə yanaşma və dözümlülük ənənələri іlə tanınmışdır. Biz uzun illər ərzində əmin-amanlıq şəraitində yan-yana yaşamışıq. Azərbaycan tarixən çoxmillətli ölkə olmuşdur. Konstitusiyaya uyğun olaraq, burada bütün milli azlıqlar bərabər hüquqlara malikdirlər və bir ailə kımı yaşayırlar. Dini və etnik dözümlülük bütün nailiyyətlərimizin əsas elementbrindən biridir. Biz bundan çox fərəhlənirik.

 

********

Dərin multikulturalizm köklərinə malik ölkə kimi Azərbaycan qlobal arenada bu dəyərlərin təşviqi üçün vacib rolunu oynamağa hazırdır. Ölkəmiz müxtəlif dini, mədəni və tarixi abidələrin qorunub saxlanılmasma da öz töhfəsini verir.

 

********

Qafqaz Albaniyası dövründən tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalqların və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycan son іllər beynəlxalq musiqi və incəsənət festivallarınn, konfrans və sərgilərin, idman yarışlarnın keçirildiyi məkan kimi tanınmaqdadır.

 

********

Bu gün biz müxtəlif xalqlann mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. Bu proseslərin arxasında öz tolerantlığı, xeyirxahlığı, öyrənib-öyrətmək bacanğı ilə seçilən və mədəniyyətlər arasında кörpülər yaradan azərbaycanlılann neçə-neçə nəsli durur..


<<Geri