E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

GÖRKƏMLİ ŞƏXSLƏR MEHRİBAN ƏLİYEVA HAQQINDA


"Uşaqlar gələcəyimizdir" devizi altında xeyriyyə konserti münasibəti ilə Azərbaycanın və Rusiyanın sənət ustalarını təbrik edirəm. Sizin ifaçılığınızla, gözəl səsinizlə, mahnılarınızla, rəqslərinizlə bərabər, bugünkü çıxışınız məni ona görə sevindirdi ki, bu xəstə uşaqlara, o cümlədən şəkər xəstəliyinə tutulmuş uşaqlara kömək üçün təşkil olunmuşdur. Ona görə də Mədəniyyətin Dostları Fondunun təşəbbüsü - Mehriban Əliyeva buradadır - çox böyük tərifə və hər cür dəstəyə layiqdir. Mən ümid edirəm ki, bu, şübhəsiz, digər xeyriyyə təşkilatları üçün nümunəolacaq ki, onlar uşaqlar, xəstə uşaqlar haqqında düşünsünlər, belə uşaqlara qayğı göstərsinlər, xalqımızın, cəmiyyətimizin, xüsusən uşaqların sağlamlığının möhkəmləndirilməsinə öz töhfələrini versinlər.

 

HEYDƏR ƏLİYEV

Ümummilli Lider


 

Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə  qərara aldım ki, bax, bu qız xoşuma gəlir. ...Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi.

 

*********

Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ­ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır... Eyni zamanda, qeyd etməliyəm ki, ­Mehriban Əliyeva çox peşəkar,  bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir  insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının prezidenti


Onu ürəkdən sevirlər. Onu sadəliyinə, səmimiliyinə görə sevirlər. O, çox təbiidir. Axı bu, çox vacibdir, görürsən ki, onda saxtalıq yoxdur. O, çox acı həqiqəti üzə deyəndə də, bu normal qəbul olunur.

 

********

Mən həmişə ona görə narahatam, çünki o, meydana çıxıb, hədəfə çevrilib. İnsanlar, sadə insanlar daim ondan danışırlar. Ümumiyyətlə, əhalinin bütün təbəqələri ona öz rəğbətini bildirirlər və o da belə atmosferdə səhv etməməlidir. O, heç bir, hətta xırda qüsurlara da yol verməməlidir. Bu, həyatdır. Onun həyatı çox ahəngdardır. Yəqin, onun xoşbəxtliyi də bundadır ki, özünün bax bu cür strukturu ilə həmahəng yaşayır.

Arif Paşayev
Milli Aviasiya Akademiyasının
rektoru, akademik
.


Mən çox istəyirəm ona oxsayım, lap çox. Çünki o, çox xeyirxah insandır. O, mənim anamdır, eyni zamanda, mənim üçün prinsipcə hər cəhətdən idealdır. Mənə elə gəlir ki, o, hər nə edirsə, düz edir. Mən elə gəlir bu adam ümumiyyətlə heç nəyi səhv edə bilməz.

Leyla Əliyeva

 (Heydər Əliyev fondunun vitse-prezidenti)


Siz Azərbaycanın ən yaxsı səfirisiniz, eyni zamanda, siz dünyada bütün qadınlar üçün gözəl nümunəsiniz. Ölkənizin maraqları naminə gərgin fəaliyyət aparırsınız, həmçinin parlamentdə fəal iş görürsünüz. ...Eyni zamanda, siz mədəni müxtəlifliyin təşviq edilməsində şəxsən iştirak edirsiniz. Siz Fransanın böyük dostusunuz.

Nikola Sarkozi

Fransa Prezidenti (2007-2012)


Mehriban Əliyevanın fəaliyyəti yüksək insani özünüdərk, alicənablığa, niyyətlərin paklığına nümunədir.

Qraf Pyotr Şeremetyev

“Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə

Fondunun İdarə Heyətinin üzvü


Heydər Əliyev Fondu tərəfindən bu qədər usağa qayğı göstərilməsi və bu qədər usağın əməliyyat edilərək xilas olunması məni təccübləndirir. Bu, həqiqətən də məni təsirləndirir. Heydər Əliyev Fondu və Fondun prezidentinin insanlara və onların ehtiyaclarına bu qədər yaxın olması çox gözəldir.

 Alessandro Ciamberti

Ürək cərrahı


Mehriban Əliyevanın vətənimiz üçün gördüyü işlərin mahiyyəti, bəlkə də, hələ tam dərk edilmir. Lakin tarixdə elə hadisələr olur ki, onların tarixi dəyəri təkcə gələcək nəsillərə ünvanlanmır, əksinə elə ilk gündən müəyyənləşir. Azərbaycanın tarixində ilk xosməramlı səfir Mehriban Əliyevanın Azərbaycan Mədəniyyət Fondunun prezidenti kimi çox şaxəli və çoxillik fəaliyyəti məhz bu tarixi dəyərə malikdir..

Nərgiz Paşayeva

M.V.Lomonosov adına Moskva
Dövlət Universitetinin Bakı filialının rektoru, akademik


Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin qorunmasına, inkişafına və təbliğinə çalısmaqla təkcə öz xalqına xidmət etmir, eyni zamanda UNESCO-nun qarsıya qoyduğu vəzifələri icra edir. Bu vəzifələr isə ümumiyyətlə  bəşəriyyətə xidmət etməkdən ibarətdir. Bu baxımdan xanım Əliyevanın fəaliyyəti təqdir olunmalıdır.

Koişiro Matsuura
UNESCO-nun Baş direktoru
(1999-2009)


Biz tam əsasla deyə bilərik ki, əgər ölkənizin böyük mədəni irsi - şifahi ədəbiyyatın müxtəlif nümunələrindən müasir musiqi sənətinə qədər - bütün dünyada bu cür nüfuz qazanmışdırsa, bu xeyli dərəcədə şəxsən sizin dəstəyiniz və prezidenti olduğunuz Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində mümkün olmuşdur.

İrina Bokova
UNESCO-nun Baş direktoru


Mehriban Əliyeva əbəs yerə  UNESCO-nun  xoşməramlı səfiri deyil. Bu, sadəcə  gözəl bir ad, gözəl bir vəzifə deyil. Deməliyəm ki, onun sayəsində dünya arenasında Azərbaycan tamamilə basqa rəğbətə malikdir.

Vitali İqnatenko
UNESCO-nun xoşməramlı səfiri


Mehriban Əliyeva və onun  komandası bu qarma-qarısıq dünyada sülhün möhkəmlənməsi üçün, tolerantlığa nail olmaq üçün çalısır.

 

Əli Doğramacı
Bilkənt Universitetinin İdarə Heyətinin sədri


Birinci xanım Mehriban Əliyeva öz islahatçı xarakteri ilə diqqət çəkir. O, ölkənin problemlərini dərindən bilir, həmçinin digər yerlərdə olan insanların dərdlərini eşidir və onların həlli üçün bir sıra layihələri həyata keçirir.

 

Əbdüləziz bin Osmanəl-Tüveycri
ISESCO-nun Baş direktoru


Heydər Əliyev Azərbaycan dövlətini qurmaqla, müstəqil Azərbaycan dövlətçiliyini yaratmaqla yanası, onun əbədiyyətə qədər var olmasını təmin edən böyük bir yol göstərmişdir. Bu yolu Prezident İlham Əliyev və ona hər zaman dayaq olan Mehriban  Əliyeva çox böyük məharətlə davam etdirirlər.

 

Fəttah Heydərov
Azərbaycan Ağsaqqallar Şurasının sədri


<< Geri