E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ

1494

· Füzuli - Məhəmməd ibn Süleyman və ya Molla Məhəmməd Bağdadi Bağdadın yaxınlığında yerləşən Kərbəla şəhərində anadan olmuşdur.

1514

· Bağdadın Səfəvi valisi İbrahim xan Mosullunun himayəsində olmuşdur.

1524

· Azərbaycan dilində “Bəngü Badə” allegorik və satirik əsərini yazmışdır.

1527

· Mosullu öldürüldükdən sonra Füzuli Hillə və ya Nəcəfə köçmüşdür.

1537

·  “Leyli və Məcnun” liro-epik poemasını yazmışdır.

1543

·  Oğlu Fəzli anadan olmuşdur. 

1556

· Bağdadda yayılmış taun epidemiyası nəticəsində vəfat etmişdir.  

  1569-1572

·  Səidi təxəllüsü ilə məşhur olan Mahmud ibn Davud Ulanyavi tərəfindən Füzulinin türkcə (azərbaycanca) “Divan”ının üzü köçürülmüşdür.  

1589-1590

·    Füzuli əlyazmalarının ən qədimi sayılan Füzuli külliyyatı yazılmışdır və Sankt-Peterburq Şərqşünaslıq İnstitutunda saxlanılır.

1828

·   Füzulinin “Divan”ı Təbrizdə daşbasma üsulu ilə çap olunmuşdur

1907

·    Bəstəkar Üzeyir Hacıbəyov Füzulinin Leyli və Məcnun əsəri əsasında eyniadlı opera yazmışdır

1914

·    Xalq rəssamı Əzim Əzimzadə Füzulinin portretini yaratmışdır.

1924

·   “Müsəhhəhi-külliyyati-divani-Füzuli” M.F. Köprülüzadənin müqəddiməsi ilə çap olunmuşdur

1936

·   “Söhbətül-əsmar” əsəri türkoloq Qunnar Carrinq tərəfindən “Meyvələrin yarışı” ("The Contest of the Fruits") adı ilə tərcümə edilmişdir.

1944

·    Füzulinin türkcə “Divan”ının ilk elmi-tənqidi mətni akademik Həmid Araslı tərəfindən nəşr olunmuşdur.

1948 

·      Ədəbiyyatşünas, tərcüməçi Əbdülbaqi Gölpınarlı Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətnini hazırlamışdır.

1950

·   Ədəbiyyatşünas Əli Nihad Tərlan Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətnini hazırlamışdır.

1958

  •   “Füzuli. Türkcə divan” kitabı Ankarada çap edilmişdir.

  • Rəssam Sadıq Şərifzadə Məhəmməd Füzulinin portretini işləmişdir və bu tabloya görə rəssam respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür.

  • Füzulinin 400 illik yubileyi münasibətilə xalçaçı rəssam Kamil Əliyevin eskizi əsasında Füzulinin portret-xalçası toxunmuşdur.

  • Akademik Həmid Araslının “Böyük Azərbaycan şairi Füzuli” kitabı çap olunmuşdur.

1958-1963

·   Heykəltaraşlar Tokay Məmmədov, Ömər Eldarov və memar Hacı Muxtarov Füzulinin heykəlini hazırlamışlar

1959

  •  Füzulinin anadan olmasının 400 illiyi münasibətilə Azərbaycan rayonlarından birinə (keçmiş Karyagin) Füzulinin adı verilmişdir.

  • Füzulinin qəzəlləri əsasında Azərbaycan bəstəkarı Cahangir Cahangirov “Füzuli kantatası” əsərini bəstələmişdir

  • Akademik Məmməd Cəfər “Füzuli düşünür” monoqrafiyasını yazmışdır.

  • Professor Hüseyn Əli Məhfuzun (İraq) “Füzuli əl-Bağdadi” adlı kitabı çap edilmişdir

  • Xalq şairi Bəxtiyar Vahabzadənin Məhəmməd Füzuliyə həsr olunmuş Şəbi-hicran poeması nəşr edilmişdir.

  • Bəstəkar Arif Məlikov “Füzuli” simfonik poemasını yazmışdır.

  • Füzulinin anadan olmasının 400 illik yubileyi münasibətilə UNESCO tərəfindən Məhəmməd Füzulinin “Leyli və Məcnun” poeması ingilis dilində nəşr edilmişdir

1960-1970

·   Xalq rəssamı Səttar Bəhlulzadə “Füzuli” adlı qrafika əsərləri yaratmışdır

1961

·   Məhəmməd Füzulinin eyniadlı əsərinin motivləri əsasında “Leyli və Məcnun” filmi çəkilmişdir.

1963

·   Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının önündə qranit postament üzərində ucaldılan Məhəmməd Füzuli abidəsinin açılışı olmuşdur.

1965

·   Heykəltaraş Elcan Şamilov Füzulinin portret heykəlini hazırlamışdır

1970

·   “Leyli və Məcnun” əsəri Londonda “Leyla and Mejnun” adı ilə yazıçı-tərcüməçi Sufi Huri tərəfindən tərcümə edilmişdir.

1972

·   Xalçaçı rəssam Lətif Kərimovun eskizi əsasında Füzulinin portret-xalçası toxunmuşdur.

1993

·   Bəstəkar Ramiz Mustafayev “Füzuli” vokal-simfonik poemasını bəstələmişdir.

1994

  •   Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi haqqında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev fərman imzalamışdır.

  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Prezident sarayında Məhəmməd Füzulinin 500 illiyi ilə əlaqədar yubiley üzrə Dövlət komissiyasının iclasında çıxış etmişdir.

  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Məhəmməd Füzulinin anadan olmasının 500 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək üçün Türkiyədə səfərdə olmuşdur və Bilkent Universitet şəhərciyində yubiley tədbirində və Türkiyə Böyük Millət Məclisində dahi şairin anma mərasimində çıxışlar etmişdir

  • Moskvada, İttifaqlar Evinin Sütunlu salonunda Məhəmməd Füzulinin anadan olmasının 500 illiyinə həsr edilmiş təntənəli yığıncaq keçirilmişdir

  • Füzulinin 500 illik yubileyinin dünya miqyasında keçirilməsi ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının YUNESKO təşkilatı tərəfindən qərar qəbul edərək yubiley ilini Füzuli ili elan etmişdir

  • Türkiyə Yazıçılar Dərnəyi və İstanbul Böyükşəhər Bələdiyyəsi tərəfingən İstanbulda Füzulinin 500 illiyinə həsr olunmuş elmi konfrans təşkil edilmişdir.

1995

· Türkiyə YUNESKO-nun himayəsi altında Füzulinin anadan olmasının 500 illiyini qeyd etmişdir

1996

  •   Füzulişünas-alim Mail Əliyev Füzulinin türkcə “Divan”ının elmi-tənqidi mətnini hazırlamışdır

  • Prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən Füzulinin anadan olmasının 500 illik yubileyi, Bakıda təntənə ilə qeyd edilmişdir.

  • Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna Məhəmməd Füzulinin adı verilmişdir.

  • Azərbaycan Milli Bankı Füzulinin 500 illiyinə həsr olunmuş 100 manat nominalında qızıl, 50 manat nominalında isə gümüş xatirə sikkələri buraxmışdır.

  • Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Füzuli adına beynəlxalq mükafat təsisi edilmişdir.

  • Xalq rəssamı Tofiq Ağababayev “Məhəmməd Füzuli” əsərini yaratmışdır.

2002

·  Ədəbiyyatşünas Aydın Abıyevin “Füzuli və Türkiyə poeziyası” monoqrafiyası nəşr edilmişdir.

2004

·   Yazıçı Oqtay Salamzadənin Füzuliyə həsr olunmuş “Sevgi iztirabı” adlı ikihissəli tarixi romanı çapdan çıxmışdır.

2005

  •    “Məhəmməd Füzuli əsərləri” 6 cildliyi çapdan çıxmışdır

  • Yazıçı Əzizə Cəfərzadənin Məhəmməd Füzulinin həyatından bəhs edən “Eşq sultanı” tarixi romanı çapdan çıxmışdır.

2008

·   Professor Şəfəq Əlibəylinin “Füzulinin farsca divanı: linqvo-poetik özəlliklər” kitabı çapdan çıxmışdır.

2013

·  Filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlünün “Füzulinin ərəbcə poetik irsi” kitabı çapdan çıxmışdır.

2014

·  Füzulinin anadan olmasının 520 illiyi münasibətilə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə M.Ə. Sabir adına kütləvi kitabxanada tədbir keçirilmişdir.

2017

·   Məhəmməd Füzulinin türkcə (azərbaycanca) “Divan”ının əlyazmasının surəti “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edilmişdir.

2018

·  Ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin müəllifi olduğu, Məhəmməd Füzuli yaradıcılığından bəhs edən “Füzulinin poetik xüsusiyyətləri” adlı elmi əsər şair-tərcüməçi Yurtseven Şen tərəfindən türkcəyə tərcümə olunaraq çap edilmişdir

2019

  •  Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

  • Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Füzulişünaslıq sektoru tərəfindən “Füzuli düşünür” kitabı nəşr edilmişdir.

2021

  •  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Ürək dostu, könül həmdəmi” (“Ənisul-qəlb”) adlı kitab çap edilmişdir.

  • Azərkitab – Kitab Təbliğatı Mərkəzində Məhəmməd Füzulinin ərəb dilində qələmə aldığı “Mətləül Etiqad” elmi fəlsəfi əsərinin Azərbaycan dilinə tərcümə olunmuş kitabının (tərc. Təbriz Qasımov) təqdimat mərasimi keçirilmişdir

2024

  •  Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır

  • “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar aprel ayı ərzində “Məktəblərdə Məhəmməd Füzuli ayı” layihəsi həyata keçirilmişdir.

  • Azərbaycan Milli Kitabxanası tərəfindən Məhəmməd  Füzulinin - 530 illik yubileyinə həsr olunmuş "Nəhəng söz ustadı" adlı metodik vəsait çap olunmuşdur 

  • Milli Kitabxana tərəfindən Məhəmməd Füzuli adlı elektron məlumat bazası hazırlanmışdır.

  • Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından Məhəmməd Füzuliyə həsr olunmuş biblioqrafiya hazırlanır.


<< Geri