Ulu Öndərin Azərbaycana birinci dəfə rəhbərlik
etdiyi 1969-1982-ci illər, eyni zamanda, milli ruhun
və
milli özünüdərkin dirçəliş dövrü kimi də
səciyyəvidir. Ulu öndər Heydər Əliyevin
hakimiyyətinin birinci
dövründə mətbuatın cəmiyyətə təsir imkanlarının
böyüklüyü yüksək dəyərləndirilərək, kütləvi
informasiya
vasitələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlərə
geniş yer verildi.
Dahi şəxsiyyət mətbuatın, informasiyanın insanların
vahid məqsədə yönəldilməsindəki səfərbəredici rolunu
hamıdan yaxşı görürdü. Buna görə də mətbuata və
jurnalistlərə xüsusi həssaslıqla yanaşırdı.
Ötən əsrin 70-80-cı illərində – Ümummilli lider
Heydər Əliyevin sovet Azərbaycanına rəhbərliyi
illərində mətbuata ideoloji basqılar nisbətən azaldı,
qəzet və jurnalların müstəqilliyi xeyli dərəcədə
təmin
olundu. Ulu Öndərin prinsipial və qətiyyətli
mövqeyinə istinad edən respublika mətbuatı o illərdə
müxtəlif
sahələrdəki problemlərlə bağlı çox cəsarətli,
qətiyyətli yazılar dərc edirdi. Cəmiyyətdəki
nöqsanlar əksər
hallarda kəskinliyi ilə oxucuların diqqətinə
çatdırılır, inkişafa mane olan amillər açıq
göstərilirdi. Ulu öndər
Heydər Əliyev demokratik ruhlu rəhbər kimi mətbuata
müsahibəsində cəmiyyətin bu və digər nöqsanlarını
açıq qeyd edirdi. Məsələn, 1981-ci ildə «Literaturnaya
qazeta»da dərc olunmuş məşhur «Qoy, ədalət zəfər
çalsın!» sərlövhəli müsahibəsində ulu öndər Heydər
Əliyev sovet cəmiyyətinin nöqsanlarını, qlobal
problemlərini açıb göstərmişdi.
Ümumilikdə, müəyyən ideoloji çərçivələrə,
standartlara baxmayaraq sovet hakimiyyəti dövründə
mətbuat nəzəriyyəsi inkişaf etdi, jurnalistika
müstəqil elm sahəsi kimi dərindən öyrənilməyə
başladı, o
zamankı Azərbaycan Dövlət Universitetinin nəzdində
jurnalistika fakültəsi yarandı. Həmin dövrdə
jurnalistikada yeni janrlar, yeni inkişaf
təmayülləri formalaşdı. Etiraf etməliyik ki, milli
mətbuatımızın
inkişafında böyük xidmətləri olan, təcrübələrini bu
gün də gənc nəsillə bölüşən orta və yaşlı nəsil
jurnalistlər
məhz sovet illərində yetişiblər.
Nəhayət, jurnalistikamızın inkişafında əsas mərhələ
ötən əsrin 90-cı illərinin əvvəllərinə -
Azərbaycanın
dövlət müstəqilliyinin bərpasından sonrakı dövrə
təsadüf edir. Etiraf etməliyik ki, müstəqilliyin ilk
illərində
müəyyən obyektiv və subyektiv səbəblər üzündən
ölkənin yeni formalaşan mətbuat orqanları ciddi
məhrumiyyətlərlə, çətinliklərlə üzləşmişdilər. Həmin
dövrdə ölkədə hökm sürən gərgin ictimai-siyasi
vəziyyət,
Ermənistanın hərbi təcavüzünün doğurduğu ağır
sosial-iqtisadi və psixoloji durum, iqtisadi
tənəzzül fikir, söz,
mətbuat azadlıqlarının təmin edilməsinə ciddi
maneələr yaradırdı. Mövcudluğunu qoruyub saxlamağa
çalışan
o zamankı iqtidar çıxış yolunu yeni təşəkkül
tapmaqda olan müstəqil mətbuata təzyiqləri
gücləndirməkdə
görürdü. 1992-ci ildə hərbi senzuranın tətbiqi adı
altında mətbuat üzərində nəzarət daha da
gücləndirilmişdi.
Ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonrakı dövrdə Azərbaycan mətbuatının inkişafında
keyfiyyətcə yeni mərhələ başlandı. Həmin dövrdən
respublikada mətbuat orqanlarının azad fəaliyyəti və
inkişafı yolunda süni maneələrin aradan qaldırılması,
qanunvericilik bazasının təkmilləşdirilməsi,
qəzetlərin maddi-texniki təchizatının
yaxşılaşdırılması sahəsində
ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı.
Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri,
insan
hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca
tutan rəhbər kimi kütləvi informasiya vasitələrinin
cəmiyyətdəki roluna hər zaman böyük önəm verirdi.
Ümummilli Liderin rəhbərliyi altında hüquqi dövlət
və
vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf
modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən
insan
hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi
ilə bağlı bir sıra beynəlxalq konvensiyalara,
sazişlərə
qoşuldu. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul
edilmiş Azərbaycan Respublikasının ilk milli
Konstitusiyasının 50-ci maddəsində hər kəsin
informasiya əldə etmək hüququ təmin edildi. Bu
müddəanın
Konstitusiyaya daxil edilməsi Azərbaycanın
demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın
qoşulduğu
beynəlxalq müqavilələrdən irəli gəlirdi.
Ulu öndər Heydər Əliyevin milli jurnalistikamızın
inkişafı sahəsində ən böyük, tarixi xidməti 1998-ci
ildə KİV üzərində senzuranın tamamilə ləğvidir.
Senzuranın mövcudluğu şəraitində medianın
müstəqilliyindən danışmaq, əlbəttə ki, mümkün
deyildi. Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin
1998-ci
il 6 avqust tarixində imzaladığı «Azərbaycan
Respublikasında söz, fikir və mətbuat azadlığının
təmin edilməsi
sahəsində tədbirlər haqqında» Fərman kütləvi
informasiya vasitələrinin inkişafı, onların
cəmiyyətin
demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə
çevrilməsi yolunda mühüm addım oldu. Həmin fərmanla
1966-cı il 27 oktyabr tarixində yaradılan və
Azərbaycanın bütün informasiya vasitələri üzərində
senzura
fəaliyyəti həyata keçirən Nazirlər Kabineti yanında
Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv olundu.
Bu
qətiyyətli addım 1875-ci ildə «Əkinçi» qəzeti ilə
əsası qoyulan Azərbaycan milli mətbuatının ilk dəfə
senzuradan tamamilə azad edilməsi, yeni müstəqil
medianın fəaliyyəti üçün geniş imkanların açılması
demək
idi.
Ulu öndər Heydər Əliyevin qanunvericilik təşəbbüsü
ilə qəbul edilmiş 10 iyun 1997-ci il tarixli
«Vətəndaşların müraciətlərinə baxılması qaydası
haqqında», 3 aprel 1998-ci il tarixli «İnformasiya,
informasiyalaşdırma və informasiyanın mühafizəsi
haqqında», 19 iyun 1998-ci il tarixli «Məlumat
azadlığı
haqqında», 7 dekabr 1999-cu il tarixli «Kütləvi
İnformasiya Vasitələri haqqında» və digər qanunlar
mətbuatın
azad və müstəqil fəaliyyətinin təmin edilməsi
sahəsində yaxşı imkanlar açdı.
Həmin dövrdə Azərbaycanın özünün iqtisadi
imkanlarının nisbətən zəif olmasına baymayaraq, ulu
öndər Heydər Əliyev maliyyə vəziyyəti ağır olan
qəzetlərə maddi-texniki dəstəyin göstərilməsi
təşəbbüsü ilə
çıxış edirdi. 90-cı illərin ortalarında qəzetlərə
birdəfəlik yardımlar, subsidiyalar verilmişdi.
Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli
Fərmanı «2000-2001-ci illərdə kütləvi informasiya
vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün tədbirlər proqramı» jurnalist
kadrları hazırlayan
təhsil müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsini, kütləvi informasiya
vasitələrinin
istehsalı və yayımı ilə əlaqədar problemlərin həlli
məqsədilə Əlaqələndirmə Şurasının yaradılmasını önə
çəkirdi. Eyni zamanda, proqramda KİV subyektləri
tərəfindən dövlət mülkiyyətində olan qeyri-yaşayış
sahələrinin icarəsi və telefon rabitəsi üzrə müəyyən
olunmuş tariflərin minimum məbləğdə ödənilməsi
nəzərdə
tutulmuşdu.
Xüsusi vurğulamaq istərdim ki, Azərbaycan
mətbuatının yubileylərinin keçirilməsi kimi
mütərəqqi
ənənənin əsası da məhz ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulub. Hələ 2000-ci ildə Ulu Öndərin
müvafiq Sərəncamı ilə Azərbaycan milli mətbuatının
yaranmasının 125 illik yubileyi təntənəli şəkildə
qeyd
edilmişdi. Ulu Öndər həmin tədbirdə dərin məzmunlu
geniş nitq söyləyərək mətbuatımızın qarşısında duran
vəzifələrdən söz açmışdı.
2001-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin
ləğvi kütləvi informasiya vasitələrinin təsis
olunmasını və onlardan istifadə qaydalarını qat-qat
asanlaşdırdı, bu sahədəki bürokratik əngəlləri
tamamilə
aradan qaldırdı. Azərbaycanda mətbu nəşrlərin
qeydiyyatı ilə bağlı icazə sistemi aradan qalxıb və
inkişaf etmiş
bir sıra Qərb ölkələrinin mətbuata dair
qanunvericilik təcrübəsinə əsaslanır. Qeydiyyat
sahəsində əngəllərin
aradan qalxması söz azadlığı qarşısında baryerlərin
əsaslı şəkildə aradan qalxmasını təmin etdi. Ulu
öndər
Heydər Əliyev Azərbaycan mətbuatının azadlığının və
müstəqilliyinin hüquqi-mənəvi təminatçısı olmaqla
yanaşı, onun maddi-texniki bazasının möhkəmlənməsi
qayğısına da qalırdı.
2001-ci il dekabrın 18-də ölkənin əsas kütləvi
informasiya vasitələri və jurnalist təşkilatlarının
rəhbərləri
ilə görüşən Ümummilli Lider mətbuatın problemlərini
müzakirə edərək həlli istiqamətində tapşırıqlarını
verdi.
Həmin görüşdən sonra bir çox problemlər operativ
həllini tapdı, qəzetlər əlavə dəyər və mənfəət
vergisindən
azad edildi. Bir mühüm məqamı da qeyd edək ki,
mətbuata dövlət nəzarətini həyata keçirən Mətbuat və
İnformasiya Nazirliyinin ləğv edilməsi mətbuatın
özünütənzimləməsi mexanizminin tətbiqinə şərait
yaratdığından 2003-cü il martın 15-də Azərbaycan
jurnalistlərinin I qurultayında media-ictimaiyyət,
mediahakimiyyət münasibətlərini tənzimləyən qurum -
Azərbaycan Mətbuat Şurası yaradıldı. Atılan hər bir
addımın
azad mətbuatın inkişafında öz rolu vardır.
Ümumilikdə, Ümummilli Lider mətbuatın problemlərinin
həlli ilə
bağlı onlarla Fərman və Sərəncam imzalayıb. Dahi
şəxsiyyətin mətbuata bu cür dost, səmimi münasibəti
jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi.
Ulu öndər Heydər Əliyev 2002-ci ildə “RUH”
Azərbaycan
Jurnalistləri Müdafiə Komitəsi tərəfindən
“Jurnalistlərin dostu” mükafatına layiq görüldü.
Yaqut Ağaşahqızı |