E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

GÖRKƏMLİ ŞƏXSLƏR NƏBİ XƏZRİ HAQQINDA


 

Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini, həm də bugünkü həyatını və sabahını yüksək ustalıqla, fitri sənətkarlıqla tərənnüm edir. Öz şeirlərində və poemalarında şair cəmiyyətimizin inkişafı üçün, indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır. Həm də müəllifin mövqeyi həmişə aydın şəkildə bildirilir, onun xalqa bağlılığı, onlara sədaqətlə xidməti nümayiş etdirilir.

HEYDƏR ƏLİYEV

Ümummilli Lider


Sizin yaradıcılığınız dünya, insan və təbiət haqqında dərin fəlsəfi məzmunu, lirizmi, vətəndaşlıq qayəsi və milli koloriti ilə geniş oxucu kütləsinin böyük rəğbətini qazanmışdır. Şeirlərinizə çox sayda musiqi əsərlərinin yaranması sübut edir ki, siz dilimizin poetik imkanlarından ustalıqla bəhrələnmiş, poeziyanın həqiqi nümunələrini yaratmağa tam müvəffəq olmusunuz.

İLHAM ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


Nəbi Xəzri yaradıcılığı şeirimizin uca zirvələrindən biri olmaq etibarı ilə çoxmilyonlu oxucu auditoriyasına bədii-estetik nüfuzu ilə fərqlənir. Bu təsir və nüfuz meridianlarla və qitələrlə ölçülməlidir. Odur ki, şeirinin kökləri həyatın özündən qidalanan, səxsi həyatın öz səsi olan Nəbi Xəzriyə gözəllik şairi, xoşbəxtlik şairi desək, qəti yanılmarıq.

Söhrab Tahir

Xalq şairi


...Onun şeir və poemalarındakı parlaq günəşin bolluğu mənə xoş gəlir. Mənə Nəbi Xəzrinin müşahidə dəqiqliyi xoş gəlir... Mənə Nəbi Xəzri yaradıcılığındakı genişlik xoş gəlir.

Robert Rojdestvenski

rus şairi


Mən Nəbi Xəzrinin poeziyasını böyük əhəmiyyətli, geniş mə¬nalı, böyük istedad və məhəbbət poeziyası adlandırıram. O, çox həyati və diqqətcil insandır. Müdrik və ağıllı olduğu qədər də eh-tiraslıdır, həyacanlıdır. Onun bacarığı, istedadı təkcə ürəyində, bey¬nində deyil, bütün sözlərinin əsəb rişələrindədir. Belə isdedad, be¬lə qabiliyyət, həyati qanunauyğunluq onun hər bir əsərində ay-dın hiss olunur. Nəbi Xəzrinin arxalandığı zirvələr ucadır, möh-kəm¬dir, köklüdür. Buna görə də Nəbi Xəzrinin yaradıcılığına Azər¬baycan ədəbiyyatının ayrılmaz, qırılmaz bir hissəsi kimi ba¬xı-rıq. Onu həvəslə, həyacanla oxuyuruq. Onunla fəxr edirik.

Yeqor İsayev

rus sovet şairi


Nəbi Xəzri ildən-ilə inkişaf edib, şeir və nəğmələri ilə oxucuların hörmət və məhəbbətini qazanmış bir şairdir. Özünə və öz yaradıcılığına çox tələbkar olan şairin müasir həyata, əmək adamlarına, xalqlar dostluğuna, doğma torpağımızın füsunkar təbiətinə həsr olunmuş şeir və nəğmələri gənclərimizin sevə-sevə oxuduğu əsərlərdəndir. Xəzri azərbaycanlıların anlayışında qızmar, günəşli odlar diyarına sərinlik gətirib, boğanaq havanı təmizləyən güclü xəzər küləyidir. Mənə elə gəlir ki, bu ad şairin meyllərini, daxili həyacan və duyğularını obrazlı ifadə edən ən düzgün addır. O, şeirimizə təzə külək kimi əsib gəldi və özüylə təzə nəğmələr gətirdi.

 Əhməd Cəmil

şair


Müasir şeirimiz bəzi yaradıcılıq çətinliklərinə baxmayaraq böyük bir irsin həqiqi varisi kimi irəliləyir, novatorluğu, rəngarəngliyi, müxtəlifliyi ilə xoş təsir bağışlayır. Bu rəngarəng, çoxsəsli ansamblın görkəmli, orijinal nümayəndələrindən biri də Nəbi Xəzridir. O, bir şair kimi klassik Azərbaycan şeirinin ənənələri qoynunda yetişib yüksəlmiş, həm də müasir ədəbi prosesin tələblərini duyaraq öz sözünü deyə bilmişdir. Nəbi oxunan, sevilən və təqdir olunan şairlərimizdəndir.

Kamal Talıbzadə

tənqidçi, ədəbiyyatşünas


Möhtəşəm və şanlı bir tarixə malik Azərbaycan kəhkəşanında boy göstərən, öz dəsti-xətti və mövqeyi olan şairlərdən biri də Nəbi Xəzridir. Millilik və bəşərilik, humanizm, xalq həyatına bağlılıq kimi bədii yaradıcılıq keyfiyyətləri ilə sərhədlənən N.Xəzri irsi öz zəngin mündəricə və bədii dəyərləri prinsipindən dünya poeziyası tarixində, XX əsr bədii fikrində cilalanan, öz səsi, öz sözü olan bir orijinal poeziyadır. N.Xəzri şeir dünyasının rəngarəng və polifonik çalarları ilə orijinaldır, novatordur.

Əflatun Baxşəliyev
filologiya üzrə fəlsəfə doktoru


Bu misraları yazan, bəlkə də sizin yaxşı tanımadığınız, şair qəlbinin dərin qatlarına bələd olmadığınız, bəzən onu nikbin nəğmələr, xoş təranələr qoşan bəxtəvər sənətkar kimi təsəvvür etiyiniz, lakin yaxşıyla yaman arasında daim çırpınan, haqq sözünü, düz sözünü deməyə həmişə can atan narahat vicdanlı Nəbi Xəzridir...

Səyavuş Məmmədzadə
şair


Sən sənətin sirlərinə valeh olduqca özün əsil sənət yaradırsan. Həmişə vurul və həmişə valeh ol! İnsan heyrətləndikcə böyüyür və başqalarını da heyrətləndirir!

 

Bəxtiyar Vahabzadə
xalq şairi


Nəbi həm şəxsiyyət kimi, həm dost kimi, mənim aləmimdə, öz poeziyasından ayrılmazdır. Nəbinin özünün və poeziyasının taleyi onun Vətəninin, xalqının, nəslinin, nəslimizin taleyi ilə üzvi surətdə bağlıdır. Nəbi Xəzri həqiqətən Azərbaycan poeziyasının ən gözəl ənənələrini davam etdirir; bəli-bəli, təqlid etmir, yaşadır. Onun poeziyası çoxşaxəlidir. Nəbi təbiətən lirikdir, amma onun öz doğma Vətəninin tarixi keçmişinə, müasir quruculuq həyatına həsr olunan epik-poetik lövhələri oxucuda geniş təəssürat yaradır.

 

Rəsul Həmzətov
Dağıstanın xalq şairi


Əgər məndən soruşsaydılar, deyərdim ki, N.Xəzri xalq içindən çıxmış, xalq yaradıcılığı çeşməsindən su içmiş bir sənətkardır. Onun heç kəsə oxşamayan təkrarolunmaz şair taleyi, yaradıcılıq tərcümeyi-halı var. Onun poeziyası inam poeziyasıdır, böyük ideallarımıza sədaqət poeziyasıdır. Nəbi ədəbiyyata haysız, küysüz, qışqırqsız gəlib. Yaradıcılığın çətin yollarında həmişə təmkinlə, səbatla, səbirlə addımlayıb, hər gün yazmasa da, hər an şeirlə yaşayıb. Nəbi Xəzri Ümumittifaq poeziyasında boyu görünən və bu nəhəng poeziya ansamblında öz səsi, öz nəfəsi, öz nəğmələri olan şairimizdir. Nəbi Xəzri geniş ürəkli bir insandır. Yəni dostluq etməyi bacarır, yəni dostlarını qoruyub saxlamağı bacarır. Əgər ki, məndən N.Xəzri barədə soruşsaydılar, deyərdim ki, onun poeziyası inam poeziyasıdır, böyük idellarımıza sədaqət poeziyasıdır.

 

Cabir Novruz
Xalq şairi


Nəbi Xəzri sağlığında klassikə çevrilmişdir. Bu hər şairə, hər yazıçıya qismət olmur. Əgər sənətkarın fikri, düşüncəsi, təfəkkürü doğma xalqının acılı-şirinli günlərinin döyünən ürəyinə, vuran nəbzinə, düşünən beyninə çevrilirsə sənətkar əbədiləşir. Həm də onun yaradıcılığı təkcə doğma xalqına xidmətə deyil, ümumbəşəri mənəvi aləmə çevrilir.

 

Şahin Səfərov
ədəbiyyatşünas, tənqidçi


Azərbaycanın xalq şairi, Azərbaybaycan Respublikasının və keşmiş SSRİ-nin Dövlət mükafatları laureatı Nəbi Xəzri çağdaş poeziyamızda öz orijinal dəst-xətti, mövzularının sanballı, lirik qəhrəmanının fəal həyat mövqeyi, hadisə və faktları əsl sənətkar kimi mənalandırmaq bacarığı ilə, məzmun təzəliyi və forma mükəmməlliyini təbii, ahəngdarlıqla təqdim etmək istedadı ilə seçilən şairdir.

 

Bəkir Nəbiyev
ədəbiyyatşünas, tənqidçi


Nəbi Xəzrinin müasir ədəbiyyatımızda və ictimai mədəni həyatımızda necə görkəmli, uca bir mövqeyə qalxdığı oxuculara məlumdur. Onun qeyri-adi istedadı gün-gündən püxtələşir, parlayır və Azərbaycan ədəbiyyatı xəzinəsinə yeni incilər bəxş edir. O, müasir şeirimizin və ümumən ədəbiyyatımızın dörd-beş qabaqcıl yaradıcılarından biridir. Onun orijinal, poetik lövhələri, lirik tabloları, zamanla, həyatla nəfəs alan nəsr və dram əsərləri, kəskin publisist yazıları oxucuların da, ədəbi tənqidin də fikrini o qədər məşğul etmişdir ki, müxtəlif qəzet və jurnal səhifələrinə səpələnmiş şeir tərcümələri layiqi ilə diqqətə alınmışdır. Nəbi Xəzrinin poeziyasında Azərbaycan dilinin musiqisi sezilir, ürək genişliyi, nəciblik duyulur.

 

Mirzə İbrahimov
Azərbaycan SSR xalq yazıçısı


Nəbi Xəzri də müasir bəşəriyyətin tərkib hissəsinə daxil olan poetik təfəkkürlü bir şəxsiyyətdir. Ona görə də şairin poeziyasında həm doğma torpağa bağlılıq, həm də yerdən kainata nəzər salmaq qabiliyyəti vardır. Nəbi Xəzri bir şair kimi Azərbaycan poeziyasına səssiz-səmirsiz və həm də vaxt baxımından uzun illər ərzində daxil olmuş, kök salmış və tədricən özünün layiqli yerini tutmuşdur.

 

Budaq Budaqov
akademik, professor


Nəbi Xəzri qüvvətli poetik istedada malik şairdir. Lirika onun bütün yaradıcılığının əsas atributudur. Nəbi Xəzri bədii yaradıcığılığa məsuliyyətlə yaanaşan, poetik sənətkarlığının daim qayğısınına qalan şairdir, həyatmızı, varlığımızı sevən, gəncliyimizin odlu məhəbbətini, yaradan zəhmət adamlarımızın əməyini dərin səmimiyyət və məhəbbətlə təsvir-tərənnüm edən şairdir...

Qulu Xəlilov

yazıçı, publisist


Nəbi Xəzrinin öz poetik aləmi, məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır, bu aləmi o özü yaratmışdır və ona sadiqdir. Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik. Nəbi lirikdir. Onun lirikasına bir nəğmə ruhu hakimdir. Onun musiqiyə salınmış və salınmamış şeirləri əslində nəğmə kimi səslənir. Nəbi Xəzrinin poeziyası daha geniş orbitlərə çıxmağa qadirdir.

Məmməd Arif
Akademik


Nəbi Xəzri yaşayıb duyduqlarını sənətkarlıqla, hərarətlə, məhəbbətlə, məharətlə qələmə aldığındandır ki, şeirləri geniş oxucu kütlələri arasında sevilmiş, dərin rəğbət qazana bilmişdir. Nəbinin əsərlərinin qəhrəmanı yeni insandır. Şairin şeirlərinin mahnılara çevrilməsi onun sevimli qəhrəmanları ilə, nəcib hisslərlə bağlıdır və böyük səadətdir. Mən Nəbi Xəzrinin şeirlərini küll halında mahnılar adlandırsam, fikrimdə yanılmaram. Bunlar vətən, xalq, canlı təbiət lövhələri, məhəbbət, sədaqət, dostluq, qardaşlıq haqqında mahnılardır.

Süleyman Rüstəm
Xalq şairi


Nəbi Xəzrinin məhəbbət mövzusunda yazdığı zərif, həyacanlı, gün işığı kimi şəffaf şeirləri bu əbədi mövzunun ümumittifaq poeziyasında ən yaxşı nümunələrindəndir. Onları ilk dəfə ürək döyüntüsü ilə oxumuşam. Nəbi Xəzrinin qələmində söz xırdalanır, ona görə ki, ciddi və dərin fikirləri, hissləri ifadə edir. Bu gün Azərbaycanın Xalq şairi adını daşıyan qələm dostumun sətirlərində xalqın qədim poeziya ənənələri duyulur. Məhz bu ənənələrə söykəndiyi üçün müasirliyin zirvələrini fəth edir.

 

Boris Oleynik

Ukrayna şairi


Nəbi Xəzrinin şeirləri-onun ürək sözləridir... Şairin yaşıdları olan, tanınan, sayılan görkəmli şairilə irəlilədiyini, şöhrətləndiyini görmək çox xoşdur.

 

Məmməd Cəfər
akademik


Varlığında aşıb-daşan duyğuları, hissləri bölüşdürmək əzmini, həvəsini duyan sənətkar təxəyyülü və istedadı doğurduğu obrazlar yaşayan, inkişaf edən bir növ öz mikrokosmosunu yaradır. Nəbi Xəzri elə bir dünya yarada bilmiş, poeziyanı sevən, duyan hər bir adamın üzünə onun qapılarını geniş açmışdır.

 

Bəkir Nəbiyev
akademik


Xalqın ürəyində yaşamaq, xalqın iradəsiylə qaynaşmaq, xalqdan uzaqlaşmamaq, xalqın dilək və arzularını dilə gətirmək Nəbi Xəzrinin yaradıcılığında ən uca prinsiplərdən biridir. İnsanlıq şairi olan Nəbi Xəzri torpağına olan bağlılığına güvənərək bu torpağa səcdə etməyin böyük bir xoşbəxtlik olduğunu öz şeirlərində dilə gətirmişdir. Verimli torpaqların verimli də insanları olur. Məhz şair Nəbi Xəzri bu torpaqda yaşamağa layiq bir insandır.

 

Əbdül Lətif Bəndəroğlu
İraq şairi


Nəbi Xəzrinin Azərbaycan torpağının, dağlarının, düzlərinin, ormanlarının nəfəsi ilə aşılanmış gözəl poeziyası dostluq duyğuları doğurur, şair qəlbindən oxucu qəlbinə yol açır. Nəbi Xəzri doğma torpağını, Vətənini sevir, tərənnüm edir, onun humanizmlə dolu nikbin şeirləri gələcəyə inam aşılayır.

 

Mişel Süleyman
Livan şairi


Действительно, Наби Хазри продолжает лучшие традиции азербайджанской поэзии, он не подражает, а продолжает. Его поэзия многогранна. Он лирик. Его эпические полотна, посвященные историческому прошлому своей родины, впечатляют. Его творчестао неотделимо от его молодости. Наби Хазри в поэзии Азербайджана звучит так же, как Кара Караев и Ниязи в музыке, Салахов и Абдуллаев в живописи. Я сердечно, от всей души радуюсь поэтическому таланту моего друга Наби Хазри. И я хочу, чтобы мой друг поднялся еще выше, а с новых высот надо еще дальще смотреть, глубже чувствовать, крепче дружить и сильнее любить.

 

Расул Гамзатов
Аварский советский поэт


<< Geri