E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ


Nəbi Ələkbər oğlu Babayev (Nəbi Xəzri) 10 dekabr 1924-cü ildə Bakı şəhərinin Xırdalan kəndində Tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi.

1940

– “Günəş” adlı ilk şeirini qələmə almışdır.

1941

– “Günəş” adlı ilk şeiri “Azərbaycan gəncləri” qəzetində çap olunmuşdur.

1942-1943

Doğma kəndindəki 92 №-li orta məktəbi bitirdikdən sonra İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmişdir.

1943-1945

– “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır.

1945

– “Azərbaycan” jurnalında ilk şeiri: “Söz” və “Yaylıq” şeirləri çap olunub;

– Yazıçılar İttifaqına qəbul olunmuşdur.

1945-1947

Azərbaycan Dövlət Universitetində ali təhsil almışdır;

“Vətən uğrunda” jurnalı redaksiyasında ədəbi işçi işləmişdir.

1947-1949

Jdanov adına Leninqrad Dövlət Universitetində,

1949-1952

– Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almışdır.

1950

– “Çiçəklənən arzular” adlı ilk şeirlər kitabı çap olunub.

1952-1957

Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi olmuşdur.

1954

– Xalq yazıçısı İsa Hüseynovun həm baldızı, həm də xalası qızı olan Gülarə xanımla ailə həyatı qurub;

– “Bakının səhəri” adlı şeirlər kitabı Uşaqgəncnəşr nəşriyyatında çapdan çıxmışdır.

1957

– “Salxım söyüdlər” adlı kitabı Azərnəşr nəşriyyatında çapdan çıxmışdır.

1957-1958

“Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur.

1958

– Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə “Xəzri” təxəllüsünü götürmüşdür;

– “Vətən və qürbət” adlı şeirlər kitabı Uşaqgəncnəşr nəşriyyatında çapdan çıxmışdır.

1958-1965

Azərbaycan Yazıçılar İttifaqının katibi və­zi­fə­sin­də işləmişdir.

1960

– “Kim məni xatırlasa” adlı şeirlər kitabı “Uşaq­gəncnəşr” nəşriyyatında çapdan çıx­mışdır.

1962

– “Şeirlər” adlı kitabı Azərnəşr nəşriyyatında çapdan çıx­mışdır.

1963

– “Sumqayıt səhifələri” adlı poeması Azərnəşr nəşriyyatında çapdan çıx­mışdır.

1965

– “Dəniz, göy, məhhəbət” adlı kitabı Azərnəşr nəşriyyatında çapdan çıxmışdır;

– 10 dəqiqə poeziya adlı qısametrajlı sənədli filminin (əsərin) müəllifi olub.

1965-1971

– Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini vəzifəsində işləmişdir.

1966

– “Xatirələr cığırıyla” adlı kitabı Azərnəşr nəşriyyatında çapdan çıxmışdır.

1967

– “Arzu” adlı kitabı Gənclik nəşriyyatında çapdan çıxmışdır;

– “Çiçəklənən Abşeron” adlı televiziya filminin ssenari müəllifi olub;

– “Sahil bağı” adlı filmin ssenari müəllifi olub.

1968

– “Günəşin bacısı” və “İki Xəzər” poemalarına görə Ümumittifaq Lenin Komsomolu mükafatına layiq görülmüşdür.

1969

– “İllər və sahillər” adlı kitabı “Azərnəşr” nəşriyyatında çapdan çıxmışdır.

1970

– “Dərələr” adlı kitabı “Gənclik” nəşriyyatında çapdan çıxmışdır.

1971-1974

– Azərbaycan mədəniyyət nazirinin müavini vəzifəsində işləmişdir.

1972

– Nəbi Xəzrinin yaradıcılığına Zirvə buludu adlı qısametrajlı sənədli televiziya həsr olunmuşdur.

1973

– “Dəniz zirvədən başlayır”, “Şeirlər və poemalar” adlı kitablarına görə SSRİ Dövlət mükafatına layiq görülmüşdür;

– “Seçilmiş əsərləri” 2 cilddə kitabının 1-ci cildi “Gənclik” nəşriyyatında çapdan çıxmışdır.

1974-1992

– Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin rəyasət heyətinə sədrlik edib;

– Dekabr ayının 9-da “Qırmızı əmək bayrağı” ordeninə layiq görülmüşdür;

–“Seçilmiş əsərləri” 2 cilddə kitabının 2-ci cildi Gənclik nəşriyyatında çapdan çıxmışdır.

1975

– “Son illərin sətirləri” adlı kitabı Gənclik nəşriyyatında çapdan çıxmışdır.

1976

– ASE Elmi redaksiya şurasının üzvü seçilmişdir.

1979

– “Ulduz karvanı” adlı kitabı Yazıçı nəşriyyatında çapdan çıxmışdır;

– “Ümmandan damlalar” adlı kitabı Yazıçı nəşriyyatında çapdan çıxmışdır;

– İyul ayının 30-da “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

1980

– “Anlamaq istəyirəm” ikiseriyalı bədii filmin (əsərin müəllifi) ssenari müəllifi olub;

– Lenin və Qırmızı Əmək Bayrağı ordeninə layiq görülmüşdür.

1981

SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin üzvü seçilmişdir.

1982

“İnam” poeması Yazıçı nəşriyyatında çapdan çıxmışdır;

– “Heykəlsiz abidə” adlı kitabı Gənclik nəşriyyatında çap­dan çıxmışdır;

– Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.

1983

– “Seçilmiş əsərləri” 4 cilddə kitabının 1-ci cildi “Yazıçı” nəşriyyatında çapdan çıxmışdır;

– “Seçilmiş əsərləri” 4 cilddə kitabının 2-ci cildi “Yazıçı” nəşriyyatında çapdan çıxmışdır;

– “Seçilmiş əsərləri” 4 cilddə kitabının 3-cü cildi “Yazıçı” nəşriyyatında çapdan çıxmışdır.

1984

– Noyabr ayının 16-da “Lenin” ordeninə layiq görülmüşdür;

– Noyabr ayının 26-da “Azərbaycan SSR xalq şairi” fəxri adına layiq görülmüşdür;

– “Şeir mənim üçün bir kainatdır” adlı film xalq şairi Nəbi Xəzrinin çoxsahəli fəaliyyətinə həsr olunmuşdur;

– “Seçilmiş əsərləri” 4 cilddə kitabının 4-cü cildi “Yazıçı” nəşriyyatında çapdan çıxmışdır.

1985

– “Nəsillər–əsrlər” adlı kitabı Gənclik nəşriyyatında çapdan çıxmışdır;

– Azərbaycan Kommunist Partiyasının XXXI qurultayında MK-nın üzvü seçilmişdir.

1986

– “Ağ şimşəklər” adlı kitabı “Yazıçı” nəşriyyatında çapdan çıxmışdır.

1987

– “O uzaq gecə” povestini yazmışdır;

– “Sərhədlərin o tayında...” adlı kitabı Azərnəşr nəşriyyatında çapdan çıxmışdır;

– “Nəbi Xəzri” adlı film xalq şairinin həyat və yaradıcılığına həsr olunmuşdur;

– Mənsiz dünya adlı kitabı, [1987-1988-ci il teatr mövsümü üçün proqram] ["Kommunist" nəşriyyatının mətbəəsi]-ndə çapdan çıx­mışdır.

1988

– Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir  kitab Piruz Dilənçinin vasitəsilə ərəb əlifbasına köçürülərək, Tehranda nəşr edilmişdir.

1989

– “O uzaq gecə” povesti Yazıçı nəşriyyatında çapdan çıxmışdır;

– “Torpaq sənə and içirəm” adlı kitabı Yazıçı nəşriyyatında çapdan çıxmışdır;

– Həyat yoldaşı Gülarə xanımın ölümü.

1991

– “Salatın” poema-rekviyemi Gənclik nəşriyyatında çapdan çıxmışdır;

– Azərbaycan Yazıçılar Birliyi Ağsaqallar Şurasının üzvü seçilmişdir;

– “Qəm dəftəri” adlı kitabı “Azərnəşr” nəşriyyatında çapdan çıxmışdır.

1992

– “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur;

– “Peyğəmbər” (Saflıq hekayəti) adlı kitabı “Azərbaycan” nəşriyyatında çapdan çıxmışdır.

1993

Dekabr ayının 17-də Azərbaycan Respublikası Prezidenti Heydər Əliyev Xalq şairi N.Ə.Babayevin “Şöhrət” ordeni ilə təltif olunması haqqında Fərman imzalayıb.

1995

– “Səma uca, torpaq dərin” adlı kitabı “Gənclik” nəşriyyatında çapdan çıxmışdır;

– Dekabr ayının 17-də “Şöhrət ordeni”nə layiq görülmüşdür.

1996

– “Əsrin qanlı laləsi” adlı kitabı “Azərnəşr” nəşriyyatında çapdan çıxmışdır.

1998

– “Zaman çıxsa məcrasından ...” adlı kitabı Gənclik nəşriyyatında çapdan çıxmışdır.

2002

– İyun ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilmişdir;

– “Atillanın atlıları” adlı film Nəbi Xəzrinin eyniadlı poeması əsasında ekranlaşdırılıb.

2004

– Dekabr ayının 10-da “İstiqlal” ordeninə layiq görülmüşdür.

2007

– Yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.

2014

– Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Xalq şairi Nəbi Xəzrinin 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

2023

– “Seçmə şeirlər” adlı kitabı Qanun nəşriyyatında çapdan çıxmışdır.

2024

– Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalamışdır

<< Geri

Azərbaycan Milli Kitabxanasэ Elektron Məlumat Bazası Milli Kitabxana tərəfindən hazırlanmışdır