|
NAXÇIVAN MUXTAR
RESPUBLİKASININ COĞRAFİYASI |
Landşaft qurşaqları
Naxçıvan MR ərazisində az bir sahədə mütləq yüksəkliyin kəskin dəyişməsi
(600–4000 m) şaquli istiqamətdə landşaft qurşaqlarının yaranmasına səbəb
olmuşdur. Naxçıvan MR-in landşaftı struktur cəhətdən istər şaquli, istərsə də
üfiqi istiqamətdə dəyişir. Landşaftın mərkəz hisşədən cənub-şərq və şimal-qərb
istiqamətdə dəyişməsi ilə əlaqədar olaraq onun şaquli zoanllığını struktur
cəhətdən akademik B.Ə.Budaqovla S.Babayev üç sahəyə bölmüşdür:
-
Şərur yüksəklik landşaft qurşağı
-
Naxçıvan yüksəklik landşaft qurşağı
-
Ordubad yüksəklik landşaft qurşağı
Şərur yüksəklik landşaft qurşağı
Şərur yüksəklik landşaft qurşağı strukturunun şərq sərhəddi Şahtaxtı-Binnətalı-Gəlinqaya
xətti üzrə keçir. Burada mütləq yüksəklik 2000 metrdən artıqdır. Şərur yüksəklik
qurşağı strukturlarında orta illik temperatur 10–11 dərəcəyə, orta illik yağıntı
isə 300–400 mm-ə çatır. Belə iqlim şəraiti ərazidə, əsasən yarımsəhra landşaftı
yaradır. Yüksək dağ çəmənlikləri, dağ-çəmən-çimli torpaqlar yoxdur. Boz qonur
şoranlaşmış torpaqlar bir zolaq şəklində alçaq dağlıq qurşağın yüksək hissəsi
boyu uzanır. Bu torpaq az bir hissədə-şərqdə Naxçıvan strukturu ərazisində daxil
olur. Yovşanlı-şoranlı yarımsəhra daha geniş sahə tutur və Şərqi Arpaçay boyunca
şimal-şərqə doğru uzanır. Dağüstü kserofitlər dar bir zolaq şəklində orta dağlıq
qurşağın yüksək hissəsini əhatə edir.
Naxçıvan yüksəklik landşaft qurşağı
Naxçıvan yüksəklik şaquli strukturu Şahtaxtı-Binnətalı-Gəlinqaya xətti ilə Aza-Daşbaşı-Səfərdərə
xətti arasında qalan sahəni əhatə edir. Burada dağlıq ərazinin eni (Araz çayı
ilə Biçənək aşırımı arasında) 60–65 kilometrdir. Dağların ucalığı 800 metr ilə
4000 metr arasında tərəddüd edir. Nəticədə Şərur şaquli strukturundan fərqli
olaraq burada xüsusi şaquli qurşaq yaranır. Yayı quraq keçən soyuq yarımsəhra və
quru bozqır, yayı quraq keçən soyuq və dağ tundra iqlimi mövcuddur. İllik günəş
radiasiyası 145–160 kkal/kv.sm-ə çatır ki, buna da Azərbaycan ərazisinin qalan
hissələrində rast gəlinmir. Havanın illik orta temperaturu 2–14,5 dərəcə, illik
yağıntı isə 200 mm-dən 900 mm-ə qədərdir. Düzənlik sahədə hava temperaturunun
mütləq minimumu mənfi 30 dərəcə, maksimumu isə 43 dərəcədir. Göründüyü kimi,
Naxçıvan landşaftı strukturu daxilində təbii qurşaqların sayı artır və
mürəkkəbləşir. Nəticədə burada boz, dağ-şabalıdı, dağ-meşə qəhvəyi tipik və
qələviləşmiş, dağ çəmən-çimli torpaq tiplərinə; yovşan-şoran, dağ kserofit,
meşədən sonra bozqırlaşmış çəmən, yüksək dağlıq alp və subalp çəmənləri
bitkilərinə rast gəlinir. Bu struktur daxilində landşaft qurşaqları bir qədər
geniş sahəni əhatə edir.
Ordubad yüksəklik landşaft qurşağı
Ordubad yüksəklik qurşaq strukturu Aza-Daşbaşı-Səfərdərə xəttindən şərqə
Araz-Kilit xəttinə qədər uzanır. Bura, əsasən, yayı quraq keçən soyuq iqlimə
malikdir. Havanın illik orta temperaturu 5–14 dərəcə, illik yağıntı isə
800–900mm-ə çatır. Düzənlikdə havanın illik mütləq minimum temperaturu mənfi
22–30 dərəcə arasında tərəddüd edir. Ordubad yüksəklik strukturunun düzənlik
hissəsində allüvial-çəmən karbonatlı torpaqlar əsas yertutur. Dik qayalı
yamaclarda dağ-şabalıdı, dağ-meşə qəhvəyi və dağ-çəmən torpaqları ensiz bir
sahəni əhatə edir. Ordubad yüksəklik strukturunun Naxçıvan yüksəklik
strukturundan fərqli olmasının əsas səbəblərindən biri də Zəngəzur silsiləsinin
cənub-şərq qurtaracağında yamacların dik, uçurumlu, səth sularının az, torpaq
qatının zəif, bitki örtüyünün çox seyrək, hidrogeoloji şəraitin əlverişsiz
olmasıdır. Naxçıvan yüksəklik strukturunda yamaclar az meylli, torpağın nisbi
nəmlənməsi artıq, bitki örtüyü zəngin, çay şəbəkəsi qismən sıx, hidrogeoloji
şərait isə əlverişlidir. Naxçıvan MR yüksəklik strukturunun təhlilindən aydın
olur ki, ərazidə landşaft ancaq şaquli istiqamətdə deyil, üfiqi istiqamətdə də
dəyişir.
Düzləmə səthləri
Naxçıvan Muxtar Respublikası müasir relyefinin səciyyəvi cəhətlərindən biri,
ərazinin hər yerində relikt düzəlmə səthlərinin yayılmasıdır. Hazırda onlar
müxtəlif yüksəkliklərdə yerləşirlər. Relyefdə onlar kiçik plato şəklində
müşahidə olunurlar.
Naxçıvan MR ərazisinin düzəlmə səthləri Dərələyəz və Zəngəzur silsilələrinin
cənub yamacları boyunca yayılıblar. Dərələyəz silsiləsində şərqdən qərbə və
Zəngəzur silsiləsində şimal-qərbdən cənub-şərqə müxtəlif hipsometrik
hündürlüklərdə bir-birinə yaxın yerləşən ayrı-ayrı relyefin düzəlmə səthləri
inkişaf ediblər. Dərələyəz silsiləsinin cənub yamacı boyu düzəlmə səthləri
Naxçıvançay hövzəsində dəqiq əks olunurlar. Onlardan biri, 2200 m yüksəkliyində
Naxçıvançayın sağ qolları arasında yerləşir.
Almalıdağdan qərbə, Naxçıvançayın sağ – Küküçay və Sələsuzçay qolları arasında,
2000 m səviyyəsində düzəlmə səthi yerləşib. Onun relyefi bir qədər dalğalıdır,
şimal-qərb hissəsi isə təpəlidir.
Dəhnədağ ərazisində 1800 m yüksəkliyində, üzəri valun və çaydaşı ilə təşkil
olunan düzəlmə səthi yerləşir. Səthin ümumi meyilliyi cənuba, Naxçıvançayın
dərəsinə doğrudur. Düzəlmə səthi qərb və cənubda ortadağlığın intensiv
parçalanmış relyefinə sərt qırılır.
Dəhnədağdan şimal-qərbə, 1800 m yüksəkliyində, Cəhriçayın qolları arasında
düzəlmə səthi yerləşir. Onun cənub qurtaracağı relyefdə sərt ifadə olunan pillə
ilə məhdudlaşır, Cəhriçay dərəsinə doğru istiqamətlənmiş şimal-qərb yamacları
isə intensiv parçalanıblar. Bu düzəlmə səthi arxa hissəsi ilə Dərələyəz
silsiləsinin sərt parçalanmış cənub yamaclarına dirənirlər.
Naxçıvan MR kənar şimal-qərb hissəsində Bağırsağdərə çayının yüksəklikləri
özündə 1800 m səviyyəli düzəlmə səthini təşkil edir hansı ki, dayaz-dalğavari
relyef və deformasiyalarla səciyyələnir.
1100–1200 m səviyyəli düzəlmə səthlərinin fraqmentləri relyefdə Lizbirtçayın (Cəhriçayın
sağ qolu) sağ sahili boyu, şimal-qərbdən cənub-şərq istiqamətində qalıq şəklində
yaxşı ifadə olunurlar. Duzdağ platosu da həmən səviyyəli (1200 m) düzəlmə
səthlərinə aiddir. Duzdağın cənub hissəsinin səthi daha intensiv və dərin
parçalanma ilə fərqlənir.
Zəngəzur silsiləsinin qərb yamaclarında yerləşən düzəlmə səthləri 2000 m
yüksəkliyində Naxçıvançayın sol qolları (Zərnətun və Gömür çayları) arasında
müşahidə olunur. Naxçıvançayın sol sahili boyu, Qoturdağ ərazisində, 2000 m
səviyyəsində, Naxçıvançayın dərəsinə meyilli düzəlmə səthi yaxşı seçilir.
Nursu kəndi ərazisində 1800 m səviyyəsində düzəlmə səthi yerləşir. Onun cənub-qərb
hissəsi Nursuçayın dərəsinə doğru qırılır, şimal və şərq hissələri isə
ortadağlığın hündür terraslaşdırılmış yamacları ilə sərhədlənir. Nursuçayın
yüksəklikləri səthi iki hissəyə bölür.
1800 m yüksəkliyində, Nursuçay və Şahbuzçay arasındakı ərazidə hamar relyefə
malik düzəlmə səthi yerləşir. Şahbuz çayının sol sahilinin böyük hissəsini 2000
m səviyyədəki düzəlmə səthi tutur. Onun şimal hissəsi Zəngəzur silsiləsinin yan
qollarının ətəklərinə sıx yaxınlaşır.
2000 m səviyyədəki düzəlmə səthləri kiçik fraqmentlərlə Gilənçayın, Qaradərənin
və qismən Əlincəçayın yüksəklikləri daxilində geniş yayılıblar.
Araz çayı depressiyası boyu yerləşən və allüvial-prolüvial çöküntüləri ilə
örtülü olan, qədim öndağ maili düzənlikləri hal-hazırda kəskin parçalanıblar və
dağların ümumi qalxma hərəkətinə qoşulublar. Onların səthi cənuba, Araz çayının
dərəsinə doğru meyillidir. 800–1000 m yüksəkliyində yerləşirlər. Bu, Naxçıvan MR-nın
ən cavan səthidir və parçalanmaya məruzdur.
Zəngəzur silsiləsinin qərb və Dərələyəz silsiləsinin şimal-şərq yamaclarında,
2400 m səviyyəsində, ərazinin ən yüksək düzəlmə səthləri qeyd olunur.
Naxçıvan MR-nın düzəlmə səthlərinin formalaşmasında eroziya və denudasiya
iştirak ediblər. Düzəlmə səthlərinin morfoloji təhlilindən məlum olur ki,
onların nisbi hündürlüyü suayrıcıya doğru tədricən artır və cənuba – Araz
çayının dərəsinə doğru azalır, bu Kiçik Qafqazın Zəngəzur və Dərələyəz
silsilələrinin qalxmasını sübut edir.
Naxçıvançay hövzəsinin orta axınlarında yerləşən təhlil olunan düzəlmə səthləri,
relyefdə sərt uçurum yamaclı qalıq plato kimi əks olunurlar.
Yüksək və ortadağlığ daxilində saxlanılan, çay və onun qolları ilə kəskin
parçalanan düzəlmə səthlərinin uçurumlu yamaclarında intensiv yamac prosesləri
yaxşı ifadə olunurlar. Bundan savayı, Naxçıvan daxilində müxtəlif hipsometrik
yüksəkliklərdə düzəlmə səthlərinin geniş yayılması, burada fasiləli qalxma və
uzun müddətli zəif qalxma hərəkətlərinin olmasını sübut edir. Onların intensiv
parçalanması, düzəlmə səthlərinin yaranmasından sonra denudasiya proseslərinin
böyük güclə cərəyan etməsi barədə deyir. Naxçıvanın dağlıq hissəsinin düzəlmə
səthlərinin ümumi sahəsi 220 km2 təşkil edir.,,.
Oroqrafiya
Kiçik Qafqazın cənub-qərb qurtaracağında yerləşən və tipik dağlıq ölkə olan
Naxçıvan MR-in oroqrafiyası başlıca olaraq düzənlik və dağlıq hissədən ibarətdir.
Onun dəniz səviyyəsindən orta yüksəkliyi 1400 metrə bərabərdir. Muxtar
Respublika ərazisinin mütləq yüksəkliyinin amplituda fərqi 600 metrlə (Kotam
yaxınlığında Arazın vadisi) 3906 metr (Qapıcıq zirvəsi) arasında tərəddüd edir.
Ərazinin üçdə bir hissəsini təşkil edən və respublikanın ən alçaq sahəsi hesab
edilən Arazboyu düzənliyin orta yüksəkliyi 800 metrə yaxındır. Ərazinin üçdə iki
hissəsi dəniz səviyyəsindən 1000 metr yüksəklikdə yerləşməklə, 20 faizinin
mütləq yüksəkliyi 2000 metrdən artıqdır. N.İ.Şelepnevin hesablamasına əsasən
Naxçıvan MR səthini yüksəkliyinə görə aşağıdakı qaydada bölmək mümkündür.
Mütləq yüksəkliyi
(m-lə) |
Sahə
(kv. km-lə) |
Faizlə |
600–1000 |
1720 |
32,9 |
1000–1500 |
1600 |
30,5 |
1500–2000 |
1028 |
19,5 |
2000–2500 |
500 |
9,5 |
2500–3000 |
320 |
6,1 |
3000 metrdən artıq |
80 |
1,5 |
Naxçıvan MR-in aşağı düzən zonasını təşkil edən Arazboyu qurşaq Muxtar
respublikanın 600–1000 metr yüksəklikdə yerləşən geniş sahəsini əhatə edir. Bu
sahə şimal-qərbdə Sədərək düzündən başlayıb Ordubad rayonu ərazisində, Kotam
yaxınlığında dar zolaq şəklində yüksək dağlar tərəfindən Arazın sahilinə
sıxışdırılır. Düzənlik hissə Araz çayı ilə alçaq dağlıq arasında yerləşməklə gah
geniş, gah da dar sahəni əhatə edir.
Naxçıvan MR-nın dağlıq hissəsi, əsasən Zəngəzur və Dərələyəz sıra dağlarından və
digər çoxsaylı yan qollardan ibarət olan böyük ərazini tutur və 1000–3900 m
mütləq hündürlüklərdə yerləşir.
Dağlıq relyefin parçalanma dərəcəsi eyni olmayıb dərinliyi süxurların litoloji
tərkibindən və ərazinin geoloji quruluşundan asılıdır. Öndağlıq üçün, Muxtar
Respublikanın şərq yarısında yerləşən struktur-denudasion platoların inkişafı
səciyyəvidir.
Naxçıvan MR-nın ərazisi, devondan antropogenə kimi, uzun geoloji inkişaf
mərhələsi keçib.
Muxtar Respublikanın relyefində, aşağıda sadalanan, eyni zamanda buranın iri
morfostruktur vahidləri olan, əsas oroqrafik elementlər ayrılır:
Arazboyu düzənlik
Muxtar respublika ərazisinin 32 faizini təşkil edərək şimal-qərbdə Ermənistanın
Ararat düzənliyilə birləşir. Bu qurşaq bütöv bir düzenlik halında ölmayıb,
respublika daxilində bir neçə yerdə-Dərələyəz və Zəngəzur dağlarının meridian
istiqamətində uzanan qolları və ya yüksəklikləri vasitəsilə bir sıra maili
düzənliklərə (Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Ordubad və s.) ayrılır.
Sədərək düzü
Muxtar respublikanın şimal-qərbində Ermənistanın Ararat çökəkliyi ilə
sərhədlənən və Dəhnə-Vəlidağ yüksəkliyinədək uzanan Sədərək düzü cənubdan
Arazla, şimal-qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə
sərhədlənir.
Sədərək düzü Cəhənnəm dərəsinin düzənliyə çıxdığı hissədən başlayaraq dəmiryol
xəttindən bir qədər qərbə doğru davam edir. Bura Cəhənnəm dərəsinin gətirmə
konusundan ibarətdir. Dərənin şərq hissəində iri daşlardan ibarət sel
çöküntüləri enli zolaqlar şəklində yayılmışdır. Bu çöküntülər əsasən Sədərək
kəndinə qədər davam edir. Kənddən cənub-qərbə isə başlıca olaraq allüvial
çöküntülər yayılmışdır. Düzənliyin Ucubiz tirəsinə və Vəlidağa yaxın olan
hissələrində gətirmə konusları çökdürülmüşdür. Sədərək düzü 800–940 metr
yüksəklik arasında yerləşməklə şimaldan cənuba və qərbdən şərqə doğru meyllidir.
Ərazidə əsasən boz torpaqlar yayılmışdır. Onun mərkəz hissəsində allüvial boz
torpaqlar, şimal şərq hissəsində isə boz torpaqların bəsit növləri üstünlük
təşkil edir. Sədərək düzünün əsas bitkisi yovşandır. Hazırda təbii bitkilər
düzənliyin əsasən cənub-şərq və şimal-qərb qurtaracağında saxlanılmışdır. Araz
çayından suyunu alan kanal üzərində tikilib istifadəyə verilmiş sudartan
stansiyalar, betonlaşdırılmış kanallar, onların üzərindəki hidrotexniki qurğular
Sədərək düzünü bol su ilə təmin edir. Üzüm və meyvə bağları, taxıl, şəkər
çuğunduru, yem bitkiləri və tütün sahələri hazırda bu stansiyalar vasitəsilə
suvarılır.
Şərur maili düzənliyi
Vəlidağ-Dəhnə yüksəkliyindən Qarabağlar — Qıvraq tirəsinədək uzanan Şərur
düzənliyi Muxtar Respublika ərazisinin geniş bir hissəsini tutur. Sıx əhaliyə,
münbit torpağa malik olan bu düzənlik Naxçıvan MR-in kənd təsərrüfatında mühüm
rol oynayır. Şərur düzündən şərqdə Qarabağlar — Xok — Tazı uçan yüksəkliyi ilə
Duzdağ tirəsi arasında Böyükdüzyerləşir. İqlimin və hidrobji şəraitin təsiri
nəticəsində Böyükdüz su mənbələrindən məhrum dmaqla təbii şoranlaşmaya məruz
qalmışdır.
Naxçıvan düzənliyi
Arazboyu düzənliyin böyük bir hissəsini təşkil edir. O, qərbdən Cəhri-Düzdağ
tirəsi ilə, cənub qərbdən Arazla, cənub-şərqdən Nehrəm-Ərəzin yüksəkliyilə,
şimal-şərqdən Sirab, Nəhəcir, açaparaq xətti üzrə Sarıdağ-Nəhəcir və Qırxlar
dağının ətəkləri ilə əhatə olunur. Bu düz Naxçıvan çayı, onun aşağı axınındakı
qolları, bir sıra təpəliklər, yarğanlar və dərələrlə parçalanır. Qərbdən şərqə
doğru Əlincəçay, Qara dərə, Gilançay, Düylünçay, Vənəndçay, Əylisçay və
Ordubadçayın gətirmə konusları bir neçə maili düzənliklər əmələ gətirmişdir..
Bunlardan ən çox nəzərə çarpanı Culfa, Yaycı, Dəstə, Ordubad düzənlikləridir. Bu
maili düzənliklərin ümumi sahəsi 10 min hektara qədərdir. Arazboyu düzənliyin ən
geniş yerinin Şərqi Arpaçayın mənsəb hissəsində yerləşməsi bir tərəfdən burada
tektonik çökmə, digər tərəfdən isə fəal eroziya prosesinin getməsilə izah edilə
bilər.
Ordubad maili düzənliyi
Ordubad maili düzənliyi — Zəngəzur silsiləsinin cənub-qərb ətəklərindən Əylis,
Ordubad və Gənzə çayları vasitəsi ilə gətirilən allüvial – prollüvial
çöküntülərdən əmələ gəlmiş və sonda mürəkkəbləşərək Arazboyu sahəni əhatə
edərək, Əylis və Ordubad maili düzənlikləri yaranmışdır. Düzənliyin səthi daşlı,
çınqıllı olub allüvial çöküntülərlə örtülmüşdür. Ordubad maili düzənliyi Əylis,
Ordubad, Gənzə çaylarının, Dəstə maili düzənliyi isə Vənəndçayın və Düylünçayın
gətirmə konuslarından təşkil olunmuşdur. Çayların gətirdikləri sel çöküntüləri
şərq hissədə Araz çayına qədər gəlib çatır. Əylis çayının gətirdiyi çöküntülər
digər çayların gətirdiyi çöküntülərə nisbətən daha çox və iri daşlıdır. Qeyd
etmək lazımdır ki, Arazboyu düzənlik geoloji dövr ərzində çökmə süxurlardan
yaranmış, sonrakı dövrlərdə onun səthi bu düzənliyə çıxışı olan çayların
gətirdiyi allüvial–prollüvial çöküntülərlə mürəkkəbləşmişdir.
Burada müşahidə edilən sel çöküntülərinin içərisindəki iri daşların sayı və
həcmi Əylis çayına nisbətən azdır. Adları çəkilən çaylardan keçən sellər maili
düzənliklərdə yerləşən yaşayış məntəqələrinə, kənd təsərrüfatına, şosse və
dəmiryollarına ciddi zərər vurur. Dəstə və Ordubad maili düzənliklərinin əsas
bitkiləri gəvənlərdən, yovşandan, gəngizdən və s. ibarətdir. Ordubad düzünün
şimal hissəsində, Ordubad şəhəri ətrafında, həmçinin yuxarı Əylisdən cənuba
doğru becəriiən dağ qəhvəyi torpaqlar, şərq hissəsində dar zolaq şəklində isə
dağ açıq şabalıdı torpaqlar yayılmışdır.
Böyükdüz maili düzənliyi
Böyükdüz Naxçıvan MR ərazisində olan geniş düzənlik sahələrdən biridir. Şimaldan
cənuba doğru 19–20 km-ə qədər uzanan bu düzün orta enliliyi 10 km-ə çatır.
Düzənlik yuxarı Dördüncü dövrün allüvial-prolüvial çöküntülərindən təşkil
olunmuşdur. Onun mərkəzi hissəsi demək olar ki, parçalanmamışdır. Böyükdüzün Kor
Osman düzənliyindən şərqə olan hissəsini kiçik təpəciklər, şimal-qərb hissəsini
isə quru dərələr zəif parçalamışdır. Böyükdüzün torpaq örtüyü şimalda boz
ibtidai, mərkəz hissəsində isə boz torpaqlardan ibarətdir.
Culfa maili düzənliyi
Bu düzənlik Araz çayı səviyyəsindən başlayaraq, 1200 m mütləq yüksəkliyə qədər
davam edir. Düzənlikdən əkin sahəsi kimi az istifadə olunur. Əsas səbəbi
düzənliyin bəzi sahələrinin daşlarla örtülü olmasıdır. Zəif parçalanmış Culfa
düzünün şimal və şimal-şərq hissəsində sel çöküntüləri üstünlük təşkil edir,
çaqıl daşları geniş yayılmışdır. Bunun başlıca səbəbi Darıdağın cənub
ətəklərində əmələ gələn və tez-tez baş verən sellərdir. Culfa düzünün cənub və
cənub-qərb hissəsində çay çöküntüləri üstünlük təşkil edir. Bu sahədə Arazın və
Əlincəçayın qədim terrasları aşkar müşahidə edilir. Gülüstan kəndi yaxınlığında
maili düzənliyin səthi qismən alçalır və bir növ çaybasar landşaftını
xatırladır.
Arazyanı silsilələr
Qarabağ vulkanik dağlıqdan cənub-qərbdə, Arpaçay-Bazarçay çökəklikləri zonası
ilə ayrılan, Arazyanı-Zəngəzur və Dərələyəz qırışıq-qaymalı sıra dağlar
yerləşir.
Zəngəzur horst sıra dağı (ən yüksək zirvə – Qapıcıq dağı, 3904 m), əsasən
Mehri-Ordubad plutonunun qranitoidlərindən ibarətdir və şərqdə, Qərb tərəfdən
Mehri qrabenini (Ermənistan ərazisində yerləşən) əhatələnən Şərqi-Qapıcıq
qirilması ilə kəsilibdir.
Geoloji baxımdan Zəngəzurun yüksəkdağlığı vulkanogen çöküntülərdən ibarətdir.
Süxurların litoloji tərkibi daha davamlıdır. Burada aşınanın əsas səbəbi, gündüz
və gecə temperaturları arasında böyük fərq səbəbindən yaranan, donuşluq
aşınmasıdır.
Zəngəzur silsiləsinin struktur-denudasyon yüksəkdağlığının şimal yarısına, zəif
dislokasiyalı vulkanogen süxurlar xasdır. Buranın relyef səthində, alp
bitkilərinin inkişaf etdiyi nazik torpaq örtüyü var.
Zəngəzur sıra dağlarının ortadağlıq hissəsində, geoloji baxımdan, əsasən,
mezozoyun karbonatlı tuf qatları, kaynazoyun (eosenin) vulkanogen-çökmə qatları
yayılmışdır. Ortadağlığın səthi, çaylarla və çoxsaylı qollarla, ayrı-ayrı
hissələrə intensiv parçalanıb.
Dərələyəz sıra dağları Naxçıvan və Arpa çaylarının arasında yerləşir. Silsilənin
şimal-şərq hissəsi, demək olar ki, enlilik, cənub-qərb hissəsi isə meridional
istiqamətdə uzanır.
Dərələyəz silsiləsinin suayrıcı hissəsinin böyük ərazisi fiziki və qismən
kimyavi aşınma nəticəsində yaranan, intensiv parçalanmış struktur-denudasyon
dağlardan ibarət olub, aşınma məhsulları isə qravitasiya vasitəsi ilə hərəkət
edirlər.
Keçəltəpə dağının kiçik hissəsi (16 km2) və Dərələyəz silsiləsinin Ardağlı,
Keçəltəpə və Buzqov dağ zirvələrinin arasında yerləşən suayrıcı hissəsi
struktur-denudasyon, erozion, hündür, intensiv parçalanmış qırışıqlı dağlardan
ibarətdir. Bu ərazi şimaldan cənuba, Lizbirtçay (Cəyriçayın sol qolu)
yüksəkliyinin haçalanmış quru dərə şəbəkəsi ilə kəskin parçalanıb. Ərazi üçün
uçurumlu, intensiv parçalanmış çılpaq dağ yamacları səciyyəvidir. Onlar,
tektonik baxımdan qırılmalarla mürəkkəbləşiblər və alt triasın əhəngdaşından,
dolomitlərindən və həmçinin, alt yuranın qumdaşından, gillərindən və
mergellərindən təşkil olunublar.
Dərələyəz silsiləsinin ortadağlığında, dağarası çökəklikləri əhatə edən yamaclar
sərtdilər və çoxsayda V-şəkilli dərələrə malik çay qolları ilə kəskin
parçalanıblar. Bunlar Qaraquş, Ordığlı, Remlər, Qiyadalı dağlarının
yamaclarıdır. Geoloji baxımdan, təsvir olunan ərazi, trias dövrünün
dolomitlərindən və dolomitləşmiş əhəngdaşlarından ibarətdir. Ərazidə, güclü
denudasiya prosesləri nəticəsində yaranan, uçurumlu dağ yamacları səciyyəvidir.
Bu proseslərin intensivlik dərəcəsi, Gəlinqaya dağının qayalıq relyefində daha
aydın əks olunur.
Zəngəzur silsiləsi
Orta hündürlüyü 3200 metrə çatan Zəngəzur silsiləsi Kiçik Qafqazın bütün
silsilələrindən yüksəkdir. Onun ən yüksək zirvəsi olan Qapıcıq (3906 metr) eyni
zamanda Kiçik Qafqazın Azərbaycan Respublikası ərazisində ən yüksək zirvədir.
Qapıcıq zirvəsi 3865 metr hündürlüyə malik olan daim qar xəttindən də yüksəyə
qalxır. Zəngəzur silsiləsi həm də Kiçik Qafqazın böyük silsilələrindən biri
olub, Naxçıvan MR ilə Ermənistan arasında təbii sərhəd təşkil edir. Cənub-şərq
istiqamətində tədricən ucalaraq Qapıcıq dağında öz maksimumuna çatan silsilə
Qapıcıqdan cənuba doğru yenidən alçalmağa başlayır. Soyuq dağdan (3161 metr)
cənubda 12–13 kilometrlik məsafədə sıldırım pillələr şəklində kəskin surətdə
alçalaraq uçurumlu, qayalı yamaclarla Arazın yatağına enir. Zəngəzur
silsiləsində bir neçə zirvənin yüksəkliyi 3500 metrdən (Nabad dağ, Dəvə boynu,
Qazangöl dağı, Səfərdərə, Yağlıdərə, Sarıdərə, Şıxyurdu), bir neçə zirvənin
yüksəkliyi isə 3000 metrdən (Ağdaban, Salvartı, Camal, Aracı, Dəmirli dağ, Əyri
dağ, Soyuq dağ və s.) artıqdır. Burada aşırımların mütləq yüksəkliyi 2340 metrlə
3700 metr arasında dəyişir.
Dərələyəz silsiləsi
Dərələyəz silsiləsi Naxçıvan MR-in şimal-şərq hissəsində yerləşir və Ermənistan
ilə Muxtar Respublika arasındakı sərhəd boyunca uzanır. Bu silsilə başlıca
olaraq iki hissədən ibarətdir: biri Cəhri çayının əsas dərəsindən qərbdə, digəri
isə ondan şərqdə yerləşir.
Silsilənin ən hündür hissəsi 2400–2700 metr arasında tərəddüd edir. Burada ən
hündür zirvə 2740 metr (Keçəltəpə dağı), ən alçaq aşırım isə 2200 metrdir.
Dərələyəz silsiləsinin şimal-qərbdə Naxçıvan MR ərazisinə daxil olan hissəsi çox
mürəkkəb oroqrafik quruluşa malikdir. Bu mürəkkəblik relyefdə, xüsusilə
Keçəltəpə dağından cənubda özünü daha aydın göstərir. Qaraquş, Cəhri,
Qaraultəpə, Rəmlər vs Buzqov qolları bu dağ silsiləsindən ayrılır. Dərələyəz
silsiləsinin əsas hissəsi olan şərq yarısı şimal-şərqdən cənub-qərb
istiqamətində uzanır. Buranın mütləq yüksəkliyi 2900–3110 metrə çatır (Sinor,
Küküdağ, Keçəldağ və s.). Silsilənin suayrıcı bəzən dar, bəzən isə çox genişdir,
hamarlanmışdır. Onun hər iki yamacı o qədərdə kəskin meylli deyildir. Bəzi
yerlərdə nisbi yüksəkliyi 700 metrə çatan uçurumlara da rast gəlmək olur
(xüsusilə Küküdağdan cənub-şərqə). Aşırımlar əksər hallarda hamar olub, bəzən
üzərində qədim buzlaqların izlərinə (xüsusilə morenlərə) rast gəlmək olur.
Dərələyəz silsiləsinin şimal-şərq quıtaracağı 3087 metrlik adsız zirvə
yaxınlığında Zəngəzur silsiləsilə biriəşir. Onun cənub-qərb hissəsi isə Cəhri və
Naxçıvan çaylarının aıası ilə uzanır. Silsilə Təknə dağından başlayaraq 1900
metrdən 1300 metrə qədər (Cəhri çayından şimal-şərqə) alçalır. Onun bir
hissəsinin suayrıcı Təknə dağı ətrafında hamar və düzdür. Ondan cənuba getdikcə
silsilə qayalı uçurumları olan dar bir zolaq boyu uzanır. Dərələyəz
silsiləsindən cənuba, Naxçıvan çayının əsas yatağına doğru getdikcə Təknə,
Badamlı, Keçəldağ qolları ayrılır. Bu şaxələrdə dərələrin dərinliyi bəzən 400
metrdən də artıq olur. Keçəldağ qolunun və onun şaxələrinin səthində müşahidə
edilən düzəlmə səthləri orta və yüksək dağlıq sahədə geniş yayılmışdır. Cənub
yamacların parçalanması arid-denudasion proseslər hesabına cənuba doğru artır.
Silsilənin cənub-qərb və mərkəz hissəsindən fərqli olaraq şimal-şərq hissəsində
fəaliyyətdə olan sürüşmələr geniş sahə tutur. Bu silsilə üçün ən səciyyəvi
cəhətlərdən biri su ayrıcında üç qrupda cəmləşən yüksəkliklərin nəzərə
çarpmasıdır. 3000–3100 metr və 2400–2600 metr mütləq yüksəkliklər əsas
suayrıcında, 1900–2000 metr mütləq yüksəkliklər isə ondan ayrılan qolların
suayrıcı hissəsindədir. Muxtar Respublikanın şimal-qərb qurtaracağında ərazi
mürəkkəb oroqrafik şəraitə malikdir. Buradakı dağ zirvələri 2000–2100 m-dən
yüksək deyildir (Kömürlü, Ardıc, Mehridağ, Qabaqyal və s.). Bu hissə alçaq və
orta dağlıqdan ibarət olmaqla çox da geniş sahəni əhatə etmir. Dağarası
çökəkliklər arasında ən irisi Paradaş çökəkliyidir. Bu çökəklik 30 km² sahəni
əhatə edir və dibi 1300 metr mütləq yüksəklikdə yerləşir. Çökəkliyin dibi düz və
bəzən kiçik təpəciklərdən ibarət olub, eroziya və arid-denudasiya nəticəsində
kəskin parçalanmışdır.
Naxçıvan dağarası çökəkliyi
Naxçıvan MR mərkəzi hissəsinin ərazisində şərqdən Cəyriçayın dərəsi ilə,
şimaldan Ağqaya dağı ilə, qərbdən Aznabürt maili düzənliyi ilə sərhədlənən
Duzdağ dağının geniş səthi alyuvial platolara aiddir. Duzdağ platosunun
substratları yastı qatlara toplanmış, mergel, qumdaşı, müxtəlif rəngli gillərlə
təmsil olunan miosenin duzlu qatının süxurlarıdır.
Darıdağ antiklinal massivinin cənub hissəsi daxilində erozion-denudasion plato
inkişaf edib. Platonun demək olar ki, tamamilə hamar olan səthinin – cənuba –
Araz çayının dərəsinə bir balaca meyilliyi var. Plato, çoxsayda quru dərələrlə
ayrı-ayrı hissələrə kəskin parçalanıb. Onun əsası əhəngdaşı ilə örtülmüş gilli
çöküntülərdən ibarətdir. Cənub hissə, eol proseslərlə xeyli işlənmiş delyuvial
çöküntülərin toplanması ilə səciyyələnir.
Öndağlıq daxilində prolluvial-delluvial maili düzənliklər inkişaf ediblər. Bura,
Arpaçayın sol sahilinin böyük hissəsi və sağ sahilinin bir hissəsi aiddirlər.
Maili düzənliklərin səthi, daha hündürdə yerləşən tirə və təpə-tirələrin
tədricən yuyulması nəticəsində əmələ gələn çınqıllarla örtülüdür.
Yuxarıda qeyd olunanlardan məlum olur ki, Ortaaraz çökəkliyi qalın miosen və
pleystosen çöküntüləri ilə doldurulmuş və köndələninə qalxma ilə bir sıra
dağarası çökəkliklərə və akkumulyativ-denudasion platolara ayrılmış, iri qoyulma
strukturdur.,
Təbii ehtiyatlar
Naxçıvan MR metal və qeyri-metal faydalı qazıntılar, həmçinin mineral sularla
zəngin bir regiondur. Burada molibden, sink-qurğuşun, mis, gümüş, qızıl, civə və
başqa metalların: daş duz, kükürd kimi qeyri-metalların: gəc, əhəng, dolomit,
travertin, odadavamlı gil, andaluzit, mərmər, tuf daşı və s. kimi tikinti
materiallarının yataqları aşkar edilmiş və bunların çoxundan xalq təsərrüfatında
geniş istifadə olunur. Muxtar respublikada 200-dən artıqmineral bulaq vardır ki,
onlardan Badamlı, Sirab, Vayxır və Darıdağ mineral suları Azərbaycandan kənarda
da məşhurdur.
Siyahı
-
Naxçıvan çınqıl-qum yatağı I — Naxçıvan şəhərinin cənub hissəsində yerləşir,
sahəsi 1,33 km², qalınlığı 9,7–9,8 metr, ehtiyatı isə 27957 min m³-dir.
Tikintidə və asfalt-beton istehsalında işlədilir.
-
Naxçıvan çınqıl-qum yatağı II — Naxçıvan şəhərindən 10 km. şimal-şərqdədir.
Sahəsi 2 km², qatın qalınlığı 4.5–6,2 metr, ehtiyatı isə 11047 min m³-dir.
Hidrotexniki qurğulardakı ]]beton]] işlərində işlədilir.
-
Azaçay çınqıl-qum yatağı — Ordubad rayonundakı Aza və Baş Dizə kəndləri
arasındadır. Allüvüal yataq yeri bənd tikintisi məqsədi ilə öyrənilərək,
ehtiyatı 4375 min m³-dir.
-
Əlincəçay [[çınqıl]-qum yatağı — Culfa rayonu ərazisindədir. Çınqıl-qum
yatağı müxtəlif aşınma süxurları nəticəsində yaranaraq, ehtiyatı 12820 min
m³-dir. Tikintidə beton qarışığında istifadə etməyə yararlıdır.
-
Gənzə çınqıl-qum yatağı — Ordubad rayonu ərazisindədir. Sahəsi 1,2 km²,
qalınlığı 5 metr, ehtiyatı isə 5261 min m³-dir. Çınqıl-qum qarışığından
asfalt-beton işlərində istifadə olunur.
-
Ordubad çınqıl-qum yatağı — Ordubad şəhərindəki dəmiryol stansiyası
yaxınlığındadır. Sahəsi 0,64 km², qalınlığı 5,25–5,95 metr, ehtiyatı isə
6974 min m³-dir. Tikintidəki beton işlərində istifadə olunur.
-
Pircüvar düzü qum yatağı — Babək rayonundakı məşhur "Əshabi-Kəhf" pirinə
gedən asfalt yolun kənarındadır. Tərkibinə görə xırda və narın qum daşı
yatağındakı layın qalınlığı birincidə 23, ikincidə isə 3–16 metrdir. Yatağın
sənaye ehtiyatı 12366 min m³-dir. Tikinti sənayesində və beton işlərində
istifadə olunur.
-
Dərəlik tuf-qumdaşı yatağı — (Tofus-vulkan qumundan əmələ gəlmiş süxurdur.)
Culfa rayonu ərazisindədir. Sahəsi 0,2 km², qalınlığı 25–28 metr, ehtiyatı
isə 7538 min m³-dir. Tikintidəki hörgülərdə istifadə etmək olar.
-
Çalxanqala tuf yatağı-(Tofus-vulkan qumundan əmələ gəlmiş süxurdur.)
Kəngərli rayonundakı Çalxanqala kəndi ərazisindədir. Çəhrayı-boz rəngli tuf
yatağının sahəsi 1 km², qalınlığı 140 metr, ehtiyatı isə 243 min m³-dir.
1977-ci ildən yataq yeri mühafizə olunur.
-
Naxçıvan daş duz yatağı — (Halit-halloidlər sinfinə aid mineral, NaCl,
sərtliyi 2, sıxlığı 2100 kq/m³). Naxçıvan şəhərindən şimal-qərbdə Duzdağın
cənub yamacındadır. Yataqda 5 lay qazılmışdır ki, onlardan ikisi sənaye
əhəmiyyətlidir. Birinci layın qalınlığı 4,4–10,3 metr, ikinci layın
qalınlığı isə 6,3–10,8 metrdir. Laylardakı xörək duzunun miqdarı 92–98
%-dir. Ehtiyatı 124506 min tondan artıqdır. Duz yatağı 1926-cı ildən sənaye
əsasında istismardadır. Ərazidə yerləşən Naxçıvan Filiz İdarəsi tərəfindən
gündə 20 ton duz üyüdülərək qablaşdırılır.
-
Nehrəm daş duz yatağı — (Halit-halloidlər sinfinə aid mineral, NaCl,
sərtliyi 2, sıxlığı 2100 kq/m³). Babək rayonundakı Nehrəm kəndinin
şimal-şərq tərəfindən yataqdakı daş duzun qalınlığı 43–92 metr, tərkibindəki
xörək duzunun miqdarı 78–92 %, ehtiyatı isə 1378 milyon tondur. Yataq yeri
1946-cı ildə susuzlaşdırılmış soda yatağı adı ilə öyrənilmişdir.
-
Püsyan daş duz yatağı-(Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi
2, sıxlığı 2100 kq/m³.) Şərur rayonundakı Püsyan kəndi ətrafındadır. Duz
yatağının qalınlığı 45–80 metrdir. 1955-ci ildə yataq yeri aşkar olsa da
elmi şəkildə öyrənilməmişdir. Yataqdakı duzdan malqaranın yemlənməsində
istifadə etmək olar.
-
Sust daş duz yatağı-(Halit-halloidlər sinfinə aid mineral, NaCl, sərtliyi 2,
sıxlığı 2100 kq/m³). Babək rayonundakı Sust kəndi ərazisində 2 daş duz
yatağı vardır ki, birincidə xörək duzu 96 %, ikincidə isə 95 %-dir. Yatağın
ehtiyatı 15317 min ton olmaqla ehtiyatda saxlanılır.
-
Duzdağ xörək duzu yatağı-(Halit-halloidlər sinfinə aid mineral, NaCl,
sərtliyi 2, sıxlığı 2100 kq/ m³.) Babək rayonundakı duz qatının ümumi
qalınlığı 8,2 metrdir. Yataqdakı duzun kimyəvi tərkibi Na Cl-35 %, Ca
Cl2–0,04 %, Mg Cl2–0,6 %-dir.
-
Naxçıvan gil yatağı I — Naxçıvançay]]ın sağ sahilində olaraq sahəsi 0,07
km², qalınlığı 5 metr, ehtiyatı isə 289 min m³-dir. Gildən bişmiş kərpic
istehsalında istifadə edilir.
-
Naxçıvan gil yatağı II — Naxçıvançayın sol sahilində "Naxçıvan gil yatağı
I"-dən 3 km. şimaldadır. Sahəsi 0,06 km², qatın qalınlığı 2,8–5,4 metr,
ehtiyatı isə 1513 min m³-dir. 1976-cı ildən istismar edilir, bişmiş kərpic
hazırlanır.
-
Babək gil yatağı-Babək rayonunda qəhvəyi-boz allüvial-dellüvial gil
çöküntüləridir. Yatağın qalınlığı 3,4–4,5 metr, ehtiyatı isə 1150 min
m³-dir. Həmin gildən bişmiş kərpic və saxsı qablar hazırlanır.
-
Çeşməbasar gil yatağı — Babək rayonundakı Çeşməbasar kəndi yaxınlığında boz
rəngli zəif sementləşmiş gil yatağıdır. Sahəsi 0,2 km², qatın qalınlığı
17–19 metr, ehtiyatı isə 3417 min m³-dir. Kərpic istehsalında yararlıdır.
-
Təzəkənd gil yatağı — Babək qəsəbəsinin cənub-qərbində tünd-boz rəngli gil
yatağının sahəsi 1,6 km², qalınlığı 4,7 metr, ehtiyatı isə 7,3 mln m³-dir.
Bişmiş kərpic istehsalına yararlıdır.
-
Sədərək gil yatağı — Sədərək rayonu ərazisində sahəsi 0,48 km², qalınlığı
4,36 metr, ehtiyatı isə 2092 min m³-dir. Yataqdakı gildən bişmiş kərpic
istehsalında istifadə edirlər.
-
Şahbuz gil yatağı — Şahbuz qəsəbəsindən 2 km şimal-şərqdə Qarababa kəndi
ərazisindədir. Tünd boz rəngli gil ilə külçə süxurlarının sahəsi 0,23 km²,
qalınlığı 1,4–4,7 metr, ehtiyatı isə 973540 m³-dir. Gil bişmiş kərpic
istehsalına yararlıdır.
-
Tumbul gil yatağı — Babək rayonundakı Tumbul kəndi ərazisindədir. Sahəsi 3,0
km², qalınlığı 4,7 metr, ehtiyatı isə 14,1 mln m³-dir. Kərpic istehsalına
yararlıdır.
-
Dəstə gil yatağı-Ordubad rayonu ərazisində Dəstə kəndi yaxınlığındadır. Boz
rəngli gil qatının sahəsi 0,14 km², qalınlığı 4,7 metr, ehtiyatı isə 1150
min m³-dir. Bişmiş kərpic istehsalında yararlıdır.
-
Qabıllı gil yatağı — Kəngərli rayonundakı Qabıllı kəndi yaxınlığında
sarımtıl-boz rəngli gil yatağıdır. Yatağın sahəsi 4 km², qalınlığı 161 metr,
ehtiyatı isə 992 min m³-dir. Həmin gildən drenaj su boruları, kərpic və
üzlük plitələr hazırlanılır.
-
Buzqov travertin yatağı — (Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan
kalsium karbonatın çökməsindən əmələ gələn tikinti daşıdır.) Babək
rayonundakı Buzqov kəndi yaxınlığındadır. Sahəsi 0,6 km², qalınlığı 5,7–9
metr, ehtiyatı isə 10409 min m³-dir. 1983-cü ildən istismardadır.
-
Qarabağlar travertin yatağı-(Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan
kalsium karbonatın çökməsindən əmələ gələn tikinti daşıdır.) Kəngərli
rayonundakı Qarabağlar qəsəbəsi ərazisindədir. Yatağın sahəsi 1 km²,
qalınlığı 15–40 metr, ehtiyatı isə 4031 min m³-dir. Əsasən tikintidə
istifadə edilən travertinin 1 m³ daşından 17,2 m² üzlük plitə alınır.
1984-cü ildən yataq yeri istismara verilmişdir.
-
Salamməlik travertin yatağı — (Məsaməli yüngül süxur, karbon qazlı
bulaqlardan kalsium karbonatın çökməsindən əmələ gələn tikinti daşıdır).
Ordubad rayonu ərazisində Salamməlik dəmiryol stansiyası yaxınlığındadır.
Sarı-boz rəngli travertin yatağının sahəsi 1,6 hektar, qatın qalınlığı 5
metr, ehtiyatı isə 143 min tondur. Tikintidə üzlük daş kimi istifadə edilir.
-
Şaxtaxtı travertin yatağı — (Məsaməli yüngül süxur, karbon qazlı bulaqlardan
kalsium karbonatın çökməsindən əmələ gələn tikinti daşıdır.) Kəngərli
rayonundakı Şaxtaxtı kəndi ərazisindədir. Bozumtulağ rəngli travertin
yatağının sahəsi 0,8 km², qalınlığı 6,5–22 metr, ehtiyatı isə 7156 min
m³-dir. 1968-ci ildən yataq yeri istismardadır.
-
Cəhriçay mergel yatağı — (Marqa-dolomitli-gilli materiallardan ibarət çökmə
süxurdur.) Babək rayonundakı Cəhriçayın hövzəsindədir. Sahəsi 6,4 km²,
qalınlığı 63 metr, ehtiyatı isə 1049 mln tondur. Suxurdan sement
istehsalında istifadə etmək olar.
-
Lizbirt mergel yatağı — (Marqa-dolomitli-gilli materiallardan ibarət çökmə
süxurdur.) Babək rayonundakı Lizbirt çayının yaxınlığındadır. Yatağın sahəsi
3,5 km², qatın qalınlığı 20,5 metr, ehtiyatı isə 169 mln. tondur. Sənayedə
mergelə bir neçə əlavələr etməklə, sement hazırlamaq olar.
-
Qaradaş teşenit yatağı — (Teschen- tam bərkimiş tünd rəngli hipabissal
qələvi süxurdur.) Babək rayonu ərazisindəki boz rəngli teşenit, zəif
kvarsitlidir. Yatağın sahəsi 0,2 km², qatın qalınlığı 13,5–29,3 metr,
ehtiyatı isə 1750 min m³-dir. Yataqdakı teşenitdən tikintidə möhkəm çınqıl
kimi istifadə etmək olar.
-
Nehrəm dolomit yatağı — (Ca Mg (CO2)2-Fransız geoloqu D.Dolomien (1750–1801)
şərəfinə adlanan karbonatlar qurupundan olan süxurdur). Babək rayonundakı
Nehrəm kəndi yaxınlığındakı Dərəşam dəmiryol stansiyasındadır. Yatağın
sahəsi 5 km², qatın qalınlığı min metrdən artıq, ehtiyatı isə 9914 min
tondur. Yataq yeri ehtiyatda saxlanılır.
-
Sirab araqonit yatağı — (Əhəng daşı və dolomitlərin metamorfizmə
uğramasından əmələ gələn kristallik süxurdur.) Babək rayonundakı Sirab kəndi
ərazisində çəhrayı-ağ rəngli mərmər yatağında 5 damar vardır ki,
qalınlıqları 0,1–04 metr, uzunluğu 5–100 metr, sahəsi 2,5 km², ehtiyatı isə
234 m³-dir. Dekorativ bəzək işlərində cilalanmış mərmərdən istifadə olunur.
-
Culfa konqlomerat yatağı — (Sementləşmiş çınqıl və süxur qırıntılarından
ibarət çökmə süxurdur.) Culfa rayonundakı konqlomerat filizi tünd-boz,
sarımtıl-boz, əqiq görünüşlü alevrolitlərdən ibarət olaraq əhəngli tuf
materialı ilə bərkimişdir. Sahəsi 0,105 km², qalınlığı 12,6–56 metr,
ehtiyatı isə 2367 min m³-dir.
-
Darıdağ mərgümüş yatağı — (As2O3-Arsen filizləri sənaye əhəmiyyətlidir.)
Culfa rayonu ərazisindədir. Yataqda üç tip filiz vardır ki, ştokverk tipli
auripiqment mərkəzdə yuvacıq tipli antimonit və möhtəvi (püruz) tipli
realqar filizidir. (AsS-70,1 %) Filiz kütləsi realqar, auripiqment,
antimonit, mərgümüşlü melonovit,pittisit, arsenopirit mənşəli olmaqla vulkan
püskürməsindən yaranmışdır. Kimya sənayesində xammaldır.
-
Ərəzin gips yatağı — (Gypsos-Ca(SO2). 2H2O-təbaşirə oxşar lifli kristaldır,
sərtliyi 1,5, sıxlığı 2300 kq/ m³-dir). Culfa rayonundakı Əlincə çayın sağ
sahilindədir. Tünd-boz rəngli gipsin, sahəsi 0,05 km², qalınlığı 2,6–5,3
metr, ehtiyatı isə 1323 min tondur. Süxurdakı gipsin miqdarı 62–87 %-dir.
1956-cı ildən çıxarılaraq tikintidə istifadə olunur.
-
Diaxçay mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral
ərintisindən sənayedə istifadə edirlər). Ordubad rayonundakı Nüsnüs kəndi
yaxınlığında okean səviyyəsindən 2000 m yüksəklikdədir. Yataqda 2 tip filiz
vardır ki, misli (ştokverk) və molibdenli damar qatıdır. Birinci tipin
tərkibində 0,06–2,25 % mis, 0,1–0,31 % molibden və ikinci tipin tərkibində
isə 0,01–0,85 % mislə 0,01–0,27 % molibden vardır. Yataq yeri ehtiyatda
saxlanılır.
-
Göygöl mis-profir yatağı-(Yumşaq metal Cuprum Cu2-mis filizli mineral
ərintisindən sənayedə istifadə edirlər.) Ordubad rayonunda Nürgüt kəndinin
yaxınlığında okean səviyyəsindən 3554 m yüksəklikdədir. Yataq əsasən
Dəbəkli-Ləkətağla Saqqarsu-Göydağ qırılmalarının kəsişdiyi yerdədir. Filizin
qalınlığı 60–140, 900–1700 metr arasında olmaqla misin miqdarı 0,4–1,6 %,
molibdenin miqdarı isə 0,01–0,05 %-dir. Yataq yeri ehtiyatda saxlanılır.
-
Göydağ mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral
ərintisindən sənayedə istifadə edirlər.) Culfa yatağında Başkəndin
yaxınlığında okean səviyyəsində 2050 metr yüksəklikdədir. Ərazidəki filizin
tərkibində 0,1–2,7 % mis və 0,01–0,08 % molibden vardır. Əsas filiz
mineralları pirit, xalkopirit, sfalerit, qalenit, molibdenit, misin
törəmələridir. Yataq yeri ehtiyatda saxlanılır.
-
Göyhündür mis-profir yatağı-(Yumşaq metal Cuprum Cu2-mis filizli mineral
ərintisindən sənayedə istifadə edirlər). Ordubad rayonundakı Pəzməri kəndi
yaxınlığında okean səviyyəsindən 2600 m yüksəklikdə Vənəndçayın
mənbəyindədir. Yataqda 6 kvars-mis-molibden damar zonaları vardır ki,
qalınlığı 5,6–15 metr, uzunluğu 550–1050 metr məsafədədir. Yataqdakı misin
tərkibi 0,44–1,35 %, molibden isə 0,001–0,5 % arasındadır. Yataq yeri
ehtiyatda saxlanılır.
-
Kotam mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral
ərintisindən sənayedə istifadə edirlər). Ordubad rayonundakı Kotam kəndi
yaxınlığında okean səviyyəsindən 2000 m yüksəklikdədir. Yataqdakı filiz
zolağının eni 20–80 metr, uzunluğu isə 2,5 km-dir. Filizin tərkibində
0,1–1,5 % mis, 0,01–0,2 % kobalt olaraq əsas mineralları pirit, xalkopirit
və.s vardır. Yataq yeri ehtiyatda saxlanılır.
-
Misdağ mis-profir yatağı — (Yumşaq metal Cuprum Cu2-mis filizli mineral
ərintisindən sənayedə istifadə edirlər). Ordubad rayonunda Zəngəzur dağ
yaylasının cənub-qərb yamacında okean səviyyəsindən 3850 m yüksəklikdədir.
1,3–1,5 km enində olan mis-profir yatağındakı mis filizi 0,2–2 %, molibden
isə 0,001–0,02 % miqdarındadır. Yataq yeri ehtiyatda saxlanılır.
-
Yaşıllıq mis-profir yatağı-(Yumuşaq metal Cuprum Cu2-mis filizli mineral
ərintisindən sənayedə istifadə edirlər.) Ordubad rayonundakı Pəzməri kəndi
ərazisində Şiladzorçayın sahilindədir. Okean səviyyəsindən 2500 m
yüksəklikdə təbii şəlalə strukturunda 300 metr qalınlığında, 600 metr
məsafədə olan yataqdakı filizlər 0,1–1,4 % mis və 0,01–0,08 % molibden
vardır. Yataq yeri ehtiyatda saxlanılır.
-
Ağyurd qızıl yatağı — (Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların
tərkibində külçə halında olur). Ordubad rayonundakı okean səviyyəsindən 2300
metr yüksəklikdə olan Misdağ-şəlalə filiz sexidir. Yataqdkı pirit,
xalkopirit, molibdenit filiz mineralları tərkibində 0,4–11 q/ton (0,04–1,4
%) qızıl vardır. Yataq yeri ehtiyatda saxlanılır.
-
Piyazbaşı qızıl yatağı-(Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların
tərkibində külçə halında olur.) Ordubad rayonundakı Pəzməri kəndi ərazisində
okean səviyyəsindən 2700 m hündürlükdədir. Yataqda 73 sayda kvars-sulfid
(qızıl) damarları vardır ki, onlardan beşində qızılın miqdarı daha çoxdur.
Çıxarılan filizlərin tərkibində 1–15 q/ton qızıl və 0,1–1,8 % mis vardır.
Yataqdakı istehsal işləri dayandırılmışdır.
-
Kələki qızıl yatağı-(Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların
tərkibində külçə halında olur). Ordubad rayonundakı Kələki kəndi
yaxınlığında okean səviyyəsindən 1500 m yüksəklikdədir. Yataqdakı filiz
damar zonalı tipində olmaqla 3200 metr şimal-qərb istiqamətində 0,2–1,5 metr
qalınlığında və 200–1000 metr uzunluğundadır. Oradakı minerallar pirit,
hematit, xalkopirit, mis və qızıldan ibarətdir. Yatağın istismarı
dayandırılmışdır.
-
Şəkərdərə qızıl yatağı-(Aurum, Au-qızıl filizləri (səpintisi) mineralların
tərkibində külçə halında olur). Ordubad rayonundakı Kələki kəndi ərazisində
okean səviyyəsindən 2000 m yüksəklikdədir. Yataqdakı mis-qızıl filizinin
damarında 1,4 q/ton qızıl və 1,9 % mis vardır. Yataq yeri ehtiyatda
saxlanılır.
-
Əyilis sürmə yatağı — (Stibium Sb-təbii mineral anti-monitdir.) Ordubad
rayonunda okean səviyyəsindən 1500 m yüksəklikdə Əylis kəndi
yaxınlığındadır. Sürmə filiz yatağı damar zonaları tipli olaraq Qoruqlar
dağının yamacındadır. Damarlardakı filizin qalınlığı 1–5 metr, uzunluğu
200–1000 metrdir. Filizdəki sürmənin miqdarı 0,2–10 %-dir. Poliqrafiya
sənayesində istifadəsi yararlı olaraq ehtiyatda saxlanılır.
-
Parağaçay əndəlisit yatağı-(Slikatlar sinfinə aid mineral AlOAl (SiO4),
sərtliyi 7, sıxlığı 3100 kq/m³.) Ordubad rayonundakı Parağaçay molibden
yatağının şimal hissəsindədir. Yataqdakı əndəlisitin miqdarı 10–30 %, 65–75
% arasında olaraq, sahəsi 5–6 hektardır. Yataqda 10 metr dərinliyinədək
qazılmış 0,5 mln. ton filiz vardır. Sənayedə əndəlisit kvarsitdən elektrik
keçirməyən xammal kimi istifadə olunur. Yataq yeri ehtiyatda saxlanılır.
-
Qapıcıq əndəlisit yatağı — (Slikatlar sinfinə aid mineral AlOAl (SiO4),
sərtliyi 7, sıxlığı 3100 kq/m³.) Ordubad rayonu ərazisindədir. Yataqdakı
suxurun tərkibində əndəlisit, rutil, muskovit, serisit, kvars qarışıqları
olmaqla əndəlisitin miqdarı 10–60 %-dir. Əndəlisit yüksək istiliyə və
turşuya davamlı elektrik keçirməyən təbii xammaldır. Yataq yeri ehtiyatda
saxlanılır.
-
Gümüşlü polimetal yatağı — (Əsas komponentləri qurğuşun, sink və s. əlvan
(nadir) metallardan ibarət filizlərin kompleksidir.) Şərur rayonundakı
Arpaçayın sol sahilindədir. Ərazidəki layvari filiz əhəmiyyətli olaraq,
tərkibində 4,5 % qurğuşun, 0,5 % isə sink vardır. Mineroloji tərkibi
qalinit, serusit, sfalerit, simitsonit və kalamindən ibarətdir. 1954-cü
ildən sənaye üsulu ilə yataqdan filiz çıxarılsa da, hazırda ehtiyatda
saxlanılır.
-
Nəsirvaz polimetal yatağı — (Əsas komponentləri qurğuşun, sink və s. əlvan
(nadir) metallardan ibarət filizlərin kompleksidir.) Ordubad rayonunun
Nəsirvaz kəndi yaxınlığında okean səviyyəsindən 2300 m yüksəklikdədir.
Yataqdakı filizin qalınlığı 60–120 metr, uzunluğu 2,2 km məsafədədir.
Filizin tərkibində 1,2 % sink, 1,16 % qurğuşun və 0,4 % mis vardır. Yataq
yeri ehtiyatda saxlanılır.
-
Gömür kükürd yatağı-(Sulfur S-kimyəvi cəhətdən aktiv sarı rəngli bərk
kristal maddədir). Şahbuz rayonundakı Gömür kəndi ərazisində buzlaq
fəaliyyəti nəticəsində kükürd əmələ gəlmişdir. Əraziyə kükürd piritli
andezitlərdən yeraltı isti bulaq suları vasitəsilə yığılmış və orada
çökmüşdür. Yataqdakı ehtiyat elmi şəkildə öyrənilməmişdir.
-
Salvartı opalsaxlayan suxur yatağı-(Opalus SiO2.nH2O-qiymətli bəzək daşı
olaraq mineralın sərtliyi 6,5; sıxlığı 1800 kq/m³-dir.) Şahbuz rayonunun
Salvartı yaylasındakı (3160 m) su ayırıcından 350 metrlikdədir. Sarı-ağ,
yaşıl-boz rəngli şüşə kimi parıldayan süxurlar kaolinləşərək bərkimişdir.
Yatağın ehtiyatı 1452 min tondur. Metalların pardaxlanmasında, istilik
izoləedicisi kimi sənayesində istifadə olunan qiymətli xammal yatağı elmi
şəkildə öyrənilməmişdir.
-
Oğlanqala mərmər yatağı — (Əhəng daşı və dolomitlərin metamorfizmə
uğramasından əmələ gələn kristallik süxurdur.) Şərur rayonundakı Oğlanqala
(Ulya Noraşen) kəndindədir. Tünd-boz və qara rəngli kristallik mərmər daşı
kəsilərək tikintidə istifadə olunur. Daşın tərkibindəki kalsinitin sıxlığı
2,53–2,72 ton/m³, kalsium oksidin miqdarı 51,8 %, ehtiyatı isə 2299 min
m³-dir. Yüksək keyfiyyətli üzlük daşdan tikintidə istifadə olunur.
-
Vəlidağ mərmər-əhəngdaşı yatağı-(Əhəng daşı və dolomitlərin metamorfizmə
uğramasından əmələ gələn kristallik süxurdur.) Şərur rayonu ərazisində
Vəlidağ (1242m)-Dəhnə (1154 m) antiklinalının (qırışığın yanlarında)
yerləşərək, sahəsi 0,12 km², narın-çınqılın ehtiyatı isə 3271 min m³-dir.
Yataqdakı xammaldan tikintilərdə istifadə edirlər.
Duz yataqları
Dəniz səthindən 1200 metr yüksəklikdə, Naxçıvan şəhərindən şimal-qərbdə 10
kilometrlik məsafədə yerləşən Naxçıvan duz mədənində duzlu təbəqənini qalınlığı
60 metrə çatır.
Naxçıvan duz mədənindən şimalda, onun yaxınlığında Süst duzlağı yerləşir.
Buradakı duzun keyfiyyətinin daha yüksək olmasına baxmayaraq hələlik ondan
istifadə edilmir. Nehrəm yaxınlığındakı duz yatağı 1948–1950-ci illərdə geoloq
B.P.Juzenin başçılığı ilə Azərbaycan geoloji idarəsi tərəfindən tədqiq
edilmişdir. Buranın təxmini duz ehtiyatı 1,5–2,0 mld. ton hesab edilir. Yatağın
ayrı-ayrı təbəqələri şimal-qərbə doğru 6–10 dərəcəli bucaq altında düşür. Duz
qatı 65–370 metr dərinlikdə yerləşərək ümumi qalınlığı 46 metrdən 85 metrə qədər
çatır.
Bundan başqa, Nehrəm dolomit yatağının duz yatağından cənub-qərbdə cəmi 10
kilometrlik məsafədə yerləşməsi xüsusilə, böyük əhəmiyyətə malikdir. Dolomit
yatağı Arazın sol sahilində bir-birindən ayrı olan iki sahədə yerləşir. Şimal
hissədəki birinci yataq dəmir yolunun ətrafında yerləşdiyindən, ondan istifadə
imkanı məhduddur. Yatağın ehtiyatı təxminən 50–60 milyon tona bərabərdir. İkinci
yatağın ehtiyatı təxminən 400–450 milyon ton hesab edilir. Tikilən soda
kombinatı üçün lazım olan əhəngin Vəlidağ əhəng yatağından gətirmək mümkündür.
1962-ci ildə öyrənilmiş bu yataq Dəhnə dağının cənub yamacında yerləşir.
Möhkəmlik həddi orta hesabla 760 kq/kv.sm-ə bərabərdir. Kimyəvi tərkibi istifadə
üçün əlverişlidir. Ehtiyatı təxminən 34 milyon tondur ki, bu da soda zavoduna
lazım olan əhəngin yalnız bir hissəsini təşkil edir.
Tikinti materialları
Naxçıvan MR tikinti materialları ilə də son dərəcə zəngindir. Tikinti
materialları içərisində aşağıdakılar daha geniş yayılmışdır:
Mərmər yatağı
Şərur rayonunun Dizə kəndi yaxınlığında Şərqi Arpaçayın sağ sahilindəki
Qaratəpədə çox böyük ehtiyata malik olan qara mərmər yataqları da diqqəti cəlb
edir. Qaratəpə mərmər təbəqələrinin qalınlığı 0,8–1,0 metrə çatır. Mərmər yaxşı
kəsildiyinə və asan cilalandığına, həmçinin rənginin (qara və tünd boz)
gözəlliyinə, tərkibinin əlverişli olmasına görə ən yaxşı üzlük materialı hesab
edilir. Vaxtilə qara mərmər yatağından geniş istifadə olunsa da, indi blokada
şəraitində onun istehsalı və göndərilməsi dayandırılmışdır. Bu mərmərə təkcə
respublikamızda deyil, həmçinin xaricdə də böyük maraq göstərilir. Ordubad
rayonunun Vənənd, Kotam və Kilit, Babək rayonunun Aşağı Buzqov, Şərur rayonunun
Diyadin kəndləri yaxınlığında açıq boz və ağ mərmərə rast gəlinir.
Kvarsit yataqları
Parağaçayın yuxarı axınında 2700–3200 metr yüksəklikdə kvarsit yataqları
mövcuddur. Muxtar respublikanın polimetal və mis filizi yataqlarında zəyə, Şərqi
Arpaçayın orta axınında az miqdarda, səpinti halında fosforitlərə də təsadüf
edilir.
Melanterit və epsomit
Kimya sənayesində qiymətli xammal olan melanterit və epsomit Nehrəm kəndindən
1,5 km. şimal-qərbdə yerləşir. Melanteritdən qara və göy rəng (lazur)
alınmasında, həmçinin dəri və yunun boyanmasında istifadə edilir. Ondan zəy və
dəmir kuporosu da almaq mümkündür. Bu yataq lazımınca öyrənilməmiş və ehtiyatı
hesablanmamışdır.
Şora
Şoraya Naxçıvan MR-də Araz vadisində, Tumbul kəndi yaxınlığında təsadüf edilir.
Bu, gön və dərilərin aşılanması üçün işlədilir, kənd təsərrüfatında gübrə kimi
istifadə edilir. İndiyədək ətraflı öyrənilməmiş bu yataqlardan ibtidai üsulla
istifadə edilmiş, 1862–1872-ci illərdə Naxçıvanda şora istehsal edən kiçik zavod
fəaliyyətdə olmuşdur.
Mineral suları
Dünyada məlum olan mineral suların demək olar ki, əksər növlərinə Naxçıvan MR-də
rast gəlmək mümkündür. Burada 200-dən artıq mineral su vardır ki, bunlardan ən
məşhurları öz tərkibinə görə dünyada nadir sulardan hesab edilən, böyük debitə
və tükənməz ehtiyata malik olan Darıdağ mərgümüşlü mineral suyu, Badamlı, Sirab,
Nəhəcir, Qızılvəng, Vayxır, Qahab, Gömür və s. mineral bulaqlarıdır. Bunlardan
başqa, bir sıra mineral sular da vardır ki, onlar hələ lazımınca öyrənilməmişdir.
Bunlardan Biləv, Tivi, Nəsirvaz, Ələhi, Bist, Xurs, Dəstə, Parağa, Kotam, Kilit,
Dımıs, Baş kənd, Bəyəhməd, Qazançı, Ləketağ, Gülüstan, Biçənək, Şahtaxtı,
Sürəməlik, Dərəşam və s. bulaqları göstərmək olar. Hələ çox qədimdən insanlar bu
sulardan müalicə məqsədləri üçün istifadə etmiş və onlara müvafiq adlar
vermişlər. Məsələn, "Qotur suyu" (Gömür). "Yel suyu" (Darıdağ, Vayxır), "Şor su"
(Sirab) və sair. Muxtar respublikamızda olan mineral su mənbələrinin XX əsrin
əvvəllərindən başlayaraq öyrənilməsi və istismarı sahəsində çox böyük işlər
görülmüşdür. Akademik M.Ə.Qaşqayın və professor Ə.Əsgərovun başçılığı ilə
aparılan axtarış və tədqiqat işləri sayəsində Naxçıvan MR-də olan mineral
suların kimyəvi analizi verilmiş, onların əhəmiyyəti müəyyənləşdirilmiş və bir
çox yeni mənbələr aşkara çıxarılmışdır. Çox böyük müalicəvi əhəmiyyətə malik
olan Naxçıvan MR mineral sularının öyrənilməsində akademik A.Qarayevin,
professorlardan M.Əfəndiyevin, Ş.Həsənovun, T.Paşayevin, R.ƏIiyevin, Ə.Həsənovun,
K.Yeqorovun və başqalarının xidmətləri xüsusi qeyd olunmalıdır.
Aparılan çoxillik kliniki müayinələrə, tətbiqlərə və elmi-tədqiqat işlərinə
əsasən müəyyən edilmişdir ki, Darıdağın mərgümüşlü suları qan azlığının aradan
qaldırılmasında, sinir sistemi, daxili ifrazat vəziləri, mədə, öd kisəsi və qara
ciyər, mədəaltı vəzi xəstəliklərinin müalicəsində, maddələr mübadiləsinin
qaydaya salınmasında, ürək əzələsinin fəaliyyətinin artırılmasında, bir sıra
dəri xəstəliklərinin, gec sağalan trofik yaraların müalicəsində müvəffəqiyyətlə
tətbiq olunur. Əldə edilən nəticələr sübut edir ki, Darıdağ mineral suyu insan
orqanizminin bütün toxuma, üzv və sistemlərinə çox böyük müalicəvi təsir
göstərir.
Sirab mineral suyu
Sirab suyu Borjomi tipli sulardan üstün olmaqla, çox böyük debitə malikdir.
Yüksək müalicəvi əhəmiyyətə malik olan Sirab suyu qastritiər, mədə-bağırsağın
yara xəstəlikləri, xroniki kolit və xolesistit, yuxarı tənəffüs yollarının
xroniki iltihabı, podaqra, piylənmə, yüngül formalı şəkər xəstəliyi və s. zamanı
müvəffəqiyyətlə işlədilir.
Badamlı mineral suyu
Badamlı mineral suyu ürək-qan-damar sisteminə müsbət təsir göstərir, arterial
təzyiqin səviyyəsini tənzimləyir, skelorotik prosesin inkişafının qarşısını alır.
4 N-li mineral su qara ciyər və öd kisəsi xəstəliklərinin müalicəsində xüsusilə
müsbət nəticə verir.
Qızılvəng mineral suyu
Qızılvəng mineral suyu nadir sulardan olub, məşhur Quniada-Yakoş (Macarıstan) və
Botalinski suyunun eynisidir. Bu su adəti qəbizliyi olan xəstələrin müalicəsində
böyük əhəmiyyətə malikdir. Ondan öd kisəsi xəstəliyinin müalicəsində də istifadə
olunur.
Nəhəcir mineral suyu
Nəhəcir mineral suyu 17 N-li Yesentuki suyu kimi qiymətli qrupa mənsub olmaqla,
minerallaşmasına görə ondan daha yüksəkdir. Bu su mədə-bağırsaq, qaraciyər,
maddələr mübadiləsi pozğunluğu, sidik-tənasül sistemi üzvləri xəstəliklərinin
müalicəsində tətbiq olunur.
Hazırda Naxçıvanın mineral bulaqlarından ancaq Badamlı və Sirab suları şüşələrə
doldurulur. Badamlıdakı mineral su zavodu 1947-ci ildə fəaliyyətə başlamışdır.
Çaylar
Naxçıvan Muxtar Respublikanın hidroqrafiyasının tədqiqində S. H. Rüstəmov, X. C.
Zamanov və başqalarının xidmətləri olmuşdur. Naxçıvan Muxtar Respublikasında
səth sularının əsasını çaylar və göllər təşkil edir. Muxtar Respublika səth
sularının ehtiyatına görə Azərbaycan Respublikasının digər ərazilərindən geridə
qalır. Belə ki, ərazidə Araz çayı istisna olmaqla səth suları il ərzində 0,61
km3 təşkil edir
Naxçıvan Muxtar Respublikasında çay şəbəkəsi bərabər inkişaf etməmişdir.
Naxçıvançaydan qərbə olan zonada çay şəbəkəsi olduqca zəifdir. Ondan şərqdə isə
Zəngəzur dağlarından axan çaylar nisbətən sıx şəbəkə təşkil etsə də həmin çaylar
az suludur. Professor S. H. Rüstəmovun hesablamalarına görə ərazinin əsas
çaylarının ümumi uzunluğu 1750 km, çay şəbəkəsinin sıxlığı isə 0,33 km/km2-dir.
Naxçıvan MR-in çaylarında axımın il ərzində paylanması fəsillər üzrə müxtəlifdir.
Muxtar Respublikanın çaylarının əsas qida mənbəyini təşkil edən qar iyunun
axırınadək, bəzən isə iyuladək tədricən əriyərək çayların səviyyəsini sabit
saxlayır. Buna görə də çaylar apreldən iyunun axrlarınadək bolsulu olur.
çayların az sulu vaxtı iyul-sentyabr aylarına düşür ki, bu dövrdə də onların
əsas qida mənbəyini yeraltı sular təşkil edir. Nisbətən yaxşı inkişaf etmiş çay
şəbəkəsi, Naxçıvan çaydan şərqə olan regionu, yaxud Zəngəzur silsiləsinin cənub-qərb
yamaclarından axan çayları əhatə edir. Aşağı Arazboyu zonada isə çay şəbəkəsinin
sıxlığının azalması müşahidə edilir və 0,20 – 0,40 km / km2 təşkil edir.
Naxçıvan MR ərazisi kiçik dağ çayları ilə zəngindir. Burada çayların sayı 400-ə
çatır. Onlardan 334-nün uzunluğu 5 km-ə qədər, 31-ninki isə 6–10 km, 24-nünki
11–25 km, 7-ninki 26–50 km, 3-nünki (Naxçıvançay, Əlincəçay, Gilançay) 51–100 km,
1-ninki (Şərqi Arpaçay) isə 100 km-dən artıqdır (S. Y. Babayev, 1999)
Azərbaycanın digər əraziləri kimi, Naxçıvan MR-in müasir hidroqrafik şəbəkəsi də
uzun dövr ərzində əmələ gəlmiş və bir sıra dəyişikliklərə məruz qalmışdır.
Morfometrik ünsürləri
Naxçıvan MR çaylarının morfometrik ünsürləri aşağıdakı cədvəldə verilmişdir
(S.H.Rüstəmov görə):
Çayların adı |
Çayların uzunluğu
(km-lə) |
Su toplayıcı sahə
(km2 -lə) |
Mütləq yüksəklik
(m-lə) |
Orta meyilliyi
(%-lə) |
Hövzənin orta yüsksəkliyi
(m-lə) |
Çay şəbəkə sıxlığı əmsalı
km2 -lə |
Mənbəyi |
Mənsəbi |
Çanaqçıçay |
36,4 |
1888 |
2520 |
797 |
47,3 |
1630 |
0,56 |
Arpaçay |
126,0 |
2630 |
2985 |
780 |
17,4 |
1968 |
0,54 |
Naxçıvançay |
81,2 |
1630 |
2720 |
748 |
24,3 |
1625 |
0,48 |
Əlincəçay |
61,6 |
599,2 |
2800 |
695 |
34,2 |
1610 |
0,50 |
Qaradərə |
40,0 |
311,8 |
2100 |
686 |
35,4 |
1260 |
0,56 |
Gilançay |
53,4 |
425,9 |
2700 |
678 |
37,9 |
2015 |
0,52 |
Düylünçay |
29,6 |
123,5 |
3000 |
660 |
79,1 |
1740 |
0,59 |
Vənəndçay |
29,4 |
91,4 |
3500 |
650 |
96,9 |
1962 |
0,53 |
Əylisçay |
21.0 |
57,9 |
3600 |
634 |
141,2 |
1759 |
0,60 |
Ordubadçay |
19,0 |
42,2 |
3575 |
630 |
155,0 |
2027 |
0,71 |
Gənzəçay |
15,6 |
44,6 |
2700 |
621 |
133,3 |
1781 |
0,51 |
Kotamçay |
7,8 |
22,3 |
2842 |
617 |
285,3 |
1805 |
0,55 |
Kilitçay |
4,8 |
9,15 |
2373 |
600 |
369,4 |
1384 |
0,53 |
Dağlıq hissədə çay şəbəkəsi daha çox inkişaf etmişdir ki, bu da yağıntının artıq
olması ilə əlaqədardır. 1000–2500 m yüksəklikdəki sahələrdə rütubətlilik daha
artıq olduğundan çay şəbəkəsi qismən yaxşı inkişaf etmişdir. 2500 m-dən yüksək
sahələrdə yağıntıların azalması, bitki və torpaq örtüyünün zəif inkişaf etməsi
burada çay şəbəkəsinin azalmasına səbəb olur. Bu zonada yeraltı sular çoxlu
bulaqlar şəklində üzə çıxır. 3000 m və daha yüksək sahələrdə relyef əsasən
çılpaq və qayalıq, atmosfer çöküntüləri isə nisbətən az olduğundan, çay şəbəkəsi
zəif inkişaf etmişdir. Bəzi çay hövzələrinin (Naxçıvançay, Əlincəçay, Gilançay)
2500 m-dən yüksək sahələrdə çay şəbəkəsinin sıxlığı 0.10 km/kv. km-ə qədər
azalır. 1000 m-dən aşağıda yerləşən dağətəyi və düzənlik sahədə çay şəbəkəsinin
zəif inkişaf etməsinin başlıca səbəbi bu zonada yağıntının azlığı, buxarlanmanın
intensiv getməsi və çay sularının çökmə süxurlara tez hopmasıdır. Naxçıvan MR-in
bütün çayları Araz hövzəsinə daxildir. Ərazinin mərkəzi və cənub-şərq hissəsində
çaylar öz başlanğıcını Zəngəzur və Dərələyəz silsilələrinin dik yamaclarından
götürür.
Axım davamiyyətinə görə Naxçıvan MR-də çayların üç qrupa bölmək olar (S. H.
Rüstəmova görə):
-
Daimi fəaliyyətdə olan çaylar — axım il ərzində mövcuddur.
-
Quruyan çaylar – axım yazda qarların əriməsi və yağışlar zamanı, həm də
qismən yeraltı sular hesabına olur.
-
Müvəqqəti çaylar – axım yalnız güclü yağışlar zamanı olur.
Bu çaylar arasında əsas fərq onların yeraltı sularla qidalanmasıdır. Birinci
qrup çayların yeraltı sulardan qidalanması sabitdir, ikinci qrupda 1–2 ay
olur, üçüncü qrupda isə yox dərəcəsindədir. Muxtar respublikada çayların su
toplayıcılarının yüksəklik vəziyyəti qidalanma şəraitini və axımın əmələ
gəlməsini müəyyən edir və onun dəyişməsindən asılı olaraq çaylar bir qrupdan
digərinə keçir.
Su toplayıcıları
Su toplayıcıların yüksəklik vəziyyəti prinsipindən asılı olaraq, ərazinin
çaylarını iki qrupa bölmək olar:
Yüksək sutoplayıcı çaylar – su ayırıcı xəttin ən böyük yüksəkliyi bu
çaylarda 2500–3000 metrdən artıq olur.
Alçaq su toplayıcı çaylar – su ayırıcı xəttin ən böyük yüksəkliyi 2500 m-dən
azdır. Relyef və geoloji şəraitdən asılı olaraq, çay dərələri eninə və
uzununa müxtəlif profillərə malirkdir. Çay dərələrinin plan görünüşləri
nadir hallarda düz xətli profilləri xatırladır, əksər hallarda isə
əyrintilidir.
Axımı Naxçıvan MR ərazisində axımın il ərzində paylanmasını üç fazaya ayırmaq olar:
I faza: Payız-qış fəsli, yaxud sentyabr-fevral ayları daxildir. Bu fazada su
sərfləri nisbətən davamlıdır. Təsadüfi hallarda zəif daşqınlar olur. Dövr
ərzində çaylarda illik axımın 10–15%-ə qədəri axır.
II faza: Bu faza mart-iyun aylarını, yaxud yaz fəslini əhatə edir. Qarların
əriməsindən və yağışların yağmasından əmələ gələn daşqınlar baş verir.
Martın ikinci yarısında temperaturun artması nəticəsində çaylarda suyun
miqdarı da çoxalır . Həmin dövrdə çaylarda 3–5 daşqın müşahidə edilir. May –
iyun aylarında ən böyük su sərfləri olur (illik axımın 60–70%-i), sonra isə
azalmağa başlayır.
III faza: Yayın az sulu dövrünü (iyun-avqust) əhatə edir. Bu dövrdə leysan
yağışlar nəticəsində şərq hissədə daşqınlar olur. Yağıntı olmadıqda çayların
su sərfi fasiləsiz olaraq azalır. Bu fazanın axımı illik axım həcminin
10–15%-ni təşkil edir.
Payız-qış dövründə (noyabr-mart) yay dövrünə nisbətən çayların suyu qar
əriməsi hesabına bir qədər artır. Aşağıdakı cədvəldə axımın fəsillər üzrə
paylanması verilmişdir:
Çayların adı |
Məntəqənin adı |
Axımın fəsillər üzrə bölgüsü(illik axımın ümumi həcminə nisbətən
faizlə) |
İntensiv suvarma dövrü
(%-lə) |
Axımın illik həcmi
(mln.m) |
yaz
IV-VI |
yay
VII-IX |
payız
X-XII |
qış
I-III |
Şərqi Arpaçay |
Arpa |
49,8 |
26,9 |
12,0 |
11,3 |
2,5 |
630 |
Naxçıvançay |
Qarababa |
60,4 |
20,1 |
8,8 |
10,7 |
8,2 |
164,7 |
Əlincəçay |
Xanağa |
40,8 |
36,2 |
12,0 |
8,0 |
7,9 |
51,7 |
Gilançay |
Başdizə |
45,8 |
34,1 |
10,4 |
9,7 |
14,8 |
97,7 |
Vənəndçay |
Danakert |
37,1 |
37,8 |
13,7 |
11,4 |
16,2 |
18,0 |
Ordubadçay |
Nüsnüs |
37,7 |
29,0 |
17,1 |
15,6 |
16 |
10,9 |
Muxtar Respublikanın çaylarını eyni zamanda yerli və tranzit çaylara bölmək olar.
Çay suları ehtiyatın ümumi balansında tranzit çayların axımı 52%, yerli
çaylarınkı isə 48% təşkil edir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, orta
sulu dövr üçün çayların ümumi su ehtiyatı 1,27 km3 –ə bərabərdir. Ərazinin yerli
su ehtiyatı çox azdır. Bu ehtiyat 0,61 km3 təşkil edir.
Siyahı
Naxçıvanda hövzəsinin böyüklüyünə görə çaylar :
-
Araz çayı-hövzəsi 1.072 km, sahəsi 102.000 km²
-
Arpa çayı-hövzəsi 126 km,sahəsi 2.630 km²
-
Naxçıvan çayı-hövzəsi 81 km, sahəsi 1.630 km²
-
Əlincə çayı-hövzəsi 62 km, sahəsi 599 km². Araz çayının qoludur. Naxçıvan
MR-in üçüncü əsas çayıdır. Xəzinədərə və Ləkətağsu çaylarının birləşməsindən
əmələ gəlir.
-
Gilan çayı-hövzəsi 53 km, sahəsi 426 km². Araz çayının qoludur.
-
Bağırsaqdərə çayı-hövzəsi 33 km, sahəsi 117 km². Araz çayının qoludur
-
Düyülün çayı- hövzəsi 30 km, sahəsi 124 km². Araz çayının qoludur.
-
Vənənd çayı-hövzəsi 29 km, sahəsi 91 km². Araz çayının qoludur
-
Axura (Qabaxlı) çayı- hövzəsi 25 km, sahəsi 112 km². Arpa çayının qoludur.
-
Əyilis çayı- hövzəsi 24 km, sahəsi 58 km². Araz çayının qoludur
-
Ordubad çayı-hövzəsi 24 km, sahəsi 42 km². Araz çayının qoludur
-
Parağa çayı-hövzəsi 21 km, sahəsi 49 km². Gilan çayının qoludur.
-
Kükü çayı-hövzəsi 20 km, sahəsi 105 km². Naxçıvan çayının qoludur.
-
Salvartı çayı-hövzəsi 10 km, sahəsi 19 km². Naxçıvan çayının qoludur.
-
Kotam çayı- hövzəsi 8 km, sahəsi 22 km². Araz çayının qoludur
-
Kilit çayı- hövzəsi 7 km, sahəsi 13 km². Araz çayının qoludur.
-
Ayçınqıl çayı- hövzəsi 7 km, Vənənd çayının qoludur.
Göllər
-
Göygöl-Təbii olaraq okean səviyyəsindən 3065 m. yüksəklikdədir. Su tutumu
9,75 min m³, sahəsi 15 hektar. İyun-iyul ayında su səthinin temperaturu 1–5
Cº-dir.(2006-cı ildə)
-
Salvartı-Təbii olaraq okean səviyyəsindən 2849m. yüksəklikdədir. Su tutumu
1,0 milyon m³, sahəsi 3,2 hektardır. İyun-iyul ayında su səthinin
temperaturu 5–10 Cº-dir. (2006-cı ildə)
-
Qanlı göl-Suni olaraq tikilərək 1965-ci ildə istifadəyə verilmişdir. Okean
səviyyəsindən 2420 m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi 0,10
kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 10–12 Cº-dir.
(2006-cı ildə)
-
Batabat gölü I-Suni olaraq tikilərək 1951-ci ildə istifadəyə verilmişdir.
Okean səviyyəsindən 2113 m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi
0,18 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 8–10 Cº-dir.
(2006-cı ildə)
-
Batabat gölü II-Suni olaraq tikilərək 1953-cü ildə istifadəyə verilmişdir.
Okean səviyyəsindən 2110 m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi
0,7 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 10–11 Cº-dir.
(2006-cı ildə)
-
Batabat gölü III-suni olaraq tikilərək 1955-ci ildə istifadəyə verilmişdir.
Okean səviyyəsindən 2109 m. yüksəklikdədir. Su tutumu 1,0 milyon m³, sahəsi
0,18 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 12 Cº-dir.
(2006-cı ildə)
-
Araz dəryaçası- 1971-ci ildə Araz çayı üzərində tikilmiş Araz SES (gücü 20
MQW) nəticəsində suni sürətdə yaradılmışdır. Okean səviyyəsindən 777 m.
yüksəklikdədir. Su tutumu 1,350 milyon m³, iyun-iyul ayında su səthinin
temperaturu 20–25 Cº-dir. (2006-cı ildə)
-
Arpaçay dəryaçası-1977-ci ildə Arpaçayı üzərində tikilmiş bənd nəticəsində
suni surətdə yaradılmışdır. Okean səviyyəsindən 959m. yüksəklikdədir. Su
tutumu 140–150 milyon m³, sahəsi 6,30 kvadrat kilometrdir. (Sağ və sol
suvarma kanalları istismara verilmişdir.) iyun-iyul ayında su səthinin
temperaturu 18 Cº-dir. (2006-cı ildə)
-
Vayxır dəryaçası-1999-cu ildə Naxçıvan çayıənın üstündə qurulmuş bənd
nəticəsində suni surətdə yaradılmışdır. Okean səviyyəsindən 1147 m.
yüksəklikdədir. Su tutumu 100 milyon m³, sahəsi 4,54 kvadrat kilometrdir. (Sol
sahil suvarma kanalı istismara verilmişdir.) İyun-iyul ayında su səthinin
temperaturu 18 Cº-dir. (2006-cı ildə)
-
Bənəniyar gölü-1987-ci ildə tikilmiş, Əlincə çayı ilə doldurulur. Okean
səviyyəsindən 1200 m. yüksəklikdədir. Su tutumu 19 milyon m³, sahəsi 6 min
hektardır. İyun-iyul ayında su səthinin temperaturu 19–20 Cº-dir. (2006-cı
ildə)
-
Uzunoba gölü-1961-ci ildə tikilmiş, Naxçıvan çayının suyu ilə doldurulur.
Okean səviyyəsindən 1000 m. yüksəklikdədir. Su tutumu 8,5 milyon m³, sahəsi
1,2 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 22–25 Cº-dir.
(2006-cı ildə)
-
Sirab gölü-1979-cu ildə tikilmiş, Sirab çayının (Vayxır dəryaçasının sol
kanalı ilə) suları ilə doldurulur. Okean səviyyəsindən 1077 m.
yüksəklikdədir. Su tutumu 11,6 milyon m³, sahəsi 1,54 kvadrat kilometrdir.
İyun-iyul ayında su səthinin temperaturu 22–23 Cº-dir. (2006-cı ildə)
-
Nehrəm gölü-1965-ci ildən tikilmiş Əlincə çayından doldurulur. Okean
səviyyəsindən 900 m. yüksəklikdədir. Su tutumu 6 milyon m³, sahəsi 0,85
kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 26–28 Cº-dir.
(2006-cı ildə)
-
Xok gölü I-1997-cı ildə tikilmiş bulaq və sel suları ilə doldurulur. Okean
səviyyəsindən 800 m. yüksəklikdədir. Su tutumu 3 milyon m³, sahəsi 35
hektardır. İyun-iyul ayında su səthinin temperaturu 20–25 Cº-dir. (2006-cı
ildə)
-
Xok gölü II-1940-cı ildə tikilmiş, bulaq və sel suları ilə doldurulur. Okean
səviyyəsindən 750 yüksəklikdədir. Su tutumu 400 min m³, sahəsi 8,8 hektardır.
Yay aylarında göldə su quruyur. (2006-cı ildə)
-
Çalxanqala gölü-1940-cı ildə tikilmiş, bulaq və sel suları ilə doldurulur.
Okean səviyyəsindən 1100 metr yüksəklikdədir. Su tutumu 500 min m³, sahəsi
2,5 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 20 Cº-dir. (2006-cı
ildə)
-
Qahab gölü-1984-cü ildə tikilmiş, Qahab çayından sel suları ilə doldurulur.
(Vayxır dəryaçasının sol kanalı ilə doldurulması da nəzərdə tutulmuşdur)
Okean səviyyəsindən 1043 m. yüksəklidədir. Su tutumu 1 milyon m³, sahəsi
0,18 kvadrat kilometrdir. İyun-iyul ayında su səthinin temperaturu 20 Cº-dir.
(2006-cı ildə)
-
Məzrə gölü-1984-cü ildən tikilmişdir. Naxçıvan çayından (Vayxır dəryaçasının
sol kanalı ilə) doldurulur. Okean səviyyəsindən 1675 m. yüksəklikdədir. Su
tutumu 1milyon m³, sahəsi 0,18 kvadrat kilometrdir. İyun-iyul ayında su
səthinin temperaturu 22 Cº-dir. (2006-cı ildə)
-
Payız gölü-1982-ci ildən tikilmişdir. Cəhri çayından təbii surətdə
doldurulur. Okean səviyyəsindən 900 metr yüksəklikdədir. Su tutumu 600 min m³,
sahəsi 20 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 16–18 Cº-dir.
(2006-cı ildə)
-
Cəhri gölü I-1979-cu ildən tikilmişdir. Cəhri çayından təbii surətdə
doldurulur. Okean səviyyəsindən 900 metr yüksəklikdədir. Su tutumu 800 min m³,
sahəsi 12 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 16–18 Cº-dir.
(2006-cı ildə)
-
Cəhri gölü II-1980-cı ildən tikilmişdir. Cəhri çayından təbii surətdə
doldurulur. Okean səviyyəsindən 910 metr yüksəklikdədir. Su tutumu 1,2
milyon m³, sahəsi 18 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 19
Cº-dir. (2006-cı ildə)
-
Cəhri gölü III-1981-ci ildən tikilmişdir. Cəhri çayından təbii surətdə
doldurulur. Okean səviyyəsindən 915 metr yüksəklikdədir. Su tutumu 600 min m³,
sahəsi 12 hektardır. İyun-iyul ayında su səthinin temperaturu 20 Cº-dir.
(2006-cı ildə)
Torpaqlar
Naxçıvan MR-nın torpaqları S. A. Zaxarov, R. H. Məmmədov, H. Ə. Əliyev, Q. Ş.
Məmmədov, M. P. Babayev, Ə. M. Zeynalov M. M. Salayev, Q. Z. Əzizov, P. B.
Zamanov, Ə. G. Quliyev, S. Ə. Hacıyev və b. tərəfindən müxtəlif vaxtlarda tədqiq
edilmişdir. Naxçıvan MR relyefinin mürəkkəbliyi, ərazidə allüvial, prollüvial və
delüvial gətirmələrin bolluğu, hidroloji şəraitin müxtəlifliyi, bitki örtüyünün,
kəskin kontinental iqlimin və insanların əsrlər boyu fəaliyyəti burada torpaq
örtüyünün tərkibinə və yayılmasına öz təsirini göstərmişdir. Naxçıvan MR-də
torpaq örtüyünün əmələ gəlməsində, onun dəyişməsində, relyef xüsusiyyətləri çox
böyük rol oynamış və hazırda da öz təsirini göstərməkdədir. Düzənlik sahə, yəni
Arazboyu maili düzənlik isti və quraq iqlim şəraitində yaranmış yarımsəhra
landşaftı yoxsul bitki və torpaq örtüyünə malikdir. Naxçıvan MR əhalisi çox
qədimdən əkinçiliklə məşğul olmuşdur. Odur ki, torpaq əmələgəlmə prosesində
insanların təsərrüfat fəaliyyətinin rolu böyükdür. Qədimdən becərilib suvarılan
torpaqlar əsasən, Arazboyu düzənlik sahədədir. Burada bəzən təkrar şorlaşmaya
məruz qalmış torpaqlara da rast gəlinir. Naxçıvan MR ərazisində 15 torpaq tipi
və növü vardır ki, onlar da aşağıdakı şəkildə qruplaşdırılmışdır:
Çimli dağ-çəmən
Bu torpaqlar 2200–2400 metr yüksəkliyə malik dağlıq sahələrdə, orta illik
yığıntıların qismən artıq olduğu Batabat gölü ərazisində, Biçənək aşırımında,
Bist, Tivi, Parağa və başqa kəndlər ətrafında yayılmışdır. Bir sıra
yarımtiplərdən və növlərdən ibarət olan bu torpaqlar şimal və qərb yamaclarda
yaxşı inkişaf etmiş, şərq və cənub yamaclarda isə xeyli yuyulmuş və
yuxalaşmışdır. Dağ yamaclarının meylliyi artığından əksər hallarda dik yamaclı
qayalıq sahələr gəniş yer tutur və çimli dağ-çəmən torpaqların vahid zona
şəklində yayılması pozulur. Ona görə də çimli dağçəmən torpaqları əsasən ayrı-ayrı
sahələr şəklində inkişaf etmişdir. Çimli dağ-çəmən torpaqlarının başlıca
morfoloji nişanəsi torpaq profilinin orta qalınlıqlı və yuxa, əksərən skeletli,
üst qatların çimli və çox vaxt strukturlu olmasıdır. Tək-tək hallarda bu
torpaqların qalın və skeletsiz növlərinə də təsadüf edilir. Qalınlığı 100 sm-lə
10 sm arasında dəyişən bu torpaqlarda humusun miqdarı 2,04–4,2 faiz arasında
tərəddüd edir. Bu torpaqlarda karbonatlar olmur ki, bu da onların turş süxurlar
üzərində törəməsi ilə izah oluna bilər. Yağıntıların az düşdüyü sahələrdə zəif
rütubətlənmə nəticəsində çimləşmə nisbətən yaxşı inkişaf etməmişdir. Bu
torpaqlarda humusun miqdarı az, tərkibi isə bir qədər daşlı olur. Ordubad rayonu
ərazisindəki bu torpaqlarda üzvi maddələr 2–3 faizi təşkil edir, mexaniki
tərkibi gillicəlidir. Çimli dağ-çəmən torpaqlarında ot-çəmən bitkiləri yaxşı
inkişaf etdiyindən, həmin sahələrdən yay otlaqları kimi istifadə etmək
əlverişlidir. Bəzən bu torpaqların çox qalın növlərinin yayıldığı az meylli
yamaclar dənli bitkilər əkmək üçün istifadə olunur. Lakin yüksək məhsul əldə
edilmir. Bu əsasən torpaqların yuxa olması ilə əlaqədardır. Burada eroziya ilə
mübarizə məsələsi ən başlıca tədbirlərdəndir. Bu torpaqların yayıldığı sahələrdə
maldarlığın inkişaf etdirilməsi daha çox məqsədəuyğundur.
Dağ-çəmən-bozqır
İqlimi nisbətən quraq keçən dağlıq rayonlarda yayılmış bu torpaqlar əsasən
1200–1800 m mütləq yüksəkliklər arasında yayılmışdır. Çimli dağ-çəmən torpaqlara
nisbətən burada bitki örtüyü zəif inkişaf edir, torpaqəmələgətirmə prosesi quraq
şəraitdə keçir. Bu torpaqlarda çim qatı nazik, torpaq profilinin rəngi isə
nisbətən bozumtuldur. Torpaqların qalınlığı və yamacların meylliyindən asılı
olaraq eroziya dərəcəsi müxtəlifdir. Mexaniki və kimyəvi tərkibinə görə çimli
dağ-çəmən torpaqlarına çox yaxındır. Bu torpaqların heyvandarlıqla yanaşı,
əkinçilikdə də böyük əhəmiyyəti vardır. Eroziya ilə mübarizə burada da əsas
məsələ sayılmalıdır.
Dağ-çəmən-meşə
Nəmlənmə şəraiti bir qədər yaxşı olan yamaclarada yayılmışdır. Məlumdur ki,
Naxçıvan MR ərazisində təbii meşə örtüyü çox az sahəni (3016 hektar) əhatə edir.
Ona görə də bu növ torpaqlar çox az sahədə — Naxçıvançayın hövzəsində, Zəngəzur
silsiləsinin cənub-qərb yamaclarında yayılmışdır. Torpaqlarda humusun miqdarı
3–4 faizə qədər çatır. Meşələrin qırılıb məhv edilməsi və bəzi sahələrdə onların
kolluqlarla əvəz olunması həmin sahələrdə torpağın qalınlığının azalmasına, onun
eroziyaya məruz qalmasına səbəb olmuşdur. Bu sahədə meşənin yenidən bərpa
edilməsi çox zəruridir.
Dağ-meşə qəhvəyi
Bu torpaqlar, əsasən, Şahbuz rayonunda Biçənək aşırımı ətrafında az bir hissədə
yayılmışdır. Nisbətən quru iqlim şəraitində, yüksək dağlıq qurşağın aşağı
hissəsində (1300–1600m) başlıca olaraq karbonatlı süxurlar üzərində yerləşən bu
torpaqların maksimal qalınlığı 200 sm-ə çatır. Lakin çox zaman onların da orta
qalınlıqlı və yuxa növlərinə rast gəlinir. Xüsusilə, meşəsi qırılmış dik
sahələrdə torpaqlar şiddətli eroziyaya məruz qalmış, bəzən isə sal süxurlar üzə
çıxmışdır. Dağ-meşə qəhvəyi torpaqlar üçün qəhvəyi və boz qəhvəyi rəng, 20–30
sm-lik humuslu qat, aşağı qatlarda karbonatlılıq, profilin orta hissəsində
möhkəm gillilik əsas xarakterik əlamətlər sayılır. Bu torpaqlar gilli və ağır
gillicəli olub humusla nisbətən zəngindir. Humusun miqdarı 4–7 faizə qədər çatır.
Çay dərələri və yamaclarında, süni terraslarda, suvarılan meyvə bağlarından,
əkilən sahələrdə dağ-meşə qəhvəyi torpaqları xeyli dəyişilmiş, əksərən yekrəng,
bərkimiş, zəif strukturlu və az humusludur. Dağ-meşə qəhvəyi torpaqların
bozqırlaşmış növlərindən kənd təsərrüfatında geniş istifadə olunur.
Dağ qara
Başlıca olaraq talalar şəklində, əksərən dağ-çəmən bozqır torpaqlarla birlikdə
və ayrı-ayrı sahələrdə yayılmışdır. Tipik nümunəsi Badamlı kəndi ətrafındakı
düzənlikdədir. Bu torpaqlar qaramtıl və qəhvəyi qara rəngdə, dənəvər strukturlu,
humus qatı xeyli qalın, az skletli olur. Mexaniki tərkibcə gilli və ağır
gillicəlidir. Ozvi maddələrlə zəngindir, humusun miqdarı 5–6 faizə çatır. Dağ
qara torpaqlar əkinçilikdə geniş istifadə edilir. Bizim fikrimizə görə, bu
torpaqlar əslində qara torpaqlar deyildir. Onları çəmən prosesi keçirmiş qədim
terrasların şabalıdı torpaqları hesab etmək daha düzgün olar.
Dağ şabalıdı
Dağ qara torpaqlardan fərqli olaraq talalar şəklində deyil, ondan aşağıda, zolaq
şəklində yayılmışdır. Bu torpaqlar çox hallarda dağ-çəmən bozqır torpaqları ilə
qovuşur. Bitki örtüyü quru step bitkilərindən ibarətdir. İntensiv parçalanmaya
məruz qalmış dik yamaclarda şabalıdı dağ torpaqlarının əmələ gəlməsi üçün lazımi
qədər əlverişli relyef şəraiti olmadığından, onlar çox vaxt tam inkişaf etmir,
nisbətən ibtidai şəkildə olur. Onlar bəzən yuxa və orta qalınlıqlıdır. Dik
yamaclarda eroziya prosesinə məruz qalır, yuyulur və parçalanır. Mexaniki
tərkibcə çox müxtəlifdir. Dağ şabalıdı torpaqlarda humusun miqdarı 3 faizlə 1
faiz arasında dəyişir. Düzənlik sahələrində bəzən şoranlaşır. Əlverişli relyef
şəraiti olan sahələrdə əkinçilik inkişaf etdirilir.
Açıq dağ şabalıdı
Dağ şabalıdı torpaqlardan aşağıda, cənub və şərq yamaclarda inkişaf etmişdir.
Çox vaxt bitkisiz şəraitdə eroziyaya məruz qalır. Nəticədə torpaq qatı skletli
və yuxa olur. Daşlıqlar və daşlı torpaqlar isə geniş sahələri tutur. Şimal
yamaclarda yayılmış açıq dağ şabalıdı torpaqlarda nəmlənmə və humusun miqdarı
nisbətən artıq olur. 1,5 faizə qədər humusu olan bu torpaqlarda dəmyə taxılçılıq
inkişaf etmişdir.
Şabalıdı
Dağətəyi və düzənlik arasında qalan şleyf zolağında inkişaf etmişdir. Profilin
qalınlığı 1,5 m-ə qədər çatan bu torpaqların yayıldığı sahələrdə suvarma imkanı
artıq olduğundan onlardan çox qədimdən istifadə edilir. Bu torpaqlar allüvial,
allüvial-prolüvial üzərində və quru bozqır bitkiləri altında inkişaf etmişdir.
Boz şabalıdı və bozumtul yekrənglik, genetik qatların çox zəif seçilməsi, aşağı
qatların nisbətən bərk olması, yüksək karbonatlılıq bu torpaqlar üçün əsas
əlamətlərdəndir. Mexaniki tərkibcə gilli və ağır gillicəli olub, dərin qatlarda
prolüval və allüvial kimi kobud çöküntülərə də təsadüf olunur. Humusun miqdarı 3
faizə qədərdir. Çökək sahələrdə torpaqlar şoranlaşır. Suların artıq toplandığı
yerlərdə bataqlıqlar var. Bəzən çay subasarlarında da şabalıdı torpaqlara rast
gəlinir.
Açıq şabalıdı
Dağ ətəklərindən başlamış düzənliklərə doğru genişlənir. Bunlar xeyli qalın olub,
allüvial və prollüvial çöküntülər üzərində və quru bozqır bitkilər altında əmələ
gəlmişdir. Açıq şabalıdı torpaqlar başlıca olaraq suvarma şəraitində becərilir.
Taxıl, tərəvəz və bəzən də tütün əkmək üçün istifadə olunur. Uzun müddət
şumlanan torpaqların səthi yuyulduğundan bəzən orada humusun miqdarı 1 faizdən
aşağı düşür. Suvarma nəticəsində üzvi maddələr torpağın aşağı qatlarına enir.
Profilin üst hissəsində tündləşmiş qatın qalınlığı 60–70 sm qədərdir. Şərur
düzündə torpağın üst qatında şoranlaşmanı nəzərə almasaq, bu torpaqlar
şoranlaşma prosesinə məruz qalmamışdır. Naxçıvan düzünün şimal hissəsində 0,5 m
dərinlikdə sulfat duzlarının miqdarının 1 faizə çatmasına baxmayaraq, bu duzlar
bitkilərin inkişafı üçün qorxu törətmir. Bəzən torpaq qatlarında (40 sm
dərinlikdə) miqdarı 1,5–5 faizə qədər olan asan həll olunan sulfat duzları bitki
üçün zərərli sayıla bilər.
Boz-qonur
Bu torpaqlar Şərur rayonunun şərq hissəsində geniş sahə tutur. Babək rayonu
ərazisində isə talalar şəklində yayılmışdır. Kontinental iqlimə malik olan bu
sahələrdə bitki örtüyü çox zəif inkişaf etmişdir. Boz-qonur torpaqların normal
inkişaf etdiyi sahələrdə onun narın hissəsinin qalınlığı bəzən 1 m-ə çatır.
Humusun miqdarı 1,2–1,7 faizə qədər olur. Mexaniki tərkibcə çox müxtəlifdir.
Boz
Arazboyu düzənlik hissədə inkişaf etmiş bu torpaqlar müəyyən bir zolaq təşkil
edir (məsələn: Böyükdüz, dağətəyi sahə və s.). Bəzi sahələrdə boz torpaqlar
müxtəlif dərəcədə şorlaşmışdır. Boz torpaqlar bir neçə yarımtipə bölünür.
Onlardan müxtəlif dərəcədə suvarılmış və becərilmiş boz torpaqlar xeyli üstünlük
təşkil edir.
Qədimdən suvarılan boz torpaqlar
Bu torpaqlar Arazboyu düzənlikdə çox geniş sahəni əhatə edir. Onlar cənub –
qərbdə, çəmən-boz torpaqlarla, şimala doğru isə boz-qonur torpaqlarla əvəz
olunur. Yuxarıda göstərilən sahələrdə boz torpaqların ibtidai növləri də inkişaf
etmişdir. Bəzi yerlərdə (Xok, Şahtaxtı, Dəstə, Aza və digər kəndlərin
yaxınlığında) bu torpaqlarda şoranlaşmaya təsadüf olunur. Araz çayının sol
sahilində çaybasar və alçaq terraslarda, habelə çökək sahələrdə rütubət yüksək
olduğundan boz torpaqlar zolağında boz – çəmən yaxud çəmən-boz torpaqları əmələ
gəlmişdir. Bu torpaqlar da Araz sahilboyunda xeyli geniş bir sahəni əhatə edir.
Şoran
Bu torpağın əmələ gəlməsi, əsasən, Duzdağın yamaclarında yağıntılar vasitəsilə
yuyulub gətirilən çöküntülərin duzla zəngin olması ilə əlaqədardır. Bu torpaqlar
başlıca olaraq, Böyükdüzün şərq və cənub hissəsini əhatə edir.
Çəmən
Şərur və Sədərək düzlərinin Arazyanı hissəsində yeraltı sular səthə yaxın
olduğundan, çəmən-ot bitkilərinin yaxşı inkişaf etməsinə səbəb olmuşdur ki,
bunların da altında yüksək rütubətlənmə şəraitində boz torpaqlar zonasının çəmən
torpaqları əmələ gəlmişdir.
Hazırki dövrdə ümumi eroziya bazisinin aşağı enməsi nəticəsində yeraltı suların
səviyyəsi aşağıya endiyindən keçmiş çəmən torpaqları quraqlaşma şəraitinə
düşdüyündən onlar bozqırlaşaraq boz torpaqlar tipinə çevrilir. Bunların
nəticəsində çəmən-boz torpaqlarını ayırmaq olur. Çəmən-boz torpaqların profili
yayın isti vaxtında belə adi boz torpaqlara nisbətən xeyli rütubətli olur. Şərur
maili düzündə təsadüf edilən çəmən-boz torpaqların üst qatı qaramtıl-boz olub,
aşağıdakı qatda bir qədər də tündləşir. (Yenicə, Qarahəsənli, Şəhriyar kəndləri)
həmin torpaqların mexaniki tərkibi ağır gillicə və gilli olub şorlaşmışdır.
Şərur və Naxçıvan düzlərində bu torpaqların şoranlı növlərinə də təsadüf edilir.
Belə torpaqlarda duz toplanması prosesi üst yarım metrlik layda müşahidə olunur.
Çəmən bataqlıq
Çəmən bataqlıq torpaqları. Muxtar Respublikanın düzən hissəsində çəmən
torpaqları içərisində relyefin daha çox çökək sahələrində yealtı suların səthə
daha yaxın olduğu bir şəraitdə əmələ gəlmişdir. Bu torpaqlara Sədərək, Şərur və
Naxçıvan düzlərində təsadüf edilir. Həmin torpaqlar ağır gilli olub, tərkibində
fiziki gilin miqdarı 90%-ə çatır.
Naxçıvan MR ərazisinin dağlıq hissəsində uçurum qayalar çox olduğundan geniş
sahədə torpaq əmələ gəlməsinə relyef şəraiti imkan vermir. Ona görə də dağlıq
ərazinin qayalıq hissəsi demək olar ki, torpaqdan məhrumdur. Bundan əlavə,
Muxtar respublikanın orta və alçaq dağlıq hissəsində (xüsusilə cənubda) çox
geniş sahədə yararsız sahələr inkişaf etmişdir. Bu sahələr sıx şırım və
yarğanlar vasitəsilə elə şiddətli parçalanmışdır ki, onların səthində torpaq və
bitki örtüyü yoxdur. Burada torpaq ibtidai şəkildədir, torpaqəmələgəlmə prosesi
çox zəif gedir. Bu sahələr kənd təsərrüfatı üçün tamamilə yararsızdır. Bundan
əlavə, Naxçıvan MR-də bir neçə çaydan, xüsusilə quru yarğan və qobulardan
vaxtaşırı sellər keçir. Sellərin gətirdiyi çöküntülər gətirmə konuslarının
yuxarı hissəsində çökdürülür (məsələn, Ordubad çayının gətirmə konusu). Sel
çöküntüləri iri qaymalşrdan, daşlıqlardan, çay daşlarından, qumlardan və
gillərdən ibarət olduğundan onların üzərində ibtidai torpaqlar əmələ gəlir və
mütəmadi olaraq yeni çöküntülərlə örtülür. Belə torpaqlardan kənd təsərrüfatında
istifadə etmək çətindir və gərgin əmək tələb edir.
Geomorfologiya
Geomorfoloji cəhətdən ərazinin relyefi akkumlyativ xarakterlidir və çöküntü
toplanmanın şiddətinə görə iki relyef növü qeyd edilir:
1.Paleogen, Neogen və Dördüncü dövr çöküntülərindən təşkil edilmiş maili
düzənlik.
2.Müasir alüvial-prolüvial-delüvial çöküntülərdəntəşkil edilmiş maili dağətəyi
düzənlik
Maili dağətəyi düzənlik, bulaqların uzunmüddətli fəaliyyəti ilə əlaqədar olaraq
toplanmış travertinlər mineral bulaqların çıxdığı yamaclarda daha çox müşahidə
olunur. Bu düzənlik formasını denudasiya ilə akkumulyasiya zonaları arasında
keçid forması kimi qəbul etmək olar.
Müasir alüvial-prolüvial-delüvial düzənlik isə adından da məlum olduğu kimi dağ
yamaclarındakı müvəqqəti su axmlarının, yamaclardan gətirərərk düzənlikdə
çökdürdüyü süxur toplantısından əmələ gəlirlər. Burada ən çox qum, qumca, gilcə
nadir hallarda isə gil dolduruculu çaqıl-çınqıl kimi qırıntı materialları
toplanır. Dağətəyi zonaya tərəf materialların tərkibi dəyişir, iri qırıntı
materiallar üstünlük təşkil edir.
Uzun inkişaf tarixi yaşayan Arazyanı silsilələrin və ortaaraz çökəkliyinin
relyefi, mürəkkəb quruluşa malikdilər. Nəhəng dağ massivlərinin, həmçinin dərin
dağarası çökəkliklərin mövcudluğu, relyefə tipik dağlıq xarakteri verən sərt
parçalanmaya səbəb olur.
Strukturu
Ərazinin müxtəlif struktur, litoloji, fiziki-coğrafi şəraiti zonallıq və
qurşaqlılıqla səciyyələnən relyef tiplərinin və formalarının müxtəlifliyinə
səbəb olub. Ayrı-ayrı iri morfostruktur vahidlərinin hipsometrik fərqləri,
Naxçıvan MR-da dörd şaquli geomorfoloji qurşaq: yüksəkdağlıq, ortadağlıq,
alçaqdağlıq, və dağətəyi maili düzənliklər ayırmağa imkan verir.
Yüksək dağlıq daxilində nival-buzlaq relyefəmələgətirici proseslər və intensiv
fiziki aşınma hakimlik edir və onların fəaliyyəti nəticəsində dağ yamaclarında
müxtəlif ölçüdə qırılma materialları geniş yayılırlar. Yüksəkdağlıq daxilində
dağ süxurlarının dağılmasının ən intensiv aqenti kimi, temperatur aşınması çıxış
edir.
Yüksək dağlığın böyük hissəsini Zəngəzur silsiləsinin suayrıcı qayalıq hissəsi
təşkil edir və hərdən onların üzərində daş axınları müşahidə olunur. Dərələyəz
silsiləsinin suayrıcı hissəsinin Ardağlı, Keçəltəpə və Buzqov dağları arasında
yerləşən Keçəltəpə dağı ərazisi qırışıq-qaymalı yüksək dağlar zonasına aiddir.
Bura, qərb – cənub-şərq istiqamətində uzanan Qarlıdağ silsiləsinin suayrıcı
hissələri təsadüf edir.
Relyef
Orta dağlıqda intensiv parçalanmış relyef səciyyəvidir. Fiziki və kimyəvi aşınma
proseslərinin boyük rolu və intensiv eroziya fəaliyyəti, burada V-şəkilli və
sərt meyilli çay dərələrinin, dar və geniş eroziya, eroziya-akkumulyasiya və
akkumulyasiya terraslarının növbələşməsinə, ufantı və uçqun yaranmasına səbəb
olub. Həmçinin relyefdə sirk, kar və kar gölləri, moren və flyuvioqlyasial
çöküntülərlə təmsil olunan qədim buzlaq formaları yaxşı saxlanılıblar.
Alçaqd ağlıq formalaşması arid iqlimlə əlaqəli olan skulptur relyef ilə
səciyyələnir. Burada monoklinal relyef, terraslaşmış geniş çay dərələri, qədim
çay dərələri və gətirmə konusları, dağarası çökəkliklər, ekstruziv kümbəzlər,
delyuvial şleyflər və s. geniş inkişaf ediblər.
Monoklinal quruluşlu alçaq dağlar Səluzçay-Cəyriçay, Bağırsağdərə-Arpaçay
çayları arasında və Naxçıvançayın sol sahilində yerləşirlər.
Ortaaraz depressiyası üçün qədim və müasir maili düzənliklər və platolar, geniş
terraslaşdırılmış dərələr, qalıq monoklinal relyef, bedlend, gətirmə konusu, sel
gətirmələri və s. səciyyəvidirlər.
Naxçıvan MR-nın mərkəzi hissəsində alyuviy örtüklü platolara, Duzdağın böyük
hissəsi aiddir.
Flyuvioqlyasial-alyuvial-prolyuvial plato Tilək kəndinin şimal hissəsindən
cənuba Xurst kəndinə dək müşahidə olunur. Platonun əsası gilli çöküntülərdən
ibarətdir, onun üstü isə əhəngdaşından təşkil plunur.
Araz çayının hər iki sahilində müasir maili düzənlik şəklində, daha cavan
akkumulyativ relyef əks olunub. Onların səthi zəif parçalanıb – Sədərək, Şərur,
Böyükdüz, Naxçıvan və s. əsas relyef formaları çayların gətirmə konusları, çay
dərələri, quru dərələr, qobu və yarğanlardı.
|
|