Azərbaycan rəssamlıq sənətinin görkəmli
nümayəndələrindən biri, təsviri sənətimizdə realist
dəzgah boyakarlığının banisi Bəhruz Kəngərlinin
xatirəsini əbədiləşdirmək məqsədilə 2002-ci ildə
Naxçıvan şəhərində Bəhruz Kəngərli Muzeyi
yaradılmışdır. Burada 411 eksponat qorunub
saxlanılır və nümayiş etdirilir ki, bunların da 56-sı
rəssamın əsərlərinin orijinalı, qalanları isə
əsərlərinin fotosurətlərindən, habelə ailəsi, həyat
və fəaliyyəti ilə bağlı sənədlərdən, məişət
əşyalarından və digər materiallardan ibarətdir.
Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il
yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq imkanı
qazanmış Bəhruz Kəngərli 2000-ə qədər rəsm əsəri
yaratmışdır.
Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 75
Tel.: +994 (36) 545-71-11 |