Muzey
1966-cı ildə yaradılmışdır. 18 min 674 eksponatı var.
Fondunda çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini
əks etdirən qiymətli əlyazmaları, tətbiqi və təsviri
sənət nümunələri, qədim və müasir kitablar, qəzet və
jurnallar, xatirə əşyaları və digər muzey
materialları mühafizə olunur. Ekspozisiyada klassik
və müasir Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair
və yazıçıların, sənətşünasların yaradıcılığına geniş
yer verilmişdir.
Ekspozisiyada və fondda Azərbaycanın fırça
ustalarının müxtəlif janrlarda yaratdıqları
boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan
teatrının tarixinə aid sənədlər – afişalar,
proqramlar, tamaşa eskizləri, görkəmli teatr
sənətkarlarının yaradıcılığını əks etdirən
fotoşəkillər də vardır. Muzeyin Şərur rayonunda
Cəlilkənd filialı fəaliyyət göstərir. Burada
görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadəyə
aid sənəd, fotomateriallar və şəxsi əşyalar nümayiş
etdirilir.
Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi
19
Tel.: +994 (36) 545-16-86 |