Muzey 1999-cu ildə Naxçıvan şəhərində Cəlil
Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik
illərini keçirdiyi evdə yaradılmışdır. Muzeydə böyük
ədibin həyat və yaradıcılığına aid 1708 eksponat
nümayiş etdirilir. Cəlil Məmmədquluzadə və onun
ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən
yazıçının əsərləri, onun müasirlərinə aid sənədlər
və s. muzeyin eksponatları sırasındadır.
Ünvan: Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, döngə 2
Tel.: +994 (36) 545-67-86 |