Muzey 1981-ci ildə Kəngərli xanları nəslinin
nümayəndəsi, Azərbaycan Atıcı Diviziyasının
komandiri general Cəmşid Naxçıvanskinin anadan
olmasının 85 illiyi ilə əlaqədar onun yaşadığı evdə
yaradılmışdır. Muzeydə C.Naxçıvanskinin həyat və
fəaliyyətini əks etdirən fotoşəkillər, orden və
medallar, müxtəlif sənədlər, kitablar, məktub və
əlyazmalar, şəxsi və ev əşyaları və s., ümumiyyətlə,
3208 eksponat nümayiş etdirilir. Bunların içərisində
C.Naxçıvanskiyə, Azərbaycan Atıcı Diviziyasının
tarixinə, keçdiyi döyüş yoluna həsr olunmuş
məqalələr, kitablar xüsusi yer tutur.
Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 6
Tel.: +994 (36) 545-21-16 |