Muzey 1999-cu ildə yaradılmışdır. Muzeydə ümummilli
lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə
həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993)
şəxsi sənəd və materiallar, məktub, qərar və
sərəncamlar, Türkiyə Cümhuriyyəti və İran İslam
Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı
müqavilələrin surətləri, Azərbaycan Respublikasının
müxtəlif bölgələrində yaşayan vətəndaşların
müraciətləri toplanmışdır. Burada ulu öndərimiz
Heydər Əliyevə məxsus şəxsi əşyalar da saxlanılır.
Ümumilikdə, muzeydə 4536 eksponat var.
Muzeyin kitabxanasında ümummilli lider Heydər
Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet,
jurnal, albom və kitablar, videomateriallar
toplanmışdır.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 25
Tel.: +994 (36) 545-92-98
Elektron ünvan:
aliyev-museum@nakhchivan.az |