E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Məmməd Səid Ordubadinin Ev Muzeyi


Məmməd Səid Ordubadinin Ev Muzeyi tanınmış Azərbaycan ədibi M. S. Ordubadinin anadan olmasının 100 illiyi münasibəti ilə 1972 – ci il 31 oktyabr tarixdə ədibin anadan olduğun mənzildə yaradılmışdır.
Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, M. S. Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və digər muzey əşyalarından ibarət 650-yə yaxın eksponat qorunub saxlanılır.
Muzey 2009-2010-cu illərdə əsaslı şəkildə yenidən bərpa edilmiş, 12 yanvar 2010-cu ildə əsaslı bərpa işlərindən sonra muzeyin yenidən açılışı olmuşdur.
Muzeyin ümumi sahəsi 200 m2, ekspozisiya sərgi sahəsi isə 66m2-dir. Muzeyi il ərzində 2000-ə yaxın tamaşaçı ziyarət edir.
Muzey Ordubad şəhəri Mingis küçəsi ev № 14. ünvanında yerləşir.


<< Geri