Muzey 1924-cü
ildə tarix-etnoqrafiya muzeyi kimi yaradılmışdır.
Sonrakı illərdə Tarix-Ölkəşünaslıq Muzeyi
adlandırılmış, 1968-ci ildən indiki adını daşıyır.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən
çox eksponat Naxçıvan Dövlət Tarix Muzeyində qorunub
saxlanılır.
Ekspozisiya, əsasən, 4 – qədim, orta əsrlər, müasir
dövr və yeni dövrü əhatə edir. Muzey 10 şöbədən
ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri,
Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları,
obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər,
Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan
mis və gümüş pullar, orta əsrlərin məşhur
memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin
inşa etdiyi möhtəşəm Möminə xatın, Yusif Küseyir
oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair
şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid
xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və
nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl
işləri sərgilənir.
Ünvan: Naxçıvan şəhəri, “İstiqlal”
küçəsi 77
Tel.: +994 (36) 545-01-36, 545-01-39 |