E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

“ Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi


Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmiş, 1828-ci il fevral ayının 10-da imzalanmış Türkmənçay sülh müqaviləsinə əsasən, fəaliyyəti dayandırılmış, Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanm tərkibinə qatılmışdır.

Azərbaycan ərazisində 1747-ci ildən yaranmış 18 feodal dövlətdən biri olan Naxçıvan xanlığının siyasi tariximizdə böyük rolu olmuşdur. 1787-1797-ci illərdə müstəqil Naxçıvan xanlığının xanı, 1797-ci ildən 1820-ci ilədək Naxçıvan xanlığının hakimi olmuş I Kalbalı xan tərəfındən Naxçıvan şəhərində Xan Sarayı tikdirilmişdir. 1820-ci ildən sonra I Kalbalı xanın oğlanları Nəzərəli xan və I Ehsan xan bu binada Naxçıvan xanlığını idarə etmişlər.

Xan Sarayı müxtəlif dövrlərdə baxımsız vəziyyətə düşsə də, qorunub saxlanılmışdır. 9429 kvadratkilometr ərazini əhatə edən Naxçıvan xanlığı özünün dövlətçilik ənənələri, torpaqlarımızın qorunması ilə Azərbaycan dövlətçiliyinə çox böyük töhfələr vermişdir. Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılmışdır.

Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən artıq eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.

 

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti

Tel.: +994 (36) 554-02-18


<< Geri