Yusif Küseyr oğlu
türbəsi
(1162-ci il) Beş min il bundan əvvəl şəhər kimi formalaşan
Naxçıvan çox böyük inkişaf yolu keçib, XII əsrdə burada Azərbaycanın
Naxçıvan memarlıq məktəbi formalaşmış, çoxlu tarix-memarlıq abidələri
yaradılmışdır. Belə abidələrdən biri də Naxçıvan memarlıq məktəbinin
banisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən Naxçıvan şəhərinin
cənub-şərq tərəfində 1162-ci ildə inşa edilən Yusif Küseyr oğlu
türbəsidir. El arasında "Atababa günbəzi" kimi də tanınan abidə yeraltı
sərdabədən və yerüstü türbədən ibarətdir. Daxildən və xaricdən
səkkizguşəli şəkildə ucaldılan türbə piramida şəkilli günbəzlə
örtülmüşdür. Naxçıvanın türk-islam mədəniyyətinin ən dəyərli
nümunələrindən olan Yusif Küseyr oğlu türbəsi Azərbaycanın qülləvari
türbələri içərisində yeganə abidədir ki, üst piramida örtüyü
zəmanəmizədək tamamilə salamat vəziyyətdə gəlib çatmışdır.
Məqbərənin giriş qapısının baş tərəfində dörd sətirdə yazılan kitabədən
aydın olur ki, türbə hicri təqvimi ilə 557-ci ildə (1162-ci il) Yusif
Küseyr oğlunun xatirəsinə inşa etdirilmişdir. Məqbərənin qurşağında
Qurani-Kərimin "Al-i İmran" surəsindən 15-17-ci ayələr, tağı üzərində
isə "Bənna Əcəmi Əbubəkr oğlu Naxçıvaninin əməlidir" sözləri
yazılmışdır.
Yusif Küseyr oğlu kitаbədə "tаnınmış rəis", "mömin", "islamın
gözəlliyi", "şeyxlərin başçısı" titul və epitetləri ilə təqdim
оlunmuşdur. Yusif Küsеyr оğlunun tutduğu şəhər rəisi vəzifəsi o dövrdə
kifаyət qədər nüfuzlu idi.
Türbənin ətrafı 2001-ci ildə abadlaşdırılmışdır.
Möminə Xatın türbəsi (1186-cı il) Naxçıvanın türk-islam
mədəniyyəti abidələrinin ən möhtəşəm nümunələrindən biri də Naxçıvan
şəhərinin mərkəzində, "Əcəmi seyrəngahı"nda yerləşən, görkəmli memar
Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa olunan Möminə Xatın
türbəsidir. Abidə yeraltı sərdabə və yerüstü türbədən ibarətdir.
Daxildən dairəvi olan abidə xaricdən on üzlüdür. Yarandığı zaman
hündürlüyü təxminən 35 metr olan türbənin yuxarı hissəsi aşınaraq uçub
dağılmış, indiyədək yalnız 25 metr hündürlüyündə gövdə qalmışdır.
Azərbaycan Atabəyləri dövlətinin banisi Atabəy Şəmsəddin Eldəniz 1175-ci
ildə vəfat etmiş arvadı Möminə Xatının xatirəsinə bu türbənin
tikilməsini əmr etmişdir. Ancaq o özü də arvadından az sonra vəfat
etdiyi üçün bu işi oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan başa çatdırmışdır.
Türbənin sərdabəsində Möminə Xatından sonra Atabəy Şəmsəddin Eldəniz və
oğlu Atabəy Məhəmməd Cahan Pəhləvan da dəfn olunmuşdur.
Türbənin üzərində olan əsas kitabədə türbənin təyinatı ilə əlaqədar
verilən məlumatlarla yanaşı "Biz gedirik ancaq qalır ruzigar, Biz ölürük,
əsər qalır yadigar! İlahi, bəd nəzərdən uzaq elə!" sözləri yazılmışdır.
Türbə üzərində yazılan digər kitabələrdən aydın olur ki, abidənin
tikintisi Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən hicri təqvimi ilə
582-ci ilin məhərrəm ayında (aprel, 1186-cı il) başa çatmışdır.
Azərbaycan xatirə abidələri içərisində öz gözəlliyi, kompozisiya
xüsusiyyətləri, dekorativ bəzəkləri ilə seçilən, yüksək sənət əsəri və
orta əsr Azərbaycan memarlığının şah əsəri olan Möminə Xatın türbəsi
dünyanın möhtəşəm memarlıq abidələri sırasında özünəməxsus yer tutur.
Məhz buna görə də görkəmli sənətşünas, professor V.Alpatov türbə
haqqında yazırdı ki, belə yüksək forma duyğusuna, kompozisiyanın klassik
kamilliyinə və icra mükəmməlliyinə həmin dövrün Avropa memarlığında
təsadüf olunmur.
Möminə Xatın türbəsi mükəmməl sənət nümunəsidir. Türbənin tağları
boyunca Qurani-Kərimin Yasin surəsi haşiyə şəklində iki dəfə, tağlarının
hamısının baş tərəfində isə Qurani-Kərimin "Hakimiyyət vahid, qadir
Allaha məxsusdur" ayəsi yazılmışdır. Türbənin daxilində, bir neçə metr
yüksəklikdə qurşaq şəklində yazılan kitabədə Qurani-Kərimin "Bəqərə"
surəsinin 255-ci ayəsi - "Ayətəl-kürsü" həkk edilmişdir.
Türbənin daxilində, günbəzin səthində diametri təxminən 1,5 metr olan
dörd ədəd dairəvi medalyon vardır. Birinci medalyonda 8 dəfə "Məhəmməd",
ikinci medalyonda "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli", üçüncü
medalyonda "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli, Fatimə, Həsən, Hüseyn",
dördüncü medalyonda isə "Məhəmməd, Əbu Bəkr, Ömər, Osman, Əli",
medalyonların hamısının mərkəzində isə "Allah" sözü yerləşdirilmişdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Möminə Xatın
türbəsinin tarixi əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: "...Bu
abidənin qiyməti yoxdur. Möminə Xatın türbəsi XII əsrdə, orta əsrlərdə
Azərbaycanın nə qədər zəngin mədəniyyəti olduğunu, doğrudan da böyük
memarlıq məktəbi olduğunu göstərir. Bu abidənin memarlıq qiyməti ilə
bərabər, bizim üçün bəlkə daha da böyük qiyməti Azərbaycanın qədim
dövlət olmasını göstərməsidir. Bu, təkcə memarlığın zənginliyini yox,
dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da
göstərir".
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə 2003-cü
ildə Möminə Xatın türbəsində bərpa işləri aparılmışdır.
Naxçıvan şəhər buzxanası (ХII-XIV əsrlər) Naxçıvanın türk-islam
mədəniyyəti abidələri içərisində orta əsr Azərbaycan memarlığının nadir
nümunələrindən sayılan buzxanaların xüsusi yeri vardır. Özünəməxsus
memarlıq xüsusiyyətləri ilə seçilən belə abidələrdən biri Naxçıvan
şəhərinin cənub tərəfində, İmamzadə kompleksinin yaxınlığında yerləşən
XII-XIV əsrlərə aid buzxanadır. Azərbaycan ərazisində ən böyük
buzxanalardan biri olan abidə planda düzbucaqlı formada inşa olunmuşdur.
Uzunluğu 20 metr, eni 9 metr, hazırkı vəziyyətdə hündürlüyü 9,6 metrdir.
Yüksək texniki səviyyədə kərpicdən qurulmuş örtük konstruksiyasının
mükəmməl həlli, naturada tikilməsi, bina örtüyünün uzununa, yüngül və
dinamik konstruksiya sxemi tərzində yaradılması Naxçıvan buzxanasının
səciyyəvi cəhətlərindəndir.
Naxçıvan buzxanasının yüksək səviyyəli, mükəmməl həlli bu abidənin
Naxçıvan memarlıq məktəbinin inkişafı dövründə, XII-XIV əsrlərdə
tikildiyini göstərir. Buzxanalar qədim dövrlərdə havaların isti
vaxtlarında əhalinin buza olan tələbatını ödəmişdir. Naxçıvan buzxanası
ötən əsrdə məişətdə soyuduculardan istifadənin genişlənməsi nəticəsində
fəaliyyətini dayandırmışdır.
Zaman keçdikcə güclü aşınmaya məruz qalmış buzxana Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2013-cü ildə bərpa
olunmuşdur.
Xan Sarayı (ХVIII əsr) Naxçıvan Muxtar Respublikası ərazisində
inşa olunmuş türk-islam mədəniyyəti abidələrinə mülki tikintilər, o
cümlədən saraylar da daxildir. Belə saraylardan biri Naxçıvan xanlarının
yaşayış evi - Xan Sarayıdır. Xan Sarayı Naxçıvan şəhərində - "Xan diki"ndə
yerləşir. Memarlıq üslubu ilə seçilən, 3600 m2 sahəsi olan Xan Sarayı
yerləşdiyi ərazinin relyefinə uyğun olaraq üzü günçıxana tərəf inşa
edilmişdir. Sarayı XVIII əsrin sonlarında Naxçıvan xanı, görkəmli
dövlət xadimi Kalbalı xan Kəngərli tikdirmişdir. Şərq memarlıq üslubunda
tikilmiş bu Saray XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış
evi olmuşdur.
Xan Sarayı iki mərtəbəlidir. Vaxtilə saray iki ayrı-ayrı bölmədən ibarət
olmuşdur. Cənub bölmə inzibati işlər və yüksək mənsəbli qonaqların
qəbulu, şimal bölmə isə xan ailəsinin yaşayışı üçün nəzərdə tutulmuşdur.
Xan Sarayının ümumi sahəsi 382 kvadratmetrdir. Bir metrədək divarlarının
qalınlığı olan bina bişmiş kərpiclə tikilmişdir. Birinci mərtəbədə
səkkiz otaq, ikinci mərtəbədə altı otaq və iki zal vardır. Bina
divarlara yerləşdirilmiş iki buxarı vasitəsilə isidilirmiş.
Xan Sarayı 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin tapşırığı ilə bərpa olunmuşdur.
Zaviyə-mədrəsə (ХVIII əsr) VII əsrdən sonra Naxçıvan ərazisində
müxtəlif sufi təriqətlərinə mənsub mərkəzlər, o cümlədən zaviyələr,
həmçinin savadlı kadrlara olan tələbatı ödəmək məqsədi ilə mədrəsə
binaları da inşa olunmuşdur. Zaviyələr həm ibadət və zikr yerləri, həm
də təhsil mərkəzləri olduğundan Zaviyə-mədrəsə binaları da yaradılırdı.
Naxçıvanda zəmanəmizədək xüsusi memarlıq üslubunda inşa edilən belə
nümunələr də qalmışdır. Bu cəhətdən Naxçıvanın türk-islam mədəniyyəti
nümunələri sırasında özünəməxsus memarlıq xüsusiyyətlərinə malik olan
Zaviyə-mədrəsə binası xüsusi yer tutur. Zaviyə-mədrəsə binası Naxçıvan
şəhərinin Zaviyə məhəlləsində yerləşir. Ərəbcə "guşə", "künc", "bucaq"
mənasını verən "zaviyə" adı orta əsrlərdə yaşayış, ibadət, zikr və
təhsil mərkəzlərinə də verilmişdir.
XVIII əsrdə inşa edilən Zaviyə-mədrəsə binası ilk baxışdan düzbucaqlı
formada görünsə də mürəkkəb memarlıq quruluşuna malikdir. Bina yerdən
bir metr hündürlükdə kürsülük üzərində yerləşdirilmişdir. Ümumi sahəsi
212 kvadratmetrdir. İstər plan quruluşu, istərsə də ayrı-ayrı hissələrin
formasına görə Naxçıvandakı digər dini binalardan tamamilə fərqlənir.
Zaviyə-mədrəsə binası Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
tapşırığı ilə 2008-ci ildə əsaslı şəkildə təmir və bərpa olunmuşdur.
Yengicə hamamı (ХVIII əsr) İndiyədək gəlib çatan nümunələr
göstərir ki, keçmişdə muxtar respublika ərazisindəki şəhərlərlə yanaşı
kənd tipli yaşayış məntəqələrində də hamamlar fəaliyyət göstərmişdir.
Naxçıvanda yaradılan türk-islam mədəniyyətinin belə nümunələrindən biri
Yengicə hamamıdır. Hamam Şərur rayonunun Yengicə kəndində inşa
olunmuşdur. Əhalinin fikrincə hamam XVIII əsrin sonlarında əslən
Şahtaxtı kəndindən olan Tovuz xanım tərəfindən tikdirilmişdir. Hamam
Yengicə kəndinin əhalisindən əlavə ətraf kəndlərdən gələn adamlara da
xidmət etmişdir.
Yengicə hamamının ümumi sahəsi 650 kvadratmetrdir. Bina əhəng məhlulu
istifadə olunmaqla bişmiş kərpiclə tikilmişdir. Hamam binası düzbucaqlı
formada iki səkkizbucaqlı zala və onlara bitişik iki köməkçi otağa
bölünür. Zalları örtən günbəzlər, girişdəki sadə formalı baştağ və digər
xidmət otaqları qismən dağıntıya məruz qalsa da hamamın daxili planı
yaxşı vəziyyətdədir.
İki zalın arasında yerləşən köməkçi otaqların qapıları yuyunma zalına
açılır. Hamamın ocaqxanası cənub hissədə yerləşir. Hamam döşəmənin
altında yerləşdirilmiş isti hava kanalları vasitəsilə qızdırılırdı.
Binanın işıqlandırılması günbəzin mərkəzində yerləşən baca və
divarlardakı kiçik pəncərələr vasitəsi ilə həyata keçirilirdi.
Hamam Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə
2017-ci ildə bərpa olunmuşdur.
Cəlilkənd buzxanası (ХIX əsr) Orta əsrlər zamanı Naxçıvanda
türk-islam mədəniyyəti abidələrinin yaradılması ənənəsi sonrakı
dövrlərdə də davam etmişdir. Buna ən gözəl nümunə XIX əsrdə inşa olunmuş
Cəlilkənd buzxanasıdır. Bu buzxana Şərur rayonunun iri yaşayış
məskənlərindən olan Cəlilkəndin girişində yerləşir. Buzxana dördkünc
formalı binadan ibarətdir. Bina yuxarıda tağabənzər formada
tamamlanmışdır. Buzxananın girişi cənub tərəfdəndir. Binanın divarları
yonulmuş boz rəngli qaya parçalarından inşa edilmişdir. İçərisində
divarlar boyunca dördkünc formalı səkilər inşa edilmişdir. Çox hissəsi
yerin altında yerləşən buzxanaya enmək üçün daşdan xüsusi pilləkən
düzəldilmişdir.
Ötən dövrlərdə aşınmalara məruz qalan buzxana Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2015-ci ildə bərpa
olunmuşdur.
Ordubad şəhər buzxanası (ХIV əsr) Naxçıvanda orta əsrlər zamanı
yaradılmış türk-islam mədəniyyətinin nadir nümunələrindən sayılan
abidələrdən biri də Ordubad şəhərində XIV əsrdə inşa edilən buzxanadır.
Naxçıvan ərazisində zəmanəmizədək gəlib çatan ikinci qədim buzxana olan
bu abidə Ordubad şəhərinin mərkəzində yerləşir.
Came məscidinin yaxınlığında inşa edilən buzxananın ümumi sahəsi 166
kvadratmetr, zirzəmisinin daxili sahəsi 89,4 kvadratmetrdir. Buzxananın
tikintisi bişmiş kərpic və əhəng məhlulu ilə aparılmışdır. Bina daxili
girişdə boyük otaqdan, pilləkəndən, buz hazırlanan və saxlanılan
zirzəmidən ibarətdir.
Tədqiqatçılar özünəməxsus memarlıq xüsusiyyətləri ilə seçilən Ordubad
şəhərindəki buzxananın XIV yüzillikdə inşa olunması və XVIII əsrdə bərpa
edilməsi fikrindədir.
Buzxana Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə
2014-cü ildə əsaslı bərpa olunmuşdur.
Aza körpüsü (XVI-XVII əsrlər) Orta əsrlər zamanı Naxçıvanda
yaradılmış türk-islam mədəniyyəti abidələrinin bir hissəsini körpülər
təşkil edir. Belə körpülərdən biri XVI-XVII əsrlərdə Səfəvi hökmdarı I
Şah Abbasın dövründə (1587-1629-cu illər) inşa edilən Aza körpüsüdür.
Buna görə onu "Şah Abbas körpüsü" adlandıranlar da var.
Gilançayın üzərində inşa edilən Aza körpüsü Ordubad rayonundakı Darkənd
və Aza kəndlərini birləşdirir. Qırmızımtıl rəngli yonulmuş yerli dağ
daşından inşa edilmiş körpünün uzunluğu 46 paqonometr, eni 3,5 metrdir.
Körpü inşa edilərkən onun yerləşdiyi ərazi nəzərə alınmış, tağların
oturacaqları təbii özüllər-qayalar üzərində hörüldüyü üçün tağlar
arasındakı məsafələr müxtəlif ölçülərdə qoyulmuşdur. Körpünün şimal
üzündə, yəni suyun gəldiyi tərəfdə dörd tağın qarşısında dalğaqıran
düzəldilmişdir.
Şərq ölkələrini, o cümlədən Çin və Hindistanı Qara dəniz sahilləri və
Avropa ölkələri ilə birləşdirən Aza körpüsü Böyük ipək yolu üzərində
inşa edildiyindən mühüm əhəmiyyətə malik olmuşdur.
XX əsrin sonlarında güclü sel Aza körpüsünün qərb tərəfini dağıtmışdır.
Körpü 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuşdur.
Ordubad qeysəriyyəsi (ХVII əsr) Naxçıvanın türk-islam mədəniyyəti
abidələrindən biri də XVII əsrə aid Ordubad Qeysəriyyəsidir. Ordubad
şəhərinin mərkəzində, bazar meydanında yerləşən Qeysəriyyə orta əsrlər
zamanı şəhər ticarətində mühüm əhəmiyyət kəsb edən üstüörtülü bazarlar
qrupuna aiddir. Adətən bahalı mallar, xüsusilə daş-qaş, cəvahirat
satılan bu bazarlara xalq arasında “Şah bazarı” da deyilirdi.
XVII əsrdə bişmiş kərpicdən tikilmiş abidənin ümumi sahəsi 540 kvadrat
metrdir. Memarlıq quruluşuna görə Qeysəriyyə binası mərkəzi
səkkizbucaqlı zaldan və onun tavanını qapayan dairəvi günbəzdən, günbəzi
künclərdə saxlayan mürəkkəb quruluşlu dörd ədəd dayaqdan, dayaqlarla
kənar divar taxçaları arasında yerləşən keçidlərdən ibarətdir.
Keçidlərin tavanı 16 ədəd kiçik günbəzlərlə qapanıb. Mərkəzi günbəz də
daxil olmaqla abidənin hündürlüyü 8,5 metrdir. Şərq memarlığında nadir
abidələrdən olan Qeysəriyyədə Ordubad rayon Tarix-Diyarşünaslıq Muzeyi
fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə
Qeysəriyyə binasında 2010-cu ildə əsaslı bərpa və təmir işləri
aparılmışdır.
Ordubad hamamı (XVIII-XIX əsrlər) Naxçıvan ərazisində indiyədək
qalan türk-islam mədəniyyəti nümunələrindən biri də Ordubad hamamıdır.
Hamam Ordubad şəhərinin mərkəzində, Came məscidinin yaxınlığında inşa
olunmuşdur. XVIII-XIX əsrlərə aid Şərq memarlıq üslubunda inşa olunmuş
bu hamamın ümumi sahəsi 483 kvadratmetr, divarlarının qalınlığı bir
metrdir. Bina bişmiş kərpiclə inşa olunmuşdur. Hamam geniş dəhliz,
çayxana, soyunma və yuyunma zallarından ibarətdir. Zallara açılan
otaqlardan digər otaqlara və ocaqxanaya giriş vardır. Soyunma zalı kəsik
küncləri olan kvadrat, mərkəzi salon isə səkkizbucaqlı formadadır.
Soyunma zalının hündürlüyü 7,4 metrdir. Onun yuxarısı dairəvi günbəzlə
qapanır. Yuyunma zalı çatma tağ formalı dərin taxçalarla əhatə
olunmuşdur. Taxçaların içərisində masaj üçün xüsusi sal daşlar
yerləşdirilmişdir. Zalın mərkəzində dairəvi hovuz vardır. Yuyunma
zalının günbəzinin diametri 5,8 metr, hündürlüyü 7,4 metrdir.
Hamamın şərq tərəfində, yuyunma zalına bitişik isti su hovuzu və onun
altında ocaqxana vardır. Xəzinədən yuyunma zalına açılan gözlükdən isti
su götürmək üçün istifadə edilirmiş. Hamamın suyu yaxınlıqdan keçən
Qarahovuz çeşməsindən götürülürmüş. Yuyunma zalı və ona birləşən
otaqların altında isti havanın dövr etməsi üçün kanallar düzəldilmişdir.
XVIII-XIX əsrlərə aid edilən, Ordubad şəhər əhalisinin həyatında mühüm
rol oynayan abidədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
tapşırığı ilə 2009-cu ildə bərpa işləri aparılmışdır.
Gülüstan türbəsi (XII əsr) Naxçıvanın türk-islam mədəniyyəti
abidələri içərisində memarlıq quruluşu, inşaat texnikası, özünəməxsus
xüsusiyyətləri ilə diqqəti cəlb edən xatirə abidələrindən biri də
Gülüstan türbəsidir. Gülüstan türbəsi Culfa rayonunun Gülüstan kəndindən
təxminən bir kilometr şərqdə, Araz çayının sol sahilində inşa edilmişdir.
Əcəmi Əbubəkr oğlu Naxçıvani yaradıcılığının ənənələrini özündə əks
etdirən, Naxçıvan memarlıq məktəbinin ən gözəl və özünəməxsus
nümunələrindən sayılan, tünd qırmızı tufdan inşa edilən Gülüstan türbəsi
orijinallığı, tikinti texnikası, gövdəsindəki naxış bəzəyi, zahiri
görünüşü, memarlıq həllinin səciyyəsi ilə nadir sənət incisi kimi
diqqəti cəlb edir.
Gülüstan türbəsi mənbələrdə bəzən “Kəsik günbəz” kimi də xatırlanır.
Türbə iki hissədən - sərdabə və türbədən ibarətdir. Sərdabənin divarları
dörd cərgə düzülmüş daşlardan hörülmüş və quruluşu etibarilə düzgün
olmayan çoxbucaqlı əmələ gətirmişdir. Digər türbələrdə sərdabə yerin
altında yerləşdirildiyi halda, burada yerin səthindən yuxarıda inşa
olunmuşdur. Türbənin aşağı hissəsini təşkil edən, yonulmuş daşdan
tikilmiş kürsülük xaricdən kəsik piramida, daxildən silindirik quruluşa
malikdir. Yuxarı hissə isə on iki üzlü qüllədən ibarətdir. Türbənin
yuxarı kamerası planda diametri 4.6 m olan düzgün çevrədir. Onun
divarları gəclə suvanmışdır, yuxarı getdikcə tədricən ellips şəkilli
günbəzə çevrilir.
Türbənin üzərində yaradılan tağçaların içərisi incə naxış və
ornamentlərlə doldurulmuşdur. Memar ornamentləri tağçalarda elə
yerləşdirmişdir ki, onu seyr edənlər həmişə qonşu səthlərdə müxtəlif
biçimli ornamentlər görür. Ornamentlərin tağçalarda təkrarı ancaq
yaxından baxarkən hiss edilir. Bu naxış və ornamentlər 1186-cı ildə
Naxçıvan şəhərində inşa edilmiş Möminə Xatın türbəsinin ornamentləri ilə
oxşardır. Həndəsi naxışlarının təhlilinə əsaslanaraq türbənin XII əsrdə
inşa olunmasını söyləmək olar.
Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 7
oktyabr 2015-ci il tarixli Sərəncamı ilə bərpa olunmuşdur.
Хаnəgаh Memarlıq Kompleksi (XII-XV əsrlər) Naxçıvan ərazisində
orta əsrlər zamanı yaradılan dini-memarlıq abidələri sırasında sufiliklə
bağlı mərkəzlər - xanəgah kompleksləri xüsusi yer tutur. Belə
komplekslərdən biri XII-XV əsrlərə aid Xanəgah Memarlıq Kompleksidir.
Xanəgah Memarlıq Kompleksi Culfa rayonunun Xanəgah kəndindən şimаl-şərq
tərəfdə yеrləşir. Kоmplеks türbə, məscid və digər tikililərdən
ibarətdir. Kitаbəsindən məlum olur ki, kоmplеksin əsаsını təşkil еdən
türbə Uluğ Qutluğ Lələ bəyin əmrilə Хаcə Cəmаləddin tərəfindən inşa
edilmişdir. Türbə memarlıq quruluşuna görə XII əsrə aid edilir.
Türbənin daxilində bir qəbir vаrdır. Mənbələrdə göstərilir ki, həmin
qəbirdə ХIV əsrdən еtibаrən Аzərbаycаndа gеniş yаyılаn Hürufilik
təliminin bаnisi Fəzlullаh Nəimi dəfn еdilmişdir. Хаnəgаh kоmplеksinə
bitişik, cənub tərəfdə inşa edilmiş türbə-məscidin kitаbəsindən aydın
olur ki, türbə-məscid Şеyх Hаcı Lələ Məlikin xatirəsinə Həvva Bədr Bikə
хаtının səyi ilə hicri təqvimi ilə 901-ci ildə (1496-cı il) inşa
olunmuşdur.
Qarabağlar Türbə Kompleksi (XII-XIV əsrlər) Naxçıvan ərazisində
orta əsrlər zamanı yaradılan türk-islam mədəniyyətinin möhtəşəm
nümunələrindən biri də nəinki Azərbaycan, ümumiyyətlə Şərq memarlığının
incilərindən sayılan, XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksidir.
Kompleks Kəngərli rayonunun Qarabağlar kəndində yerləşir. Bir türbə və
qoşa minarəli baştağdan ibarətdir. XII-XIV əsrlərə aid qoşa minarələr və
türbə zaman keçdikcə dağıntıya məruz qalmış, yuxarı hissələri uçmuş,
kitabələrinin çox hissəsi ovulub tökülmüşdür. Qoşa minarəli baştağın
üzərində çox hissəsi dağılmış kitabənin mətnindən aydın olur ki, bu
kompleksin tikilməsini Cahan Quti xatın əmr etmişdir. Hülakülər (Elxanilər)
dövlətinin banisi Hülakü xanın arvadlarından birinin adı Qutuy xatın
olmuşdur. Sarayda böyük nüfuza malik olan Qutuy xatın ağlı və bacarığı
sayəsində dövlətin idarə olunmasında iştirak etmişdir. Kitabədə adı
çəkilən Quti xatın mənbələrdə Quti və ya Qutuy xatın şəklində xatırlanan
qadınla eyni adamdır.
Kitabədə tarix qalmamışdır. Mənbələrdə türbənin XII əsrdə, minarələri
birləşdirən baştağın isə XIV əsrdə tikilməsi qeyd olunub.
Azərbaycanın qülləvari türbələri tipinə aid olan, on iki yarımsilindirin
birləşdirilməsindən əmələ gətirilən, diametri 10 metrə yaxın, hazırkı
vəziyyətdə hündürlüyü 16 metrə çatan Qarabağlar türbəsinin 4 baştağı
vardır. Baştağların dördünün də baş tərəfində Qurani-Kərimin "əl-Mumin"
surəsindən 16-cı ayənin son hissəsi yazılmışdır.
Türbənin səthi bütünlüklə həndəsi ornamenti xatırladan kufi və nəsx
xətli kitabələr ilə bəzədilmişdir. Bu kitabələrin hamısı Quran ayələri
və dini xarakterli kəlamlardır. Abidənin gövdəsində yaradılan iri həcmli
rombların içərisində kufi xəttilə yerinə yetirilmiş və dəfələrlə
təkrarlanan kitabələrin mətni belədir: "Allahdan başqa Allah yoxdur.
Məhəmməd - Allahın ona salavatı olsun - Allahın elçisidir".
Türbənin memarlıq xüsusiyyətləri, kitabələrinin yerinə yetirilməsi
texnikası, oxşarlığı və digər əlamətləri göstərir ki, bu abidə Bərdə
türbəsinin memarı Əhməd Əyyub oğlu əl-Hafiz Naxçıvani tərəfindən XIV
əsrin 30-cu illərində inşa edilmişdir.
Qarabağlar Türbə Kompleksi Naxçıvan Muxtar Respublikası Ali Məclisi
Sədrinin 4 iyul 2016-cı il tarixli Sərəncamına əsasən bərpa olunmuşdur.
Burada orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət göstərən
müxtəlif sufi təriqətlərinə mənsub adamlar yaşamış və fəaliyyət
göstərmişlər. Orta əsrlər zamanı əhalinin müxtəlif təbəqələri arasında
böyük təsir gücünə malik olan, şərq ölkələrində mövcud olan sufiliklə
bağlı mərkəzlərlə bir sırada duran bu xanəgahda yaşayan sufi təriqəti
mənsubları bölgənin ictimai-siyasi həyatında, xarici müdaxilələr zamanı
ərazinin işğalçılardan qorunması üçün əhalinin təşkilatlanmasında xüsusi
rol oynamışlar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə kompleks
2005-ci ildə yüksək səviyyədə bərpa olunmuş, ətrafı abadlaşdırılmış,
oraya gedən yola asfalt salınmışdır. 2016-cı ildə abidələrin ətrafında
yenidənqurma işləri aparılmışdır.
|
|