E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

ŞAH ABBAS (YUXARI ƏYLİS) MƏSCİDİ

 

Şah Abbas məscidi (XVI əsrə aid edilən Əylis məscidi) Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində orta əsrlərə aid tarixi-memarlıq abidəsidir.

Tədqiqatçılara görə Əylis məscidi XVI əsrdə İran şahı I Şah Abbas tərəfindən inşa edilmişdir (el arasında Şah Abbas məscidi də adlanır). Mədrəsə binası ilə ¬bitişik olan tarixi abidə Ordubad şəhərindəki Came məscidindən sonra bu günədək qalan ikinci belə tikilidir. Məscid kompleksinə mədrəsə və hamam da daxildir. Məscidin əvvəllər mövcud olmuş mədrəsəsi son zamanlara qədər qalmışdı. Sonralar dağılmış, hazırda bərpa edilmişdir.

 

 



<< Geri