E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:


Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.


Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.


Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".


Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.


Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.


Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.


Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.


Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.


Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.


Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.


Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.


Novruz oyunları oynamaq. Məsələn, ənzəli.


Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər...


Axır çərşənbədə uşağa beşik düzəldərlər.


Axır çərşənbədə gün çıxmamış su üstündən atdanarlar.


Axır çərşənbədətonqal yandırarlar.


Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar


Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.


Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.


Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.


Axır çərşənbədə çimərlər.


Axır çərşənbədə evdən pul verməzlər.


Axır çərşənbədə qonşuya ələk verməzlər.


Axır çərşənbə günü borc un verməzlər. 


Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.


Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.


Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.


Axır çərşənbə günü evdən ağartı verməzlər.


Axır çərşənbə günü zahı üstünə getməzlər.


Axır çərşənbə günü evdən çörək verməzlər.


Axır çərşənbə gecəsi tez yatmazlar.


Axır çərşənbə gecəsi evdə qazan asarlar.


Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.


Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib “filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.


Axır çərşənbə günü ertədən lampa yandırarlar.


Novruza hazırlıq görərlər.


Novruzda həyət – bacanı təmizləyərlər.


Novruzda evləri şirələyər, paltar – palazı təmiz suya çəkərlər.


Novruza qədər ağacların dibini bellərlər.


Novruza qədər bağların xəzəlini yığıb yandırırlar.


Novruzaqədər ağacların quru budaqlarını kəsib atarlar.


Novruza qədər səməni göyərdərlər.


Novruzda səməni bişirərlər.


Novruzda niyyət eləyərlər.


Novruzda Novruz süfrəsi açarlar.


Novruzda tonqal yandırarlar..


Novruzda üzərrik yandırıb tüstüsünü mal – qaraya, oğul – uşağa, ev – eşiyə verərlər.


Novruzda təzə paltar geyərlər.


Novruzda qız – gəlini dəzə donla sevindirərlər.


Novruzda at çapmağa tədarük görərlər.


Novruzda şənlik edərlər.


Novruzda Novruz xonçası bəzəyərlər.


Novruzda yumurta boyayarlar.


Novruzda qız – gəlinin, uşaqların üstündən gözmenceğe düzəldərlər.


Novruzda qəmgin oturmazlar. 


Novruzda Novruz süfrəsi hazırlayarlar.


Novruzda noğul, şəkər düzəldib süfrəyə qoyarlar.


Novruzda səməni göyürtmük düşməyən evə səməni apararlar.


Novruzda at çaparlar.


Novruzda damlarda çalğı düzəldərlər.


Novruzda qız seçməyə çıxarlar.


Novruzda qıza mətləb açarlar.


Novruzda təzə paltar geyinərlər.


Novruzda küsülü qalmazlar.


Novruzda qohum – qardaşa qonaq gedərlər


Novruzda nişanlı qıza Novruz payı apararlar


Novruzda söyüş söyməzlar.


Novruz axşamı qarğış etməzlər.


Novruz axşamını ata evində keçirərlər.


Novruz axşamı ata – ananın qəbrini ziyarət edirlər.


Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar.


Novruzda qiybət qırmazlar.


Novruzda qohum – qardaşa, tanış – bilişə mehribanlıq eləyərlər.


Novruz günü alver eləməzlər.


Novruz günü başqası barədə pis söz danışmazlar.


Novruzda şirni paylayarlar.


Novruzda atı, iti vurmazlar.


Novruz günü işləməzlər.


Novruz günü dua yazdırmazlar.


Novruz günü evə nərgiz gətirməzlər.


Novruz günü təzə yarpız yığarlar.


Novruz günü ilanı vurmazlar.


Novruz günü Novruz gülü dərərlər.


Novruz günü qızlar qırmızı geyinər.


Novruz günü evin sahibi evdə olar.


Novruz günü dalaşmazlar.


Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.


Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.


Novruz günü xəstə yatanlara pay göndərərlər.


Novruz günü elin ağsaqqallarına Novruz şirniyyatı göndərərlər.


Novruzqabağı qovurğa qovurarlar.


Novruzqabağı xonça tutarlar.


Novruzqabağı balıq bişirərlər.


Novruzqabağı tüfəngləri silib təmizləyərlər.


Novruzqabağı Novruz şənlikləri düzəldərlər.


Novruzda şənliklər keçirərlər.



<< Geri