Son vaxtlar BMT-nin baş assambleyası novruzun mədəni və ənənəvi
ayinlərinin dəyərlərini nəzərə alaraq bir qətnamədə novruz bayramını
dəyərli beynəlxalq irslər sırasında tanıyıb və onu beynəlxalq novruz
kimi qeyd edib.
Qətnamədə novruz bayramını milli şənlik kimi qeyd edən ölkələrə tövsiyə
edilib ki, novruz mərasiminin tarixi, ənənəvi mərasimləri barədə
müarifləndirmə yolu ilə cəmiyyətlər və digər xalqları bu bəşər
ictimaiyyətinin dəyərli irsi ilə tanış etsinlər. Novruzun gəlişi təzə
ilin köhnə ili yola salması təkcə iranlılar yanında deyil digər
xalqların bir çoxu üçün də böyük əhəmiyyət kəsb edir.
Novruz bayramında müxtəlif xalqlar və qurumların adət-ənənələri və
ayinlər bir sıra gözəllik və xas dəyərlərə malikdir ümumilikdə bu da
İranın qədim zəngin mədəniyyətindən mənşə alıb.
Az. R-d novruz bayramı bu ölkə xalqının rəsmi- milli bayramı kimi qeyd
olunur.
Və xass önəm-əhəmiyyətə malikdir. Az. R-nın novruz ənənələri və ayinləri
çox maraqlı və cazibədardır. Novruz bayramı bu ölkədə uzaq keçmişlərdən
etibarən keçirilib və bu ölkə xalqı özünün humanitar və xeyirxahlığa
əsasən duyğularının bəzisini bollu əkin , sağlamlığın başlanğıcı ,bərəkət
və nemət çoxluğu bayramı olduğu bildirilir. Ümumilikdə Az. R-da novruz
bayramı mərasimi novruzun bir ay öncədən müxtəlif ayinlərin keçirilməsi
ilə başlanır. Bu ölkə xalqı isfənd ayının çərşənbə günlərini xas
ayinlərini keçirməklə şənlik edirlər. Bu çərşənbə günləri Su çərşənbəsi,
Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi adları ilə fərqlənir.
Az. R. xalqı hər çərşənbə günün özlərinin əqidə-inanclarına uyğun
mərasimlər keçirirlər. Bununla yanaşı novruzun gəlib çatması ilə əhali
müxtəlif mərasimləri qeyd edir ki, ona bənzər mərasimlər İranda da
dəbdəbə olub. Kosa Kosanı onların ən məşhur mərasimi hesab etmək olar.
Bu mərasim 2-3 nəfərin təşəbbüskarlığı ilə həyata keçirilir. Belə ki,
ağac və taxtadan kiçik bir keçi düzəldilib və ona libas geydirərlər.
Sonra onu əllərində oynadaraq şerlər oxuyarlar və xalqın evlərinə doğru
hərəkət edərlər. Və beləcə əhalidən buğda ,yumurta və çörək alırlar.
Kosaların gəlişi ilə uşaqlar da kosaların dalınca düşüb hay-küy salaraq
şadlıq edirlər. Buğdanın göyərtməsi xeyr-bərəkət və nemət ,səməni
bişirmək ,novruz bayramına məxsus şirniyyatın bişirilməsi , evləri
təmizləmək , ictimai yerləri çıraqlarla bəzəmək, qohum əqrəbalar və
qonşuları yoxlamaq , novruza məxsus tamaşaların icrası Az. R-nın novruz
adət-ənənələri və ayinlərindəndir.
Türkmənistan respublikasında ildə iki dəfə yeni il şənlikləri keçirilir.
Bu bayramlardan biri yeni milad təqviminə əsasən və digəri isə
Türkmənistan əhalisinin qədim adət-ənənəsinə uyğun novruz mərasiminin
keçirilməsidir. Türkmənlərə məxsus novruz bayramının bir sıra ayinləri
bu şənlik mərasiminə milli xarakter bəxş edir. Qabaqkı nəsillərdən irs
qalmış və hələ də davam edən digər oyunlar və mərasimlərin sırasında at
çapma , güləş , şahmat və bayram münasibəti ilə təbrik etmək üçün
kütləvi görüşlərə işarə etmək olar. Ümumilikdə novruz bayramı
Türkmənistan əhalisi arasında dostluq , qardaşlıq və həmrəylik
bayramıdır.
Qazaxıstan əhalisi novruzu bahar mötədilliyi bilir. Qazaxıstan
əhalisinin qənaətincə bu gündə səma ulduzları başlanğıc nöqtəyə çatır
,hər bir şey təzələnir və yeri şadlıq ətri bürüyür. Qazaxlara gəlincə
novruz ilin başlanğıcıdır. Onların arasında novruz barədə gözəl ifadələr
o cümlədən “Novruzda yer üzərinə xeyir bərəkət nazil olub” kimi fikirlər
mövcuddur. İlin təhvil gecəsi ev sahibi evin damında iki ədəd şam
yandırar və evi təmizləməyə başlayar. Qazaxların fikrincə yeni ilin
əvvəlində evin təmiz olması ailə üzvlərini xəstəlik ya bədbəxtlikdən
qoruyar. Novruz gecəsi kəndli qazax qızlar at ətindən bir xörək bişirər
və gəncləri qəbul edərlər. Novruz günündə gənclər əhliləşmiş atı
yəhərləyər və onun boynuna zinqirov bir kukla bağlayar və gecə yarısı
küçələrdə buraxarlar ki əhalini yuxudan oyatsın. Əslində kukla yeni ilin
simvoludur ki at üstündə öz gəlişini hamıya elan edir. Qazaxlar novruzu
müqəddəs hesab edirlər. Əgər bu gün yağış ya qar yağarsa o günü xoş
yozaraq qar yağışlı ilin məhsuldar il olduğuna inanarlar. Novruz
bayramında Qazaxlar təzə və ağ rəngli geyimlərdən istifadə edərlər.
Onların fikrincə ağ rəngi şadlıq nişanəsidir. Belə bir gündə insanların
bir-birinin çiynini basması Qazaxlar əhalisinin novruz adət-ənənələri və
mərasimlərindəndir.
Qazaxlar novruzda Novruz Gujə adlı bir aş bişirərlər. Qazaxların bu aş
bişirməsi qış mövsümüm ilə vidalaşmaq mənasındadır. Bu xörək 7 növ ərzaq
maddəsindən hazırlanır.
Novruz günlərində “Qol tuzaq” kimi məşhur yarışlar keçirilir. Bu
yarışlar qadın və kişi qrupları arasında keçirilir. Qazaxların
qənaətincə bu oyunlarda qadınlar qalib gələrsə mütləq o il xeyr
bərəkətli və çox yaxşı il olacaq.
Kişilər qadınlara qalib gələrsə o il yaxşı il olmayacaq. Tacikistan
əhalisi xüsusilə də Bədəxşan əhalisi novruz bayramını milli bayram kimi
qeyd edirlər. Bu ölkə xalqı novruz bayramını dostluq rəmzi və bütün
canlıların dirilməsi kimi qeyd edirlər. Novruz bayramı Tacikistanda
Xıdır günləri ya böyük bayram adı ilə məşhurdur. Tacikistan əhalisi
xüsusi ilə də Bədəxşan əhalisi novruz günləri evlərini təmizləyir və
necə deyərlər ev eşiyi sahmana salırlar. Habelə ev qablarını təmiz
yuyarlar ki köhnə ildən bir iz onların üstündə qalmasın. Qədim adət
ənənələri uyğun olaraq novruz bayramı başlamazdan öncə səhər çağı günəş
nuru saçdıqdan dərhal sonra evin xanımı qapının önünə iki qırmızı
süpürgə qoyur. Bu ölkə əhalisi qırmızı rəngi yaxşılıq , zəfər və xeyr
bərəkət rəmzi bilir. Günəşin kamil çıxmasından sonra hər ailə öz ev
əşyalarını qapının önünə qoyar və onun üzərini qırmızı bir qumaşla örtər.
Əhali qapı pəncərəni açaraq evin havasını novruz və bahar havası ilə
təmizləməyə cəhd göstərər. Taciklər novruz günləri çeşidli və məxsus
xörək bişirərlər. Yellənəcəkdə yellənmə , yumurta oynatmaq , yerli güləş
, beçə döyüşdürmə belə bir gündə onların şadlıqlarını artıran digər
yarışlardandır. Bədəxşan məntəqəsində novruzun ikinci gecəsində qoyunun
baş ayağı və buğda ilə Bac adlı məşhur bir xörək bişirərlər və qonaqlıq
verərlər.
Novruzun əhəmiyyətini nəzərə alaraq son bir neçə il ərzində novruzun
keçirilməsinə məxsus məkanlar düzəldilib ki , əhali novruz mərasimini
keçirmək üçün o məkanlarda bir araya gəlir. Aş və Pilov kimi ənənəvi
xörəklə bişirər və idman yarışlarına qatılarlar.
Tacikistanın bəzi yerlərində əhali bir-birinin üstünə su atar və beləcə
şadıq edərlər. Tacikistanın bütün yerlərində 7 sin süfrəsi düzülür.
Əfqanıstanı tarixi və mədəniyyətində novruz həyat , təbiət və humanitar
dəyərlər anımının simvoludur ki bu da incəsənət , şer , ədəbiyyat bir
sözlə bu ölkə xalqının ailəvi və sosial adət ənənələrindən mənşə alır.
Novruz günləri Əfqanıstan xalqı özlərinə məxsus ayinləri və mərasimləri
yerinə yetirir. Qızıl gül şaxəsi, Dehqan bayramı və 7 meyvənin
hazırlanması o cümlədəndir. Ailələr novruza iki gün qalmış qonaqları
qəbul etmək üçün 7 meyvə mərasiminə hazırlıq görürlər. Əfqanıstanda
novruz mərasiminin digər ənənələrindən biri 7 sin süfrəsini düzməkdir.
İranın 7 sin süfrəsinə bənzəyən bu süfrənin üzərində sirkə , sarımsaq ,
səməni , sumaq , Sib(alma) Senced(idə) qoyurlar.
Qızıl gül məftili mərasiminə məşhur Həzrət İmam Əli (ə)-ın bayrağını
dalğalandırmaq mərasimi Əfqanıstan xalqı arasında novruz mərasiminə
məxsus əzəmətli ayinlərdən biridir. Bu mərasim yazın gəlişi və güllərin
çiçəklənməsi ilə icra olunur. Bu mərasim Mərkəzi Asiya məntəqəsinin
digər bölgələrindəki qızıl gül bayramının digər formasıdır. Ancaq
müsəlman Əfqanıstan xalqı Həzrət İmam (ə)-ın azadəliyi , şəhaməti və
xatirəsini yaşatmaq üçün bu mərasimi keçirir. Bu mərasimdə Əfqanıstan
xalqının yanında müqəddəs məkan kimi tanına Məzar Şərifin ətrafında
minlərlə qadın və kişi bir araya gələrək Həzrət Əli (ə)-ın bayrağını
xeyr bərəkət , xoşbəxtlik və işlərin sahmana salınması nişanəsi olaraq
dalğalandırırlar. Bu bayraq 40 gün müddətində dalğalandırılır və Məzar
şərifi ziyarət etmək üçün gələn xalq özlərinin xoşbəxtliyi və vətənin
abadlaşdırılması üçün bu bayrağı dalğalandırıblar. Mərkəzi Asiya
etnoqraflara gəlincə “Qızıl gül” mərasimi bu məntəqədə novruzun ən
əzəmətli ayinidir. Novruz ayinləri və mərasimlərinin icrası, adlarını
çəkdiyimiz ölkələrə məhdudlaşmır. Hindistan , Pakistan , İraq , Türkiyə
, Özbəkistan Ş, Qırğızıstan xalqları hətta Qərb ölkələrində yaşayan
insanlardan bəzisi də novruz bayramını qeyd edirlər. Novruzun beynəlxalq
ənənəyə çevrilməsi bu lətafətli və yaz nəfəsli mərasimin müxtəlif
xalqlar arasında dostluq və qardaşlıq körpüsünə çevrilməsinə və dünya
xalqları üçün sülh və səmimilik şənliyinə çevrilməsinə ümidvarıq.