E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ

Polad Bülbüloğlu 1945-ci il fevralın 4-də Bakıda görkəmli müğənni, pedaqoq və ictimai xadim, Xalq artisti Bülbülün ailəsində anadan olub.

   1960

İlk dəfə peşəkar səhnəyə çıxmışdır.

   1963

Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına (indiki BMA) daxil olmuşdur.

 

   1965

“Sabahın xeyir olsun” fortepiano ilə oxumaq üçün notlar məcmuəsi (Sabahın xeyir olsun, Sumqayıt haqqında mahnı, Dəniz neftçilərinin mahnısı, İlk görüşdən gəlirəm) çap olunmuşdur.

     1966

“İstintaq davam edir” filminə musiqi bəstələmişdir.

 

 1967

“Mahnılar” adlı fortepiano ilə oxumaq üçün notlar məcmuəsi (“Dilin can incidəndir”, “Canı ver bircə cana”, “Ol bizim elli”, “Ayrılıq / Sən eləsən, mən belə”) çap olunub.

 1968

Azərbaycan Dövlət Konservatoriyasında Qara Qarayevin sinfini bitirmişdir.

 

 

 

  1969

  • SSRİ Bəstəkarlar İttifaqına və Kinematoqrafçılar İttifaqına üzv seçilmişdir. 

  •  “Uşaqlığın son gecəsi” filminə bəstələdiyi musiqiyə görə Kiyevdə Zaqafqaziya və Ukrayna Respublikalarının "Prometey-69" III zona kinofestivalında ən yaxşı musiqiyə görə Xüsusi Diplom verilmişdir.

 

  

1970

  • Azərbaycan Lenin komsomolu mükafatına layiq görülmüşdür.

  • “Abşeron ritmləri” tammetirajlı musiqili televiziya filmininə musiqi bəstələmişdir

     1971

“Oxuyur Müslüm Maqomayev” filminin musiqisini bəstələmişdir.

 

 

  1972

  • Nikolay Dobronravovun sözlərinə yazdığı “Gənclik” mahnısı Ümumittifaq telefestivalının laureatı olmuşdur.

  • “Var olun, qızlar...” filminə musiqi bəstələmişdir.

 

 1973

  • “Azərbaycan SSR əməkdar artisti” fəxri adı almışdır.

  • “Səmt küləyi” tarixi-inqilabi filminin musiqisini yazmışdır.

     1975

“Aşıqlar” vokal-instrumental ansamblı ilə birgə müxtəlif ölkələrin səhnələrində uğurla çıxış edib.

     1976

“Ürək... Ürək...“ filminin musiqisini yazmışdır.

     1977

“Sevinc buxtası” filminin musiqisini bəstələmişdir.

     1979

“Babək” tammetrajlı bədii filminə, “Mən mahnı qoşuram” filminə musiqi bəstələmiş, mahnılar ifa etmişdir..

     1980

“Yol əhvalatı” filminin musiqisini bəstələmişdir.

 

 

1981

  •  Aktyor kimi ilk dəfə “Qorxma, mən səninləyəm” kinosuna çəkilmişdir.

  • “Nəğməkar torpaq” filmində bəstəkarlarla yanaşı onun da musiqilərindən istifadə edilmişdir.

  1981- 1987

 “Aşıqlar” vokal-instrumental ansambılının bədii rəhbəri olmuşdur.

 

 

1982

  • "Azərbaycan SSR Xalq artisti” fəxri adını almışdır.

  • “İşgüzar səfər” filminin musiqisini bəstələmişdir.

  • “Poladın mahnıları” filmi çəkilmişdir.

 1987

Bakı Şəhər Sovetinin deputatı olmuşdur.

  1987-

1988

M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru olmuşdur.

1988

Azərbaycan SSR-nin Mədəniyyət naziri təyin olunmuşdur.

1991

Azərbaycan Respublikası Milli Yaradıcılıq Akademiyasının sənətşünaslıq doktoru olmuşdur.

  1991-2006

18 oktyabrda Azərbaycan Respublikasının Mədəniyyət naziri vəzifəsində çalışmışdır.

1994

 TÜRKSOY-un sədri seçilib.

 

 

 

1995

  • Azərbaycanın I çağırış parlament seçkilərində Milli Məclisə deputat seçilib

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  fəxri professoru olmuşdur

  • Polad Bülbüloğlunun 50 illik yubileyinə "Zirvəyə gedən yol" adlı qısametrajlı sənədli film həsr olunmuşdur.

1999

“Avropa-Asiya” Beynəlxalq Humanitar Akademiyasının həqiqi üzvü, akademiki olmuşdur.

2000

Moskva şəhərindəki “Ulduzlar” meydanında Polad Bülbüloğlunun şərəfinə yeni ulduz həkk olunmuşdur.

2002

MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının sədri seçilib.

 

 

 

 

2005

  • Məhəbbət və ölüm” baleti ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub.

  • Rusiya Federasiyasının “Dostluq” ordeninə layiq görülmüşdür

  • “İstiqlal” ordeni ilə təltif edilmişdir.

2006

Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

    2008

Azərbaycan tarixinin ən mürəkkəb və çətin dövrünü əhatə edən “Hökmdarın taleyi” filminin bəstəkarı olmuşdur.

   

     

      2009

  • "Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə, millətlərarası sülhün, razılığın qorunub-saxlanmasına görə" xüsusi nominasiyasında "Müqəddəs Knyaz Aleksandr Nevski" mükafatına layiq görülüb.
     

  • “Oxuyardı Bülbül... oxuyur Polad Bülbüloğlu” – adlı albomunun təqdimat mərasimi keçirilib.

 

2010

Çingiz Mustafayev Fondu və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilən “2009-cu ilin adamı” mükafatına layiq görülmüşdür.

    2012

“Dolu” tammetrajlı bədii filminin musiqisini bəstələmişdir.

    2013

“Qorxma, mən səninləyəm!” müğənni və bəstəkar Polad Bülbüloğlunun aktyor kimi kinoda ilk işidir.

 

 

 2015

  •  Azərbaycan Respublikasının "Şərəf" ordeni ilə təltif edilmişdir.

  • Rusiya Federasiyasının “Şərəf” ordeni ilə təltif edilmişdir.

  • Dağıstan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülmüşdür.

  • Tiblisin fəxri vətəndaşı adının almışdır.

 

   2016

Məşhur heykəltaraş və rəssam Zurab Seretellinin "Mənim
müasirlərim" adlı heykəllər silsiləsi çərçivəsində Moskvada Polad Bülbüloğlunun abidəsinin açılışı olub.

 

   2017

“Rus ifaçılıq sənəti” İctimai Fondunun 25 illiyi medalına layiq görülmüşdür.

Türkmənistanın “Xalq artisti” fəxri adına layiq görülmüşdür.

 2018

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) İdarə Heyətinin sədri seçilmişdir.

     2019

Polad Bülbüloğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

 2020

"Heydər Əliyev” ordeni ilə təltif edilib.

 2021

Qırğızıstanın “Dostluq” ordeni ilə təltif olunub

 

 

 

 

 

 

 

 

2024

  • 1 sentyabr Milli Məclisin VII çağırış deputatı seçilmişdir.

  • 14 sentyabr “Ermitaj Mükafatı” təqdim olunub.

  • 17 sentyabr Başqırdıstanın “Xalq artisti” fəxri adına layiq görülmüşdür.

  • 23 sentyabr Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət   Komitəsinin sədri seçilmişdir.

  • "Aleksandr Nevski" ordeni almışdır.

  • Azərbaycan - Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

  • Azərbaycanın Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılmışdır.

  • Özbəkistan "Xalq artisti" fəxri adını almışdır.

2025

Azərbaycan Respublikasi Prezidenti P.Bülbüloğlunun 1-ci dərəcəli “Vətənə Xidmətə görə”ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalamışdır.


<< Geri