E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

"THE CHRONOLOGY OF THE MAIN HISTORICAL EVENTS OF SHUSHA, THE CROWN OF KARABAKH"

1750 ‒ Görkəmli siyasi və dövlət xadimi Pənahəli xan Cavanşir tərəfindən Şuşa şəhərinin əsası qoyulmuşdur.

 

1756-1757 ‒ Sıldırım dağ üzərində Şuşa qalası tikilib başa çatdırılmışdır.

 

1783/1784 ‒ Şəhərin ətrafında daha möhkəm, uzunluğu 2,5 km olan qala divarlarının tikintisi başlanmış və üç il ərzində başa çatdırılmışdır.

 

1795 ‒ İyul ayında Ağa Məhəmməd şah Qacar Qarabağa – Şuşaya birinci dəfə hücum etmişdir və Şuşa qalasını 33 gün mühasirədə saxladıqdan sonra şəhərə daxil ola bilməyərək geri dönmüşdür.

 

1797 ‒ Bu ilin baharında Ağa Məhəmməd şah Qacar Qarabağa –Şuşaya ikinci dəfə hücum etmişdir.

 

1807 ‒ Şuşada ilk dövlət məktəbi təsis edilmişdir.

 

1830 ‒ 30 dekabrda Azərbaycanda dünyəvi təhsil verən ilk qəza məktəbi – Şuşa Qəza Məktəbi fəaliyyətə başlamışdır.

 

1840 ‒ İnzibati-ərazi islahatı nəticəsində Qarabağ əyaləti mərkəzi Şuşa şəhəri olmaqla Şuşa qəzası adlandırılmış və Kaspi vilayətinin tərkibinə daxil edilmişdir.

 

1843 ‒ 21 mayda Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur. Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan yuxarı hissəsində pələng və yerdən çıxıb püskürən alov dilimləri təsvir olunmuş, gerbin yarıdan aşağı hissəsindəki yaşıl sahədə isə yəhərli qızılı rəngli at təsvir olunmuşdur ki, bu da həmin ərazidə yerli cins at növlərinin olmasından və atçılığın inkişafından xəbər verirdi.

 

1846 ‒ Kaspi vilayəti ləğv edildikdən sonra Şuşa qəzası yeni yaradılan Şamaxı quberniyasının tərkibinə daxil edilmişdir.

 

1848 ‒ Şuşada ilk teatr tamaşaları göstərilmişdir.

 

1849 ‒ Hacı Qulu Məhəmmədəli oğlunun sifarişi ilə milli memarlıq üslubda ‒ üçmərtəbə, 46 otaq və 2 böyük zaldan ibarət olan Hacı Quluların malikanəsi inşa edilmişdir;

 

‒ Memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmiş Mehmandarovların qonaq evində Xalça muzeyi təşkil olunmuşdur;

 

‒ 23 apreldə Azərbaycanda ilk müsəlman şiə məktəbi olan Şuşa Müsəlman Şiə məktəbi fəaliyyətə başlamışdır.

 

1864 ‒ Mirzə Rəhim Fənanın təşəbbüsi ilə “Məclisi-üns” ədəbi məclisi yaradılmışdır.

 

1867 ‒ Yelizavetpol (Gəncə) quberniyası təşkil edilmiş və Şuşa qəzası onun tərkibinə qatılmışdır.

 

1872 ‒ Mir Möhsün Nəvvabın təşəbbüsü ilə “Məclisi fəramuşun” (“Unudulmuşların məclisi”) adlı ədəbi-bədii məclis yaradılmışdır.

 

1873 ‒ Xurşidbanu Natəvan (III Qarabağ xanı Mehdiqulu Xan Cavanşirin qızı) Şuşa şəhər əhalisinin suya olan təlabatını ödəmək məqsədi ilə saxsı borularla başlanğıcını şəhərdən yeddi kilometr aralıda yerləşən Sarıbaba dağının ətəyindən götürən su kəməri çəkdirmişdir (“Xan qızı bulağı”).

 

1874 ‒ Azərbaycanda, hətta bütün Zaqafqaziyada ilk olan Şuşa şəhər məktəbi təsis edilmişdir.

 

1874-1875 ‒ Aşağı Gövhər ağa məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir.

 

1875 ‒ 27 martda Şuşa Xeyriyyə Cəmiyyəti yaradılmışdır;

 

‒ 26 oktyabrda Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol oynayan Şuşa Marinski Qız Məktəbi təsis edilmişdir.

 

1878-1880 ‒ Xan qızı Natəvan tərəfindən Merdinli məhəlləsində bir gün kişilərə, bir gün qadınlara xidmət göstərən Şirin su hamamı tikdirilmişdir (Layihənin memarı Kərbəlayı Səfixan Qarabaği).

 

1881 ‒ 20 sentyabrda Şuşada 6 sinifli Realnı məktəbi-nin əsası qoyulmuşdur.

 

1883 ‒ Memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən Şuşa şəhərinin Saatlı tarixi məscid inşa edilmişdir;

 

‒ Şuşa şəhərinin mərkəzi meydanında yerləşən Yuxarı Gövhər ağa məscidi memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilmişdir;

 

‒ Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin müəllimi, görkəmli pedaqoq Səfərəli bəy Vəlibəyov tərəfindən “Səfərəli Bəyin Məktəbi” adlı anadilli məktəb açılmışdır.

 

1893 ‒ Camal bəy Fətəlibəyov tərəfindən üçüncü dərəcəli xüsusi oğlan məktəbi olan Şuşa Rus-Azərbaycan Məktəbi açılmışdır;  

 

‒ Mirzə Muxtar Məmmədov tərəfindən Rus-Azərbaycan məktəbi olan “Mirzə Muxtar Məktəbi” açılmışdır.

 

1894 ‒ Şuşada qadın ibtidai məktəbinin əsası qoyulmuşdur.

 

1897 ‒ Fevralda Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən ilk dəfə olaraq şəhər kitabxanası təşkil olunmuşdur.

 

1896 ‒ 6 oktyabrda Şuşa ziyalılarının təşəbbüsü ilə iki sinifdən ibarət Şuşa Nikolayevski Rus-tatar Məktəbi açılmışdır.

 

1899 ‒ Mustafa bəy Mehmandarov “Təzə məhəllə bulağı”nı tikdirmişdir.  

 

1901 ‒ Yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk dəfə “Xandəmirovun teatrı”nda “Şərq konserti” adlı musiqi gecəsi keçirilmişdir.

 

1905-1907 ‒ Şəhər ermənilər tərəfindən hücuma məruz qalmış və yandırılmışdır.  

 

1906 ‒ Əhməd bəy Ağayevin təşəbbüsü ilə erməni daşnaklarına qarşı Qafqaz ümummüsəlman müdafiə komitəsi – “Difai” adlı milli partiya yaradılmışdır.

 

1911-1914 ‒ “Şuşinski listok” adlı liberal-burjua istiqamətli ictimai-siyasi və ədəbi qəzet çap olunmuşdur.

 

1913-1914 ‒ “Şuşinskaya jizn” adlı həftədə dörd dəfə çıxan dörd səhifəlik ictimai-siyasi və ədəbi qəzet çap olunmuşdur.

 

1915 ‒ Xurşud bəy Əzizbəyovun təşəbbüsü ilə “Rəşadiyyə” məktəbi fəaliyyətə başlamışdır.

 

1918-1920 ‒ Şuşa şəhərinin türk-müsəlman əhalisi ermənilər tərəfindən soyqırıma məruz qalmış və şəhərin xeyli hissəsi ermənilər tərəfindən yandırılmışdır.

 

1919 ‒ Yanvar ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Şuşa qəzasını da əhatə edən müvəqqəti Qarabağ generalqubernatorluğu yaradılmışdır.

 

1922 ‒ Şuşa Mədəni-maarif texnikumu və İncəsənət məktəbi yaradılmışdır.

 

1923 ‒ Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul tarixli dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmış, Şuşa qəzasının bir hissəsi onun tərkibinə daxil edilmişdir.

 

1930 ‒ 8 avqust tarixində Şuşa rayonu yaradılmışdır.  

 

‒ Şuşada ilk Musiqi texnikumu yaradılmış və ilk direktoru məşhur tarzən-pedaqoq Həmzə Əliyev olmuşdur.

 

1932 ‒ 10 oktyabrda Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Xan qızı Natəvanın evində ilk uşaq musiqi məktəbi‒ Şuşa Musiqi məktəbi fəaliyyətə başlamışdır;

 

‒ Azərbaycan Həmkarlar İttifaqı Şurasının 1 saylı istirahət evi yaradılmışdır;

 

‒ Hazırda Şuşa rayon İcra Hakimiyyətinin rəsmi orqanı olan “Şuşa” qəzeti müxtəlif adlarla çap olunmağa başlamışdır (“Sosializm maldarlığı”; “Kolxoz bayrağı”; “Şuşa kurortu”, “Şuşa”).

 

1938 ‒ Fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı yaradılmışdır.

 

1943-1949 ‒ Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrının əsasında Şuşa Dövlət Musiqili Dram Teatrı yaradılmışdır və teatra Üzeyir bəy Hacıbəylinin adı verilmişdir.

 

1948 ‒ Şuşa musiqi texnikumu uşaq musiqi məktəbi kimi fəaliyyət göstərməyə başlamışdır.

 

1957 ‒ Şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün Nəvvabın Tokay Məmmədov tərəfindən hazırlanmış qəbirüstü abidəsi qoyulmuşdur.

 

1959 ‒ Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Şuşa şəhərində uşaqlıq illərini keçirdiyi evdə ev-muzeyi yaradılmışdır.

 

1961 ‒ Respublika Kommunal Təsərrüfatı Nazirliyi işçilərinin uşaqları üçün şəhərin səfalı guşələrindən biri olan “Üç mıx” adlanan yerdə 100 nəfərlik pioner düşərgəsi istifadəyə verilmişdir.

 

1965 ‒ Turşsuda 200 yerlik pansionat tikilmişdir.

 

1967 ‒ Vaqif küçəsində Molla Pənah Vaqifin büstünün açılışı olmuşdur.

 

1969 ‒ Ən böyük tarixi eksponant olan Gövhər Ağa Məscidində Şuşa Tarix Muzeyi fəaliyyətə başlamışdır.

 

1970 ‒ “Oxu tar”, “Tər çiçəklər”, “Muğam” ansamblları yaradılmışdır.

 

1974 ‒ Şuşa Rayon Partiya komitəsinin I katibi Qəşəm Aslanovun və bəstəkar Süleyman Ələsgərovun böyük səyi nəticəsində musiqi texnikumunun fəaliyyəti yenidən bərpa olunmuş və Mir Möhsün Nəvvabın adını daşımağa başlamışdır.

 

1976 ‒ 4 noyabrda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyev “Şuşa şəhərində kurort kompleksini daha da inkişaf etdirmək tədbirləri haqqında” qərar imzalamışdır.

 

1977 ‒ 10 avqustda Heydər Əliyevin göstərişi ilə Azərbaycan SSR Nazirlər Sovetinin 280 №-li qərarı ilə Şuşa şəhəri Tarixi- Memarlıq Qoruğu elan edilmişdir.

 

1978 ‒ Azərbaycan professional vokal sənətinin banisi Bülbülün anadan olduğu və uşaqlıq illərini keçirdiyi evində (iki otaq, 369 eksponatdan ibarət) Bülbülün ev muzeyinin açılışı olmuşdur.

 

1979 ‒ 12 yanvarda Heydər Əliyev Azərbaycan KP MK-nin I katibi kimi Dağlıq Qarabağa, o cümlədən Şuşaya səfərə gəlmişdir.

 

1980 ‒ Şuşa Dövlət Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının təşəbbüsü və Şuşa şəhər əhalisinin köməyi ilə “Gəncə qapısı”nın mühafizə zonasında xarakterinə görə Respublikamızda birinci olan “Açıq muzey” təşkil olunmuşdur.

 

1982 ‒ 14 yanvarda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyevin iştirakı ilə məşhur Azərbaycan şairi və ictimai-siyasi xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksinin açılışı olmuşdur;

 

‒ Azərbaycan KP MK-nin I katibi Heydər Əliyevin iştirakı ilə məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünün açılışı olmuşdur;

 

‒ 29 iyulda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyev Şuşada Poeziya Evinin açılışında və “Vaqif poeziya günləri”ndə iştirak etmişdir;

 

‒ Mədəniyyət Nazirliyinin qərarı ilə uğurlu fəaliyyətinə görə “Muğam” ansamblına “Xalq ansamblı” adı verilmişdir.

 

1983-1991 ‒ Hər il may ayında şəhər ziyalılarının təşəbbüsü ilə Şuşanın dilbər guşələrindən biri olan Cıdır düzündə açıq havada milli mahnı bayramları keçirilmişdir.

 

1983 ‒ Bülbülün ev muzeyinin təmirdən sonra təntənəli açılışı olmuşdur.

 

1984 ‒ 29 iyul Mehmandarovların yaşayış kompleksinə daxil olan məhəllə məscidi bərpadan sonra Dərman bitkiləri muzeyi kimi fəaliyyətə başlamışdır;

 

‒ Şuşa Şəhər Uşaq Musiqi Məktəbi Şuşa Şəhər Uşaq İncəsənət Məktəbi adlandırılmış və həmin tarixdən Niyazinin adını daşıyır;

 

‒ Rövşən Bayramovun rəhbərliyi ilə Şuşa şəhər Rəsm Qalareyası (Tacir Abbasqulu ağa Zöhrabbəyova məxsus möhtəşəm üç mərtəbə, on otaqdan ibarət olan malikanədə) yaradılmışdır.

 

1985 ‒ Xurşidbanu Natəvan adına Respublika uşaq (vərəm) sanatoriyası yaradılmışdır.

 

1987 ‒ Xurşidbanu Natəvanın evində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı fəaliyyətə başlamışdır;

 

‒ 19 mayda Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanəsində fəaliyyətə başlamışdır.

 

1988 ‒ Şuşa şəhəri Azərbaycan Respublikasının Dövlət Tarix-Memarlıq Qoruğu elan edilmişdir.

 

1989 ‒ Cıdır düzündə “Xarı bülbül” Ümumittifaq muğam festivalı keçirilmişdir;

 

‒ Şuşada televiziya ötürücü stansiyası fəaliyyətə başlamışdır.

 

1990 ‒ Bülbülcan adına Uşaq musiqi məktəbi yaradılmışdır;

 

‒ Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Şuşa filialı açılmışdır;

 

‒ Şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat və musiqişünas Mir Möhsün Nəvvabın ev-muzeyi açılmışdır;

 

‒ Respublika Bəstəkarlar İttifaqının Şuşa təşkilatı təsis edilmişdir.

 

1992 ‒ 8 mayda Şuşa şəhəri faciəli şəkildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdir;

 

‒ 25 mayda Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyəti Bakıda bərpa olunmuşdur.

 

1993 ‒ Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün ermənilər tərəfindən Şuşada güllələnmiş heykəlləri ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə, üçüncü tərəf vasitəsilə Bakıya gətirilmiş və Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirilmişdir.  

 

1998 ‒ Bakı Beynəlxalq Əlaqələr Mərkəzinin “Azərbaycan Dünyası” qalareyasında rəssam İsa İbrahimovun “Mənim Şuşam” adlı rəngkarlıq sərgisi açılmışdır.

 

2000 ‒ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Şuşanın 250 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir.

 

2001 ‒ Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu YUNESKO-nun Dünya İrsinin İlkin siyahısına daxil edilmişdir;

 

‒ “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı ilə Şuşa ərazisindəki abidələr siyahıya alınmış, dövlət mühafizəsinə götürülmüşdür;

 

‒ Akademik Milli Dram Teatrında Şuşaya həsr olunmuş “Şuşa- 250” mövzusunda elmi praktiki konfrans keçirilmişdir.

 

2002 ‒ Kino Evində Xalq şairi Cabir Novruzun “Şuşa yolu” poeması əsasında çəkilmiş eyniadlı televiziya filminin təqdimatı keçirilmişdir.

 

2006 ‒ Azərbaycanın bir sıra mədəniyyət təşkilatı Bakı İncəsənət Mərkəzinin təşəbbüsü ilə “Şuşa uğrunda” Ümumazərbaycan İctimai-Mədəni Hərəkatını təsis etmişdir.

 

2007 ‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Çingiz Qacarın “Qədim Şuşa” kitabının təqdimatı olmuşdur;

 

‒ Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Şuşa Mədəni-Maarif Texnikumunun 85 illik yubileyi qeyd edilmişdir.

 

2009 ‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Şuşanın tarixi yerlərini əks etdirən “Şuşa Qarabağın tacıdır” adlı sərgi təşkil edilmişdir;

 

‒ Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Rusiyanın Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo” gəmiqayırma zavodunda inşa olunan “Şuşa” tankerinin suya salınması mərasimində iştirak etmişdir;

 

‒ ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş poçt markası buraxılmışdır.

 

2010 ‒ Şuşa şəhərinin 260 illik yubileyi qeyd olunmuşdur; .

 

‒ Qarabağ Fondunun dəstəyi ilə S.Bəhlulzadə adına Rəsm Qalareyasında gənc rəssam Həlimə Ələsgərovanın əsərlərindən ibarət “Mənim Şuşam” adlı rəsm sərgisi açılmışdır

 

2011 ‒ Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlılarının İcması İctimai Birliyinin qərargahında Şuşanın erməni silahlı qüvvələri tərəfindən işğalının 19-cu ildönümü ilə bağlı “Şuşa Azərbaycanın tarixi mədəniyyət mərkəzidir” mövzusunda elmi konfrans keçirilmişdir;  

 

‒ Qarabağın Azərbaycan İcmasının və “Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin Şuşa şəhəri haqqında hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminin təqdimatı keçirilmişdir. Filmin baş məsləhətçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva, rejissoru Etibar Məmmədov, ssenari müəllifi Büllur Cavadqızı, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru Musa Qasımovdur;

 

‒ Şuşa YUNESKO-nun musiqi şəhəri nominasiyasına təqdim edilmişdir.

 

2012 ‒ 9 apreldə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının iyirminci ildönümü haqqında” Sərəncam imzalamışdır;

 

‒ Ankarada “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa” filminin (ideya müəllifi və baş məsləhətçisi siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayeva) təqdimatı olmuşdur;

 

‒ Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyində “Ruhum Qarabağlıdır” filminin təqdimat mərasimi keçirilmişdir;

 

‒ Dövlət İdarəçilik Akademiyasında Şuşanın işğalının 20-ci ildönümünə həsr olunmuş “Şuşa: Azərbaycanın strateji əhəmiyyətli tarixi mədəniyyət mərkəzi” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir;

 

‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “20 il Şuşasız” adlı kitab sərgisinin açılışı və Azərbaycan Mədəniyyət Nazirliyinin hazırladığı “Şuşa Azərbaycanın tarix və mədəniyyət incisidir” adlı kitab-kataloqunun təqdimat mərasimi keçirilmişdir;

 

‒ Yeni Azərbaycan Partiyası Gənclər Birliyində Şuşa şəhərinin işğalının 20-ci ildönümünə həsr olunmuş “Şuşa ‒ güllələnmiş heykəllər və ruhlar şəhəri” adlı fotosərgi təşkil edilmişdir;

 

‒Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə Macarıstan Poçtu qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin 20 illiyi ilə əlaqədar xatirə markası buraxmışdır;

 

‒ Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Şuşa şəhərinin işğalının 20 illiyi ilə əlaqədar “Şuşa səsləyir...” adlı tədbir keçirilmişdir;

 

‒ Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Şuşa şəhərinin işğalının 20 illiyi ilə əlaqədar “Şuşaya azadlıq!” adlı beynəlxalq kompaniyaya start verilmişdir;

 

‒ Şuşa şəhər uşaq musiqi məktəbinin 80 illik yubileyi keçirilmişdir;

 

‒ Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyində ulu öndər Heydər Əliyevin 1982-ci ilin iyulun 29-da Şuşada Molla Pənah Vaqifin poeziya günlərində iştirakının 30- cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir.

 

2013 ‒ Aprelin 11-də “Avropa ətrafında Avropa” devizi altında Parisdə keçirilən Böyük Avropanın müəllif və incəsənət filmlərinin VIII festivalı çərçivəsində Avropa-Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə “Entrepot” kino zalında Böyük Britaniya kinematoqrafçıları Endryu Tompsonun və Lüsi Beleyin Şuşa qaçqınlarının həyatından çəkdikləri “Həsrət” sənədli filmi nümayiş etdirilmişdir.

 

2017 ‒ Milli Kitabxanada Şuşa Şəhər kitabxanasının yaranmasının 120 illiyinə həsr edilən “Şuşanın mədəni irsi unudulmur” adlı tədbir keçirilmişdir.

 

2018 ‒ Hollandiyanın Harlem şəhərindəki Montessori kollecində şairə Xurşidbanu Natəvanın poemaları əsasında səhnələşdirilmiş “Xarı & Bülbül” teatr tamaşası təqdim edilmişdir.

 

2019 ‒ 8 mayda Azərbaycan Milli Kitabxanasında Şuşa şəhərinin ermənilər tərəfindən işğalının 27-ci ildönümünə həsr olunmuş “Qarabağın tacı Şuşa” adlı geniş kitab sərgisi açılmışdır;

 

‒ “Azərkitab” kitab təbliğatı mərkəzində “Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə Şuşanın işğalının 27-ci ildönümünə həsr edilən “Zirvələrin zümrüd tacının dumanlı taleyi...” adlı tədbir keçirilmişdir;

 

‒ Şuşa Dövlət Musiqili Dram Teatrında gənclərin “Xarı bülbül” 2-ci yaradıcılıq festivalı keçirilmişdir.

 

2020 ‒ Noyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşa şəhərini Ermənistan Silahlı Qüvvələrindən azad etmişdir;

 

‒ 8 noyabrda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi ilə əlaqədar Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciət etmişdir;

 

‒ Noyabrın 20-də Azərbaycan Respublikasının Milli Məclisində Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun layihəsi müzakirə edilmişdir;

 

‒ 26 noyabrda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının “Şuşanın azad olunmasına görə” medalının Əsasnaməsini Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu ilə təsdiq etmişdir;

 

‒ 29 dekabrda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalamışdır;

 

‒ 1 dekabrda Azərbaycan Milli Kitabxanası “Qarabağın incisi Şuşa” adlı Elektron məlumat bazasını virtual rejimdə istifadəçilərə təqdim etmişdir;

 

‒ Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa” musiqi kompozisiyası hazırlanmışdır (sözləri Çexiyada yaşayan azərbaycanlı şairə Leyla Beqim, musiqisi Almaniyada yaşayan həmyerlimiz, skripkaçı Anar Bramodur);

 

‒ Dövlət Tərcümə Mərkəzi tərəfindən Şuşa şəhərində ermənilərin törətdiyi vəhşiliklərdən bəhs edən “Şuşa həqiqətləri” adlı videoçarx hazırlanmışdır;

 

‒ Oktyabrın 12-də Azərbaycan Dövlət Rəsm Qalareyasında Şuşa qalasının 270 illiyinə həsr olunmuş rəssam Elturan Avalovun əsərlərindən ibarət virtual sərgi açılmışdır.

 

2021 ‒ 14 yanvarda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və hava limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə olmuşdur;

 

‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşa şəhərində səfərdə olublar;

 

‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırıblar;

 

‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cıdır düzündən Azərbaycan xalqına müraciət etmişdir;

 

‒ 16 martda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Üzeyir Hacıbəyli, Xan qızı Natəvan, Bülbülün güllələnmiş heykəlləri Şuşaya gətirilmişdir;

 

‒ 7 mayda “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva 110/35/10 kilovoltluq “Şuşa” yarımstaniyasının açılışında iştirak ediblər;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xarıbülbül” otelinin yenidənqurmadan sonra açılışında iştirak ediblər;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada “Xarıbülbül” otelinin nəznindəki 48 mənzilli korpusda və koteclərdə yaradılan şəraitlə tanış olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada yeni məscidin təməlini qoyublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin inzibati binası ilə tanış olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Xan qızı Natəvanın sarayının qarşısındakı əraziyə baxış keçiriblər;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva “Xan qızı” bulağında olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi bina ilə tanış olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşa Rəsm Qalareyasında görülən işlərlə tanış olublar;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada 1 saylı ümumtəhsil məktəbinin təməlqoyma tədbirində iştirak ediblər;

 

‒ 12-13 mayda “Xarıbülbül” musiqi festivalı keçrilmişdir;

 

‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Xarıbülbül” festivalının açılışında iştirak ediblər;

 

‒ 12 mayda “Xarıbülbül” musiqi festivalı çərçivəsində möhtəşəm atəşfəşanlıq olmuşdur;

 

‒ 13 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Yuxarı Gövhər ağa məscidində olublar;

 

‒ 13 mayda Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı qalakonsertlə başa çatmışdır;

 

‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunda və ya Zəfər yolunda görülən işlərlə tanış olmuşdur;

 

‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoymuşdur;

 

‒ 15 iyunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan Şuşaya səfər ediblər;

 

‒ 15 iyunda Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi olmuşdur;

 

‒ 15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət ediblər;

 

‒ 15 iyunda Azərbaycan-Türkiyə: dostluğun, qardaşlığın, birliyin təntənəsi: Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa Bəyannaməsi” imzalanmışdır;

 

‒ 15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan “Xan qızı” bulağında olublar;

 

‒ 15 iyunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya təqdim olunmuşdur;

 

‒ 22 iyunda “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalamışdır;

 

‒ 9 iyulda Azərbaycandakı diplomatik korpusun və beynəlxalq təşkilatların 100-dən çox nümayəndəsi Şuşa şəhərinə səfər etmişdir;

 

‒ 30 iyulda Azərbaycan, Türkiyə və Pakistanın parlament sədrləri Şuşaya səfər etmişdir;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada yeni yaşayış massivinin təməlqoyma tədbirində iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Otel və Konfrans Mərkəzi”nin təməlqoyma tədbirində iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir Hacıbəylinin Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış olublar;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin heykəlinin açılışında iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş, professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki ev-muzeyinin bərpa işlərindən sonra açılışı mərasimində iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan şairi və ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı mərasimində iştirak ediblər, görülən işlərlə tanış olublar;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində dahi Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı mərasimində iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Xüsusi nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri ilə tanış olublar;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan “Qarabağ” hotelinin açılışında iştirak ediblər;

 

‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub;

 

‒ 30 avqustda Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi;

 

‒ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak ediblər;

 

‒ 18-24 sentyabr tarixində Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına XIII Beynəlxalq Musiqi Festivalı baş tutub;

 

‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası “8 Noyabr – Zəfər Günü” adlı metodik vəsaiti onlayn rejimdə istifadəçilərə təqdim etmişdir;

 

‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Şuşanın işğaldan azad olunması münasibətilə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı biblioqrafiyanı nəşr etdirmişdir.

 

2022 ‒ 5 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında” sərəncam imzalamışdır;
‒ 13 yanvarda Xətai Sənət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının və 2 nömrəli UşaqGənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi keçirilmişdir;
‒ 15 yanvarda 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Milli Kitabxanası tərəfindən Şuşa haqqında rəsmi sənədlər, Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, şəhərin tarixi, mədəniyyəti, coğrafiyası haqqında kitablar, eləcə də dövri mətbuat səhifələrində dərc olunan məqalələr, fotoların nümayiş olunduğu “Şuşa” adlı virtual sərgi hazırlanmışdır;
‒ 1 fevralda Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiq etmişdir;
‒ 7 fevralda Azərbaycan Milli Kitabxanasında “Şuşa ili”nin açılış mərasiminə həsr olunan “Şuşa-Azərbaycanın mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski. Biblioqrafiya” kitablarının təqdimat mərasimi keçirilmişdir;
‒ 12 fevralda Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının qanununu imzalamışdır; 
‒ 16 fevralda 21 ölkədən olan tanınmış səyyahlar Şuşa şəhərinə səfər etmişdirlər;
‒ 23 fevralda Moldova parlamentinin sədri İqor Qrosunun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərlərinə səfər etmişdirlər;
‒ 25 fevralda xarici jurnalistlərin Şuşa şəhərinə səfəri təşkil edilmişdir;
‒ 25 fevralda Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” sərəncam imzalamışdır;
‒ 25 fevralda Srebrenitsa faciəsi qurbanlarının təmsil olunduğu QHT-lərin nümayəndələri işğaldan azad edilmiş Şuşa şəhərinə səfər etmişdirlər;
‒ 15 martda Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi daha bir təşəbbüsün – “Şuşa söhbətləri” (Shusha talks) layihəsinin təqdimatı keçirilmişdir;
‒ 18 martda Azərbaycan Respublikasının yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının rəhbər şəxsləri iştirak ilə Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunmuş toplantı keçirilmişdir;
‒ 31 martda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmişdir;
‒ 13 apreldə Bakı Kitab Mərkəzində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi və Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə “Qədim Şuşa” adlı rəsm sərgisi keçirilib;
‒ Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni irsini tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı layihəyə start vermişdir. Layihə yeddi bölmədən: “Şuşanın memarlıq salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”, “Muğam ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”, “Şuşanın ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim üslubu” ibarətdir.
‒ 16 apreldə Gürcüstanın mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və blogerlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər etmişdirlər;
‒ 19 apreldə Mədəniyyət Nazirliyinin, Azərbaycan və Özbəkistan Yazıçılar Birliyinin nümayəndələri, habelə şairləri iştirak ilə “Məclisi Fəramuşan” şairlər məclisinin rəsmi açılışı olmuşdur;
‒ 20 apreldə “Şuşa İli” münasibətilə 270 yaşlı şəhərimizin tariximədəni zənginliklərinin öyrənilməsi və təbliği məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Beynəlxalq Multikulturalizm Mərkəzinin və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində “Şuşa – Azərbaycan mədəniyyətinin paytaxtı” adlı kataloqun təqdimat mərasimi keçirilmişdir;
‒ 21 apreldə Azərbaycan Milli Kitabxanasının və “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Kitabxananın nəzdində fəaliyyət göstərən “Açıq kitabxana”da “Doğma Şuşa” adlı tədbir keçirilmişdir;
‒ 22-23 apreldə Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı keçirilmişdir;
‒ 22 apreldə Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş nitq söyləmişdir;
‒ 23 apreldə Dünya Azərbaycanlılarının V Qurultayının qətnaməsi qəbul olunmuşdur;
‒ 28 apreldə latviyalı rəssam Dase Ştrausanın “Qarabağ atları” adlı rəsm sərgisinin açılış mərasimi keçirilmişdir; 
‒ 28 apreldə Rumıniya Parlamentinin Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri Kristian İvanutsanın başçılıq etdiyi nümayəndə heyəti Şuşa şəhərinə səfər etmişdilər;
‒ 28 apreldə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə dünyanın 20-dən çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin ekspertləri, tədqiqatçı alimlər və media nümayəndələrinin iştirak ilə “Cənubi Qafqaz: İnkişaf və Əməkdaşlıq” adlı beynəlxalq forum keçirilmişdir;
‒ 28 apreldə “Şuşa ili” çərçivəsində Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Rəssamlar İttifaqı ilə birgə təşkil olunan Xalq rəssamı, professor Arif Hüseynovun əsərlərindən ibarət “Şuşanın görkəmli musiqi xadimləri” adlı sərginin ilk nümayişi olmuşdur;
‒ 6 mayda M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa əhalisinin XIX əsr geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapan “Şuşa milli geyimləri” adlı virtual sərgi hazırlanmışdır;
‒ 7 mayda Tbilisidə Vaxtanq Salaridze adına konsert zalında Azərbaycanın Gürcüstandakı səfirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil nazirliklərinin, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin və Azərbaycan Milli Konservatoriyasının tərkibindəki İncəsənət Gimnaziyasının birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecə keçirilmişdir;
‒ 7-8 mayda Heydər Əliyev Fondu və Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın Mədəniyyət Paytaxtında şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan xalqının qonaqpərvərliyinin nümayiş olunduğu müxtəlif ölkələrin kulinarlarının bir araya gəldiyi “Birinci Beynəlxalq Kulinariya Festivalı” keçirilmişdir; ‒ 11 mayda Dendrologiya İnstitutunda Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində II Xarıbülbül rəsm və əl işlərindən ibarət ümumrespublika yaradıcılıq müsabiqəsi keçirilmişdir;
‒ 11 mayda Baş prokuror Kamran Əliyevin müşayiətilə Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizin mədəniyyət paytaxtına səfər etmişdirlər;
‒ 12-14 may tarixlərində Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı keçirilmişdir;
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışında iştirak etmişdir;
‒ 13 mayda Azərbaycan Respublikasının Prezidenti “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 527-VIQD nömrəli Qanununu imzalamışdır;
‒ 17 mayda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Şuşa musiqiçiləri” adlı sərginin açılışı keçirilmişdir;
‒ 18 mayda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak edən Türkiyə, Pakistan, İran, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament nümayəndə heyətləri Azərbaycanın mədəniyyət paytaxtına səfər etmişdirlər;
‒ 19-20 mayda Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilmişdir;
‒ 21 mayda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır; 
 ‒ 21 mayda ölkəmizin Fransadakı səfirliyinin və UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində “Qarabağ” muğam klubunun konserti olmuşdur;  
‒ 22 mayda Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizə səfərə gələn Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər etmişdirlər;
– 22 mayda Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin Şuşa şəhərində VII üçtərəfli iclası keçirilmişdir;
– 24 mayda Azərbaycanda rəsmi səfərdə olan Estoniya Parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa şəhərinə səfər etmişdirlər;
– Mayda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azəri Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “İşğal nəticəsində dağıdılan mədəniyyət ocağının tanıdılması” layihəsi çərçivəsində Şuşa Dövlət Musiqili Dram Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol” adlı sənədli film hazırlanmışdır;
– 27 mayda Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarın da tərkibində olduğu “TEKNOFEST Azərbaycan”ın Türkiyədən olan nümayəndə heyəti Şuşada erməni vandalizminin izləri, eləcə də aparılan tikinti-quruculuq işləri ilə tanış olublar;
‒ 4 iyunda Azərbaycan Respublikasının Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı ilə “7-ci Beynəlxalq Sosial Elmlər Konqresi”nin Şuşa paneli keçirilmişdir;
– 6 iyunda “TRT” İstanbul Radiosu, Xəzər Folklor Təhsil və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi) təşkilatçılığı, İstanbulun Bakırköy Bələdiyyəsinin dəstəyi ilə İstanbulda “Anadoludan Azərbaycana bir nəfəs – 2022 Şuşa İli” adlı təntənəli konsert təşkil edilmişdir;
‒ 7 iyunda Azərbaycan Milli Kitabxanasında Şuşa şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapdığı “Şuşa əl işləri” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunmuşdur;      
‒ 11 iyunda Azərbaycan Milli Kitabxanasında Şuşa şəhərinin sənətkarlarının hazırladığı zərgərlik nümunələri, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapdığı “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi açılmışdır
‒ 11 iyunda Paraqvay parlamentinin Xarici əlaqələr komissiyasının sədri Valter Enrike Harms və Paraqvay Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri Lukas Akino Xaradan ibarət nümayəndə heyəti Şuşa şəhərinə səfər etmişdirlər;
‒ 11 iyunda Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtına səfər etmişdirlər;
‒ 11 iyunda Milli Məclisin Aqrar siyasət və Regional məsələlər komitələrinin birgə iclası keçirilmişdir;
‒ 13 iyunda Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin “Şuşanın ədəbi həyatı” bölməsi üzrə növbəti təqdimat “Məclisi-Üns” ədəbi məclisə həsr olunmuşdur;
‒ 13 iyunda Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA) vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı‒ 2022” adlı beynəlxalq kursun iştirakçısı olan 14 xarici diplomat Şuşa şəhərinə səfər etmişdir;
‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfransın iştirakçılarına təbrik məktubu ünvanlamışdır;
‒ 15 iyunda Şuşa Bəyannaməsinin birinci ildönümü münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans keçirilmişdir;
‒ 18 iyunda Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin dəstəyi və “IWS Azerbaijan” (Beynəlxalq Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi) və “IWS Khatai Art Center”in (Xətai Sənət Mərkəzinin nəzdindəki Akvarel qalereyası) təşkilatçılığı ilə Xətai Sənət Mərkəzinin qarşısında “Şuşa İli”nə həsr olunmuş akvarel performansı təşkil edilmişdir;
‒ 20 iyunda Malayziyanın Selanqor ştatının Petaling Jaya şəhərində Şuşanın 270 illiyinə dair Azərbaycanın Malayziyadakı Səfirliyinin təşəbbüsü və dəstəyi, həmçinin Petaling Jaya Şəhər Şurasının ev sahibliyi ilə Malayziyada foto-sərgi təşkil olunmuşdur;
‒ 22 iyunda mədəniyyət paytaxtımız və Bülbülün doğma yurdu Şuşa şəhərində Azərbaycan vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsinin yekun qala-konserti və laureatların mükafatlandırılması mərasimi keçirilmişdir;
‒ 24 iyunda “Şuşa söhbətləri” (Shusha talks) layihəsi çərçivəsində Beynəlxalq Muğam Mərkəzində layihə üzrə “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş ikinci görüş təşkil olunmuşdur;
‒ 24 iyunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı əsasında elan olunmuş 2022-ci il “Şuşa İli”nə həsr olunan “Mədəniyyət: Problemlər və Perespektivlər” adlı doktorant və gənc tədqiqatçıların XV Beynəlxalq elmi Konfransı keçirilmişdir; 
‒ 28 iyunda Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsinin yeni təqdimatı “Şuşanın memarlıq salnaməsi” bölməsindən Şuşa qalasına həsr olunmuşdur;
‒ 28 iyunda Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Berlində Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində “Şuşa İli” çərçivəsində muğam konserti və sərgi, habelə ziyafət təşkil olunmuşdur;
‒ 29 iyunda Parisdə Azərbaycan səfirliyinin mədəniyyət mərkəzində “Şuşa İli” çərçivəsində “Erməni separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian kilsələri” adlı sənədli film nümayiş edilmişdir;
‒ 29 iyunda M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşa şəhəri əhalisinin XVIII-XIX əsrlərdə istifadə etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntülər və qısa tarix öz əksini tapan “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlanmışdır;
‒ 29 iyunda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Turizm Nazirləri Konfransının Azərbaycanda keçirilən XI sessiyası (27-29 iyun) iştirakçıları Şuşa səfəri etmişdirlər;  
‒ İyuldan Mədəniyyət Nazirliyi “Şuşa İli”nə töhfə olaraq “Şuşa qalası” adlı yeni layihəyə start vermişdir. Layihə çərçivəsində Şuşanın hər məhəlləsindən bəhs edən videoçarxlar hazırlanacaqdır;
‒ 2 iyulda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransının iştirakçıları işğaldan azad olunmuş Şuşa şəhərinə səfər etmişdirlər;
‒ 4 iyulda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniyanın Qiesen Universitetinin dosenti, türkoloq alim Mixael Reynhard Hessin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabının təqdimatı keçirilmişdir;
‒ 6 iyulda professor Elmira Süleymanova öz nəslinin ulularından qalmış, ona əziz olan 1930-cu illərdə Şuşada toxunmuş “Ləmpə” adlı xalçasını Milli Xalça Muzeyinin Şuşa filialına hədiyyə etmişdir;
‒ 7-15 iyul tarixlərində Xarici İşlər Nazirliyi (XİN) və ADA Universitetinin birgə təşkilatçılığı ilə “Postmünaqişə mərhələsində Azərbaycanın sülh və quruculuq səyləri” mövzusunda “Diplomatiya həftəsi” keçirilmişdir;
‒ 13 iyulda “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizin Belçikadakı səfirliyi tərəfindən Brüsselin BOZAR İncəsənət Sarayında ölməz muğam ustadı Xan Şuşinskinin əziz xatirəsinə həsr edilmiş “Azərbaycan muğamı” adlı konsert təşkil olunmuşdur;
‒ 14-15 iyulda Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə “Vaqif Poeziya Günləri” keçirilmişdir;
‒ 14 iyulda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1374 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 1 iyul tarixli №1733 Fərmanının icrasının təmin edilməsi barədə Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamını imzalamışdır;    
‒ M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi “Azərbaycanı dünyaya tanıdaq” layihəsi çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunan doktor Mixail Hessin “Şuşanın irsi” və Peter Tibor Veresin “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” kitabları dünyanın bir çox ölkələrinin kitabxanalarına göndərilmişdir;
‒ Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsindən “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qalaşəhərimizin Saatlı məscidinə həsr olunmuşdur;
‒ İyul ayında “Şuşa İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə yerli və əcnəbi rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçirilmişdir;
‒ 17-18 iyul tarixlərində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi (MEDİA) 22 iyul Milli Mətbuat günü ərəfəsində biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan jurnalistlər üçün yay məktəbi formatında təlim keçirilmişdir;
‒ 22 iyulda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar” mövzusunda Beynəlxalq Media Forumu keçirilmişdir;
‒ 29 iyulda Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin Şuşa sessiyası keçirilmişdir;
‒ 1 avqustdan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği” layihəsinə başlamışdır;   
‒ 1 avqustdan “Cəmiyyətin və Medianın İnkişafı” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Şuşanı tanıyaq, tanıdaq!” layihəsinə start verilmişdir;
‒ 1-6 avqust tarixində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü oyunu üzrə “Şuşa Kuboku” turniri keçirilmişdir;
‒ 2-8 avqustda Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil edilmişdir; ‒ 6 avqustda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya Müsabiqəsinin finalı və qalakonserti Şuşa şəhərində keçirilmişdir;
‒ 29 avqustda Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsindən “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Mamayı məscidinə həsr olunmuşdur;
‒ 29-31 avqust tarixlərində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində Qarabağın incisi, mədəniyyət beşiyimiz, azad Şuşada şəhid və qazi övladları üçün “Xarıbülbül” yay düşərgəsi keçirilmişdir;
‒ 31 avqustda BMT-də akkreditə olunan xarici KİV nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli rayonlarına və Şuşa şəhərinə səfər etmişdirlər;
‒ 2 sentyabrda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və tabeliyində olan üzv təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar ittifaqlarının rolu” mövzusunda konfrans keçirilmişdir;
‒ 7 sentyabrda “Şuşa şəhərində Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncam imzalamışdır;   
‒ 9 sentyabrda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə azad Şuşa şəhərində Xurşidbanu Natəvanın 190 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Burada bir vaxtlar Xurşidbanu Natəvanın himayəsi ilə Şuşada fəaliyyət göstərən “Məclisi-üns” ədəbi məclisinin bərpasına həsr olunmuş tədbir, Xurşidbanu Natəvanın əsərlərindən və haqqında yazılmış materiallardan ibarət kitab sərgisi təşkil olunmuşdur. Tədbirin sonunda sərgidə nümayiş olunan kitab kolleksiyası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən tezliklə Şuşada bərpa olunacaq şəhər kitabxanasına hədiyyə olunmuşdur;
‒ 15 sentyabda “Şuşa şəhəri ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərar imzalamışdır;
‒ M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası Şuşanın 270 illiyi münasibətilə “Şuşa – Tarixi mənbələrdə” adlı biblioqrafiyanı nəşr etdirmişdir.
‒ 6 dekabr Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalamışdır;

2023

- Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Türk dünyasından Şuşaya – Şuşadan türk dünyasına” adlı layihə çərçivəsində eyni adlı nəşrin təqdimat mərasimi keçirilib.
- 30 yanvar "Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalamışlar.
 
‒ 7 fevral Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır;
-24 fevral Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Özbəkistanın İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə 1-ci -Azərbaycan- Özbəkistan Regionlararası Forumu çərçivəsində bu ölkədə səfərdə olub. Səfər çərçivəsində tarixi Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsi məqsədi ilə ikitərəfli sənəd imzalanıb.
- 17 mart Şuşa ilə Serbiyanın Novi Pazar şəhərləri arasında mədəniyyət, turizm, iqtisadiyyat və digər sahələri əhatə edən qardaşlaşma haqqında anlaşma memorandumu imzalandı.
‒ 30 mart Azərbaycan Respublikası Prezidenti İlham Əliyev ““Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” fərman imzalamışdır;
- 5 aprel Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa dörd fəsildə” (“Four seasons of Shusha”) adlı beynəlxalq fotoqrafiya müsabiqəsi elan olunmuşdur.
- 5 aprel Azərbaycan Respublikasının Şuşa şəhəri ilə Tacikistan Respublikasının İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında sənəd imzalanıb. Protokolu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və Tacikistan Respublikasının İsfara şəhərinin rəhbəri Baxovaddin Baxodurzoda imzalayıblar.
- 8 may İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər.Dövlətimizin başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.
- 12 may “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı-2023”ün rəsmi açılış mərasimi keçirilib.
– 9-11 may Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
- 1 iyun Şuşada Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilətürkdilli dövlətlərin uşaq rəqs qrupları arasında“Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçirilmişdir.
- 23 avqust Azərbaycan ilə Özbəkistan prezidentləri və xanımları Şuşaya səfər ediblər. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxmış, Şuşanın Baş planı ilə tanış olmuşlar.
- 28-30 avqust Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə cari ilin  tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihə həyata keçirilib.
- 13 sentyabr Özbəkistanda Şuşaya aid poçt markası buraxılıb.
- 13 sentyabr Özbəkistanda “Şuşa günləri” tədbirləri keçirilib, Vikipediyada Şuşaya dair özbək dilində bölmələr yaradılıb, Qarabağa – Şuşaya Özbəkistan KİV nümayəndələrinin media-turları təşkil edilib.
- 8-11 oktyabr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Şuşa - Türk Dünyasının Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində keçirilən III “Qorqud Ata” (“Dədə Qorqud”) Türk Dünyası Film Festivalı keçirilmişdir.
- 15 oktyabr Prezident İlham Əliyev Şuşa rayonunun Malıbəyli kəndində səfərdə olub. .
- 18 oktyabr Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5 dilli (azərbaycan, özbək, türk, ingilis və rus) ensiklopedik nəşr çapdan çıxıb.
- 31 oktyabr - 4 noyabr Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə Şuşada və Bakıda I Beynəlxalq TÜRKSOY Teatr Festivalı keçirilmişdir.
- 7 noyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada səfərdə olublar, səfər zamanı “Yasəmən” otelinin açılışında iştirak ediblər.

<< Geri