Hər hansı xalqın müəyyən ərazidə varlığım
təsdiqləyən əlamətlərdən biri onlara məxsus
dinitarixi
tikililərin mövcud olmasıdır. Keçmiş İrəvan xanlığı,
indiki Ermənistan ərazisində islam dini
VII əsrdən etibarən yayıldıgı üçün həmin ərazidə
yüzlərlə məscid və digər dini ibadət yerləri
mövcud olmuşdur. İrəvan xanlığınm, o cümlədən də
İrəvan şəhərinin ərazisində mövcud olmuş
məscidlərin hər biri memarlıq nümunəsi idi.
Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi
Rəvanqulu xan İrəvan qalasını tikdirərkən
həm də orada məscid inşa etdirmişdi. Şah İsmayıl
məscidi adlandırılan həmin məscid sonradan
zəlzələ nəticəsində dağılaraq yer üzündən
silinmişdir.
1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın
komandanlığında Osmanlı ordusu İrəvanı ələ
keçirdikdən sonra ovalşəkilli iç və bayır qala
divarlannı inşa etdirməklə yanaşı, yeni məscid də
tikdirmişdi.
Məşhur fransız səyyahı Jan Şarden 1673-cü ildə
İrəvanda olmuş və şəhər bazan ilə üzbəüz
kərpicdən tikilən və həmin vaxt uçulub-dağılmış
vəziyyətdə olan məscid haqqında məlumat
vermişdir. O, bu məscidin onun əsasını qoyan şəxsin
şərəfmə Div Sultan (1515-ci ildən İrəvan
bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə tutulur)
məscidi adlandınldığını yazır.
“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə verilən
məlumata görə, XVIII əsrin 30-cu illərində
İrəvan bəylərbəyi İbrahim paşa İrəvan qalasında
sultan I Mahmudun (1730-1756) şərəfınə came
inşa etdirmişdir.
1833-cü ildə fransız Fredrik Dyubua de Monpere
Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi
olaraq 1839-1843-cü illərdə Parisdə çap etdirdiyi
“Qafqaz ətrafma səyahət” 6 cildlik əsərində İrəvan
qalasını və Göy məscidi ətraflı təsvir etmişdir.
Onun Sərdar məscidinin əsas girişi tərəfdən çəkdiyi
rəsm və Göy məscidin rəsmi hər iki məscidin
möhtəşəmliyini və memarlıq nöqteyi-nəzərindən
mükəmməl sənət əsəri olduqlannı əyani nümayiş
etdirir. Həmin rəsmlər müəllifın adıçəkilən əsərinə
əlavə olaraq 1840-cı ildə çap edilən atlasın üçüncü
hissəsində yer almışdır. Erkül Nikole Dyubua de
Monperenin çəkdiyi rəsmlərin qravürlanm
hazırlamışdır.
Sərdar məscidi. Ayrı-ayrı dövrlərdə səyyahlann
əsərlərində, tədqiqatçıların araşdırmalannda
İrəvan qalasmdakı Sərdar sarayının yaxınlığında
yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas”
kimi məscidlərin adları çəkilir. Ayn-ayn adlar
altında təqdim edilməsinə baxmayaraq, əslində
söhbət son dövr tədqiqat əsərlərində və rəsmi
sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan
dövrün nadir memarlıq abidəsindən gedir. Yəni bir
məscid müxtəlif dövrlərdə müxtəlif cür
adlandmlmışdır. İrəvan qalasınm çar Rusiyası işğalı
dövrünə aid bəzi sənədlərdə bu məscidin adı
Abbas Mirzə məscidi kimi hallandırılır. Göriinür,
həmin məscid XIX əsrin əwəlində vəliəhd Abbas
Mirzə tərəfındən yenidən qurulduğu üçün məhz onun
adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust
Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan
şəhərində olmuş və Qalada olan ıkı
məsciddən birinin (Rəcəb paşa məscidinin) rus-yunan
kilsəsinə, digərinin - Sərdar məscidinin ısə
silah anbanna çevrildiyini qeyd etmişdir.
Tanmmış rus arxeoloqu qrafinya Praskofya Uvarova
1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər
boyu yaradılan tarixi-memarlıq abidələrinin
dağıdılmasım ürək ağrısı ilə təsvir etmişdir. Erməni
miiəllifi Yervand Şahəzizin 1931-ci ildə İrəvanda
çap edilən “Qədim İrəvan’' əsərındə P.Uvarovadan
sitat gətirərək, onun Xan saraymm yaxınlığmda
yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından
çıxan tabloya bənzətdiyini yazır. P.Uvarovaya
istinadən Y.Şahəziz yazır ki, Sərdar
məscidinin əsas günbəzi, xarici divarları, sütunlan,
iç divarları, çoxsaylı digəı günbəzləri rəngli
kaşılarla və gözəl təsvirlərlə bəzədilmişdir.
P.Uvarova Sərdar məscidinin tünd mavi rəngli
günbəzinin açıq səma ilə bütöv bir ahəng təşkil
etdiyini, onun portalındakı tünd mavi lövhə üzənndə
ərəb əlifbası ilə ağ rənglə mətn həkk olunduğunu,
divar sütunları üzərındə ucalan mmarələrının
üzərinin kvadratşəkilli tünd mavi və açıq mavi
kaşılarla bəzədildiyini qeyd etmişdir.
Daha sonra P.Uvarovanm dili ilə Y.Şahəziz yazır ki,
Sərdar məscidinin önündə Şərq ənənəsinə
uyğun, hər iki tərəfındə hücrələrinin izləri hələ də
qalan geniş həyətdə daha bır kıçık yay məscıdı
yerləşir. Hansı ki, adətən bu tip yay məscidləri
Şərqdə əsas tikilının qarşısında, uzü şımala doğru
tikilir. Bundan əlavə, P.Uvarova həmin həyətin
ortasında müsəlmanların yuyunması üçün tıkılən
hovuzdan 1870-ci ilədək istifadə edildiyini qeyd
etmişdir.''
İmperator Arxeoloji Komissiyasmın qərarına əsasən
1911-ci ildə prolessor Nikolay Man İrəvan
xan sarayına baxış keçinniş və saray kompleksinə
daxil olan Abbas Mirzə məscidinin də vəziyyətini
təsvir etmişdir. N.Marr İmperator Arxeoloji
Komissiyasının 17 may 1912-ci il tarixlı ıclasında
etdıyı
məruzəsində yazırdı: “Məscid indi də yaxşı
vəziyyətdədir, lakin onun qomnması uçun heç bır
tədbır |
görülmür və hər şey Sərdar sarayının vəziyyətinə
düşməsinə xidmət edir. Bununla belə, o, yerlı müsəlman mədəniyyətinin qiymətli irsidir: günbəzin
içərisində çevrəsi boyunca ərəb hərfləri ilə
kitabə mövcuddur; mehrab üzərindəki naxışlar xalçaya
bənzəyir və yüksək dərəcədə uslubludur.
Günbəzi çat vermişdir və onu çoxdan təmir etmək
olardı.
Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov
1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticəbrinə dair
İ.Əzimbəyovun Tiflis, İrəvan və Naxçıvanm müsəlman g
kitabələrinə dair məqabsində göstərilir ki, Qalamn
içərisində, Sərdar sarayının yaxınlığında yerləşən Şah Abbasın adına inşa edilən məscid
(Sərdar məscidi) yanuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaçqın ailəsi
məskunlaşmışdır. O, həmin məscıdm boyuk həyətınm „
olduğunu, həyətin ortasında hovuz inşa edildiyini
yazır.
1864-cü ildə İrəvan qalasından rus qoşunlarının
hərbi-istehkam məqsədilə istifadəsinə son
qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri,
o cümlədən Sərdar, yaxud Abbas Mirzə
məscidi ciddi dağmtılara məruz qalmışdır. XX əsrin
əwəllərində Sərdar məscidində Tiirkiyədən
gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet
Ermənistanı dövründə isə Sərdar məscidi hissəhissə
sökülərək onun yerində yaşayış evləri tikilmişdir.
Rəcəb paşa məscidi. 1724-cü ildə Osmanlı qoşunları
yenidən İrəvanı ələ keçirdikdən sonra
türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir
sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı
ilə 1725-ci ildə Qalanm içərisində yeni bir məscid
inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin
şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı. Bu
məscid düzgiin paralelepiped formasında və sferik
günbəzli
idi, həmçinin Şərq üslubunda həndəsi omamentlərlə
bəzədilmişdi. İrəvan qalasının 1827-ci il
oktyabnn 1-də ms qoşunları tərəfındən işğalından bir
gün sonra Rəcəb Paşa məscidinin
günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə
zəngi asaraq onu rus pravoslav kilsəsinə
çevirmişdilər. 1839-cu ildə onun xarici qumluşunda
dəyişiklik edilmiş, fasadına silindrik sütunlar
əlavə edilmiş, damına örtük vumlmuş, xristian
kilsəsi formasına salınmışdı. Rəssam Frans
Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi
rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi,
arxa planda isə Xan sarayınm yaxınlığında Sərdar
məscidinin təsviri verilmişdir. 1930-cu illərdə
aparılan Allahsızlar” kampaniyası çərçivəsində Rus
pravoslav kilsəsi də yer üzündən silinmişdir.
İrəvan şəhərinin Rusiya işgalından sonra kameral
təsvir keçirən İvan Şopenin verdiyi məlumata
görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, yuxarıda
qeyd edildiyi kimi, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə yerləşmişdir. Şopen qaladakı
məscidlərdən birinin silah anbarma, digərinin isə
mağazaya çevrildiyini yazır. Sərdar məscidinin silah
anbarına çevrildiyini yuxanda qeyd etmişdik.
Magazaya çevrilən ikinci məscid isə görünür, Sərdar
məscidinin yaxınlığında yerləşən yay məscidi
olmuşdur. İ.Şopen qalan 6 məscidin adlarını belə
sadalayır: Zal xan, Novmzəli bəy, Sərtib xan,
Hüseynəli xan, Hacı İmamverdi və Hacı Cəfər bəy
məscidləri. Bunlardan əlavə, İ.Şopen şəhərdə
yarıdağılmış vəziyyətdə bir neçə məscidin də
olduğunu bildirir.
1906-1911-ci illərdə İrəvan şəhərinin texniki
B.Mehrabov şəhərin planını və orada olan memarlıq
abıdələnnm sıyahısını tərtib etmişdir. Mehrabov
şəhərdə 8 məscid qeydə almışdır. Həmin məscidlər
belə adlanırdı: Təpəbaşı, Şəhər (Zal xan), Sərtib
xan, Göy məscid (Hüseynəli xan), Hacı Novmzəli
bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə),
Dəmirbulaq və Hacı Cəfər bəy məscidi.
XIX əsrin sonu, XX əsrin əwəllərində İrəvan şəhərində
mövcud olmuş məscidlərdən Göy
məscid, Hacı Hüseyn və Şəhər (Zal xan) məscidləri
Könhə şəhər (Şəhri) massivində, Təpəbaşı
məscidi eyniadlı massivdə, Hacı Novruzəli bəy, Hacı
Cəfər bəy və Dəmirbulaq məscidləri isə
Dəmirbulaq massivində yerləşmişdir.
1918-1920-ci illərdə tarixi Azərbaycan ərazisində
qurulan erməni daşnak hökuməti zamanı və
Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı,
Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində
Türkiyədən qaçıb gələn erməni qaçqınları
məskunlaşdırılmışdılar.
1924-cü ildə İrəvan şəhərinin baş planmın təsdiq
edilməsindən sonra ilk növbədə şəhərin
mərkəzində yerləşən azərbaycanlılara məxsus
tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin
sökülməsinə və onların yerində yaşayış
kvartallarının, meydanlann və parkların salınmasına
başlanıldı.
Göy nıəscid. İsa Əzimbəyov yuxarıda adıçəkilən
məqaləsində Göy məsciddə gördüklərini
ətraflı təsvir etmişdir. O, məscidin iki ayrı
korpusdan - qış və yay korpuslarından ibarət
olduğunu,
qış korpusunun kompleksin cənubunda, yay korpusunun
isə şimalda inşa edildiyini, onlann isə
mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov
məscidin çox böyük həyətinin olduğunu, orada
çinar və qovaq ağaclarının ucaldığını qeyd edir.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan
1949-cu ilə aid bir arxiv sənədində
Ermənistan SSR ərazisində qeydə alınan
azərbaycanlılara məxsus 15 memarlıq abidəsi haqqmda
məlumatlar öz əksini tapmışdır. Həmin siyahıda nə
zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi
göstərilməklə, İrəvan şəhərində 4 məscidin
mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Zal
xan məscidinin 1649-1685-ci illərdə, Göy məscidin
1776-cı ildə, Sərdar məscidinin 1807-1817-ci
illərdə, Hacı Cəfər bəy məscidinin isə XVIII əsrdə
inşa edildiyi göstərilmişdir.
İrəvan şəhərini təsvir edən bütün səyyahların və
tədqiqatçıların əsərlərində həm ölçülərinin
miqyasma, həm də gözəlliyinə görə şəhərin ən
möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı
birinci çəkilir. Şərq memarlığmın nadir
nümunələrindən hesab edilən Göy məscidin inşasına
1760-cı ildə başlanılmış, Hüseynəli xanın hakimiyyəti
dövründə 1765-ci ildə başa çatdırılmışdı.
Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə
üzlənməsi ilə bağlı idi. Məscidin həyətində
fontanlı daş hovuz tikilmiş, ətrafına sıx kölgəli
ağaclar əkilmişdi.
Təkcə Göy məsciddə deyil, İrəvandakı bütün
məscidlərdə ibadət üçün aynca qadın və kişi
zalları olmuşdur ki, onlar da bir-biri ilə ya dəhliz,
ya da pərdə ilə ayrılırdı. İbadət zallarınm tavanı
və divaıiarı adətən gül rəsmləri ilə bəzədilirdi.
Məscidlərin divarlardan və sütunlardan kişmir
parçadan güllər düzəldilib asılırdı.
Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanm tarixi
(1500—1800) əsərində Eçmiodzin
kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa
istinadən yazır: Məscidin minarəsinin və
günbəzinin bir hissəsi mavi saxsılarla üzlənmişdir.
Əsas tikililər məscidin ərazisinin cənub və şimal
tərəflərində idi. Yan tərəflərdə isə yardımçı
tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində
ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş bir
balaca hovuz inşa edilmişdi. Məscidin iiç qapısı
olmuşdur. İki kiçik qapı şimal və şərq istiqamətinə,
böyük giriş qapısı isə cənuba baxırdı. Məscid
binası cənub səmtində yerləşirdi. Bina bir-biri ilə
bağlı iiç zaldan ibarət idi. Məscidin günbəzi digər
iki kiçik zaldan hündiir olan böyük zalın üzərində
idi. Sadə görkəmli zalların yalnız həyətə baxan
pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli
şüşələrlə bəzədilmişdi. Həyətin şimal hissəsində
kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi
çox gözəl idi və İrəvanın tikililəri arasında ən
hündür olduğundan şəhərin hər yerindən görünürdü.
Azançı onun başına çıxaraq hər gün
müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub
portalınm üzərindəki kitabədə Hüseynəli xanın adı
və tikilmə tarixi həkk olunmuşdu.
1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda
səfərdə olmuş Henri Linç səfərləri haqqında
1901-ci ildə Londonda çap etdirdiyi kitabında
şəhərin tatar (azərbaycanlı) məhəlləsindəki Göy
caminin, Hacı Nəsrullah (bu məscidin adı digər
mənbələrdə Hacı Novruzəli bəy məscidi kimi
çəkilir) bəy məscidinin və Şəhər camisinin adlarını
çəkir. Göy məscid haqqında ətraflı məlumat
verən Linç, onun minarələrinin, həyətindəki hovuzun
və fasadınm fotoşəkillərini kitaba daxil
etmişdir.
1936-cı ildən Göy məscidin binasında İrəvan Şəhər
Tarix Muzeyi yerləşdirilmişdi. İkinci Dünya
müharibəsi başladıqdan sonra Göy məsciddən bir
müddət eyni zamanda hərbi sursat anbarı kimi
istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə
həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən
isə məscidin kiçik ibadət zalında astronomiya
həvəskarları üçiin Planetariya fəaliyyət
göstərmişdir.
1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən
və müsəlman ölkələri ilə diplomatik
münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən
məscid kimi fəaliyyət göstənnəsi zərurəti
meydanaçıxmışdı.Əwəlcə 1991-ci ildəTəbiətmuzeyi,
1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən
çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında
imzalanan müqaviləyə əsasən, İran
hökuməti Göy məscidin yenidən qurulması xərclərini
öz üzərinə götürdü. Rekonstruksiya işləri
İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (“Müharibə
veteranlan və şəhidlər”) xeyriyyə fonduna
həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı
ildə başa çatdınlmışdır. Rekonstruksiya işləri
məscid
kompleksinin yalnız cənub-qərb və şimal hissəsində
aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi,
28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi
və həyəti rekonstruksiya edilmişdir. Hazırda
Ennənistan rəsmiləri Göy məscidi xaricdən gələn
qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.
Zal xan məscidi. İrəvanın Qala ilə Təpəbaşı
massivləri arasında yerləşən Köhnə şəhər adlanan
hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal
xan məscidi adlanırdı. Şəhər məscidi həcmcə
Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl
olmuşdur. H.Linçin verdiyi məlumata görə, Şəhər
camisinin üzərində ərəb əlifbası ilə türk dilində
məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi -
yəni
miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi
yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi
1679-cu il
zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə
İrəvan bəylərbəyiliyinin hakimi olan Zal xan
şəhərdəki tikililərin bərpası iiçün xeyli əmək sərf
etmişdi. Onun dövründə inşa edilən məscidlərdən
biıini əhali Zal xan məscidi, yaxud Şəhər məscidi
adlandınnışdır. Xarici görünüşünə görə Göy məscidə
bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti,
sərin bağçası olmuşdur. Tədqiqatçılarm
verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər
məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda
Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci
ildə Şəhər məscidinin böyük zalı
sökülərək onun yerində “Yerevan” hoteli inşa
edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən
sonra həmin hotel hazırda “Golden Tulip Hotel
Yerevan” adlanır.
Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan
1949-cu ilə aid bir arxiv sənədində Zal
xan məscidinin sərgi zalı kimi istifadə edildiyi
göstərilmişdir.
İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan
məscidinin mədrəsəsinin təyinatı İkinci
Dürıya müharibəsindən sonra dəyişdirilmişdir.
Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu
yerləşir.
Təpəbaşı məscidi. Təpəbaşı yaşayış massivində
yerləşən məscidin minarəsi 1960-cı illərdə
uçmuşdur. Divarlarınm qalınlığı təqribən 1,5 metr
olan məscidin içərisindəki imamın otağında
hazırda bir erməni ailəsi yaşayır. Məscidin
ətrafında bir çayxana da var idi ki, müsəlmanlar
yıgışıb
çay içərdilər. İndi həmin çayxana da yoxdur.
Məscidin həyətində və ətrafında ermənilər
gecəqondular inşa etmişlər. Bəzi məlumatlara görə,
həmin məscidi İrəvan şəhər idarəsinin
(upravasınm) üzvü, xan nəslindən olan Abbasqulu xan
İrəvanski tikdirmişdir. Onun evi də həmin
məhəllədə olmuşdur. Hazırda dağıdılmış vəziyyətdə
olan Abbasqulu xanın evini hələ də ermənilər
“Xanın evi” adlandırırlar.
Dəmirbulaq məscidi. Vaxtilə sırf azərbaycanlıların
yaşadığı Dəmirbulaq massivində XX əsrin
əvvəlində üç məscid qeydə alınmışdır. Həmin
məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər
bəy və Dəmirbulaq məscidi. Dəmirbulaq məscidi Gedər
çayının üzərindəki körpünün yaxınlığında
yerləşdiyi üçün onu Körpüqulağı məscidi də
adlandırmışlar. Bunlardan ikisi - Hacı Novruzəli bəy
və Körpüqulağı məscidləri 1930-cu illərdə İrəvan
şəhərinin baş planınm qurbanı olmuşlar. İrəvan
şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə
məscid Hacı Cəfər bəyin tikdirdiyi Çətirli
məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun
olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur.
Üzərindəki kitabədə məscidin lıicri təqvimi ilə
1327-ci ildə - yəni miladi təqvimi ilə 1909-cu ildə
inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox
idi. Əvəzində məscid binasının damında açıq
havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli
meydança inşa edilmiş, onun üzərində dəmir
barmaqlıqlaıia əhatələnmiş məhəccər quraşdırılmışdı.
Dörd yam açıq olan məhəccərin üstü dəmir
təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid
adlanırdı. Arxitektura baxımından belə məscidloı
adətən “Güldəstə” məscidləri tipinə aid edilir.
Sonralar yerləşdiyi məkanın adına uyğun olaraq,
həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi
adlandırılmışdır.
1988-ci ilin fevrahnda Dağlıq Qarabağda erməni
separatizminin baş qaldırmasından sonra
İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın
23-də erməni quldurları İrəvan şəhərindəki
Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 JVe-li
azərbaycanlı orta məktəbin binasını yandırmışdılar.
Sonradan xarici jurnalistlərə ermənilərin
azərbaycanlılara qarşı xoşməramlı münasibət
göstərdiklərini nümayiş etdirmək ınəqsədilə
Dəmirbulaq məscidinin yanmış divarlarım
rəngləmişdilər ki, yanğınm izləri ört-basdır edilmiş
olsun.
ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər
haqqında “The New Yorker” qəzetində 15
aprel I991-ci il tarixli yazısında İrəvanda
fəaliyyət göstərən və Qnuni küçəsindəki Dəmirbulaq
məscidinin azərbaycanlılarm şəhərdən qovulması
zamanı qonşuluqda yaşayan ermənilər tərəfındən
buldozerlə yerlə bir etdiklərini yazmışdır.
Tomas de Vaal 2000-ci ildə İrəvanda səfərdə olarkən
Robert Kullenin məqaləsində təsvir etdiyi
yerə getmişdir. Tomas de Vaal yazır ki, ermənilər
İrəvandakı ibadətə açıq olan yeganə azərbaycanlı
məscidini sökmək üçün mitinqlərin birində şayiə
yaymışlar ki, guya azərbaycanlılar Bakıda ennəni
kilsəsini sökmiişlər. Bakıda söküldüyü söylənilən
erməni kilsəsinin əvəzini çıxmaq üçün mitinq
iştirakçılarını qızışdıraraq Dəmirbulaq məscidini
sökməyə göndərmişlər. Üç gün ərzində erməni
vandalları Allahın ibadət yerini yerlə yeksan
etmişdilər. Halbuki, Bakıdakı erməni kilsəsi
dövlət
tərəfmdən qorunur.
İrəvan şəhərini 1988-ci ildə tərk edən sakinlərin
ifadələrinə görə, hazırda Nar-Dos küçəsindəki
fransız məktəbinin yaxınlığında köklü irəvanlıların
“Həzrət Abbas ocağı” adlandırdıqları pir
mövcud olmuşdur. Çəpərə alınmış həmin ocağın içində
qara daş var idi. Nəinki azərbaycanlılar,
hətta işi müşkülə düşən ermənilər belə, həmin ocağa
gələr, niyyət tutar, nəzir-niyazlarını ocağın
içinə qoyub gedərdilər. Nar-Dos məktəbi inşa
edilərkən şəhər rəhbərliyi həmin ocağı sökmək
qəranna gəlir. Ekskavatorla söküntü aparan
sürücünün başına qəfıldən daş düşüb ölməsindən
sonra
sökmə işləri dayandırılmış və onun ətrafına sonradan
çəpər çəkilmişdi. Həmin ocaqdan da indi əsər əlamət
yoxdur.
İrəvan şəhərində azərbaycanlılara məxsus
tarixi-memarlıq abidələrindən biri də əvvəllər
Əzizbəyov meydanı, hazırda Saxarov meydanı
adlandırılan meydanm arxasındakı Tumanyan
küçəsində yerləşən mədrəsədir. Görünür, vaxtilə
həmin yerdə mövcud olmuş məscid sökülsə də,
onun mədrəsəsindən bu gün də yaşayış evi kimi
istifadə edilir. Lakin nədənsə, həmin mədrəsə İrəvan
şəhərinin tarixi-memarlıq abidələrinin siyahısına
daxil edilməmişdir.
Ermənilərin İrəvan şəhərindəki azərbaycanlılara
məxsus tarixi-memarlıq abidələrinə düşmən
münasibət göstərməsini 1988-ci ildə Dağlıq Qarabağda
erməni separatizminin baş qaldırmasından
sonra, yəni həmin ilin sentyabrm 29-da İrəvana səfər
edən Rusiya hüquq müdafıəçiləri Viktor Sokiro
və Lidiya Tkaçenko öz hesabatlarmda ətraflı bəhs
etmişlər. V.Sokiro Göy məscidin mədrəsəsində
fəaliyyət göstərən İrəvan tarix muzeyində onun
əməkdaşı Qarik adlı şəxslə rastlaşır. Müəllif həmin
görüşü belə təsvir edir: “Mənim üçün bu görüş ona
görə yaddaqalan olmuşdu ki, mən görüş zamanı
ermənilərin nəinki azərbaycanlılara, hətta
müsəlmanlara, həm də onların abidələrinə olan açıq
dözümsüzlüyünü aşkar etdim. Mədrəsə və məscid çox
gözəl idi. Əvvəlcə yoldan keçən birisi
“müsəlmanlara” məxsus abidələrin şəklini çəkdiyim
üçün tənbeh etdi. Sonra isə Qarikin “Bütün bu
məscidləri sökmək olardı, heyif ki, indi olmaz,
qalmaqala səbəb olar” - sözləri məni “mat qoydu”.
Biz nə qədər çalışsaq da izah edək ki, bu, bəlkə də
İrəvan xanlığından qalan misilsiz yadigarm bir
parçasıdır, Qarikin heç eyninə də deyildi... Bax,
bunlan görərək biz “mədəni soyqınmın” təhliikəsini
hiss etdik. Gürcülərdə müsəlman abidələrinə belə bir
dözümsüzlüyü biz gönnədik, heç
azərbaycanlılarm da kilsələrə qarşı nifrətləri
yoxdur...”
1902-ci ildə İrəvan qubemiyasının statistika
komitəsinin İrəvandakı “Edelson” mətbəəsində
“İrəvan qubemiyasmın 1902-ci il iiçün yaddaş
kitabçası” çap edilmişdir. Həmin kitabında
göstərilir
ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki,
onlardan 7-si İrəvan şəhərindədir.
Ermənistan hökuməti 2007-ci ildə ölkə ərazisində
dini və milli azlıqlara məxsus olan və
Ermənistan hökuməti tərəfindən qorunan məbədlərin və
tarixi abidələrin siyahısım Avropa Şurasına
təqdim etmişdir. Həmin siyahıya Mesrop Maştos
küçəsi-12 ünvanında yerləşən Göy məscidin və
Xorhrdarani küçəsi-40 ünvanında yerləşən məscidlərin
adları daxil edilmişdir. Qeyd edilən siyahıda
Göy məscid İran məscidi kimi təqdim edilmiş, Abbas
Mirzə məscidinin isə qəfəsinin (skeletinin)
qomnduğu qeyd edilmişdir. Həmin ərazidə “Qlendale
Hills” tikinti şirkəti 14 mərtəbəli 18 bloklu
yaşayış kompleksi inşa etmişdir.
XIX əsr Avropa və ms səyyahlanmn və tədqiqatçılanmn
möhtəşəm və nadir memarlıq
nümunəsi adlandırdıqları İrəvan qalasındakı Sərdar
məscid-kompleksindən bir ovuc xarabalıgın
qalması belə, “mədəni” erməniləri çox narahat edirdi.
2014-cü ilin payızında erməni vandalları bir
gecənin içində Sərdar məscidinin qalıqlanm da yox
etmişlər. Biitün bunlar həmin ərazinin əzəli
sakinləri olan azərbaycanlıların mədəni irsinə olan
düşmən münasibətinin əyani təzahürü, erməni
vandalizminin bariz nümunəsidir.
Ermənistan hökumətinin 2015-ci il dekabrm 10-da
keçirilən iclasında Mesrop Maştos-12
ünvanmda yerləşən Göy məscid haqqında Mədəniyyət
Nazirliyinin təqdim etdiyi layihə müzakirə
edilmişdir. Qərara alınmışdır ki, Göy məscid və onun
yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız
olaraq 99 illiyinə İran İslam Respublikasının
Ermənistandakı səfırliyinə mədəniyyət mərkəzi kimi
təhvil verilsin.
Yuxarıda sadalanan faktlar siibut edir ki, təkcə
İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan cd
adlanan və özünü dünyanın sivil ölkəsi kimi
beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin
ərazisində azərbaycanlılara məxsus dini-tarixi
tikililərə, onların maddi irsinə qarşı, sözün həqiqi
mənasında, vandalizm aktları həyata keçirilməsi bu
gün də davam etdirilir. |