Erkən və son mərhələ orta əsrlərdə, eləcə də yaxm yüzilliklərdə
Bütöv Azərbaycanm qərb bölgələrinin
(Göyçə gölü və dağları hövzəsi,
Zəngəzur dağlıq ərazisi, Araz
çayı sahilləri, Ağrı dağının ətəkləri...)
tarixi keçmişi, təbii-coğrafi şəraiti,
kökənli müsəlman-türk əhalisinin
maddi-mədəni irsi və dini
dünyagörüşü, ictimai-sosial vəziyyəti
haqqında bu ərazilərə səyahət
etmiş italiyalı Marko Polonun
(1254-1324) "Marko Polonun kitabı"
(1298), iranlı coğrafiyaşünas
Əbül-Qasim İbn Xordadbehin
(820-912) "Yollar və ölkələr haqqında
kitab", ərəb yazıçısı, tarixçisi
və coğrafiyaçısı Şahabəddin Yaqut
əl-Həməvinin (1178-1229) "Ölkələr
haqqında lüğət", alman səyyahı
Adam Olearinin (1599-1671)
hazırladığı qlobusda (1654-1664-cü
illərdə) təsvir edilən ərazilərdə və
göstərilən toponimlərdə, rus tədqiqatçıları
S.M.Bronevskinin (1763-
1830) "Qafqaz haqqında yeni coğrafi
və tarixi məlumatlar" (1823)
və Y.A.Poxomovun (1880-1965)
"Azərbaycan tarixinin qısa kursu"
(1923)... əsərlərində həm də tarixi-coğrafi
dövlətçiliyimizlə bağlı mühüm
faktlar verilmişdir.
Azərbaycan
dövlət tarixçiliyində
orta əsrlər və sonrakı dövrlərdə
mövcud olmuş Eldənizlər (1136-1225-ci illər) və Səfəvilər (1501-1722-ci illər) dövlətlərinin əhatə etdiyi
Qərbi Azərbaycan regionunun
(Qarabağ dağlıq yaylası ilə Zəngəzur
dağlıq silsiləsinədək olar ərazilər,
Şahdağ (Şərqi Göyçə) silsiləsindən
Göyçə gölü istiqamətində Şərur-Dərələyəz
dağlıq silsiləsinə, Araz çayına,
Ağrı dağına və Gümrü şəhərinə
kimi uzanan geniş təbii-coğrafi ərazilər,
30 min kv.km sahəni əhatə etməklə)
1813-cü il oktyabr ayının 12-
də Murov dağının yamacında, İncəçay
çayı hövzəsindəki (indiki Goranboy
rayonuna aid) Gülüstan kəndində
(XI maddədən ibarət), 1828-ci il fevral
ayının 13-də Təbriz şəhəri yaxınlığındakı
Türkmənçay kəndində bağlanmış
(XVI maddəli) Rusiya (Romanovlar
hakimiyyəti) - İran (Qacarlar
sülaləsinin) dövlətləri arasındakı eyni
adlı mürtəcə müqavilələr hesabına
mütləq inzibati-siyasi baxımından
idarə edilməsi itirilmişdir.
XVIII əsrdə Qərbi Azərbaycan
ərazisi bütünlüklə Naxçıvan, Qarabağ
və Gəncə xanlıqlarının (Gəncə bəylərbəyliyinin)
əhatəsində yerləşən
İrəvan xanlığının, eləcə də Şəmşəddil
sultanlığının (1747-1801-ci illərdə,
sahəsi 4481,4 kv.km) inzibati-idarəetmə
sisteminə aid edilmişdir.
XIX əsrdə çar Rusiyasının Qafqaz
canişinliyinin idarəçiliyinə verilmiş
Azərbaycan hüdudlarının sərhəd xətlərinin
keçdiyi və 1918-1920-ci illərdə
Azərbaycan Cumhuriyyətinin
qərb bölgələrini əhatə edən tarixicoğrafi
ərazilər 1850-ci ildə tətbiq
edilmiş inzibati-ərazi bölgüsünə uyğun
olaraq İrəvan quberniyasının 7
qəzasınında (Aleksandropol-Gümrü,
mərkəzi Gümrü şəhəri; İrəvan, mərkəzi
İrəvan şəhəri; Naxçıvan, mərkəzi
Naxçıvan şəhəri; Sürməli, mərkəzi
İqdır şəhəri; Şərur-Dərələyəz, mərkəzi
Baş-Noraşen kəndi; Üçmüəzzin,
mərkəzi Sərdarabad kəndi və Yeni
Bəyazid, mərkəzi Yeni Bəyazid kəndi)
paylanmaqla təqribən 1,5 milyon
nəfərə qədər əhalini əhatə etmişdir.
1867-ci ildə Yelizavetpol (Gəncə)
quberniyasının yaradılması nəticəsində
Şuşa qəzasına aid olan Zəngəzur
mahalının torpaqları hesabına mərkəzi
Gorus şəhəri olmaqla eyni adlı qəza
yaradılır. Eləcə də, Naxçıvan qəzasının
tərkibindəki Mehri nahiyəsi
də Zəngəzur qəzasına daxil edilir.
Çar Rusiyasının
Tiflis şəhərində yerləşən Qafqaz
Hərhi Dairəsinin Hərhi Topoqrqfiya
hölməsi tərəfindən çap edilən "Cənuhi
Qafqaz,. 1903-cii U" xəritəsində
Qazax qəzasının qərh sərhəddi Göyçə
göliinün 5 km-dən keçməklə, Çubuqlu-
Toxluca-Ağhulaq kəndləri hoyunca
(hu kəndlər indi Qərhi Azərhaycan
əraz,isindədir) uzanaraq Şahdağ
zirvəsində (3216 m) kəsişirdi, hıı
hissə Çaykənd, Dilican, Əmir-Xeyir,
Çəmhərək, Gölkənd, Polad Ayrım
kəndlərini əhatə etməklə "İncə dərəsV'nin
qərh hissələrini, İncəsu çayının
mənhəyini tuturdu. Sonrakı mərhələdə
qəzanın Yuxarı Əskipara,
Sofulu və Barxudarlı kəndləri anklav
(əhatəsindəki ərazilərdən asılı olmayan
idarəetmə formasında) halında
Qaraqoyunlu (haylar 1938-ci
ildə adını dəyişərək Noyamheryan
qoymuşlar, 1995-ci ildən Tavuş vilayətinə
(mərzliyinə) daxildir) nahiyəsi
daxilində saxlamlmış, idarəetməsi
Qazax payonuna aid olmuşdur.
Eyni hal, Şərur rayonunun (hazırda
Sədərək) Kərki inzibati-ərazi vahidinə
(19 kv.km) də şamil edilmişdir.
Bu yaşayış məntəqəsi 1990-cı ildə
Ermənistan Respublikasının silahlı
qüvvələri tərəfindən zəbt edilərək
adı dəyişdirilmiş, Tiqranaşen kəndi
kimi Ararat vilayətinə daxil edilib.
1920-ci ildə İrəvan quberniyası
(Naxçıvan və Şərur-Dərələyəz qəzalarının
qərb hissələri istisna olmaqla)
və Zəngəzur qəzasının qərb hissəsi
yeni yaradılmış Ermənistan Respublikasının
yaradılması naminə Azərbaycan
Respublikasının idarəçiliyindən
çıxarılmış, inzibati-coğrafl sərhədləri
zorla dəyişdirilmişdir.
Qərbi Azərbaycanın inzibati-ərazi
bölgüsü (indiki Ermənistan Respublikası
ərazisi) 1920-1928-ci illərdə 10
qəzaya və 1929-cu ildə 5 dairəyə
(Zəngəzur, Lori, Sevan, Leninakan,
İrəvan) ayrılsa da, 1930-cu ildən 36
rayon yaradılmışdır.
Hazırada bu region 11 vilayət (əvvəlki
adlar dəyişdirildiyindən toponimlər
yabançı dildədir: Araqatc -
mərkəzi Aştarak şəhəri; Ararat - Artaşat
(Qərbi Azərbaycanın Araz çayı
yaxınlığındakı ən
qədim, yaşı iki
min ilə çatan Qəmərli
şəhərinin
dəyişilmiş adı)
şəhəri; İrəvan -
İrəvan şəhəri;
Armavir - Armavir
(1932-ci ilədək
Sərdarabad
adlanıb, İrəvan
vilayətində ən
hündür Alagöz
dağının (4090 m,
adı dəyişdirilərək
"Araqats"
qoyulub) ətəyində
yerləşir, 1992-
ci ilədək Oktamberyan) şəhəri; Vayots-
Dzor (Dərələyəz toponiminin
dəyişdirilmiş halı) - mərkəzi Yexeqnadzor
şəhəri; Syünik - Qafan şəhəri;
Şirak - Gümrü şəhəri; Tavuş - İcevan
şəhəri; Kotayk - Razdan (Zəngi çayı
sahilində salınan Aşağı Axta kəndi
adlanıb 1959-cu ilədək) şəhəri; Qeqarkunik
- Vardenis (1969-cu ilədək
Basarkeçər adlanıb) şəhəri; Lori -
Vanadzor (1935-ci ilədək Qarakilsə
adlanıb, 1935-1992-ci ilədək Leninakan)
şəhəri) daxilində 53 inzibati-icma
formalı idarəetmə sistemi tətbiq
edilir.
Təbii-coğrafi yerləşmə
xiisusiyyətinə görə Qərhi Az,ərhaycan
regionu (Ermənistan Respuhlikasının
1995-ci ildən sonra təthiq
etdiyi inzihat-əraz,i hölgiisü haxımından)
Gürciistan Respuhlikası
(Tavıış, Lori və Şirak vilayətləri üz,-
rə) , Tiırkiyə Cumhuriyyəti (Şirak,
Armavir, Araqats və Ararat vilayətləri
hoyunca), Naxçıvan Muxtar
Respuhlikası və İran İslam Respuhlikası
ilə (Ararat, Vayots-Dzor və
Syiinik vilayətləri hüdudlarında)
həmsərhəddir.
Ayrı-ayrı oroqrafik relyef və hidroqrafik
şəbəkə müxtəlifliyinə görə
qeyd edilən bu sərhəd qonşuluğunda
yerləşən Qarabağ dağlıq yaylası (Dəlidağ
zirvəsi, 3616 m) və Zəngəzur
dağlıq silsiləsi (Qapıcıq zirvəsi, 3906
m) Mehri, Qafan, Gorus nahiyələrini
(indiki Syünik vilayəti) əhatə edir,
cənubundan isə Araz çayı axır (120
km məsafədə), Şahdağ silsiləsinin
qərb yamacları ilə Göyçə gölü (Qərbi
Azərbaycanda ən hündür (1926 m)
dağ gölü, ən dərin yeri 78 m) və dağı
hövzəsi Basarkeçər nahiyəsini (adını
dəyişib Qeqarkunik vilayəti qoyublar),
Şərur-Dərələyəz dağlıq (Kükü
dağı, 3120 m) silsiləsinin şimal, şimal-
qərb hissəsi Araz çayı ətrafını,
Ağrı dağının (Anadolu yaylasının ən
hündür yeri, 5165 m) vadisini, Ağbaba
və Şirəel mahallarını (hayca Vayots-
Dzor və Ararat vilayətləri adlanır)
tutur. Türkiyə Cumhuriyyəti ilə
Qərbi Azərbaycan regionu (Armavir,
Araqats və Ararat vilayətləri boyunca)
Araz çayı və Ağrı dağı ilə sərhədlənir.
Qərbi Azərbaycan
hüdudlarında,
mərkəzi hissədə iri oroqrafik relyef formaları sırasında Arazboyu
Ağrıdağ vadisi (haylar Ararat düzü
adlandırıb), Pəmhək (Hamamlı aşırımı,
2375 m; Şiş Əhməd (haylar
Tejler adlandırıb) zirvəsi, 3101 m),
Göyçə dağlıq silsilələri (Acıdağ zirvəsi,
3597m) və Basarkeçər silsilələri
(Çaxırlı yaylası, Basarkeçər zirvəsi,
3521 m; sonuncu iki silsiləni Səlim
aşırımı, 2410 m ayırır) xüsusilə
səciyyəvidir.
Qərbi Azərbaycan ərazisi cənubqərbdən,
cənubdan xarici ölkələrdən
Türkiyə Cumhuriyyəti və İran İslam
Respublikası (Mehri dağlıq silsiləsi,
3256 m; Araz çayı boyunca), şimalda
isə Gürcüstan Respublikası ilə (Borçalı
yaylası, Çətin dağı, 2243 m) hüdudlarında
qonşuluq yaratmışdır.
Göründüyü kimi, regionun təbii-coğrafi
şəraitinin mürəkkəbliyi və
zənginliyi ərazinin tarixi, ictimai-iqtisadi,
beynəlxalq strateji əhəmiyyətinin
qiymətləndirilməsi baxımından
mühüm əhəmiyyət kəsb
edir.
Təbii şəraiti, coğrafi mövqeyi və relyefi
Qərbi Azərbaycanın inzibati-coğrafi
sərhədlərinin ümumi uzunluğu 1570 km-dir. Bu
hüdudlar Şahdağ silsiləsi-Qarabağ dağlıq yaylası
boyunca şərqi Azərbaycanla 996 km, cənubdan cənubi
Azərbaycanla 44 km (Araz çayı boyunca), Türkiyə
Cumhuriyyəti ilə (İqdır və Qars vilayətləri ilə
həmsərhəd 311 km, Gürcüstan Respublikası ilə (dağ
Borçalı yaylası ilə) 219 km məsafədə qonşudur.
Ərazinin 4,7%-i su, 95,3%-i quru hissələrindən
ibarətdir.
Təbii-coğrafi şəraitinə görə əlverişli landşaft
örtüyünə, oroqrafik relyef quruluşuna, morfoloji
struktur örtüyünə malik olan Qərbi Azərbaycan
ərazisində aşağıdakı geoloji-geotektonik və təbii
struktur vahidlərini ayırmaq olar:
-Zəngəzur dağlıq silsiləsinin şərq hissəsi (Qaladaş
və Bəyboğan sıra dağları);
-Arazboyu düzənlik (Mehri-Nüvədi vadisi);
-Bazarşay hövzəsinin müsbət relyef formaları (Üçtəpə
silsiləsi (Qızılboğaz zirvəsi, 3558 m), Qısırdağ
silsiləsi (Ağdaban zirvəsi, 3107 m);
-Göyçə gölü hövzəsi (Qərbi Azərbaycanın ən böyük
gölü, sahəsi 1240 kv.km, 1898 m yüksəklikdə tektonik
mənşəli Göyçə gölü ətrafındakı dağ silssilələri –
cənub hissədə Canıyandıq dağı (Tuluca zirvəsi, 3597
m); Göyəm dağı (3597 m), günbatanda Əhməngən dağı
(Qızıldağ zirvəsi, 3610 m); Göyəm-Basarkeçər
vulkanik yüksəklikləri);
-Dərələyəz dağlıq silsiləsinin şimal ətəkləri (Zəngi
və Vedi çayları hövzəsindəki silsilələr-Gərni dağı,
Zəngi yayalası, Ağrıdağ vadisi);
-Ağbaba yayalası və Şirəel vadisi; İncəçay hövzəsi
(Dilican vadisi, Borçalı dağlıq yaylasının cənub
ətəkləri);
Avropa qitəsənin cənub hissəsi boyunca fəal seysmik
qurşaq kimi Sakit okeana qədər uzanan Alp-Hilmalay
geosinklinal qurşağının tərkib hissəsi olan Kiçik
Qafqaz dağlıq silsiləsi (Zəngəzur və Dərələyəz
dağları), Qarabağ vulkanik yaylası, Borçalı yaylası,
Göyəm dağları… Qərbi Azərbaycan ərazisinin 70
faizini, bu dağlıq yayla və sıra dağlar arsındakı
düzənlik-vadiləri isə 30 faizə qədər hissəni tutur.
Ərazi beynəlxalq-kürəvi coğrafi koordinat sisteminə
uyğun olaraq 38 dərəcə 50 dəqiqə – 41 dərəcə 20
dəqiqə şimal enliklərini və 43 dərəcə 40 dəqiqə – 46
dərəcə 30 dəqiqə şərq uzunluqlarını əhatə edir.
Coğrafi relyef-ərazi yerləşməsi baxımdan Qərbi
Azərbaycan şimal-qərbdən cənub-şərqə doğru 360 km,
qərbdən şərqə isə 200 km məsafədə uzanır. Bölgənin
hündür nöqtələrindən biri, Zəngəzur dağlıq
silsiləsindəki Qapıcıq zirvəsi (mütləq hündürlüyü
3906 m, nisbi yüksəkliyi 1815 m) cənub hissədədir,
ən yüksək zirvəsi şimal-qərbdə Alagöz dağıdır (4090
m), aşağı hissə isə şimal-şərqdə Pımbək çayı (bu çay
Xramçayın sağ qoludur, ümumi uzunluğu 178 km, Qərbi
Azərbaycan ərazisində 152 km məsafədə axır)
yatağıdır (400 m).
Qapıcıq zirvəsinin şimal hissəsindəki Qazangöl
zirvəsi (3864 m) Naxçıvan Muxtar Respublikasının
Ordubad rayonu və Zəngəzur mahalı, Qafan nahiyəsinin
sərhəddində olmaqla Gilan və Oxçu çaylarının
suayrıcısıdır (Gilan çayı uzunluğu 53 km olmaqla
Ordubad rayonu ərazisindən, Oxçu çayı isə 85 km
olmaqla Zəngəzur rayonu ərazisindən Araz çayına
soldan qovuşurlar).
Oxçu çayı Qazangöl zirvəsi yaxınlığındakı Kurud
kəndi hüdudlarından başlayaraq bir sıra xırda dağ
çayları ilə birləşir (ən böyük çay Pircavidan çayı,
Oxçu kəndi yaxınlığında ona qovuşur), Keçiqayası
dağının güney ətəkləri boyunca axaraq Xustup (3202
m) və Həkəri yaylaları (Topağac dağı, 2010 m)
arasından mənsəbinə doğru uzanır.
Qərbi Azərbaycanın Mehri nahiyəsində Zəngəzur dağlıq
silsiləsinin şərqə və cənub-şərqə doğru bir neçə
qolları – Qaladaş (Lehvaz kəndi yaxınlığında, 3009
m) və Bəyboğan dağları (3220 m), Mehri dağ silsiləsi
(59 km məsafədə, Bacassar zirvəsi, 3256 m) uzanır.
Yer qabığının Alp-Qafqaz geosinkilinal qırışıqlığı
zonasında yerləşən, regionda seysmik fəallığı ilə
fərqlənən Qərbi Azərbaycan daha çox 7-8 ballıq
zəlzələ gücünə malik olmaqla tarixin müəyyən
dövrlərində güclü “dağəmələgəlmə prosesinə” məruz
qalmış, hüdudlarında yeni relyef formalarının
yaranması prosesləri davam etmiş (dağlar, dağarası
çökəkliklər, sınma zonaları, müsbət oroqrafik
vahidlər və böyük antiklinallar yaranmış) və bu
baxımdan regionu şərti olaraq 3 hissəyə ayırmaq
olar:
Şimal və şimal-qərb hissə, Gümrü- Göyçə -Pəmbək
tektonik sınma zolağı, uzunluğu 370 km, bu hissə özü
də cüt qola bölünür:
– qərbdə Göyçə-Pəmbək sınması, 260 km uzanmaqla
şərqə doğru keçməklə Kəpəz qalxma qurşağına qovuşur
(1139-cu ildə baş verən güclü zəlzələ bu qurşağı
bütünlüklə əhatə etmişdir);
-qərqdə Hunasər sınması (Gümrü-Ağrıdağ hövzəsini
tutur), uzunluğu 110 km, bu qurşaq e.ə. V əsrdə
güclü zəlzələyə məruz qalmışdır;
Qərb hissədə də iki zolaq ayrılır:
-nisbətən şimalda Keşişkənd-Duzkənd sınması (Qars
vilayətindən Arpaçayın aşağı yatağında yaradılmış
Arpaçay su anbarınadək bir sıra yüksəklikləri tutur
– Törəgən (2585 m), Alaca (2691 m), Afşar (2200 m),
Böyük Yağnı (2250 m), Kiçik Yağnı (1987 m), Üçtəpə
(1829 m), uzunluğu 150 km-dir;
-cənuba doğru Sarısu-Sarıqamış-Gərni sınması,
uzunluğu 350 km (Türkiyə Cumhuriyyəti ərazisinə də
istiqamətlənmiş, bu baxımdan Qars vilayətinin
Sarıqamış şəhəri fəal seysmik zonada yerləşir);
Cənub hissə, Zəngəzur-Bazarçay sınma zolağı
(Dərələyəz dağlıq silsiləsi (Küküdağ zirvəsi, 3131
m) daxil olmaqla), uzunluğu 230 km;
Yuxarıda qeyd edilən seysmik-tektonik antikilinal və
sinkilinal geoloji strukturların fəallığı,
Alp-Qafqaz-Himalay dağəmələgəlmə prosesinin
intensivliyi Qərbi Azərbaycan hüdudlarında (eləcə də
qonşu ərazilər daxil olmaqla) müxtəlif illərdə güclü
zəlzələlərin baş verməsi ilə nəticələnmişdir.
Dərələyəz hövzəsində 736-cı ildə baş verən güclü
zəlzələ 10 min nəfər insanın həyatına son qoymuşdur,
1679-cu, 1840-cı və 1937-ci illərdə İrəvan
şəhərində, 1679-cu ildə Gəni mahalında (7600 nəfər),
1931-ci və 1968-ci illərdə Zəngəzur mahalında,
1989-cu ildə Gümrü-Hamamlı zolağında 11 ballıq
zəlzələ çoxsaylı insan tələfatına səbəb olmuşdur.
Gümrü-Hamamlı zəlzələsində 6 m dərinlikli, 37 km
uzunluqlu çat yaranmış (Gümrü şəhərindən 35 km aralı
olan Nalbənd kəndindən qoyun otaran bir nəfər ora
düşüb, heç tapılmayıb), Gümrü şəhərində 14 min,
Hamamlı şəhərində 25 min nəfər həlak olmuşdur. Bu
zəlzələ ocağının koordinatları 40 dərəcə 59 dəqiqə
şimal en dairəsi ilə 44 dərəcə 11 dəqiqə şərq
uzunluğunun kəsişmə nöqtəsində, ocağı (hiposentri)
isə yer qabığının 10 km dərinliyində, səthdə
(episentrdə) gücü 10 bal, Gümrü şəhərində 9 bal
(ocaqdan 46 km aralıda), Qarakilsə şəhərində 8 bal
(21 km) olmuşdur.
Apraçay vadisinin orta hissəsində Araz çayının
qərbində Qars yüksəkliyində (1400 m), sol sahildə
isə Gümrü nahiyəsində 1926-cı ildə də dağıdıcı
zəlzələ baş vermişdir.
Ümumiyyətlə, XIX əsrin son onilliyində Gümrü-Hamamlı
ocağında 17 güclü zəlzələ olmuşdur (bu mərkəzə
yaxın, Arazın sol sahilindəki tarixi Alagöz vulkanik
dağı (4090 m) yaranması etibarı ilə tektonik
mənşəlidir və Qərbi Azərbaycanın ən yüksək
zirvəsidir).
Qərbi Azərbaycanın şimal hissəsində,
Gümrü-Göyçə-Pəmbək sınma zolağında yaranmış tektonik
sinkilinal hövzədə Qafqazda ən hündür Göyçə dağ gölü
(1898 m yüksəklikdə) yaranmışdır. Bu göldən başlanan
Zəngi çayı (141 km uzunluqda) Araz çayının sol
qolunu təşkil edir.
Fəal dağəmələgəlmə prosesləri nəticəsində (zəlzələ
fəallığı 7-8 baldır) gölün ətrafında bir sıra cavan
dağ sıraları uzanır: cənubda Gözəldərə dağı (3531 m,
bu dağın şərq hissəsində kiçik Allaçöl gölü də
tektonik mənşəlidir), Yamanqan dağı (3261 m),
cənub-qərbdə Göyəm sisliləsi (3597 m), cənub-şərqdə,
Sadanağ kəndi yaxınlığında Oğruca dağı (3327 m),
şimal-şərqdə, Sarıcallı kəndi yaxınlığında Kirgitdağ
(3067 m), şimalda Dilican və Cubuqli kəndləri
arasında Çobanoğlu dağı (2848 m), şimal-qərq hissədə
70 km məsafədə uzanan Pəmbək dağları (Taclar
zirvəsi, 3101 m), şimalda Bazum silsiləsi (Xələb
zirvəsi, 3016 m) ucalmaqdadır. Sonuncu dağ ilə
Ackəsər dağı (3196 m) arasında Qaraxaç aşrımı (2272
m) yerləşir.
Göyçə gölü ətrafı dağlarının su hövzəsinə enən
hissələrində kiçik sahələrdə tektonik-laqun mənşəli
çöküntülərdən ibarət düzən, vadi relyef formaları da
əmələ gəlmişdir: cənub-qərbdə Mənuçər vadisi
(Atamxan-Başkənd-Yeni Bəyazid kəndləri arasında),
cənub-şərqdə Məzrə vadisi (Böyük Məzrə kəndi
ətrafında).
Qərbi Azərbaycanın relyef strukturlarının,
makro-mikro relyef elementlərinin (ümumilikdə müsbət
qalxma formalarının) endogen (daxili) və ekzogen
(xarici) amillərin təsirinə məruz qalması
nəticəsində ayrı-ayrı hissələrdə müxtəlif
ölçülü-formalı dağarası çökəkliklər, yüksəkliklər və
tirələr, qalxmalar və sınmalar, bir-birindən fərqli
ekosistem kompleksi yaranmıdır.
Bu hal isə Qərbi Azərbaycan təbiətinin
özünəməxsusluğunu fərqləndirən əsas təbii amildir.
Hidroqrafik şəbəkə – Göllər… sututarlar…
Təqribən 100 min il əvvəl IV dövr
buzlaşmasından sonra yaranan isti dövr sərhədləri
boyunca Mərkəzi və Şərqi Asiyadan şimala doğru
miqrasiya edən əski türkdilli qəbilə-tayfa
birlikləri Anadır bərzəxindən keçərək Amerika
qitəsinin quzey-güney hissələrində məskunlaşaraq
dünyanın ilk sivilizasiya ocaqlarını (Meksika dağlıq
yaylasında, And dağlarında) yaratmışlar. Qədim
türkdilli xalqlardan olan yerli ink, pukin, aymara,
keçua tayfalarının müqəddəs bildikləri Titikaka gölü
təbiətin onlara ilahi payı kimi dünyada pak su
ehtiyatına (sahəsi 8372 kv.km) malik və yüksək dağ
gölü (3812 m yüksəklikdə) kimi məşhurdur.
Cənubi Qafqazın fəal seysmik Alp-Himalay
geosinklinal qurşağı daxilində yerləşən Qərbi
Azərbaycanın hidroqrafik şəbəkəsinin (buzlaqlar,
çaylar, göllər, sututarlar, yeraltı su hövzələri,
bataqlıqlar…) geoloji-struktur morfogenezisi bir
sıra fərqli xüsusiyyətləri ilə seçilir. Yəni,
ümumilikdə bu bölgənin təbii sututar-suaxar
yataqlarının əmələ gəlməsində tektonik-geoloji,
vulkanogen-sürüşmə, buzlaq-uçqun amilləri üstünlük
təşkil edir (dağ göllərinin mənşəyi, çay
yataqlarının stukturu, yeraltı suların temperaturu,
mineraloji tərkibi və yatım xüsusiyyəti, səth
sularının və bataqlıqların paylanması…baxımından).
Eyniliklə bölgənin istər Pəmbək, Gəyən, Şərqi Göyçə,
Basarkeçər dağlıq silsilələri əhatəsində yerləşən
Göyçə gölü olsun, istərsə də Şirəel-Cavahirli
platosunda yaranan Arpa gölü, ya da Zəngəzur
dağlarında, Qapıcıq zirvəsi (3906 m) yaxınlığındakı
Qazangöl-Yaşılgöl, Dərələyəz mahalında Buzxana
dağındakı Qanlı göl, ya da Pəmbək platosunda,
Xırdacalar dağının şimal-qərb hissəsindəki Ağçala,
Qoşa göl, Qafan nahiyəsində Üçeniş sututarı… heç
biri bu baxımdan istisnalıq təşkil etmir.
Ümumilikdə, Qərbi Azərbaycanda müxtəlif mənşəli
(tektonik, buzlaq, qalıq-relikt, bataqlıq, sürüşmə,
vulkanik…) və ölçülü 100-ə qədər, su ehtiyatı
təqribən 39,3 milyon kub metrə çatan göl və sututar
hövzə əmələ gəlmişdir.
Göyçə gölü nəinki Qərbi Azərbaycanda, Cənubi
Qafqazda, ümumən Qafqazda, eləcə də dünyada tektonik
mənşəli yüksək dağ gölləri sırasında təmiz su
ehtiyatına görə fərqlənən, Cənubi Amerikada, And
dağlarındakı məşhur Titikaka gölü ilə müqayisə
edilən təbii sututar kimi (1898 m yüksəklikdə olan)
qiymətləndirilir və “Qafqazın incisi” hesab edilir.
Azərbaycan xalqının VII əsr yaşlı əski yazılı
abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının
(2004-cü il nəşri, səh.80) “Qazan bəy oğlu Uruz
bəyin tutsaq olduğu boy”da belə bir cümlə işlədilib:
“Ox atduğum yerləri, qılıc çalub baş kəsdügüm
yerləri göstərəyim…Cızığlara, Ağlağana, Gögcə dağa
aluban çıqayın…”.
Şimal-qərbdə Pəmbək, şimal-şərqdə Göyçə, qərbdə və
cənubda Gəyən (eyni adda isə düzənlik Araz çayının
sol sahilində uzanır) və Basarkeçər dağları ilə
əhatələnən, 2776 kv.km sahə tutan Göyçə gölünə (orta
dərinliyi 26,8 m, ən dərin yeri 99 m) 28 çay
tökülür, ondan isə Zəngi çayı (70 km ) axaraq, Araz
çayına soldan qovuşur. Gölün hidroloji-bioloji və
geoloji-struktur tərkibinə görə fərqlənən iki
hissəsini – Böyük və Kiçik Göyçəni 5 km-lik ensiz
boğaz birləşdirir.
Gölə tökülən çaylar ətraf dağlardan axan bulaq
sularından əmələ gəlmişdir (Babacan kəndində Gur
bulaq, Dərəkənd kəndində Orucoğlu bulağı, Kərimkənd,
Başkənd, Paşakənd, Kosa Məhəmməd kəndlərindən axan
bulaq suları Nərədüz kəndində (bu kənd liman idi)
birləşərək gölə tökülür, Pəmbək kəndindən Pirverdi
bulağı, Həmzəli bulağı, Piyalə bulaq, Murtuzəli
bulağı, Toğluca və Ağbulaq kəndləri arasında axan
Cələçay, Hamarçay, Çaldaş dağından başlayan
Gözəldərə çayı…).
Yüksək dağ gölü kimi suyunun büllur, təmiz, saf
olması və mavi səmanın “güzgülənmiş” su səthində
bərq vurması, səma rənginin su aynasında əks
olunması Göyçə hidrotoponminin (“Göy, mavi rəngli
dəryaça” mənasında) yaranmasına səbəb olmuşdur. Hava
tutqun olanda onun rəngi “qaralır”. Sahil xətlərinin
girintili-çıxıntılı olması, su səviyyəsinin
artıb-azalması eyni adlı yarımadanın mövcudluğunu
şərtləndirir. Belə ki, 1923-cü ildən sonra gölün
suyundan suvarma əkinçiliyi üçün istifadə
edildiyindən (ətrafında taxıl, tütün əkinləri geniş
yer tuturdu) artıq 1931-ci ildən sonra onun
səviyyəsinin azalması müşahidə edilmişdir. Bunu
nəzərə alararaq, 1960-cı illərdə Basarkeçər, Pəmbək,
Çəmbərək və Kəvər nahiyələrinin müsəlman-türk
əhalisi yaşayan kəndlərin (Dərəkənd, Babacan,
Toğluca, Pəmbək, Ağbulaq, Cil, Ardanış, Şorca,
Ağzıbir, Ağqala, Bığlı, Hacı Muxan, Əyrivəng…)
vəsaiti və qüvvəsi hesabına Göyçə gölünün bütün
ətrafında, sahil zolaqlarında eni 800-1000 metrə
çatan meyvə-meşə ağaclarının və kol bitkilərinin
(ərik, alma, alça, qoz, şam, küknar, qarağac, xan
çınarı, iydə və akasiya ağacları, çaytikanı, qarağat
kolları…) qurşağı salındı ki, nəticədə su
səviyyəsinin azalmasının qarşısı alınmışdır.
Həmçinin, 1975-ci ildə Arpaçay çayından kanal
çəkilərək Aşağı Qaranlıq kəndindən gölə (cənub
hissədə) su axıdıldı.
Amma mürtəce hay kilsəsi 2004-cü ildə bu müqəddəs,
ilahi məkanın irfani-ruhani bütövlüyünə qara ləkə
saldı, sahilində murdar Ruhani akademiyası açmış və
kilsə inşa etdirmişdir, qədim Göyçə kəndi
ətrafındakı Göyçə yarımadasında (gölün
şimal-qərbində) Zəngi çayının (1927-ci ilə aid
1:84000 miqyaslı topoqrafik xəritədə Zəngi çayı
yazılıb) mənbəyi yaxınlığında, 1930-cu ilədək ada
olub, sonra su səviyyəsi aşağı düşdüyündən yarımada
yaranıb, sahəsi 0,95 kv.km-dir.
Bir tarixi faktı xatırladaq ki, 1918-1920-ci illərdə
hay-daşnak quldurları Göyçə gölündən 12 km
cənub-şərqdə yerləşən Şişqaya kəndinin cənubundakı
(4-5 km aralıda), Göysu kəndi yaxınlığındakı II-III
əsr yadigarı Ağkilsə məbədini dağıdaraq məhv etmiş,
əski yazılı və naxışlı qəbir daşlarını qarət edərək
İrəvana və Ü(i)çmüəzzinə aparmışlar.
Göyçə gölünün bir səciyyəvi geoloji-struktur
xüsusiyyəti də ondan ibarətddir ki, göl yatağında
2000-ə qədər bulaq qaynayıb gölə qarışır, təbii
tənzimləmə rolunu oynayır və göl suyunun təmizliyini
bərpa edir, qış aylarında buz qəbəqəsini əridərək
səthə axır (“bulaq suları buzu yeyir”). Ona görə də
göl səthi yanvar ayının 15-də martın 22-dək buz
bağlasa da (qalınlığı 1 m-dək), ayrı-ayrı yerlərdə
qaynayan bu sualtı çeşmələr 5 m diametr ölçüdə buzu
əridir, ordan asanlıqla balıq tutmaq olurdu.
Məşhur balıq növlərindən qızıl və qara xallı balıq,
ağ ətli “baxtəng” balığı, qara bığlı balıq (1 kq,
Bığlı kəndinə bitişik hissədə çox yayılmışdır), siqa
balığı (40 kq), Arpaçay suyunun töküldüyü yerdə karp
balığı… hətta qışda da tutulurdu.
Göyçə gölünün təbii, geoloji, hidroloji və ekoloji
özəllikləri onun əsrarəngiz mənzərəsi ilə bərabər
dəyərini artırdığından onun ekoturizm əhəmiyyəti
gündən-günə artmaqdadır. Ümumiyyətlə, ekoturizm
dəyərinə görə Qərbi Azərbaycanının bütün gölləri
əsrarəngiz ekomühitə malikdir.
Onlardan biri də Zəngəzur dağlıq silsiləsinin ən uca
Qapıcıq zirvəsindən (3906 m) şimalda, Qazandağ
hövzəsində, 3112 m yüksəklidə “Daşbaşı yaylağı”nda
yerləşən, “Gıhı dərəsi”nin şimal-qərb
qurtaracağındakı tektonik-buzlaq mənşəli
Qazangöldür, ətrafı həm də daimi buz örtüyünə
bürünüb. Bu göl Zəngəzur mahalının Qafan nahiyəsinin
Acıbac kəndndən şimal-qərbə 11 km aralıdır. Eyni
adlı hidrotoponim Tovuz rayonu ərazisində Ceyrançöl
düzündə olan relikt gölə də şamil edilir. Qazangölün
sahəsi 1,8 hektar, orta dərinliyi 10 m-dir.
Qazan dağ orotoponimi həm də antrotoponim kimi bu
yerlərdə əski Oğuz-Sak tayfalarının adını özündə
yaşadır. Belə ki, yuxarıda adı çəkilən “Kitabi-Dədə
Qorqud” dastanının “Salur Qazanın evinin
yağmalanması” boyunda (səhifə 188-202) bu yerlərin
coğrafi təsviri verilmiş, “ Qazan dağ” yer adının
“Qalın Oğuzun “dayağı” Ulaş oğlu Salur Qazanın
adınından yarandığına bir işarədir. Qazan (göl) dağ
həm də Qafan nahiyəsinin Həqəti kəndi ilə Ordubad
nahiyəsinin Nurgüt kəndləri arasında yerləşir.
Yüksək dağ gölü olduğundan onun ətəklərində bir sıra
bulaqlar (axırıncı kənd-Acıbacdan 2 km aralıdakı
“Çobanboğan” bulağı, Qızıl ağıl dağında “Yal çeşmə”,
Yuxarı Pürülü kəndinin “Çınqılın dibi” deyilən
yerdən axan “Göbəyin bulağı”…) yaranmış, onların
cuyu birləşərək Gıhı çayını (Oxçu çayının (bu çayı
Qapıcıq və Gecalan çayları əmələ gətirir) sol qolu,
bu çay da Qazangöldən başlayır) əmələ gətirmişdir.
Bu göl təbii mənzərəsinin gözəlliyi ilə yanaşı, həm
də Qərbi Azərbaycanın sakral guşəsi kimi
irfani-ruhani məkandır, “Qazangöl ocağı” ziyarətgah
kimi Zəngəzur və Naxçıvan mahallarının dini-irfani
ocaqlarından biridir.
Qərbi Azərbaycanın digər gölləri barədə növbəti
yazılarımızda.
P.S. Hay kilsəsi və ibtidai insan-hay sürüsü Göyçə
gölünü Sevan, Arpa gölünü Arpi, Qazangölü Qazanaliç,
Aygil gölünü Akna, Üçeniş gölünü Artsvanik…
adlandırır, hətta Laçın rayonunun inzibati-ərazisi
daxilindəki Qara gölə də “dil uzadaraq” ona Sevliç
deyirlər. Qədim Göyçə kəndinin adı 1842-ci ildə
dəyişdirilərək Yelenovka (Rusiya çarı I Nikolayın
qardaşının arvadı Yelena Pavlovnanın adına uyğun)
qoyulub, 1935-ci ildən sonra Sevan şəhəri deyilir.
Qismət YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin müəllimi |