Keçmiş zamanlarda Azərbaycan təkcə
indiki hüdudlarda deyildi. İndi Ermənistanın əlində
olan Göyçə mahalı da, yaxud sizin İqdırın
qarçısındakı Vedibasar, Zəngibasar, İrəvan xanlığı
da Azərbaycanın olubdur. Sizin ulu babalarınızın
əksəriyyəti oralardandır. İqdırda yaşayanlardan
soruşsan ki, kökün haradandır, hər on nəfərdən dördü
- beşi deyəcək ki, ya Zəngibasardan, ya
Vedibasardan, ya İrəvandan, yaxud Borçalıdan, ya da
Gəncədəndir, Naxçıvandandır. (Müzəffər Gəncə
bildirdi ki, mən gəncəliyəm, babam oradandır) Necə
olub ki, sən Gəncədən İqdıra gedib çıxmısan? Çünki o
məntəqə, o bölgə azərbaycanlılar üçün - Türkiyədə
azərilər deyirsiniz - azərilər üçün həmişə bir
məskən olubdur. Bunların tarixi kökləri var. İqdırın
Azərbaycana daha əziz olması və sevilməsi, bax bu
tarixi köklərəəsaslanır. Siz gəncsiniz, kitablar
oxuyursunuz, mən də bunların bir hissəsini
kitablardan bilirəm. Amma bir hissəsini şəxsi
həyatımdan bilirəm.
Heydər ƏLİYEV
Ümummilli Lider
Biz yaxşı bilirik ki, Ermənistan dövləti
tarixi Azərbaycan torpaqlarında yaranıb. Zəngəzur,
Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz
qayıdacağıq.
*****
İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti
yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan
insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur
mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona
görə, tarixi baxımdan da bu, bizim torpağımızdır.
*****
Biz tarixi torpaqlarımızı
da unutmamalıyıq və unutmuruq. Bu da gələcək
fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz
bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi
torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə
mahallarıdır. Bunu gənc nəsil də, dünya da
bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı -
bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi
sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir,
sərgilər təşkil olunur. Biz növbəti illərdə bu
istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif
yerlərində sərgilər, təqdimatlar keçirilməlidir.
Çünki İrəvan bizim tarixi torpağımızdır və biz
azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq.
Bu, bizim siyasi və strateji hədəfimizdir və biz
tədricən bu hədəfə yaxınlaşmalıyıq.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi
180 il bundan əvvəl Azərbaycan torpağı idi.
Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu,
gətirilmə etnosdur. bu etnosun yaşadığı "Ermənistan
Respublikası" adlanan ərazi isə Azərbaycan
torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət
də yaşayacaqdır.
Əziz ƏLƏKBƏRLİ
Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri,
Milli Məclisin deputatı
Qərbi azərbaycanlılar olaraq indiki Ermənistan
ərazisində itirilmiş hüquqlarımızı bərpa edəcəyik.
Məlahət İbrahimqızı
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının
sədri,
Milli Məclisin deputatı
Bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi
180 il bundan əvvəl Azərbaycan torpağı idi.
Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu,
gətirilmə etnosdur. bu etnosun yaşadığı "Ermənistan
Respublikası" adlanan ərazi isə Azərbaycan
torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət
də yaşayacaqdır.
Yaqub MAHMUDLU
tarix elmləri doktoru, akademik
Qərbi Azərbaycan mövzusu mənə doğmadır. Mən ömrümün
bir hissəsini Qərbi Azərbaycan mövzusuna - indiki
Ermənistan toponimlərinin tədqiq edilməsinə həsr
etmişəm. Dünya bilməlidir ki, Ermənistan ərazisində
yerləşən və bu gün dünya ictimaiyyətinə "qədim
erməni abidələri" kimi təqdim olunan qədim yaşayış
məskənləri qalıqlarının, nekropol və kurqanların,
qala, saray və qəsrlərin, karvansara, körpü və dini
məbədlərin çox böyük əksəriyyəti Azərbaycan xalqına
məxsusdur...
Budaq BUDAQOV
akademik
Azərbaycanın maddi mədəniyyət nümunələrinin bir
hissəsi bu gün Qərbi Azərbaycan adlandırdığımız
indiki Ermənistan ərazisindədir. Lakin təəssüf ki,
bu abidələr tədqiqatçılarımız tərəfindən vaxtında
öyrənilməmiş və bundan istifadə edən həmin əraziyə
gəlmə ermənilər o abidələrin bir hissəsini məhv
etmiş, bir hissəsini isə erməniləşdirməyə
çalışmışlar. Lakin daşlara yazılmış yaddaşı pozmaq
və ya dəyişmək yadellilərə heç də həmişə nəsib
olmamışdır. Dünya bilməlidir ki, "qədim erməni
mədəniyyəti" deyilən bir anlayış kökündən uydurmadır
və Qərbi Azərbaycan ərazisindən tapılıb dünya
ictimaiyyətinə sırınan bütün yeraltı və yerüstü
maddi mədəniyyət nümunələri əslində Azərbaycan
xalqına məxsusdur...
Vəli ƏLİYEV,
tarix elmləri doktoru, professor
Qərbi Azərbaycanda
daş kitabələr, memarlıq abidələri məzar daşları
üzərində yaşadığımız torpağa bizə vətəndaşlıq hüququ
verən pasportlarımızdır. Bu abidələr ermənilərə "bu
torpaqda mənim babam yaşamışdır, səninki yox"
deməkdir.
Məşədixamm NEMƏT
tarix elmləri doktoru
Qərbi Azərbaycan ərazisi Azərbaycanın tarixi
torpaqları olmaqla, buradakı qədim və orta əsrlər
maddi mədəniyyət nümunələri də xalqımıza məxsusdur.
Lakin Sovet dövründə həmin abidələri Azərbaycan
abidələri kimi tədqiq etmək obyektiv səbəblər
üzündən mümkün olmadığından ermənilər də onları
özlərininkiləşdirmək, dünyaya öz abidələri kimi
təqdim etmək yolunda xeyli irəli getmişlər.
Süleyman MƏMMƏDOV,
tarix elmləri doktoru, profcssor
|