Yaşıl meşələr, meyvəli-çiçəkli bağlar qoynunda
yerləşən, möhtəşəm qala divarları və qüllələri,
imarətləri, karvansaraları, məscidləri, şəbəkəli
hamam və meydanları ilə tanınan İrəvan şəhərinin
Xan sarayı saysız-hesabsız nəğməli, sözlü musiqi
məclislərinə, dəbdəbəli ziyafətlərə, saz və söz
gecələrinə şahidlik etmişdir. Saraya ən nüfuzlu şair
və alimlər, məşhur xanəndə və sazəndələr, ustad
aşıqlar dəvət olunur, xanın və onun qonaqlarınm,
rəsmi elçilərin, səfirlərin qarşısında
çalıbçağırırdılar.
Sənətə və sənətkara dəyər verən İrəvan sərdarı
sarayın yay köşkündə tez-tez musiqi
məclisləri təşkil edir, “istirahətinin şən saatlarmı
məhz burada” keçirirdi. “ 1673-cü ildə İrəvanda
olan fransız səyyahı Jan Şarden “Səyahətnamə”
əsərində Sərdar sarayında Qulam şahın (o, şahın
İrəvanda elçisi idi) şərəfınə verilən rnusiqi
məclisini təsvir edir. Şardenin sözlərinə görə,
güləşçilərm
yarışma səhnəsindən sonra həyəti çadırlarla örtdülər,
gözəl xalılarla bəzədilər, sonra böyük
musiqiçilər və rəqqasələr dəstəsi gətirdilər. Avropa
səyyahı yazır: “..onlar iki saatdan artıq səhnədə
oldular və heç kəsdə darıxma hissi yaratmadılar.
Hökmdar bütün bu vaxtı onlara tamaşa etdi, şahın
elçisi ilə, məclisdəkilərlə söhbət etdi və məni
Avropa haqqında danışmağa vadar etdi. Ətraf
əyalətlərin hakimləri də şah saraymda olduğu kimi,
bu ciir xidmətçilərə malikdirlər. Musıqıçı və
rəqqasələr də qulluqçular zümrəsinə aiddir. Şərqdə
əylənmək və ya bir-biri ilə xoş rəftar etmək
xatirinə rəqs etmək adəti yoxdur. Onlarda rəqs
həmişə incəsənət kimi mövcud olub, bu mənada
Avropa teatr sənətinə bərabərdir... Musiqiçiləri və
rəqqasələri mimlər və ya məzhəkəçılər saymaq
olar, daha doğrusu, onların göstərdikləri tamaşa
onların operasıdır”.3 J.Şardenın Sərdar sarayında
keçirilən musiqi məclisini təsvir etməsi və onu
operaya bənzəüııəsi bır daha İrəvanın musıqı
həyatınm yüksək səviyyəsindən xəbər verir. Səyyahın
yazdıqlarma görə, bu, tək musıqılı-poetık
məclis deyil, səhnələşdirilmiş, üç hissədən ibarət,
“məhəbbət mövzusunda” böyük bir musiqili
tamaşa idi (çalğı ilə müşayiət olunan rəqslərin,
solo və birgə (xor) oxumanm, şeınn, teatr
ünsürlərinin və s. qovuşduğu). Çox yəqin ki, bu
tamaşa sehirlı və füsunkar Şərq nağıllarmı
xatırladırdı: naxışlar, bəzəklər, hörüyə bənzər
zəncirələrlə dolu olan möhtəşəm Sərdar sarayı,
heyranedici incə tikilişə malik, günəşin şüalarından,
gecələr şam ışığından bərq vuran guzgülu-
şüşəbəndli salon, mərmər hovuzlar, fəvvarələr,
əsrarəngız gullər və çıçəklər, uçuşan rəngarəng
quşlar, cəh-cəh vuran bülbüllər, xoş avazla çalıb
çağıran xanəndə və sazəndələr, işvə ilə süzən gözəl
rəqqasələr... Belə bir mənzərə Şardeni məftun etməyə
bilməzdı.
Qeyd edək ki, əsliııdə, operanın yaranması ideyası
da musiqiçi, şair, sənətsevərlərin toplaşdığı
məclislərdə (kamerata), XVI-XVII əsrlərin
kəsişməsində İtaliyanın Florensiya şəhərində
yaranmışdı İlk dövrlərdə bu tamaşalar “dram musiqidə”
(dramma per musica) adlanırdı. Hətta ilk
opera sayılan “Dafna” operası “musiqili nağ.l” (favola
in musica) kimi təqdım olunmuşdu və indiki
anlamda “opera” deyildi. XVII əsri isə janrın
formalaşması, inkişafı, yayılması dovru və butun
Avropada ilk italyan operalannm hökmranhq etdiyi
mərhələ kimı dəyərləndirmək mumkundur.
1673-cü ildə isə Fransada, Jan B.Lüllinin, rəqslərin
üstünlük təşkil etdiyi yalnız bir operası
yaranmışdı. Bu baxımdan, Şardenin təsvir etdiyi
musiqili tamaşanı “onların operası” adlandırması
müəyyən assosiativ təsəwürlərdən, nağıl-səhnələrə
bənzər ünsürlərdən irəli gəlirdi.
Musiqi təkcə xan sarayında - İrəvanda deyil, “ətraf
əyalətlərdə” də səslənmiş, eləcə də, xalqın
gündəlik həyatının ayrılmaz parçası olmuşdur. İrəvan
və onun ətraf mahallarında musiqi sənəti bir
neçə istiqamətdə inkişaf etmişdir:
Xanəndə və sazəndə ifaçılığı sənəti. Azərbaycanın
bir çox iri şəhərlərində saray musiqi həyatı
bərq vuran cah-calalı, təmtərağı, sevilən
sənətkarları, tamaşa tipli musiqi və şeir gecələri
ilə məşhur
idi. Bu haqda “Azərbaycan musiqi tarixi” kitabında
müəyyən məlumatlar vardır: ozanların “hələ
Atilla dövründə və Atilla saraymdan başlayaraq,...
qopuzları ilə saraylarda... bahadırları tərənnüm”
etməsi, Nizaminin poemalarında saray məclislərinin
poetik təsviri və Gəncə şəhərini Şərqin
mədəniyyət mərkəzi kimi tanıtması, 1377-ci ildə
Təbriz sarayında Soltan Hüseynin yanında
Ə.Marağainin qələbə çaldığı elm və sənət məclisi,
Ambroco Kontarininin Uzun Həsənin saray
musiqiçiləri haqqında yazıları, Əmir Teymurun
Səmərqənd və başqa şəhərlərə, Sultan I Səlimin
Osmanlı sarayma məşhur azərbaycanlı musiqiçiləri özü
ilə apannası, Şah İsmayılın saz alətini
saraya gətirərək keçirdiyi ədəbi-bədii məclisləri,
Təbriz miniatür məktəbinin azərbaycanlı
rəssamlarımn saray musiqi ziyafətlərinə həsr olunmuş
məşhur rəsmləri və s.
Bu baxımdan, İrəvan şəhəri də istisna deyildi və
sarayda keçirilən musiqili gecələr bu ənənənin
məntiqi davamı idi. İrəvanın xan sarayınm mühüm
tərkib hissəsini xanəndə və sazəndələr təşkil
edirdi. Sarayda və ətraf əyalətlərin hakimlərinin
malikanələrində musiqiçilər dəstəsi saxlanılır və
xan sarayına xidmət edən təbəqəyə aid olunurdu.
Musiqiçilər dəstəsi, əsasən, kişi çalğıçılarından və
xanəndələrdən, həm də rəqqasə qızlardan ibarət idi.
Musiqiçilər xanın hörmətli qonaqları, elçiləri
qarşısmda çalıb-oxuyur, saray rəqqasələrinin
cazibədar rəqslərini öz çalğıları ilə müşayiət
edirdilər.
Xan saraymda güclü səsə, şaqraq zənguləyə malik,
geniş diapazonlu, zil səsli, sadə xalqın içindən
çıxan xanəndələr yaşayıb fəaliyyət göstərmiş, muğam
improvizasiyaları (“şeiri nəğmə kimi
oxuyan”), musiqili deklamasiyalar oxumuşlar.'’
Çalğıçılar tar, kamança, dəf, sənturda xanəndələri
müşayiət edir, dairə (böyük dəf), qaval, dümbək,
qoşanağara və digər zərb alətlərində şövqlə çalaraq
ehtiraslı saray rəqslərini bir qədər də
şölələndirirdilər. Onlar çox vaxt öz çıxışlarını
səhnələşdirilmiş
tamaşa şəklində qurur, rəqqasələr həm oynayır, həm
oxuyur (bəzən xorla) - musiqi, rəqs, şeir, teatr
elementləri (kökləri ilə xalq-meydan tamaşalarına,
mərasimlərə bağlı olan) bir-birini əvəz edirdi.
Sadə xalq arasında da bu sənətkarlar sevilir, el
şənliklərində çalıb-oxuyur, toy mərasimlərinə,
xüsusi
olaraq, muğam saatları da daxil edilirdi.
Xanəndə və sazəndə ifaçılığı sənəti neçə yüzilliklər
boyu durmadan inkişaf etmiş, görkəmli
mugam ustadlan sayəsində davam edərək xalq musiqi
yaradıcılığı, aşıq sənəti ilə qarşılıqlı əlaqədə
inkişaf etmiş və xalqın milli sərvətinə
çevrilmişdir. Məşhur Azərbaycan xanəndəsi, Avropa
musiqiçiləri
ilə eyni səhnəni bölüşən, bir çox şairlər tərəfmdən
vəsf olunan Ərdəbilli Səttar həyat və
yaradıcılığının bir hissəsini İrəvan şəhərində
keçirib. Onun xalq çalğı üçlüyünün tərkibində
ədəbi-musiqili məclislərdə, konsert proqramları ilə,
rəsmi qəbullarda, toy və el şənliklərində, şəxsi
imarətlərdə
ifası, çıxışları haqqında məlumatlar vardır. Səttar
qeyri-adi, fenomenal dərəcədə yüksək zil
səsi, geniş səs diapazonu, gözəl zəngulələri və
avazı ilə ona qulaq asanları məftun edib, dərin
həyəcan hissləri yaradaraq göz yaşlarına boğub.
Səttarla eyni dövrdə yaşayıb-yaradan
xanəndələrdən biri İrəvanlı Əli Əsgər olmuşdur. O,
məlahətli və güclü səsə malik, muğam sənətinin
bilicisi və mükəmməl ifaçısı kimi tanınıb, öz
məharətinə görə, Səttarla müqayisə edilib, onunla
rəqabət apara biləcək yeganə xanəndə hesab olunub.
Ənənəvi olaraq bu xanəndələr arasında sənət
rəqabəti olmuş, üstünlüyün Səttara verilməsinə
baxmayaraq, səsinin, biliyinin, ifasının gücü və
qüdrəti ilə, İrəvanlı Əli Əsgər adı və nüfuzunu
qoruyub saxlamışdır.
Bu dövrdə yaşayıb fəaliyyət göstərən İrəvan
xanəndələrindən biri də Cümşüd olmuşdur. O,
musiqiçilər arasmda ifaçılıq məharətinə görə
sayılıb-seçilmiş, xalq arasında böyük hörmətə malik
olmuşdur. Məşhur xanəndə Cabbar Qaryağdıoğlu da onun
səsini yüksək qiymətləndirmiş, İrəvanda
olarkən daim onunla görüşmüş, tinsiyyət qurmuşdur.
O, İrəvanda olarkən, ahıl yaşlarında yoxsul
vəziyyətdə yaşayan Cümşüdə kömək məqsədi ilə, onun
şərəfinə xeyriyyə konserti vermışdir. Cabbar
Qaryağdıoğlu Azərbaycanın, eləcə də, Cənubi Qafqazın
sevimli xanəndəsi kimi, İrəvan şəhərində
də məşhur olub, bir çox toy məclisləri, el
şənliklərində iştirak edib. “İrəvanda xal qalmadı
məşhur
mahmsım da məhz bu şəhərdə — toy məclisində “gəlin
tərifləməsi” zamanı bədahətən bəstələyib,
həmin il bu şəhərdə tarzən Şirin Axundov və
kamançaçı Qulu ilə biıiikdə konsert proqramı ilə
çıxış
edib. Onun İrəvandakı “Hürrəm” bulağı başında, böyük
izdihaın qarşısında çıxışı haqqında isə hələ
də əfsanələr dolaşmaqdadır. Cabbar Qaryağdıoğlunun
su şəlaləsi kimi axıb-coşan büllur səsinə,
şaqraq zəngulələrinə minlərlə insan — azərbaycanlı,
eləcə də digər xalqlaıın nümayəndələri qulaq
asmış, bu qeyri-adi mənzərə hamını məst etmiş,
ruhuna qida vermişdir. Ümumiyyətlə, Azərbaycan
xanəndə və sazəndələri - Sadıqcan, Şəkili Ələsgər,
Mirzə Muxtar və digərləri İrəvanda xalqın qarşısında dəfələrlə çıxış etmiş, muğaın və
təsnifləri, dəraməd və rəngləri, xalq mahnılarını
səsləndinnişlər.
Azərbaycanda XIX əsrin sonu-XX əsrin əwəllərində
bəzi xanəndələrin muğam ifa edərkən
poetik mətn üçün farsdilli şeirlər seçməsi daim
xalqın mütərəqqi nümayəndələrinin haqlı tənqidinə
məruz qalmışdır. İrəvan ziyalıları da Azərbaycan
dilinin inkişafı, təmizliyi məsələlən haqda
düşünmüş, nitqdə və ya ədəbi-poetik əsəıiərdə fars
və ərəb sözlərindən bol-bol istifadə olunmasına,
muğaınm fars dilində oxunmasına qarşı çıxmışlar. O
dövrlərdə İrəvanda çıxan mətbuatda, qəzet
məqalələrində bu məsələ ciddi şəkildə qaldırılır,
Azərbaycan dilində yazılmış poetik mətnlərə
üstünlük. verilməsi tövsiyə olunurdu. “Lək-lək”
satirik jumalında ‘ Dil məsələsi adlı məqalədə
deyilirdi: “Xanəndələrimiz üçün bu iş heç yaramaz
(Dəşti) və (Gərayı) mahnılai'inda oxunmağ uçun
türk ğəzəllərinin abda qalıtları yoxdur.
Xanəndələrimiz də fars ğəzəllərini səhih və boğazda
oxuduqlari iiçün dil məsələsinin ziddinə oiduğləri
məlumdur. Belə səhih oxuduqları ğəzəlləri də
türk ğəzəlləriylə dəgişəcəkləri aşkar bir işdir”. XIX yüzilliyin II yarısından etibarən bu məsələ
məşhur xanəndələrin yaradıcılığı nəticəsində aradan
qalxmışdır.
Aşıq sənəti. İrəvan şəhəri və onun yaxın ətrafı -
İrəvan çuxuru, eləcə də mahallarında, xüsusilə
də Göyçə mahalında çox zəngin bir mədəni irs -
saz-söz inciləri, çoxlu sayda aşıq havalan, dastan,
rəvayət, nağıl və s. toplanmışdır. Xalq deyimlərinə
görə, bu torpağın körpə balaları sazın səsi ilə
dünyaya göz açır, sazın laylası ilə böyüyüb-başa
çatır, özü ilə bu sehri bütün ömrü boyu yaşadır,
son mənzilə də onun sədaları altında köçüb gedir.
İrəvan şəhərində və onun ətrafındakı mahallarda
uzun əsrlər boyu aşıqlar el-el, oba-oba gəzib, gözəl
nəğmələr oxuyub, gözəlliyi, məhəbbəti
tərənnüm edib, dastanlar yaradıb, xalq
qəhrəmanlarını vəsf ediblər...
İrəvanm Kor Aşığı isə şəhərin yaraşıqlı imarətlərlə
cərgələnən küçələrində, güllü-bağatlı
meydanlannda, çayxanalarda, meyxanalarda,
karvansaralarda çalıb-oxuyur, ona qulaq asanları
sazın, sözün, havanın və öz səsinin, xoş avazınm
cazibəsinə salır, qəlbinin ən incə tellərini
oyadırdı.
Hər kəs bu havalara hakim kəsilərək, hər şeyi
unudub, sanki nəfəsini saxlayıb, söylənilənləri
içinə
çəkir, ilahi hisslərə qapanır, Dədə Qorqudun
qopuzunun, qədim oğuzlarm qəbir-kurqanlarmm,
Omür Babanın Qara quzeydəki tənha məzarmm müqəddəs
ruhuna, ulu səsinə-küyünə qovuşurdu.
Görkəmli rus alim-oriyentalisti, yazıçı-publisist,
diplomat və səyyah P.İ.Paşinonu heyrətə
gətirən, ovsunlayan da İrəvanda aşığın oxuduğu bu
havaların qüdrəti olub. O, 1877-ci ildə İrəvan
şəhərində eşitdiyi Azərbaycan xalq melodiyasını
yaddaşına həkk etmiş və dahi rus bəstəkarı M.P.Musorqskiyə ötürmüşdür. M.P.Musorqski isə
həmin havanı sözləri ilə birlikdə nota köçürmüşdür:
Bu bazar, Çarsu bazar, aman, aman ey,
İçindən bir kız çıxar, aman ey,
Əlində davat-kalem, aman, aman ey,
Dərdlərə dərman yazar, aman ey.
Çox təəssüf ki, 1939-cu ildə M.Musorqskinin
əlyazması çap olunarkən mahnmın sözləri musiqi
məmindən çıxanlıb, başlıqdakı “Zaqafqaziya-İrəvan”
yazısı isə saxlanılıb. Bundan sonra musiqi nümunəsi,
məhz bu sözlərə görə, İrəvanı erməni şəhəri bilən və
əsl həqiqətdən xəbəri olmayan russovet oxucusu üçün
“erməni mahnısı” olaraq tanınıb (və ya tanıdılıb) və
bir çox elmi ədəbiyyatda, M.P.Musorqskinin erməni
mahnısını nota köçürınəsi haqqında səhv məlumatlar
gedib. Son araşdırmalardan isə məlum olur ki,
M.P.Musorqski erməni deyil, məhz Azərbaycan xalq
mahmsını nota yazmışdır.
İrəvan və Göyçə aşıq mühitində yaranan “İrəvan
Çuxuru”, “İrəvan gözəlləməsi, “İrəvan
gəraylısı”, “Göyçəgülü”, “Göyçə gözəlləməsi”, “Göyçə
qaragözü”, “Köhnə Göyçə”, “Kəvəri” və s.
havaları bu yerlərin ab-havasını, saf insanların
duyğularını ifadə edən musiqili-poetik abidələrdir.
Sanki əbədi olaraq göy bürcütək sayrışan, ulduzlar
sırasına bənzəyən aşıqlar şəcərəsi də burada
yetişmişdir: Ozan Heydər (XV), Ozan İbrahim (XV),
Miskin Abdal (XVI), Ağ Aşıq (XVII), Aşıq
Alı (XVIII), Aşıq Ələsgər (XIX)...
“Yetim Aydın’' dastanı İrəvanda geniş yayılmış və
əski çağlara aid edilən dastanlardan biri
hesab olunur (XV əsr). Buradakı süjet xəttinə görə,
Yetim Aydın saz-söz ustadları - Dədə Qürbət,
Dədə Güclü və Dədə Heykəllə məhz İrəvanda görüşür.
Özünə güvənən Yetim Aydın bu qüdrətli
sənət biliciləri ilə yarışa girir, cəsarətlə
deyişmələr aparır, məharətini göstərir. Sənət
imtahanından
qalib çıxaraq, əsirlikdə olan, “yarışmada bağlanan”
39 aşığı azad edir... “Miskin Abdal və Sənubər”
nağılında Təbrizə yol İrəvandan keçir və ya “Aşıq
Alının Türkiyə səfəri” dastanında Aşıq Alı
(XVIII əsr) İrəvan şəhərinə gəlir və Mirzəli xanın
meyxanasında çalıb-çağırır, səsi-sorağı hər yerə
yayılır və bir neçə ay ərzində həmin karvansarada
böyük xalq kütləsi qarşısında oxuyur, sevimli
aşıq havalannı dinləyicilərin istəyi ilə dəfələrlə
səsləndirir. Bu şəhərdə Aşıq Alı dövrünün ustad
aşıqlarından olan Aşıq Duraxan və onun şəyirdi Aşıq
Səmədlə görüşür və onlarla yarışaraq qələbə
çalır. Bütün bunlar İrəvan şəhərini bir çox karvan
yollarının kəsişdiyi və aşıqlığın geniş yayıldığı
mühüm mədəni-ticari, mərkəzi şəhər kimi xarakterizə
edir.
İrəvan şəhərində ən sevilən və aşıqlar tərəfındən
nəql edilən dastanlardan biri məhz “Koroğlu”
dastanı olmuşdur. Heç təsadüfı deyildir ki,
Koroğlunun ilk yazılı nümunələri də məhz İrəvan
şəhərinin adı ilə bağlıdır. Belə ki, 1830-cu ildə
“Tiflisskie vedomosti” qəzetində “Koroğlu” dastanmm
bəzi epizodlannı əhatə edən yazı dərc olunur. Burada
Koroğlu “xeyirxah quldur” olmaqla
bərabər, “İrəvan sərdarı” kimi təqdim edilir və ya
İ.Şopen Koroğlu dastanmı ilk dəfə İrəvanda
yaşadığı dövrlərdə yerli aşıqlardan eşitmiş, bu
maraq “Koroğlu - tatar (Azərbaycan - İ.K.) əfsanəsi”
adlı jumal məqaləsinin yazılması ilə
nəticələnmişdir.
Hər iki nəşr, bir daha İrəvan aşıq mühitinin əsl
panoramını üzə çıxarır və dastanı İrəvanın musiqi
məclislərində, dastan axşamlarında, aşıqların
repertuarında möhkəm kök salmış olduğunu göstərir.
Eyni zamanda İrəvan şəhərini və onun ətraf
mahallannı Koroğlu yurdu, Koroğlu məskənlərindən
biri kimi təqdim edir, Koroğlunun bir qəhrəman kimi
bu yerlərdə “at oynatması”, sevilməsi, hökmranlıq
etməsi fıkrini yaradır (Çənlibel dağı, Qoşabulaq,
Qıratın və Düratın Göyçə gölündən çıxması ilə bağlı
söylənilən əfsanələr və s.ls) Koroğlu dastanı öz
əzəməti və möhtəşəmliyi ilə daim Qərb alimləri və
mütəxəssislərini özünə cəlb etmiş, bu gün də
“Koroğlu” havaları məna və məzmun dərinliyi, sözün
və musiqinin qırılmaz bağlılığı, melodik və poetik
gözəlliyi, emosional təsir qüvvəsi və qüdrəti ilə
bədii sənət dəyərini saxlamaqdadır. İrovanda
“Koroğlu” dastanı ilə yanaşı, “Əsli- Kərəm”, “Aşıq
Qərib”, “Abbas-Gülgəz”, “Şah İsmayıl” dastanları,
“Xurşud və Mehri”, “Şahmar Əli”, “Ərəb qızı”,
“Tutuquşu” və s. kimi rəvayət və lətifələr də
sevə-sevə dinlənilib.
Nəşrlərlə bağlı İrəvan gimnaziyasının müəllimi
S.Zelinskinin məqaləsi də diqqət cəlb edir. O,
Aşıq Valehin 24 bənddən ibarət “Vücudnamə”sini
(“Əwəl-axır”) ennəni aşığının adına yazmış və
erməni folklor nümunəsi kimi təqdim etmişdir. Şeirdə
bir insanın həyatı - doğulduğu andan
başlayaraq 100 yaşınadək ömrü təsvir olunur. Şeirdə
janra xas olan, İslam dini ilə bağlı görüşlər, bir
sıra özəl cəhətlər - Zəmzəm suyu, Sirat körpüsü və
s., Azərbaycan xalqına xas adət və ənənələr
ifadə edilir. Bütün bu təsvir olunanlar, erməni
yalanmı bir daha üzə çıxarır. Bir qədər də irəliyə
gedək. Fikrimizcə, “Vücudnamə”lərin qaynaqları qədim
dövrlərə - türklərin tannçılıq
dünyagörüşiinə gedib çıxır: Orxon-Yenisey yazılarım
- “Kültigin” daş kitabəsini yada salaq.
Kitabədə Kiiltiginin 7 yaşdan 47 yaşa kimi - ölümünə
kimi keçən həyatı qısa şəkildə daş abidəyə
yazılıb. Onun 7, 10, 16, 21, 26, 27, 31, 47 yaşında
göstərdiyi igidliklər, keçirdiyi döyüşlər, ələ
keçirdiyi torpaqlar, var-dövləti, ölümü və s.
haqqında salnamə daşlara həkk olunub. Yazıda kağan
haqqında “Tanrıtək göylərdə doğuhnuş türk müdrik
kağam”, Kültiginin anası haqqında “Umaytək
(ana tanrı) anam xatun” ifadələri keçir. Kitabə
Kültigin haqqında “göylərdə diri edilənəcən...”
sözləri ilə tamamlanır və onun öliimündən sonra
Tanrıya qovuşması fıkrini ifadə edir. Göründüyü
kimi, zaman keçdikcə, məzmun, fonna və struktur
dəyişsə də, nəql nəzmlə əvəz olunsa da, əsas
bədii ideya - ana xətt qorunub saxlanılıb və indi də
aşıq vücudnaməsini daş kitabələrə aparan yolun
izləri aydın şəkildə görünməkdədir. Çünki
Bilqamısın əbədi həyat axtanşmda Gündoğana səfəri
bu qədim diyardan keçib, Nuh Peyğəınbərin oğlu
Yafətin (Yafəsin) Türküstana getdiyi yol - türkün
yolu bu torpaqlardan baş alıb.
Onu da qeyd edək ki, S.Zelinski erməni aşığınm
Azərbaycan dilində yazmasım onların uzun
əsrlər türk əsarətində yaşaması ilə əlaqələndirir.
Bunu İ.Şopen də öz məlum kitabında qeyd edir və
həmin səbəbdən ermənilərin öz milli mədəniyyətinin
olmadığmı, mahnı və rəqsləri “tatarlardan”
(azərbaycanlılardan) əxz etdiklərini yazır (Bu
məqamda Moisey Xorenskinin “...indi olduğu kimi,
keçmişdə də qədim ermənilərin elmə və şifahi xalq
mahnılarına sevgisi olmayıb” sözləri də yada
düşür). Qeyd edək ki, bu, əsassız bir arqumentdir.
Hər hansı bir xalqın əsarətdə yaşaması onun öz
dilində milli bədii sərvət yaratmasına mane olan
səbəb ola bilməz. Öz dərd-sərini iç diinyasına
yansıdan, bütün ağrı-acısını ağı və ağlamalara,
bayatılara, nəğmələrə, dastanlara çevirən
Azərbaycan xalqının yaşadığı tarix buna siibutdur.
Xalq-məişət musiqisi. İrəvan və onun ətrafı
“...Azərbaycanm tarixi folklor bölgəsi kimi...
zəngin xalq yaradıcılığı irsinə malik bir mühitdir.
İrəvan və İrəvan çuxurunun göyünü-yerini,
dağım-dərəsini, kəndini-şəhərini, hətta
daşını-çınqılım, gül-çiçəyini türkün vətən anlayışı
çərçivəsində təqdim edən, bu torpağa iddiamıza haqq
verən də onun etnoqrafıyası, toponiıniyası,
folklorudur”. İrəvan şəhərində, eləcə də İrəvan
çuxunı ərazisində çoxlu sayda folklor nümunələri
- atalar sözləri, zərbi-məsəllər, inanclar, alqış və
qarğışlar, tapmacalar, təmsilçiklər, andlar,
İrəvanla
bağlı və İrəvan sərdarı haqqında əfsanə və
rəvayətlər və s. toplanmışdır.Bunlar Azərbaycan
xalqınm həyata baxışları, adət və ənənələri, milli
dəyərləri, ən əsası İrəvan və şəhərətrafı mədəni
mühiti haqqında ən dolğun informasiya mənbəyidir.
Toplanan materiallar arasmda əməlc nəğmələri
- holavarlar, sayaçı sözləri, xırman nəğmələri,
mərasim-bayram nəğmələri, haxıştalar, bəhslər,
deyişmələr, laylalar, bayatı və ağılar da vardır.
Adları çəkilən bu lirik janrlar musiqi ilə bağlı
olan
sənət nümunələridir və ənənəvi olaraq, ədəbi folklor
musiqi folkloru ilə qoşa addımlamışdır.
Azərbaycan xalqı öz hiss və həyəcanmı, ən ülvi
duyğularım, ən müsbət insani keyfıyyətlərini, daha
çox ana və qızlar tərəfmdən oxunan layla, ağı,
bayatılarda - sadə, səmimi, bəzən hətta sadəlövh,
ürəyə yaxın doğma bir dillə musiqi səslərinə düzmüş,
qəlbəyatan gözəl nəğmələr ərsəyə gətirmişdir.
a) Xalq mahnıları içərisində - “Duma”, “İrəvanda xal
qalmadı”, ”Ciğey-cığey”, “Sara”,
“Quşum”, “Nadana məni”, “Demədimmi”, “Bəlkə yar
gələ”, “Buğdacan”, “A1 gətir”, “Sabah oldu”,
“Almanı dərən” və digər xalq mahmlan məhz bu mühitdə
sevilən havalardan olmuşdur.
b) Rəqslər. Azərbaycan el rəqsləri, oyun havaları
milli incəsənətimizin nadir inciləri
sırasındadır. Tam əminliklə söyləmək olar ki, milli
rəqslər xalqımızın ən müsbət keyfıyyətlərinin
ifadəsidir: mərd, cəsur, qorxmaz, əyilməz, ciddi,
dəyanətli kişi obrazı və zərif, gözəl, nazlı,
həyalı,
təmkinli, ləyaqətli qadın obrazı. Xalqımız
insanlarda görmək istədiyi, arzuladığı ən ali hiss
və
dəyərləri məhz rəqslər vasitəsilə ifadə etmişdir,
desək, məncə yanılmarıq. Çiyin-çiyinə, qol-qola,
əl-ələ, göz təması üstündə yaranan, birlik rəmzi
olan “Yallı”larımız....
İrəvanda “Yallı” rəqsləri daha çox kişilər
tərəfındən oynanılmışdır. Hələ Qobustan
qayalıqlarında rəsmi verilən “Yallı”larımız, qədim
oğuz-türklərinin yaşadığı bu ulu torpaqda dərin
kök salmış və indi oynamlan bu növ rəqslərin
xoreoqrafık xüsusiyyətlərindən demək olar ki,
fərqlənməmişdir; çoxlu sayda cavanlar əl-ələ tutaraq
dövrə yaradır, zəncir kimi bir-birinə bağlanır,
rəqsin giriş hissəsindən sonra, ayaq hərəkətləri ilə
rəqs etməyə davam edir, gah sağa, gah da sola
dövrə vurur, rəqs getdikcə coşur, qızışır, rəqsin
xasiyyəti dəyişir, rəqqaslar sərt, coşqun, bəzən
hətta
qəzəbli və hiddətli xasiyyət alırdı. Nağaraya vumlan
zərblə rəqs əwəlki axarına qayıdır, sonra isə
hər şey yenidən təkrar olunurdu.Yallıları
nağaraçı böyük nağaraya ağac dəyənəklə vurulan güclü
zərblərlə müşayiət edirdi. İrəvan yallılarında
ənənəvi olaraq, əlində dəsmal dəstəni irəli aparan,
yol
göstərən, mhlandıran yallıbaşı da iştirak edirdi: Yallı başı:
Bir lala xaş-xaşdı mənim sevdiyim,
İrəvanda bir şahzadə Leyli var,
Əsli qızılbaşdı mənim sevdiyim.
Kim nə bilir kimin kimdə meyli var.
İrəvanda və şəhərətrafı bölgələrin toy
mərasimlərində, el şənliklərində əksər xalq rəqs
havaları
- “Yallı” rəqsinin növləri kimi tanınan “İrəvan”
(“Dörd ayaq”), “Köçəri”, “Üç ayaq”, “Bətulla”,
“Tənzərə”, “Tello” və s., “İrəvan guşəsi” (“Köhnə
Xançobanı”), “Mirzəyi”, “Tərəkəmə”, “Onluq”,
“Qazı-qazı”, “Bağdagül”, “İnnabı” və d. rəqslər
oynanırdı. “Mağar toylarını toybaşı idarə edir,
meydan yaradır və gəncləri, qonaqları növbə ilə
oynadırdı. “Köçəri” oynayanlar iki kiçik addımdan
sonra atdıqları üçüncü addımda dizlərini azacıq
qatlayar, çökərmişlər. Buna görə də bu rəqsə
əvvəllər “Çökəri” deyilmişdir” . Həmin rəqs
elementi hal-hazırda milli xoreoqrafıyamn itirilmiş
elementlərindən biridir. İ.Şopen Azərbaycan
qızlarının oynadığı “Mirzəyi” rəqsini isə beiə
təsvir
edir. O yazır ki, azərbaycanlı qızları “əllərində
tutduqlan şaxşaxlarla, zərbi vurur; gah tez, gah
yavaş; bəzən musiqi səsi dayanır, rəqqasələr sanki
donub qalır; birdən, şaxşaxların tezləşən
şaqqıltısı altında, bütün bədəninin titrək hərəkəti
ilə və hallanmış vəziyyətdə irəli atılırlar; yalnız,
bir addımdan sonra yenidən sakit bir pəriyə
çevrilirlər, hansılar ki, yüngül və biçilmiş,
ahəngdar
hərəkətlərlə üzgün və ehtiraslı naz-qəmzəni ifadə
edir...” Görkəmli rəssam Mirzə Qədim İrəvani
(1825-1875) dümbəkdə çalan “Rəqqasə” şəklini bu
gözəl xammlann rəqsinin təsiri altında
çəkmişdir.
İrəvanda hal-hazırda unudulmuş bir xoreoqrafık rəqs
kompozisiyası da mövcud olmuşdur. Bu
- “Güvəng” adlanan, qadınların oynadığı saray rəqs
növlərindən biridir: rəqs cüt-cüt oynanılır və
cütlər qarşı-qarşıya, bir-birindən uzaq məsafədə
otururdular. Rəqqasələr, bardaş qururlarmış kimi
ayaqlarmı yığıb, bədən və qol hərəkətləri ilə rəqs
edirdilər; bəzən əlləri və barmaqlannı
şaqqıldadaraq ayağa qalxmadan dizləri üstə hərəkət
edərək bir-birinə yaxınlaşırdılar. Bu zaman
onların dizləri bir-birinə toxunmalı idi: “...onlar
özünün bədən hərəkətlərinə daha çox ehtiras və
canlılıq gətirir və qamətinin gözəlliyini üzə
çıxarır, rəqqasə, gah saçlan yerə dəyənə qədəı
başını
geriyə atır, gah da qabağa ataraq özünün alovlu
baxışlanm qalın saçlannm pərdəsi arxasında
gizlədir” . İndi bu rəqsin bəzi elementlərinə
digər milli rəqslərin tərkibində sezmək mümkündür.
c) Zurnaçılar dəstəsi. Xalq tərəfındən sevilən bu
çalğıçılar dəstəsinin əsas aləti, ənənəvi olaraq,
zuma və müşayiətçi qismində balaban aləti olmuşdur.
Bu dəstəyə çox vaxt böyük nağarada çalan
ifaçı və aşıqlar da daxil idi. Zurnaçılar dəstəsi,
hiss və həyəcanm coşqusu, ehtiraslılığı, oynaqlığı
ılə
fərqlənən xalq rəqslərinin, oyun havalarının
yaradıcıları və daimi ifaçılan idilər. Onlar
kəndbəkənd,
el-el gəzib, oxuyub-çalır, xalqı şənləndirirdilər.
Zurnaçılar əmin-amanlığın, şənlik və rahatlığın,
bolluğun sanki carçıları idilər. Toylarda,
gəzintilərdə, xalq bayramlannda, mərasimlərdə
onların
iştirakı mütləq idi və zumanın giiclü və gümrah səsi
insanlara sevinc və mh yüksəkliyi bəxş edir,
biitün qəm-qüssəni, ağn-acım unutdururdu. Zumaçılar
dəstəsinin daha bir mühüm funksıyası da var
idi. Müharibə, döyüş vaxtı onlar ordunun qabağında
gedir və döyüşən əsgərləri milli havalarla
ilhama gətirir, düşməni isə, alətin, yeri gəldikdə,
“zəhmli”, qulaqbatırıcı, güclü səsləri ilə
vəlvələyə,
qorxuya salırdı.
d) Zorxana - həm xan sarayında, həm də xalq arasında
geniş yayılmış, sevilən idman-yarış
xasiyyətli xalq sənət növlərindən biridir. İrəvanda
zorxanalar bayram günlərində, mərasımlərdə, el
şənliklərində, eləcə də saraylarda keçirilir və
yarış-tamaşa şəklində təşkil olunurdu. Zorxanada həm
xüsusi geyimli güləşçilər, həm də yummq döyüşçüləri
iştirak edirdilər. Onlar əllənndə qumro alətı
tutaraq yarışa girir, rəqsvari hərəkətlər edir,
sonra isə güləşməyə başlayırdılar. Səhnə şəklində
qumlan yarış-tamaşa qara zurna, tulum, qoşa nağara,
böyük nağara, təbıl səslərı ılə muşayıət
olunurdu. Yarışda qalib gələn tərəfə böyük
mükafatlar verilirdi.
Mehtər musiqisi. Mehtər musiqiçilər dəstəsi
avropalılar tərəfındən “türk orkestri” adlandırıldı.
Dəstəyə zuma, bom, tuluq zuması, şeypur, bəzən
karanay kimi güclü səsə malik nəfəs alətləri, dəf,
qaval, davul, kiçik və böyük türk nağaraları daxil
idi. Dəstə daha çox hərbi funksiya daşıyır, mühüm
dövlət tədbirlərində, elçilərin, qonaqlarm
qarşılanması və yola salınmasında, yürüş və
döyüşlərdə
iştirak edir, eyni zamanda, bir çox bayramlarda,
mərasim şənliklərində çalır, xalqı sanki səfərbər
edir, bir yerə toplayırdı. Qeyd edək ki, musiqi
tarixində yaranan ilk hərbi orkestr məhz “türk
mehtər
dəstəsi (takımı)” olmuşdur. Mehtər musiqisini eşidən
avropalılar onun səsindən heyrətə gəlmiş,
vahiməyə düşmüş və ömək götürərək Avropa hərbi
orkestrlərini yaratmağa başlamışlar. Məhz
İ.Şopen İrəvanda səslənən hərbi orkestr haqqında
məlumat vermiş və səsindən aldığı təəssüratı belə
ifadə etmişdir: “Hər şey amansızcasına ciyildəyir,
cırıldayır, taqqıldayır, bundan əlavə, türk
.g. nağarasma vurulan güclü xanə zərbələri sanki
cəhənnəm melodiyası ilə birləşərək, Aziat
konsertlərinə alışmamış qulaqlann hədsiz iztirabma
gətirib çıxarır” . Qeyd edək ki, hələ XII
yüzilliklərdə də mehtərlərin idarə etdiyi
“Nağaraxana”la r- saray nağaraçılar dəstəsinin
mövcudluğu
haqqında məlumatlar vardır.
Mehtər musiqisi Avropa bəstəkarlannı da ilhama
gətirmiş, onlara “türk marşı” adı verilmiş,
V.Motsart, J.Bize, C.Rossini və digər dahi Qərb
bəstəkarları “a la turka”lar yazarkən məhz türk
mehtər marşlarına istinad etmişlər.
Quranın oxunması. İrəvanı əsl müsəlman şəhəri
olaraq məscidlər, hündür minarələr şəhəri də
adlandırmaq olar. Şəhərdə fəaliyyət göstərən səkkiz
məscidin hər birinin nəzdində mədrəsələr vardı.
Mədrəsələrdə elmin üç sahəsi üzrə dərslər
keçirilirdi. Bunlardan biri “Ərəb dili” təlimi idi.
Həmin təlim üzrə keçilən 12 idrak qanunlu (dilçilik,
etimologiya, sintaksis, ritorika və s.) içərisində
Quranın oxunması (ilmul-qirayət) bölməsi də vardı.
Burada təlim keçən tələbələr Quranın surə və
ayələrini öyrənir, onlan xüsusi melodik avazla
oxumaq vərdişlərini əldə edirdilər. Gözəl səsli
tələbələr məscidlərdə azan oxumaq üçün
yetişdirilirdi. Onlar həmçinin dini bayram və
mərasimlərdə, təziyə misteriyalarmda muğam avazları
əsasında ilahilər, növhələr, mərsiyələr oxuyur, dini
mövzuda musiqili-deklamasiya şəklində qiraətlər
keçirirdilər. Beləliklə, Azərbaycan xalqınm
yaratdığı zəngin musiqi irsinin böyük bir hissəsi
İrəvanm (və şəhərətrafınm) payına düşür. İrəvan —
tarixi-mədəni mühit olaraq itirilsə də, xalqın
sərvəti yaşamaqdadır. Azərbaycan xalqı neçə
minilliklər boyu yaratdığı maddi-mənəvi öməkləri
hafızəsində, yaddaşında qomyub yaşadır, yenilərini
yaradır və həqiqətin təntənəsinə inanır.
Not yazısı Tariyel Məmmədovundur.
|