XX əsrin sonunda öz tarixi
torpaqlarının bir hissəsində yenidən müstəqilliyə
qovuşmuş Azərbaycan
xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir.
Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü
hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və
Şərqi
Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə
Sultaniyyə-
Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi
Azərbaycan torpaqları müasir sivilizasiyanın
inkişafa başladığı
ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda
Anadolu türklərindən sonra dünyanın ikinci böyük
türk
xalqı olan Azərbaycan xalqı bu ərazidə-tarixi
Azərbaycan
torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət,
o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Bu
ərazidə
zaman keçdikcə Azərbaycanın Şirvan, Muğan, Şəki,
Qarabağ,
Naxçıvan, İrəvan və b. tarixi-coğrafi bölgələri
təşəkkül
tapmışdır. Rusiya ilə İran arasında bağlanmış
Gülüstan
(1813) və Türkmənçay (1828) müqavilələri ilə tarixi
Azərbaycan
torpaqları iki imperiya arasında bölüşdürülmüşdür.
Bundan sonra tarixi Azərbaycan torpaqları ilə bağlı
Şimali Azərbaycan (Rusiya və ya Sovet Azərbaycanı)
və
Cənubi Azərbaycan (İran Azərbaycanı) kimi
siyasi-coğrafi
məfhumlar yaranmışdır: Türkmənçay müqaviləsindən
dərhal sonra Rusiya imperiyası Şimali Azərbaycanın
qərb
torpaqlarının erməniləşdirilməsi siyasətini həyata
keçirmişdir. Nəticədə Şimali Azərbaycanın qərb
torpaqlarında - keçmiş İrəvan xanlığının
ərazisində Cənubi Qafqazda ilk dəfə olaraq erməni
dövləti yaradılmışdır.
Məhz bu prosesin gedişində Azərbaycanın Ermənistan
Respublikası yaradılmış
tarixi-coğrafi ərazisi ilə bağlı daha bir
coğrafi-siyasi anlayış - Qərbi Azərbaycan
(İrəvan bölgəsi) anlayışı yaranmışdır.
Müasir Ermənistan Respublikasının ərazisi Qərbi
Azərbaycan torpağıdır
Təkzibedilməz tarixi faktlar
Şimali Azərbaycan Çar Rusiyası tərəfindən işğal
olunduqdan sonra 1828-ci il
martın 21-də imperator I Nikolayın fərmanı ilə
Azərbaycanın İrəvan və Naxçıvan
xanlıqları ləğv olundu və Qərbi Azərbaycanda «Erməni
vilayəti» yaradıldı. Lakin
az sonra - 1840-cı ildə bu vilayət ləğv olundu və
həmin Azərbaycan torpaqları
yeni yaradılmış Gürcü-İmeret quberniyasının
tərkibinə verildi. 1849-cu ildə həmin
torpaqlarda İrəvan quberniyası yaradıldı. 1918-ci il
may ayının 29-da Azərbaycan
Xalq Cümhuriyyəti qədim Azərbaycan şəhəri İrəvan
ətrafındakı təqribən
9,5 min kv.km torpaqla birlikdə ermənilərə güzəşt
etdi. Bununla Azərbaycanın
qərb torpaqlarında Ermənistan (Ararat) Respublikası
təşkil edildi. 1920-ci ilin noyabrında
bolşevik Rusiyası burada «Ermənistan Sovet Sosialist
Respublikası»nı
yaratdı. SSRİ-nin dağılması ilə bu müttəfiq
respublika da müstəqilliyini elan etdi.
Beləliklə, Azərbaycanın tarixi-coğrafi ərazisinin
qərbində erməni dövləti meydana
gəldi. Azərbaycan torpaqlarının tarixi inkişafının
obyektiv, bütöv halda öyrənilməsi
onun Ümumazərbaycan tarixi konteksti ilə yanaşı,
tarixi-coğrafi baxımdan
da öyrənilməsini zəruri edir. Ona görə də müasir
Ermənistan Respublikasının
ərazisinin tarixi Qərbi Azərbaycan ərazisi kimi
araşdırılması obyektiv reallıqdır.
Azərbaycan dövlətçiliyi tarixində İrəvan bölgəsi
İrəvan bölgəsi qədim zamanlardan XVIII əsrin 40-cı
illərinədək
Tarixi Azərbaycan torpaqları ən qədim
sivilizasiyaların ayaq açıb yeriməyə başladığı
Xəzər-Aralıq dənizi - İran körfəzi regionuna daxil
idi. Azərbaycan xalqmın
təşəkkülündə iştirak etmiş qədim etnoslar bu
regionda yaranmış qədim mədəni
mühitin, o cümlədən Şumer-Babil mədəniyyətınin
formalaşmasında, həmçinin
bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi
həyatında, qədim dövlətçilik tarixində
çox mühüm rol oynamışlar. Bunu Azərbaycanda və
xaricdə aparılan elmi axtarışlar,
xüsusən də arxeoloji qazıntılar çox aydın sübut
edir.
Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim
insan məskənlərindən biri
olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə
zəngindir. Azıx, Tağlar,
Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə
başqa abidələrdə aşkar olunan
arxeoloji tapıntılar, o cümlədən 300-400 min il
bundan əwəl yaşamış Aşöl
dövrünə aid qədim insanın - Azıx adamının
(Azıxantrop) çənə sümüyü Azərbaycanın
ibtidai insanların formalaşdıqları əraziyə daxil
olduğunu sübut edir.
Dünyanın ən qədim insan məskənlərindən biri olan
Azərbaycanın əhalisi hələ
qədim daş dövründən (paleolit) başlayaraq yüksək
mədəniyyət yaratmışdır. Orta
daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit)
Azərbaycan əhalisi oturaq
həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət
sahələri ilə məşğul olmağa
başlamışdır.
Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi
mədəniyyət nümunələri,
xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək
alətləri və məişət avadanlığı, müxtəlif
növ sənətkarlıq məhsulları Azərbaycan xalqının
dünyanın ən qədim oturaq
mədəniyyət yaratmış xalqlarından biri olduğunu
göstərir.
Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim
dövlətçilik ənənələrinə
malik olan xalqlarındandır. Azərbaycan xalqı
təqribən beş min illik dövlətçilik
tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət
qurumları və ya etnik-siyasi
birliklər hələ eramızdan əwəl IV minilliyin sonu -
III minilliyin əwəllərində yaranmışdı.
Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri
bütün regionun
hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin
dövrdə Azərbaycanla Dəclə
və Fərat vadilərində yerləşən və dünya tarixində
dərin iz qoymuş qədim Şumer,
Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik
Asiyadakı Het dövləti arasında
sıx qarşılıqlı əlaqələr vardı.
Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti
daha da yüksəlmiş,
ölkə ərazisində daha təkmil və daha geniş əraziləri
əhatə edən yeni dövlətlər
yaranmışdır.
Eramızdan əvvəl I minillikdə - bizim eranın I
minilliyinin əwəllərində Azərbaycan
torpaqlarında Manna, İskit (Skit, Skif) və Massaget
şahlıqları, Atropatena və
Albaniya kimi qüwətli dövlətlər mövcud olmuşdur. Bu
dövlətlər Azərbaycanda
dövlət idarəçiliyi mədəniyyətinin daha da
yüksəlməsində, ölkənin iqtisadi-mədəni,
etnik-siyasi tarixində, eləcə də vahid xalqın
təşəkkülü prosesində mühüm
rol oynamışlar.
Eramızın əwəllərində Azərbaycan öz tarixinin ən ağır
sınaq dövrlərindən biri
ilə qarşılaşdı: III əsrdə ölkəni Sasani-İran
imperiyası, VII əsrdə isə Ərəb xilafəti
işğal etdi. Təqribən 600 il davam etmiş İran və ərəb
zülmü Azərbaycanın qədim
dövlətçilik ənənələrini məhv edə bilmədi. Dözülməz
işğal rejimi və təqiblər şəraitində
Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Bu
dövrdə Azərbaycan
torpaqlarında vahid dini görüş - qədim türklərin baş
Allahı olan Tanrıya sitayiş
yayılmağa başladı. Lakin təkallahlı dini görüş
Tanrıçılıq hələ başqa dini görüşləri
sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi.
Zərdüştlük, atəşpərəstlik, Günəşə,
Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş
davam etməkdə idi. Ölkənin şimalında - Albaniya
ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb
bölgələrində
isə xristianlıq yayılmaqda idi. Bu mürəkkəb tarixi
şəraitdə güclü və aparıcı hərbi-
siyasi qüvvəyə çevrilən çoxsaylı türk etnosları
Azərbaycan dövlətçiliyinin əsas
daşıyıcıları idilər. Hələ vahid təkallahlı dinin
olmadığı bir dövrdə məhz türk etnosları
və türk dili, şimallı-cənublu, bütün ölkə ərazisində
birləşdirici rol oynayırdı.
Türk etnosları Azərbaycan dövlətçiliyinin və ölkənin
müstəqillik ənənələrinin
qorunub saxlanmasında da aparıcı rol oynayırdılar.
VII əsrdə islam dininin qəbul olunması ilə
Azərbaycanın tarixi müqəddəratında
əsaslı dönüş yarandı.
İslam dini vahid xalqın təşəkkülünə güclü təkan
verdi, bu prosesin sürətlənməsinə
həlledici təsir göstərdi. Türk və qeyri-türk
etnosları arasında dini birliyin
yaranması onların yayıldığı bütün Azərbaycan
ərazisində vahid adət-ənənələrin
təşəkkülünə, qaynayıb-qarışma prosesinin daha da
dərinləşməsinə səbəb
oldu.
Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri
müsəlmanlaşdırmaq islamın
prinsiplərinə zidd olduğu üçün ərəb işğalları
dövründə Albaniyanın xristian əhalisi
islam dininin təsir dairəsindən kənarda qaldı.
Beləliklə, ölkədə dini ayrılıq baş
verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə
yayılmış olan türk-müsəlman
əhali, o cümlədən islam dinini qəbul etmiş albanlar;
bir də; azlıq təşkil edən və
əsasən Şimali Azərbaycanın qərb bölgələrində yaşayan
xristian əhali, o cümlədən
islam dinini qəbul etməmiş albanlar.
Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından
Azərbaycanın qədim dövlətçilik
ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi
dirçəliş başlandı: islam
dininin yayılmış olduğu Azərbaycan torpaqlarında
Sacilər, Şirvanşahlar, Salarilər,
Rəwadilər, Şəddadilər dövlətləri yarandı.
Bəhs olunan dövrdə Azərbaycanın
şimal-qərbində-islamın sərhəd şəhəri olan
Tiflisə qədərki Azərbaycan torpaqlarında isə Şəki
dövləti meydana gəldi. Şəki hakimləri
Albaniya hökmdarı titulunu daşıyır və Albaniya
dövlətinin varisləri kimi
çıxış edirdilər. Şəkidən qərbdə paytaxtı Tiflis olan
daha bir müsəlman dövləti —
Tiflis müsəlman əmirliyi də vardı.
Müstəqil dövlətlərin yaranması nətıcəsində siyasi,
iqtisadi və mədəni həyatın
bütün sahələrində oyanış baş verməkdə idi.
Azərbaycan tarixinin İntibah dövrü
başlanırdı.
IX əsrin 70-ci illərinin sonlarından başlayaraq
yarım əsrdən çox davam edən
bir tarixi dövr ərzində (879-941) Azərbaycan
torpaqlarının hamısının vahid Azərbaycan
türk dövlətinin - Sacilər dövlətinin tərkibində
olması bütün ölkə miqyasında
iqtisadi və mədəni əlaqələrin daha da
dərinləşməsinə, etnik fərqlərin aradan
qalxması və vahid Azərbaycan türk xalqının
formalaşması prosesinin daha da
sürətlənməsinə müsbət təsir göstərdi.
Sacilər dövləti özünün ən qüdrətli çağlarında
Zəncandan Dərbəndə, Xəzər
sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş
əraziləri əhatə edirdi. Bütün
Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə
daxil idi.
Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının
şah əsəri olan «Kitabi-
Dədə Qorqud» dastanları, demək olar ki; bütün
Azərbaycan torpaqlarında
yayıldı.
XI əsrdə bu torpaqlar səlcuqlar tərəfindən
tutulmuşdu. Səlcuq dövləti zəiflədikdə
Azərbaycanda yeni bir dövlət-Atabəylər (Eldənizlər)
dövləti (1136-1225)
meydana gəlmişdi. Qərbi Azərbaycan bu dövlətin
tərkibinə daxil idi.
Qərbi Azərbaycan torpaqları monqol hakimiyyəti
dövründə (XIII-XIV əsrlərin
ortaları) və XIV əsrin II yarısı və XV əsrin
əvvəllərində inzibati cəhətdən Arran
əyaləti və Şərur vilayətinə daxil idi.
XV əsrin əvvəllərində yaranmış Qaraqoyunlu dövləti
(1410-1468) inzibatiərazi
bölgüsündə müəyyən dəyişiklik edir. Qərbi
Azərbaycanın şimal-qərb hissəsi
Qarabağ, cənub qərb hissəsi isə yeni təşkil edilmiş
Çuxursəd əyalətinin
tərkibinə daxil olur. Bu zamandan başlayaraq ta
İrəvan xanlığının Rusiya imperiyası
tərəfindən işğalınadək Çuxursədin, sonralar isə
İrəvan xanlığını idarə
edən türk-müsəlman hakimlərin adları da məlumdur.
Qaraqoyunlular dövründə
əyaləti Əmir Səəd (XIV əsrin axırı - 1410), onun
oğlu Pir Hüseyn (1410-
1420), Pir Hüseynin oğlanları Pir Yaqub (1420-1430)
və Əbdül (1430-cu illərdə),
Vaqub bəy (1440-cı illər), nəhayət, Həsən Əli
Qaraqoyunlu (1460-cı illərdən)
idarə etmişdir.
Qaraqoyunluların hakimiyyəti zamanı Azərbaycanın
sonrakı tarixi üçün son
dərəcə ağır nəticələrverən bir qərarda qəbul olundu.
HökmdarCahanşah (1437-
1467) erməni-qriqorian kilsəsinin iqamətgahının
(1441-ci ildə) Qərbi Azərbaycan
ərazisindəki Üçkilsəyə-Eçmiədzinə köçürülməsinə
razılıq verir.
Erməni-qriqorian kilsəsinin iqamətgahının Qərbi
Azərbaycana köçürülməsi
İrəvan bölgəsində Azərbaycan - Alban kilsəsinin
mövqeyini zəiflətdi və müsəlman
əhalinin tarixi taleyinə mənfi təsir göstərdi.
Qərbi Azərbaycan ərazisi ən qədim türk
torpaqlarıdır. Azərbaycan xalqının formalaşmasında
yaxından iştirak etmiş hürrilər, kimmerlər,
iskitlər, saklar, hunlar
və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu
regionda, xüsusilə Göyçə gölü
(1918-ci ildə Qərbi Azərbaycanda - keçmiş İrəvan
xanlığının ərazisində erməni
dövləti yaradıldıqdan sonra Göyçə gölünün adı
1930-cu ildə ermənilər tərəfindən
dəyişdirilib «Sevan» adlandırılmışdır) ətrafındakı
torpaqlarda yaşamış və özlərindən
sonra zəngin tarixi-mədəni iz qoymuşlar.
Azərbaycan xalqının və digər türk xalqlarının
qəhrəmanlıq eposu olan «Kitabi-
Dədə Qorqud» dastanlarında təsvir olunan bir çox
mühüm tarixi hadisələr,
proseslər Azərbaycanın məhz bu regionunda - Qərbi
Azərbaycan ərazisində
cərəyan etmişdir.
Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478)
tapşırığı ilə yazılmış
Oğuznamədə - Əbu Bəkr Tehraninin
«Kitabi-Diyarbəkriyyə»sində oğuz türklərinin
soy kökündə duran Oğuz xaqanın məhz burada - Göyçə
dənizi ətrafındakı
torpaqlarda yaşadığı, dünyasını burada dəyişdiyi və
burada da dəfn olunduğu
qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox
digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba
yurdu olan bu diyarda fəaliyyət göstərmiş, burada da
dünyalarını
dəyişmiş, dəfn olunmuşlar.
Qərbi Azərbaycan ərazisi, ayrı-ayrı işğalçı
imperiyaların hökmranlıq dövrləri
istisna edilməklə, ən qədim zamanlardan başlayaraq
həmişə Azərbaycan dövlətlərinin
tərkibində olmuşdur. Bu torpaqlar həm də
Azərbaycan-türk tayfalarının
elliklə və ən sıx şəkildə yaşadığı regionlarından
biri idi.
Qeyd etmək lazımdır ki, erməni katolikosluğu
mərkəzinin 1441-ci ildə İrəvan
(Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada
ermənilərə məxsus heç bir
kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni
katolikosluğunun yerləşdiyi
Üçkilsə - Valarşabad («Valarşabad» toponimi
Arşakilər (Arsaklılar) sülaləsindən
olan Sanatrükün (Sanatrukun) oğlu Valar şahın
(194-216) adı ilə bağlıdır. Uzun
tarixi dövr ərzində «Valarşabad» kimi işlənmiş bu
toponim erməni ədəbiyyatında
təhrif olunaraq «Vağarşabad» formasına salınmışdır.
Valarşabadın əsası Valar şah
tərəfindən qoyulmuşdur) kəndi belə 1443-cü ildən
başlayaraq ermənilərtərəfindən
müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan
türklərindən alınmışdır.
Ağqoyunlu (1468-1501) və ondan sonra meydana gələn
Səfəvi dövləti
(1501-1736) zamanı da Çuxursəd inzibati-ərazi
bölgüsü saxlanılmışdır. Ağqoyunlular
dövründə Çuxursədi Bayandurun nəvəsi Həsən bəy
(1475) idarə etmişdir.
Səfəvilər dövründə Çuxursəd bəylərbəyliyini Div
Sultan Rumlu (1515-ci
ildən), Hüseynxan Sultan (1550-ci ilədək), Şahqulu
Sultan Ustaclı (1550-1575),
Mahmudxan «Toxmaq» (1576-1583), Əmirquna xan Qacar
(1605-1625), onun
oğlu Təhməzqulu (1635), Kəlbəli xan (1636-1639),
Məmmədxan «Cağata Götük
» (1639-1648), Xosrov xan (1648-1652), Məhəmmədqulu
xan (1652-1656),
Nəcəfqulu xan (1656-1663), Əmirqunanın oğlu
Abbasqulu xan (1663-1666) və b.
Azərbaycan hakimləri idarə etmişdir.
Səfəvi-Osmanlı müharibələri zamanı Çuxursədin
osmanlılar tərəfindən tutulması
inzibati-ərazi bölgüsündə müəyyən dəyişikliklərə
səbəb olur. 1578-1590-
cı illər Səfəvi-Osmanlı müharibəsi nəticəsində
bağlanmış İstanbul müqaviləsinə
görə Çuxursəd osmanlılara keçdi. Çuxursəd
bəylərbəyliyi İrəvan və Naxçıvan livalarına
(əyalətlərinə) bölündü. Osmanlı dövləti 1590-cı ildə
İrəvan əyalətində
vergi siyahıları - «müfəssəl dəftər» tərtib
etmişdir. Burada İrəvan ayrıca əyalət
kimi qeyd olunur. İrəvan şəhəri əyalət mərkəzinə
çevrilir. Beləliklə, qədim Azərbaycan
şəhəri olan İrəvan daha geniş inkişaf yoluna qədəm
qoyur. 1590-cı il
«müfəssəl dəftər»i İrəvan əyaləti haqqında ətraflı
təsəvvür yaradır və bu diyarın
əhalisinin mütləq əksəriyyətinin Azərbaycan
türklərindən ibarət olduğunu
sübut edir.
Səfəvilər dövləti XVII əsrin əwəlində Osmanlı
imperiyasına qarşı apardığı
müharibə (1603-1612) nəticəsində İrəvan əyalətini
geri ala bildi. Səfəvilər 1723-
1728-ci illər müharibəsi zamanı yenidən İrəvan
əyalətini osmanlılara güzəştə getməli
oldu. Osmanlı dövləti 1728-ci ildə də İrəvan
əyalətində «müfəssəl dəftər»
tərtib etdi. İrəvan əyalətinin bu «müfəssəl dəftəri»
də əyalət haqqında ən mühüm
mənbələrdəndir.
Səfəvilər dövlətinin zəiflədiyi şəraitdə böyük
Azərbaycan sərkərdəsi Nadirxan
Əfşarın mövqeyinin yüksəlişi ilə İrəvan əyaləti
osmanlardan geri qaytarıldı. Osmanlı
qoşunları 1735-ci ilin oktyabrında İrəvan qalasını
tərk etdi. 1736-cı ildə
Nadir xan Muğanda özünü şah elan etdi. İrəvan
bölgəsi Nadir şah Əfşar imperiyasının
tərkibinə daxil oldu.
1747-ci ilin iyununda Nadir şahın öldürülməsindən
sonra Azərbaycan torpaqlarında,
o cümlədən İrəvanda müstəqil dövlət qurumları -
xanlıqlar yarandı.
İrəvan xanlığı
Qərbi Azərbaycanda ilk müstəqil Azərbaycan dövləti
Azərbaycan dövləti olan İrəvan xanlığını
Azərbaycanın dövlət idarəçiliyi tarixində
mühüm rol oynamış məşhur Qacarlar adlanan türk
sülaləsindən olan
xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik
sistemi, ictimai, siyasi, mədəni
və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət
mədəniyyəti Azərbaycanın
min illər boyunca davam etmiş ümumi tarixi inkişaf
sisteminin ayrılmaz tərkib
hissəsi idi. İrəvan xanlığı öz inkişaf
xüsusiyyətlərinə görə həmin dövrdə mövcud
olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə
fərqlənmirdi.
İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan
xalqına məxsus çoxsaylı
yaşayış məskənləri - kəndlər, şəhərlər salınmış,
minlərlə tarixi abidələr - qalalar,
məscidlər, minarələr ucaldılmış, karvansaralar,
hamamlar inşa olunmuşdu.
Bölgədəki bütün yer adları - toponimlər Azərbaycan
xalqına məxsus idi. Bu inkarolunmaz
həqiqəti hətta erməni mənbələri də təsdiq edir.
Xanlığın ərazisində
saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu
qəbiristanlarda Azərbaycan
xalqına məxsus külli miqdarda qoç heykəlləri,
qəbirüstü abidələr vardı. Bütün
bunlar Azərbaycan xalqının maddi mədəniyyət
möhürləri idi...
İrəvan xanlığı Ağrıdağ düzənliyi, Göyçə gölü hövzəsi
və Araz çayından cənub-
qərbə doğru uzanan Qərbi Azərbaycan torpaqlarını
əhatə edirdi. Azərbaycanın
şimal-qərbində yerləşən bu xanlıq paytaxtı İrəvan
şəhəri olmaqla inzibati
cəhətdən 15 mahala bölünürdü: Qırxbulaq, Zəngibasar,
Gərnibasar, Vedibasar,
Şərur, Sürməli, Dərəkənd, Saatlı, Talın,
Seyidli-Axsaxlı, Sərdarabad, Karpi, Abaran,
Dərəçiçək, Göyçə. İrəvan xanlığı 1747-1828-ci
illərdə müstəqil dövlət kimi Azərbaycan
tarixində mühüm rol oynamışdır. Dövlətin başçısı xan
idi; xandan sonra
vəzir (yaxud baş mirzə), müxtəlif vəzifə daşıyan
bəylər (divan bəyləri, sərkərdələr,
əmirlər və s.) gəlirdi. Qoşuna xan özü başçılıq
edirdi. Əhalisi, əsasən azərbaycanlılardan
ibarət idi; sənətkarlıq, xüsusilə xalçaçılıq,
ticarət, əkinçilik, bağçılıq,
tərəvəzçilik və maldarlıqla məşğul olurdular. İrəvan
xanlığında dövlət (divan),
xalisə (xana və ailə üzvlərinə məxsus), mülk, vəqf
və camaat torpaq mülkiyyəti
formaları mövcud idi. Kəndlilər onlarca vergi verir
və müxtəlif mükəlləfiyyətlər
daşıyırdılar.
İrəvan xanlığını Azərbaycanın aşağıdakı dövlət
xadimləri idarə etmişdir: Mehdi
xan (1747-1748), Məhəmməd Hüseyn xan (1748-1751),
Xəlil xan (1751-1755), Həsənəli xanın qardaşı
Hüseynəli xan (1759/60-1784), Hüseynəli xanın oğlu
Məhəmməd Hüseyn xan (1784-1805), Əliqulu xan Qacar
(1797, iyun), Həsən xan
Məkulu (1797, yay), Mehdiqulu xan Qacar (1805-1806),
Əhməd xan Marağalı
(1806, avqust-oktyabr), Hüseynqulu xan Qacar
(1806-1827).
İrəvan xanlığı yarandığı vaxtdan müstəqilliyini
saxlamaq uğrunda mübarizə
aparmalı oldu. Kartli-Kaxeti çarı II İrakli xanlıq
üçün daha böyük təhlükə törədirdi.
Belə şəraitdə İrəvan xanlığının daxilindəki
çəkişmələr onu sarsıdır və düşmənin
hücumu qarşısında müdafiəsini zəiflədirdi.
1779-cu ildə II İrakli İrəvan xanlığına hücum edərək
onun bəzi kəndlərinin
əhalisini köçürüb özü ilə apardı. 1780-ci ildə
Hüseynəli xan II İrakli ilə barışığa
gəldi. Gürcüstana köçürülmüş əhali geri qaytarıldı.
Xanlığın müdafiəsi gücləndirildi.
Qonşu Azərbaycan xanları ilə əlaqələr
genişləndirildi. Bununla Kartli-Kaxeti
çarlığı ilə münasibətlər yenidən kəskinləşdi.
II İrakli Hüseynəli xanı hakimiyyətdən devirmək üçün
onun qardaşı Məhəmməd
Həsən xanla sazişə girdi. 1784-cü ildə hər iki
qardaş üsyan edən İrəvan əhli
tərəfindən qətlə yetirildi. Hüseynəli xanın oğlu
Qulaməli xan hakimiyyətə gəldi.
II İraklinin Rusiya ilə yaxınlaşması və 1783-cü ildə
Georgiyevsk müqaviləsini
imzalaması İrəvan xanlığında, xüsusi ilə Eçmiədzində
qərarlaşmış erməni missionerlərinin
fəallaşmasına səbəb oldu. Bu Osmanlı imperiyasını da
fəallaşdırdı.
Osmanlı sultanı Qulaməli xanı II İrakliyə qarşı
qaldırmağa çalışdı, lakin xan İraklinin
adamları tərəfindən öldürüldü. Hakimiyyətə Qulaməli
xanın qardaşı Məhəmməd
xan keçdi. Türkiyə Məhəmməd xanın Rusiyaya qarşı
çıxmasına çalışsa da bu
bir nəticə vermədi.
Bu dövrdə İrəvan xanlığındakı erməni-qriqorian
missionerləri Rusiyanın burada
xristian dövləti yaratmaq haqqında hələ I Pyotrun
zamanında meydana atılan
siyasətini həyata keçirmək üçün öz fəaliyyətlərini
daha da genişləndirdilər. Erməni-
qriqorian kilsəsi Qarabağın xristian-alban
məliklərini də bu fitnəkar siyasətə
cəlb etməyə xüsusi fikir verirdi. II Yekaterinaya
yazılan məktublarda Zaqafqaziyada
(Cənubi Qafqazda) erməni çarlığı yaradılması
haqqında müraciət edilirdi.
Lakin 1787-1791-ci illər rus-türk müharibəsi
Rusiyanın bu planı həyata keçirmək
istəyinə imkan vermədi. 1785, 1786 və 1787-ci
illərdə İrəvan xanlığı Qarabağ,
Xoy xanlarının və Car-Balakən hakimi Ömər (Ümmə)
xanın hücumlarına məruz
qaldı. İrəvan xanlığı tədricən mövqeyini
möhkəmləndirdi.
1789-cu ildə Bayazit paşası İrəvan xanlığına hücum
etdi və xanın qoşunlarını
mühasirəyə aldı. Məhəmməd xan Naxçıvan xanlığından
kömək alıb, mühasirədən
çıxdı və əks-hücuma keçərək Bayazit qalasını
mühasirəyə aldı. Lakin qalanı
tuta bilməyib geri döndü.
1790-cı ildə İrəvan və Naxçıvan xanlıqlarının
qüvvələri Xoy xanlığına hücum
etdilər. Sonra Xoy xanı Naxçıvan xanını öz tərəfinə
çəkib İrəvan xanlığı üzərinə hücum
etdi. Müttəfiqlər qalib gəldilər və 1790-cı ilin
avqustunadək orada qaldılar.
Ağa Məhəmməd Qacarın hücumu ilə İrəvan xanlığının
müstəqilliyi çiddi təhlükə
altına düşdü.
Ağa Məhəmməd Qacar 1795-ci ilin yayında 35 günlük
mühasirədən sonra
İrəvan qalasını tutdu. 1796-cı ildə V.Zubovun hücumu
zamanı Məhəmməd xan
diplomatik manevr edərək, Rusiyaya meyilləndi.
Qacarın yeni hücumu zamanı
Məhəmməd xan tutuldu və hakimiyyət Əliqulu xana
keçdi. Qacarın ölümündən
sonra Əliqulu xan İrəvandan qovuldu. İranın yeni
şahı Fətəli şah Məhəmməd xanı
yenidən hakimiyyətə gətirdi. 1804-1813-cü illər
rus-İran müharibəsi zamanı Rusiyanın
İrəvan xanlığını tutmaq niyyəti baş tutmadı.
Gülüstan müqaviləsi ilə İrəvan
xanlığı İranın tərkibinə keçdi.
1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı hər
iki tərəfin əsas strateji
hədəflərindən biri İrəvan şəhəri və xanlığın işğalı
idi. Rusiyanın hücumlarına qarşı
dəfələrlə qəhrəmanlıqla müqavimət göstərilməsinə
baxmayaraq, ermənilərin
xəyanəti üzündən 1827-ci ilin oktyabrında İrəvan
şəhəri işğal olundu. Türkmənçay
müqaviləsi ilə xanlıq Rusiyaya birləşdirildi və ləğv
edildi.
İrəvan xanlığının Rusiya imperiyası tərəfindən
işğalı və müstəmləkə rejimi
«Erməni vilayəti»
1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı
Azərbaycan dövlətləri olan
Naxçıvan (1827, iyun) və İrəvan (1827, oktyabr)
xanlıqlarının ərazisi Çar Rusiyası
tərəfindən işğal olundu. Qafqazda hərbi əməliyyat
aparan rus qoşunlarının baş
komandanı İ.F.Paskeviç, hələ müharibə başa çatmamış,
1827-ci il oktyabrın 6-da
İrəvanda «müvəqqəti idarə» təşkil etdi. İdarə üç
üzvdən ibarət idi: general-leytenant
Krasovski (sədr), N.Aştaraketsi və İrəvan qalasının
komendantı podpolkovnik
Borodin. Türkmənçay müqaviləsi (1828, 10 fevral)
bağlandıqdan sonra,
Naxçıvan və İrəvan xanlıqlarının idarəçiliyi
dəyişdirildi. Çar I Nikolayın (1825-55)
sərəncamı ilə (1828, 21 mart) həmin Azərbaycan
xanlıqlarının ərazisində «Erməni
vilayəti» yaradıldı. Vilayət idarəsi vilayət
rəisindən, iki rus müşavirindən (biri
polis, digəri maliyyə üzrə) və iki asessordan
(iclasçıdan) ibarət idi. Asessorlardan
biri azərbaycanlı, digəri erməni icmasından idi. Çar
hökumətinin tarixi Azərbaycan
torpaqları əsasında «Erməni vilayəti» yaratması ilə
I Pyotrdan başlayaraq
yeridilən ermənipərəst siyasətin həyata keçirilməsi
reallaşdırılmağa başlandı.
«Erməni vilayəti»nin yaradılması ilə Azərbaycanın
Rusiya tərəfindən işğal olunmuş
digər torpaqları ilə Osmanlı imperiyası və Qacarlar
İranı arasında «xristian
səddi» çəkildi. «Erməni vilayəti» iki əyalətdən -
İrəvan və Naxçıvan əyalətlərindən
ibarət idi.
Ermənilərin çar ordusuna göstərdiyi «xidmət»
müqabilində onlara işğal olunmuş
Azərbaycan torpaqlarında - Naxçıvan və İrəvan
xanlıqlarının ərazilərində
«Erməni vilayəti» adlandırılan torpaq «bəxşiş»
verildi. Bununla ermənilər çar
Rusiyasının himayəsi və köməyi ilə Cənubi Qafqazda
özlərinə ərazi bazası yaratdılar.
Bundan sonra ermənilər çar Rusiyasının, sonralar isə
sovet-bolşevik Rusiyasının
antiazərbaycan və antitürkiyə siyasətinin həyata
keçirilməsində fəal rol oynadılar. Çar hökuməti
Cənubi Qafqazın işğalını və burada möhkəmlənməklə
bağlı siyasətini həyata keçirdikdən sonra 1840-cı il
10 aprel qanunu ilə «Erməni
vilayəti»ni ləğv etdi. İrəvan və Naxçıvan əyalətləri
ayrı-ayrı qəzalara çevrildi.
Bu qəzalar Gürcü-İmeret quberniyasına tabe edildi.
1849 il iyunun 9-da isə işğal
olunmuş Qərbi Azərbaycan torpaqlarında İrəvan
quberniyası yaradıldı.
İrəvan quberniyası
Çar I Nikolayın fərmanı ilə 1849-cu il iyunun 9-da
keçmiş «Erməni vilayəti» və
Aleksandropol (Gümrü) qəzası əsasında İrəvan
quberniyası yaradıldı. Bəzi inzibati-
ərazi dəyişikliklərindən sonra quberniya İrəvan,
Aleksandropol, Eçmiədzin,
Naxçıvan, Novobayazid, Şərur-Dərələyəz və Sürməli
qəzalarına bölündü.
Quberniyanın mərkəzi İrəvan şəhəri idi. İrəvan
quberniyasının ərazisi
23194,79 kv.verst (1 verst = 1,0668 km) idi. 1917-ci
il Qafqaz təqviminin məlumatına
görə, quberniya 1120242 nəfər əhali yaşayırdı. Hər
kv.verstə 48,3 nəfər
düşürdü. Quberniya əhalisinin 589125 nəfəri (52,6%)
kişi, 531117 nəfəri (47,4%)
qadın, 1014868 nəfəri (90,6%) yerli sakiniət 105374
nəfəri (9,4%) müvəqqəti yaşayanlar
idi.
Çarizmin İrəvan quberniyası əhalisinin etnik
tərkibini ermənilərin xeyrinə dəyişdirmək
siyasətinə baxmayaraq, İrəvan quberniyasında
azərbaycanlı əhalinin
xüsusi çəkisi həmişə yüksək olmuşdur. 1917-ci il
Qafqaz təqviminin məlumatına
görə, 100 ildən çox davam edən soyqırımlarına və
deportasiyalara baxmayaraq,
azərbaycanlıların sayı 373582 nəfər (33,35%)
Ermənilərin sayı isə qeyd olunan
köçürmələr nəticəsində 669871 nəfərə (59,8%)
çatdırılmışdı. İrəvan quberniyasındakı
beş şəhərin (Aleksandropol, Naxçıvan, Novobayazid,
Ordubad İrəvan)
birlikdə əhalisi 132559 nəfər (11,83%) idi. Əhalinin
qalan hissəsi - 967683
nəfər (88,17 %) isə qəzalarda, o cümlədən İrəvanda
(154331 nəfər), Naxçıvanda
(122208), Sürməlidə (104791), Şərur-Dərələyəzdə
(90250) yaşayırdı. Azərbaycanlılar
bütün şəhər əhalisinin 18,9%-ni (25044 nəfər),
qəzaların əhalisinin isə
35,3%-ni (348538 nəfər) təşkil edirdi.
İrəvan quberniyasının iqtisadiyyatında əsas yeri
kənd təsərrüfatı tuturdu. Quberniya
torpaqlarının 70,1%-i xəzinəyə, 25,6%-i mülkədarlara
məxsus idi. Birinci
Dünya müharibəsi nəticəsində yaranmış şəraitə görə (iş
heyvanlarının səfərbərliyə
alınması, əhalinin arxa cəbhə işlərinə cəlb edilməsi
və i.a.) əkin sahələri üçdə
bir qədər azalmışdı.
İrəvan quberniyası Qafqaz cəbhəsi və Qafqaz
ordusunun yaxın arxa cəbhəsi
idi. Quberniya İrəvan, Aleksandropol, Naxçıvan və b.
qəzalarında ehtiyat hissələr
və könüllü dəstələri yerləşdirilmişdi.
Fevral inqilabı (1917) nəticəsində çarizmin
devrilməsi xəbəri İrəvan quberniyasına
martın əwəllərində çatdı. Quberniyada Müvəqqəti
hökumətin yerli hakimiyyət
orqanlarının formalaşdırılmasına başlandı. Martın 14
(27)-də təşkil olunan
Quberniya İcraiyyə Komitəsi özünü Xüsusi Zaqafqaziya
Komitəsinin (rusca OZAKOM - Osobıy Zakavkazskiy
Komitet) yerli orqanı elan etdi. Qəzalarda da
icraiyyə
komitələri yaradıldı. Müvəqqəti hökuməttərəfindən
İrəvan quberniyasına
və qəzalara komissarlar təyin edildi.
Fevral inqilabından (1917) sonra İrəvan
quberniyasında sovetlər də yaranmağa
başladı. Martın 8 (21)-də Aleksandropolda əsgər,
sonra isə fəhlə deputatları
sovetləri meydana gəldi. Hər iki sovet tezliklə
birləşdi. İrəvan şəhərində də martın
12 (25)-də əsgər, apreldə isə fəhlə deputatları
sovetləri yarandı. Mart ayı ərzində
İrəvan quberniyasının şəhərlərində sovetlərtəşkil
olundu. Həm Müvəqqəti
hökumətin yerli orqanlarında, həm də sovetlərdə
daşnaklar üstünlüyü ələ aldılar.
1917-ci il sentyabrın sonlarında daşnaklar Tiflisdə
«Erməni milli müşavirəsi»
çağırdılar. Müşavirədə Erməni milli şurası (sədr
A.Aqaronyan) təşkil edildi. İrəvan
şəhərində və quberniyanın qəzalarında da milli
şuraların təşkil olunmasına
başlandı. Erməni milli şurası İrəvan quberniyasının
azərbaycanlı əhalisinə qarşı
soyqırım siyasətinin hazırlanması və həyata
keçirilməsi, Osmanlı imperiyasında
ermənilərin pozuculuq fəaliyyətinin təşkili, Qafqaz
cəbhəsində vuruşmaqdan
ötrü erməni korpusunun komplektləşdirilməsi üçün
tədbirlər görməyə başladı.
Oktyabr çevrilişindən (1917) sonra yaradılan
Zaqafqaziya komissarlığı (1917,15
(28) noyabr) hakimiyyətini İrəvan quberniyasına da
yaydı. İrəvan quberniyasında
da Müəssislər məclisinə (Rusiya) seçkilərdə
daşnaklar və sazişçilər qalib gəldilər.
1918-ci ilin 10 (23) fevralında işə başlayan
Zaqafqaziya seymi Cənubi Qafqazın
Rusiyadan ayrılmasını təsdiqlədi (1918, mart).
Zaqafqaziya Demokratik Federativ
Respublikası elan olunduqda (1918, 22 aprel) İrəvan
quberniyası onun tərkibinə
qatıldı.
İrəvan quberniyası
Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR)
hökuməti İrəvan quberniyası
və Osmanlı imperiyasında yaşayan ermənilərdən özünün
siyasi məqsədləri
üçün istifadə etməkxəttini həyata keçirirdi. 1917-ci
il dekabrın 17 (30)-da Millətlərin
işləri üzrə xalq komissarlığında erməni işləri üzrə
ayrıca komissarlıq yaradılmışdı.
RSFSR Xalq Komissarları Soveti 1917-ci il dekabrın
27-də (1918,11 yanvar)
«Türkiyə Ermənistanı haqqında dekret» qəbul etdi.
Rus hərbi hissələrinin Qafqaz
cəbhəsindən geri çağırılması (1917, dekabr-1918,
yanvar) daşnakların mövqeyini
xeyli gücləndirdi. İrəvan quberniyasında
azərbaycanlılara qarşı soyqırımı daha da
genişləndirildi.
İrəvan bölgəsinin erməniləşdirilməsi
Çar Rusiyası tərəfindən ermənilərin İrəvan
bölgəsinə köçürülməsi.
Ermənilərin azərbaycanlılara qarşı silahlı çıxışları
Rusiya imperiyası Şərqdə, o cümlədən Azərbaycanda
işğalçılıq planlarının həyata
keçirilməsində və burada möhkəmlənməsində ermənilərə
böyük rol ayırmışdı. Ermənilər də Rusiyadan istifadə
etməklə müəyyən siyasi məqsədlərə nail
olmaq istəyirdilər. Bu dövrdə xüsusilə intensiv
inkişaf edən erməni rusiyaşünaslığı
və Rusiya ermənişünaslığı həmin ideya siyasi
məqsədlərə nail olmaq üçün
bir-birini tamamlayır, türk - müsəlman varlığının
məhvini hədəfə alırdı.
XV əsrin sonuna aid «Mən çariçanı gördüm» adlı
anonim erməni poemasında
rus knyazı III İvanla (1462-1505) Bizans şahzadə
xanımı Sofiya Paleoloqun toyu
təsvir olunur. Sofiya bu münasibətlə III İvanın
təklif etdiyi hədiyyələrdən imtina
edərək, ondan İstanbulun tutulmasını tələb edir. III
İvan isə Sofiyaya Qüdsü azad
edəcəyini və Eçmiədzinə qədər gedəcəyini bildirir.
Ermənilərin Rusiyaya ümidləri
sonrakı dövrlərə, xüsusilə XVIII-XIX əsrin
əvvəllərinə aid əsər və siyasi sənədlərdə
də davam etdirilir.
Rus-erməni münasibətləri Kazan xanlığının (1552) və
Həştərxan xanlığının
(1556) işğalı, Osmanlı dövləti ilə müharibələr
(1635-1639, 1711, 1768-1774,
1787-1791-ci illər) zamanı genişlənir, Rusiyanın
Xəzərsahili torpaqları istila etmək
siyasəti ilə daha möhkəmlənir. Bu hadisələr zamanı
ermənilərin Rusiyaya köçürülməsi
və burada erməni koloniyalarının yaradılması
başlanır. Bu işdə I Pyotrun
(1682-1725) erməni xalqına fərmanı (1724,10 noyabr)
böyük rol oynadı. Həmin
fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara
ermənilərin köçürülməsi və məskunlaşdırılması
üçün yerlər ayrıldı. I Pyotrun siyasi xətti onun
varisləri, xüsusilə
II Yekaterina (1762-1796) tərəfindən davam etdirildi.
1801-ci il manifestlərində
də Rusiyanın planında ermənilərin rolu əksini
tapırdı. Rusiya müxtəlif yerlərdə
yaşayan erməniləri yeni işğal olunmuş torpaqlara
gətirir, onların rus qoşunları
tərkibinə daxil olmasına şərait yaradır, eyni
zamanda yerli hakimlərə qarşı əməliyyatlara
cəlb edirdi.
Çar Rusiyası tərəfindən ermənilərin XIX əsrin ilk
qərinəsində Şimali Azərbaycan
torpaqlarına köçürülməsində iki mərhələ ayırmaq olar:
1801-1828-ci il Türkmənçay
müqaviləsinədək olan dövr və Türkmənçay
müqaviləsindən sonrakı ilk
illər.
1801-1828-ci illərdə Rusiya tərəfindən ermənilərin
Şimali Azərbaycana köçürülməsi
işğal prosesi ilə paralel getmişdi. Bu dövrdə
köçürülən ermənilərin coğrafi
mənbələrini, əsasən onların əvvəllər gəldikləri və
hələlik Rusiya işğalından kənarda
qalan Şimali Azərbaycan əraziləri təşkil edirdi.
Bununla yanaşı Osmanlı və
Qacarlar dövlətlərinin erməni təbəələrini də
köçürməyə cəlb edilməsinə cəhdlər
göstərilirdi.
Rusiya imperiyası 1804-cü ilin yanvarında
ermənilərin də yaxından iştirakı
ilə Gəncə xanlığını işğal etdi. 1805-ci il may
ayının 14-də Qarabağ, 21-də isə
Şəki xanlıqları ilə onların Rusiya himayəsinə
keçməsi haqqında Kürəkçay müqavilələri
imzalandı. Dekabr ayında isə Şirvan xanlığı ilə də
belə bir müqavilə imzalandı.
1806-cı ildə Dərbənd, Quba və Bakı xanlıqları,
1813-cü ildə Lənkəran
(Talış) xanlıqları ilhaq edildi. Rusiya imperiyası
eyni zamanda Qacarlılar dövləti
ilə də müharibə (1804-1813) aparırdı. Müharibənin
sonunda bağlanan Gülüstan
müqaviləsi ilə Naxçıvan və İrəvan xanlıqları istisna
olmaqla Şimali Azərbaycan torpaqları Rusiya
tərəfindən ələ keçirildi. Rusiya imperiyası işğal
prosesində
İrəvan xanlığının tutulmasına xüsusi əhəmiyyət
verirdi. Bunun üçün xanlıq
ərazisindəki ermənilərdən istifadə edilir, digər
tərəfdən onların artıq Rusiya
tərəfindən ələ keçirilmiş ərazilərə köçürülməsi yolu
ilə xanlığa zərbə vurulurdu.
Qafqazdakı rus qoşunlarının baş komandanı general
P.D.Sisianov İrəvan ermənilərini
Gəncəyə (Rusiya işğalından sonra şəhərin adı
dəyişdirilərək Yelizavetpol
qoyulmuşdu) köçürməyə çalışırdı. Qarabağ, Şəki,
Şirvan və digər Şimali Azərbaycan
torpaqlarının erməniləşdirilməsi də fəal şəkildə
davam etdirilirdi. Bu hal
Şəki (1819), Şirvan (1820) və Qarabağ (1822)
xanlıqlarının ləğvindən sonra daha
geniş miqyas aldı.
1804-1813-cü illərdə rus-İran və elə həmin dövrdə
gedən Rus-Osmanlı müharibəsi
(1806-1812) Rusiyanın işğalçılıq planlarına son
vermədi. 1826-cı ildə
Rusiya Qacarlar dövləti ilə yeni müharibəyə
(1826-1828) başladı. Müharibənin
ilk dövrləri Qacarlar üçün uğurlu olsa da sonra
üstünlük Rusiyaya keçdi. 1827-ci
ilin mayında Naxçıvan, oktyabrında İrəvan tutuldu.
Beləliklə, bundan əwəl Şimali
Azərbaycana köçürülmüş ermənilərin Rusiya
imperiyasının təbəəliyinə keçməsi
başa çatdı. Ermənilərin köçürülməsinin yeni coğrafi
mənbələri kimi Qacarlar və
Osmanlı dövlətləri əsas yerə keçdi.
Erməni katolikosu Nerses Aştaraketsi köçürmə
haqqında layihə hazırladı. Rus
yazıçı və diplomatı A.S.Qriboyedov (1795-1829) da bu
planın hazırlanması və həyata
keçirilməsində mühüm rol oynadı.
Nerses 1827-ci ilin noyabrında ermənilərin
köçürülməsinə rəhbərlik etmək
üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə
olan Yegiazar Lazaryana
yazırdı: «İndi mən bizim erməni millətinin sədaqətli
müdafiəçisi cənab A.S.Qriboyedovdan
əsir xristianlar haqqında mənim xahişimi
unutmamasını və onları
olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı
altına qəbul edilməsini rica etdim...
Mən həmçinin İranda olan bütün ermənilər haqqında
zati-alidən (Qafqazdakı
rus qoşunlarının baş komandanı (1827-1831)
İ.F.Paskeviç) xahiş etdim və
indi mən cənaba (Qriboyedova) [bu barədə] yazıram və
cənabınızdan da rica
edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq
edəsiniz ki, barışıq zamanı İranın
hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan
ermənilərin böyük Rusiya
imperiyasının himayəsi altında azad surətdə
Ermənistana qayıtması haqqında
maddəni müqaviləyə daxil etməyi unutmasın».
A.S.Qriboyedov və İ.F.Paskeviç
ermənilərin İrandan köçürülməsini müqavilə
hazırlanarkən unutmadılar. Bu
məsələ öz əksini Türkmənçay müqaviləsinin XV
maddəsində tapdı. Həmin maddədə
deyilir: «Şah həzrətləri... Azərbaycan adlanan
vilayətin (Cənubi Azərbaycan
nəzərdə tutulur) bütün əhalisinə və məmurlarına
büsbütün və tam bağışlanma
əta edir... bundan başqa o məmur və sakinlərə bu
gündən başlayaraq öz ailəsi ilə
birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək,
hökumət və yerli rəisliyin heç
bir maneəçiliyi olmadan onların satlıq malına və ya
əmlak və əşyalarına hər hansı
gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini
aparmaq və satmaq üçün
bir il vaxt verilir. Tərpənməyən əmlaka gəldikdə isə
onun satılması və ya onun haqqında könüllü sərəncam
üçün beş illik müddət müəyyən edilir». Bu maddənin
müəllifi Qriboyedov hesab olunur. Göründüyü kimi XV
maddədə konkret
olaraq «İran erməniləri»nin adı çəkilmir. Bu da
diplomatik səciyyə daşıyır, çünki
məsələnin ümumi şəkildə qoyulması onun real həyatda
daha geniş və məqsədə
müvafiq şəkildə tətbiqinə imkan verməli idi.
Müsəlman hakim təbəqələrin tabeliyində olan erməni
kəndliləri ilə bağlı
məsələ də bu dövrdə yenidən meydana çıxdı. Baş
qərargah rəisi Dibiçin Paskeviçə
göndərdiyi xüsusi «Qaydalar»da müsəlman ali silkinin
tabeliyindəki ermənilərə
daxili özünüidarə verilməsi ideyası irəli sürüldü.
Bu ideya mülki işlər üzrə hakim
Velyaminovtərəfindən mənfi qarşılanmışdı. Lakin
Paskeviç sonrakı fəaliyyətində
bu ideyanı əsas götürmüşdü.
Türkmənçay müqaviləsinin bağlanmasından sonra Rusiya
tərəfindən ermənilərin
Şimali Azərbaycan torpaqlarına köçürülməsinin yeni
mərhələsi başlandı.
Onun xarakterik cəhəti köçürmənin kütləvi şəkil
alması, coğrafi mənbələri (İran
və Osmanlı imperiyası) və s. ilə bağlı idi.
Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan
və Naxçıvanda köçürmə
komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar
verildi: onlar 6 il müddətində
vergi və imtiyazlardan azad edildi, ermənilərə
İrandan ayrılan təzminat hesabına
vəsait verildi və i.a.
Hazırlıq tədbirləri həyata keçirildikdən sonra
köçürmə başladı. İrandan köçürülən
ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi.
1828-1829-cu illər rustürk
müharibəsinin gedişində və müharibədən sonra
Türkiyədən də 90 minədək
erməni köçürüldü. Köçürmənin əsas istiqaməti Cənubi
Qafqazdakı Azərbaycan
torpaqlarına yönəlmişdi. N.Şavrov 1911-ci ildə
Peterburqda nəşr olunmuş
«Zaqafqaziyada Rusiya mənafeyinə yeni təhlükə» adlı
kitabında yazırdı ki, «Hazırda
Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1
milyondan çoxu diyarın
yerli əhalisi deyil və bura bizim tərəfimizdən
köçürülmüşdür». Ermənilər
köçürülərkən onların Şimali Azərbaycan torpaqlarında,
xüsusilə Naxçıvan, İrəvan
və Qarabağda yerləşdirilməsinə mühüm əhəmiyyət
verilirdi. Nersesin layihəsinə
görə rus ordusunun tutduğu bölgələrdən -Təbriz, Xoy,
Salmas, Marağadan bütün
ermənilər Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə
köçürülməli idi. Onun
bu tələbi köçürmə işində canfəşanlıq edən
ermənipərəst güruh tərəfindən ardıcıl
şəkildə həyata keçirildi. Yuxarıda adıçəkilən
N.Şavrov da qeyd edirdi ki, müharibədən
sonrakı iki ildə (1828-1830-cü illər) biz
Zaqafqaziyaya İrandan 40 min,
Türkyədən 84 min erməni köçürmüş və onları
ermənilərin azlıq təşkil etdiyi İrəvan
və Yelizavetpol quberniyalarında yerləşdirmişdik.
Oralara 200 min desyatin
xəzinə torpağı ayrılmış, onlar üçün müsəlmanlardan 2
milyon manatlıq xüsusi
sahibkar torpağı satın alınmışdır. Yelizavetpol
quberniyasının dağlıq hissəsi və
Göyçə gölü sahili həmin ermənilərlə
məskunlaşdırılmışdır.
Ermənilərin köçürülməsi nəticəsində Qarabağ, İrəvan
və Naxçıvan bölgələrinin
əhalisinin etnik tərkibi əsaslı dəyişikliyə məruz
qaldı. Əgər Qafqazdakı rus
qoşunlarının baş komandanı Yermolovun (1816-1827)
sərəncamına əsasən Qarabağ əyalətinin 1823-cü ildə
aparılmış «təsviri»nə görə buradakı 20 minədək
ailədən 1,6 minədək olan hissəsi (cəmi 8,4 %) erməni
idisə, 1832-ci il məlumatına
görə ermənilərin xüsusi çəkisi 34,8 %-ə qalxmışdı.
Rusiya tərəfindən işğal edilənədək İrəvan xanlığının
əhalisinin 20 %-dən bir az
çoxunu ermənilər təşkil edirdisə, 1834-1835-ci
illərdə bu rəqəm 46 %-i ötmüşdü.
Naxçıvanın da etniktərkibi eyni dəyişikliyə
uğramışdı. Əgər köçürülməyədək
Naxçıvan dairəsində 434 erməni həyəti var idisə,
köçürülmə nəticəsində bura
2285 ailə gətirilmişdi. Bütövlükdə Naxçıvan
vilayətinə (Ordubad dairəsi daxil olmaqla)
2551 ailə köçürülmüşdü.
Ermənilərin Rusiya tərəfindən işğal olunmuş Şimali
Azərbaycan torpaqlarına,
o cümlədən Qərbi Azərbaycana köçləri 1853-1856-cı
illər Krım müharibəsi,
1877-1878-ci illər rus-türk müharibələri, XIX əsrin
90-cı illərində Osmanlı imperiyasında
dövlət əleyhinə çevrilmiş erməni qiyamlarının
yatırılmasından sonra da
davam etmişdir.
Çar Rusiyası tərəfindən ermənilərin köçürülməsi ilə
Azərbaycan torpaqlarında
etnodemo-qrafik durumun ermənilərin xeyrinə
dəyişdirilməsi ilə yanaşı,
onların idarəetmə sistemində və təsərrüfat həyatında
möhkəmləndirilməsi tədbirləri
də reallaşdırılırdı. Bütün bunlar ermənilərin yerli
azərbaycanlı əhalisinə
qarşı düşmənçilik münasibətinin yaranması və
dərinləşməsinə səbəb oldu. İrəvan
qubernatorunun çara 1905-ci il hesabatından məlum
olur ki, Çar Rusiyasının
hakimiyyət orqanları tərəfindən silahlandırılan və
qızışdırılan ermənilərlə dinc
azərbaycanlı əhali arasında ilk toqquşmalar hələ XIX
əsrin 80-ci illərində baş
vermişdir. Tarixə 1905-1906-cı illər «erməni-müsəlman
davası» kimi daxil olan
hadisələr zamanı erməni silahlı dəstələri
azərbaycanlılara qarşı genişmiqyaslı
müharibəyə başlamışdılar. Ermənilər Bakı, Naxçıvan
və Qarabağla yanaşı, İrəvan
şəhəri və qəzasında, Üçkilsə (Eçmiədzin) və
Zəngəzurda da 1905-ci ilin iyun -
1906-cı ilin avqustunda azərbaycanlılara qarşı açıq
müharibəyə keçmiş, qətllər,
qarətlər və soyqırımları törətmişdilər.
Qərbi Azərbaycanda erməni dövlətinin yaradılması
Ermənistan (Ararat) Respublikası (1918-1920).
Zaqafqaziya seyminin dağılmasından
sonra (1918, 26 may) daşnaklar 1918-ci il mayın
28-də Tiflisdə Erməni
(Ararat) respublikasının yaranmasını elan etdilər.
İrəvanın ermənilərə verilməsi. 1918-ci il
mayın 29-da Tiflisdə Azərbaycan
Milli Şurasının iclası keçirildi. İclasın 3 nömrəli
protokoluna görə Fətəli xan Xoyski
şura üzvlərinin Azərbaycan və Erməni federasiyası
ərazilərinin sərhədləri məsələsinə
dair erməni milli şurası ilə apardıqları
danışıqların nəticələri barədə məruzə
etmişdir. Xoyski məruzəsini Erməni federasiyasınm
yaradılması üçün onlara siyasi
mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü)
Türkiyəyə keçməsindən sonra
belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında
məlumat verdikdən sonra
İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri
olduğunu bildirmişdir. Xəlil bəy Xasməmmədov, Məmməd
Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd
Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın
ermənilərə güzəştini tarixi
zərurət, labüd bədbəxtlik adlandırdılar. Bu məsələ
üzrə səsvermə nəticəsində
28 Şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin
lehinə, 1 nəfər əleyhinə səs
vermiş, 3 nəfər bitərəf qalmışdır (protokolda belə
göstərilmişdir). Beləliklə, Azərbaycan
Milli Şurası Azərbaycan xalqının rəyini öyrənmədən
İrəvanın Ermənistana
güzəştə gedilməsi haqqında qərar qəbul etmişdir.
Azərbaycan Cümhuriyyəti
Hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da
xarici işlər naziri Məmməd
Həsən Hacınskiyə yazırdı: «Biz ermənilərlə bütün
mübahisələrə son qoyduq,
onlar ultimatumu qəbul edəcək və müharibəni
qurtaracaqlar. Biz İrəvanı onlara
güzəştə getdik». Milli Şuranın iyunun 1-də keçirilən
iclasında həmin məsələyə
yenidən baxılaraq, bu qərara protest elan edildi.
Protesti Şuranın İrəvandan olan
3 üzvü imzalamışdı. Milli Şura protesti müzakirə
olunmadan iclas protokoluna
əlavə etməyi qərara aldı. İrəvanın ermənilərə güzəşt
olunması haqqında qərarın
qəbul edilməsi, onun əsaslandırılması üçün gətirilən
bütün dəlillərə baxmayaraq,
siyasi cəhətdən tamamilə səhv addım idi.
Ermənistan Respublikası ilə Osmanlı dövləti arasında
bağlanmış 1918-ci il
4 iyun tarixli Batum müqaviləsinə əsasən, Sürməli
qəzası, Aleksandropol (Gümrü),
Şərur, Eçmiədzin və İrəvan qəzalarının böyük bir
hissəsi Osmanlı dövlətinə
keçdi. İrəvan quberniyasının ərazisinin üçdə bir
hissəsindən azı Ermənistanın
əÜndə qaldı. Lakin Birinci Dünya müharibəsində
Osmanlı dövlətinin məğlubiyyəti
(1918-ci il Mudros barışığı) onun bu torpaqlarda
möhkəmlənməsinə imkan
vermədi. Azərbaycan Xalq Cümhuriyyəti də İrəvan
quberniyasının tərkibinə daxil
olan ərazilərində öz hakimiyyətinin bərqərar
edilməsinə nail ola bilmədi.
Yenicə yaradılmış Ermənistan (Ararat)
Respublikasının Azərbaycan, Gürcüstan
və Osmanlı dövlətlərinə qarşı təcavüzkar siyasəti. Ermənistanın keçmiş Tiflis
quberniyasının Axalkalaki (Axalkələk) və Borçalı
qəzalarına qarşı əsassız iddia irəli
sürdü. Azərbaycan Xalq Cümhuriyyəti tarixi
torpaqlarının öz sərhədləri daxilində
birləşdirilməsi üçün fəal xarici siyasət yeritsə də,
müharibəyə qoşula bilmədi. Lakin
Ermənistan öz işğalçılıq planlarını müharibə yolu
ilə həll etmək yolunu tutdu.
Osmanlı imperatorluğu ilə Cənubi Qafqaz
respublikaları arasında bağlanmış Batum
müqavilələrinə (1918) əsasən, Gürcüstanla
Ermənistanın sərhəd zolağında
türk qoşunları yerləşmişdi. Oktyabrın 18-də türk
qoşunları oradan çıxdılar və həmin
yerləri Gürcüstanı müdafiə edən alman qoşunları
tutdu. Birinci Dünya müharibəsində
(1914-1918) məğlub olmuş Almaniyanın hərbi qüvvələri
bu əraziləri
tərk etdikdə, Borçalı qəzasının xeyli hissəsi
Gürcüstan hökumətinin nəzarətinə
keçdi. Ermənistan Gürcüstana nota verərək, onun
Axalkalakidən çıxmasını tələb
etdi. Oktyabr-noyabr aylarında tərəflər arasında
qarşılıqlı ittihamlar kəskinləşdi,
ermənilər Axalkalaki və Borçalıda təxribatlar,
silahlı toqquşmalar törətməyə başladılar.
Ermənistan Axalkalakiyə süvari eskadron, Borçalıya
isə 4-cü erməni polkunun
hissələrini göndərdi. Dekabrın 9-da hərbi
əməliyyatlar başlandı. Döyüşlər
azərbaycanlıların elliklə yaşadığı və tarixən onlara
məxsus olan Borçalı qəzasında gedirdi. Ermənistanın
notasına görə Gürcüstan Borçalı, Axalkalaki
qəzalarından
və Tiflis də daxil olmaqla, eyni adlı qəzanın bir
hissəsindən imtina etməli idi. Dekabrın
17-də Gürcüstan Ermənistana rəsmən müharibə elan
etdi, Ermənistanla
diplomatik əlaqələri kəsdi. Dekabrın 18-31-də
tərəflər arasında hərbi əməliyyatlar
baş verdi. Müharibə Azərbaycanın tarixi torpaqlarına
və onun əhalisinə ciddi
ziyan vurdu. Birinci Dünya müharibəsində qələbədən
sonra Qafqazda mövqeyi
güclənən İngiltərə Ermənistan-Gürcüstan
müharibəsinin dayandırılmasında fəal
iştirak etdi. Ermənistan tərəfi dekabrın 31-də hərbi
əməliyyatları dayandırmağa
razı olduğunu bildirdi. Gürcüstan hökuməti də
bununla razılaşdı. 1919-cu il yanvarın
9-17-də Tiflisdə Ermənistan-Gürcüstan konfransı
keçirildi. Ermənistan və
Gürcüstan arasında sərhəd məsələsi Antanta Ali
Şurası tərəfindən həll edilənədək
Borçalı qəzasının şimal hissəsinin Gürcüstana, cənub
hissəsinin isə Ermənistana
verilməsi, Allahverdi mis mədənlərinin olduğu orta
hissədə isə «neytral zona»
yaradılması qərara alındı. Neytral zonanın idarəsi
ingilis general-qubernatoruna
həvalə edildi. Azərbaycanın qanuni iddiası olan
Borçalının müqəddəratının həll
olunduğu konfransa Azərbaycan Xalq Cümhuriyyətinin
nümayəndə heyəti dəvət
edilməmişdi. Ona görə də Azərbaycanın Tiflisdəki
nümayəndəsi öz ölkəsinin bu
qərarı tanımayacağını bildirdi. Sonralar Rusiya
Kommunist (bolşeviklər) Partiyası
Mərkəzi Komitəsi Qatqaz bürosunun 1921-ci il 7 iyul
tarixli qərarı ilə «neytral
zona» da Ermənistana birləşdirildi. Beləliklə,
Borçalının azərbaycanlı əhalisinin
öz müqəddəratını təyin etmək hüququ kobudcasına
pozuldu, əzəli Azərbaycan
torpağı olan və azərbaycanlıların elliklə yaşadığı
Borçalı Gürcüstanla Ermənistan
arasında bölüşdürüldü.
Ermənistan Respublikası Azərbaycana qarşı da ərazi
iddialarını təcavüzkarlıq
və etnik təmizləmə siyasəti ilə həyata keçirməyə
çalışırdı. 1919-cu ilin payızında
Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha
kəskin şəkil aldı. Azərbaycan
Hökumətinin dövlətin ərazi bütövlüyünü qorumaq üçün
həyata keçirdiyi tədbirlər
ermənilərin hərbi-diplomatik fəaliyyətini puça
çıxardı. ABŞ-ın və İngiltərənin
Qafqazdakı nümayəndələri bölgədə hərbi vəziyyətin
kəskinləşməsinin Paris Sülh
konfransının işinə maneçilik göstərəcəyi barədə
narahatlıqlarını Azərbaycan və
Ermənistan hökumət başçılarına bildirdilər. ABŞ
nümayəndəsi C.Rey tərəflər arasındakı
mübahisəli məsələləri dinc yolla həll etmək üçün
Tiflisdə konfrans keçirilməsini
təklif edirdi. Noyabrın 20-22-də Tiflisdə Azərbaycan
və Ermənistan
hökumət başçıları Nəsib bəy Yusifbəyli və
A.Xatisyanın başçılığı ilə nümayəndə
heyətlərinin görüşləri keçirildi. Noyabrın 23-də isə
vasitəçi-təminatçılar olan
müttəfiqlərin Qafqazdakı Ali komissarının müavini
C.Rey və Gürcüstanın xarici
işlər naziri Y.Gegeçkorinin iştirakı ilə tərəflər
arasında saziş imzalandı.
Saziş beş maddədən ibarət idi: 1-ci maddəyə görə
Ermənistan və Azərbaycan
hökumətləri baş verən toqquşmaları dayandırmağı və
yenidən silah gücünə
əl atmamağı öhdələrinə götürürdülər; 2-ci maddə ilə
tərəflər Zəngəzura gələn
yolların düzəldilməsi və açılması, bu yollarda
hərəkətin təhlükəsizliyi üçün təsirli
tədbirlər görülməsinə razılaşırdılar; 3-cü maddədə
tərəflər, sərhədlər haqqında məsələlər də daxil
olmaqla, bütün mübahisələri dinc yolla həll etməyi
öhdələrinə
götürürdülər. Dinc yolla razılığa gəlmək mümkün
olmadıqda, hər iki tərəf
Amerika polkovniki Reyi münsiflər məhkəməsi sifəti
ilə bitərəf şəxs kimi qəbul
edir və onun qərarlarını məcburi yerinə yetirməyə
razılaşırdılar; 4-cü maddədə
noyabrın 26-da Bakıda Azərbaycan - Ermənistan
konfransının keçirilməsi qərara
alınırdı; 5-ci maddə sazişi imzalandığı gündən
qüvvədə sayır və parlamentlərin
təsdiqindən sonra hüquqi qüwəyə mindiyini təsbit
edirdi. Lakin real tarixi faktlar
göstərdi ki, Ermənistan bu sazişlə üzərinə düşən
öhdəlikləri yerinə yetirmədi. Erməni
tərəfinin günahı üzündən noyabrın 26-da keçirilməsi
nəzərdə tutulan Azərbaycan
- Ermənistan konfransı yalnız dekabrın 14-21-də baş
tutdu. Bu konfransda
da əməli qərarların qəbul edilməsi mümkün olmadı.
1920-ci ilin aprelində
Cənubi Qafqaz dövlətlərinin Tiflisdəki konfransı
zamanı aparılan müzakirələr də
müsbət nəticə vermədi.
Azərbaycanda Aprel işğalının (1920) həyata
keçirilməsi ilə 1919-cu il Azərbaycan
- Ermənistan sazişi əhəmiyyətini itirdi.
Erməni daşnak hökuməti Türkiyəyə qarşı da
təcavüzkarlıq xətti yeridirdi. Bu
siyasət onlar arasında müharibəyə səbəb oldu.
Müharibənin başlanmasında
böyük dövlətlərin antitürkiyə siyasəti də az rol
oynamamışdı. Versal-Vaşinqton
sisteminin tərkib hissəsi kimi Paris Sülh
konfransında (1919-20) hazırlanmış Sevr
sülh müqaviləsi (1920) Osmanlı imperiyasının
bölüşdürülməsini nəzərdə tuturdu.
Müqavilənin imzalanmasına Birinci Dünya
müharibəsinin qalib dövlətləri ilə
yanaşı, Ermənistan (Ararat) Respublikası da cəlb
edilmişdi. Müqaviləyə görəTürkiyənin
Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinin bir
hissəsi erməni-daşnak
hökumətinə verilməli idi. Türkiyə Böyük Millət
Məclisi ölkənin ərazisini bölüşdürən
bu müqaviləni rədd etmiş, sultan da onu ratifikasiya
etməmişdi. Ermənistan
isə Türkiyəyə qarşı əsassız ərazi iddialarını həyata
keçirmək üçün müharibəyə
başladı. 1920-ci il iyunun 18-də daşnaklar Oltu
şəhərini tutdular. Rusiya
hökuməti Ermənistanla may-iyun və Türkiyə ilə
iyul-avqust aylarında Moskvada
keçirilən konfranslarda hadisələrə müdaxilə etməyə
çalışdı. Lakin hər iki tərəf
onun təkliflərini qəbul etmədi. Türk ordusu işğal
olunmuş torpaqların azad edilməsinə
başladı; sentyabrın 29-da Sarıqamışı, sonra Ərdəhanı
azad etdi. Çıxılmaz
vəziyyətə düşdüyünü görən erməni-daşnak hökuməti
türklərin azadlıq
yürüşünü dayandırmaq üçün Qərb dövlətlərinə, «bütün
sivilizasiyalı dünyaya»,
müttəfiqlərə müraciət etdi, lakin türklərin uğurlu,
ədalətli mübarizəsi bu cür
«müraciətləri» cavabsız qoydu. Oktyabrın 30-da
türklər Qarsa daxil olaraq, Aleksandropol
(Gümrü) istiqamətində hücumu davam etdirdilər.
Ermənistanın ABŞ,
B.Britaniya, Fransa və İtaliyaya yeni müraciətləri
də cavabsız qaldı. Gürcüstan
Respublikası isə noyabrın 6-da neytrallığını elan
etmişdi. Sovet Rusiyası bu müharibədən
istifadə edərək Ermənistanda möhkəmlənməyə çalışırdı.
Lakin erməni-
daşnak hökumətinin onun hərbi kömək təklifini rədd
etməsi bu niyyəti boşa
çıxartdı. Türklər uğurlu hərbi əməliyyatlar
nəticəsində noyabrın 7-də Aleksandropolu
azad etdilər. İrəvan üzərinə yürüş başlandı.
Noyabrın 18-də Ermənistan barışıq imzalamağa məcbur
oldu. Noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti
quruldu. Sovet Rusiyasının hərbi əməliyyatları
nəticəsində devrilmiş daşnak
hökuməti qüwələrini sovet hakimiyyətinə qarşı
səfərbər etmək üçün dekabrın
2-də Gümrü müqaviləsini (1920) imzaladı.
Müqaviləni Türkiyə hökuməti tərəfindən Fərid Kazım
Qarabəkir paşa, Ərzurum
valisi Hamid bəy, Ərzurumdan deputat Süleyman Nicati
bəy, Ermənistan
Respublikası tərəfindən baş nazir A.Xatisyan,
maliyyə naziri A.Gülxəndanyan,
daxili işlər nazirinin müavini S.Qordanyan
imzalamışlar. Müqavilə 18 maddədən
ibarət idi. 1-ci maddə ilə müharibəyə son qoyulduğu
və tərəflərin daimi sülh
üçün danışıqlara başladığı bildirilirdi. 2-ci
maddədə Türkiyə ilə Ermənistan Respublikası
arasındakı sərhəd dəqiqləşdirilirdi. Ermənistan
Respublikasının ərazisi
İrəvan və Göyçə gölü bölgələrindən ibarət olmaqla
əvvəlki sərhədlərinə —1918-
ci il 21 iyun sərhədlərinə qaytarılırdı. Həmin
maddənin ikinci hissəsində deyilirdi:
«Kükü dağı, Həməsur dağı, Qurdqulaq kəndi, Sayat
dağı, Arpaçay evləri, Kömürlü
dağı, Saraybulaq, Ararat stansiyası, Araz çayı
yaxınlığındakı Aşağı Qarasunun töküldüyü
yerdən keçən zolağın cənubundakı (Naxçıvan, Şahtaxtı,
Şərur) əraziyə,
daha sonra referendumla təyin olunacaq idarə
formasına və bu idarənin əhatə
edəcəyi torpaqlara Ermənistan qarışmayacaq, həmin
ərazidə hələlik Türkiyənin
himayəsində yerli idarə yaradılacaqdır». Ermənistan
Respublikasının təcavüzkar
siyasəti nəzərə alınaraq müqavilədə onun silahlı
qüvvələrinin həddi müəyyən
edilirdi. 4-cü maddəyə görə Ermənistan hökuməti «daxili
təhlükəsizliyini qorumaq
üçün lazımi səviyyədə yüngül silahlı jandarm qüwəsi
və ölkəni qorumağa
ayrılan 8 dağ və ya səhra topu ilə 20 pulemyota
malik 1500 muzdlu əsgərdən
ibarət birlikdən artıq hərbi qüvvəyə malik
olmayacağını öhdəsinə götürürdü».
Ermənistan Respublikası hərbi mükəlləfiyyət keçirə
bilməzdi. 5-ci maddəyə görə,
müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət
Türkiyənin İrəvandakı siyasi nümayəndəsi
və ya səfirinə həvalə olunurdu. Bunun müqabilində
Türkiyə hökuməti
Ermənistan Respublikasının istəyinə əsasən, ona
silahlı yardım etməyi öhdəsinə
götürürdü. Ermənistan Respublikası ərazisindən
Türkiyə üçün təhlükə yarandıqda,
Türkiyə hökuməti Ermənistana qoşun yeridə bilərdi.
Müqavilənin 6 və 7-ci
maddələri köçkünlərlə bağlı idi. Hər iki tərəf,
müharibə zamanı düşmən ordusu
tərəfinə keçərək, öz dövlətinə qarşı silah
işlədənlərdən və ya işğal olunmuş torpaqlarda
kütləvi qırğınlarda iştirak edənlərdən başqa, qalan
köçkünlərin əwəlki
sərhəd daxilindəki yurdlarına dönmələrinə razılıq
verirdi. Türkiyə hökumətinin
müharibənin əsas səbəbkarı olan məğlub tərəfdən -
Ermənistan Respublikasından
təzminat tələb etməyə tam haqqı olsa da, o humanizm
prinsiplərinə hörmət
edərək, bundan imtina etdi (8-ci maddə), habelə 2-ci
maddədə göstərilən
sərhədlər daxilində suverenliyini bütünlüklə inkişaf
etdirmək və gücləndirməkdə
ermənilərə yardım göstərməyi öhdəsinə götürdü. 10-cu
maddəyə əsasən, Ermənistan
hökuməti Antanta dövlətlərinin Türkiyə Böyük Millət
Məclisi tərəfindən
qəti surətdə rədd edilmiş qarətçi Sevr müqaviləsini
(1920, 10 avqust) etibarsız
saydı və bununla da özünün Batum müqaviləsi (1918, 4
iyun) ilə nəzərdə tutulan əraziləri hüdudlarında
mövcudluğunu təsdiqlədi. 11-ci maddə Ermənistan
Respublikası ərazisində yaşayan türk-müsəlman
əhalinin hüquqlarına aid idi. Ermənistan
hökuməti öz ərazisində yaşayan türk-müsəlman
əhalinin mədəni və
dini inkişafı üçün şərait yaratmağı öhdəsinə
götürürdü. 12-ci maddə nəqliyyat
məsələlərini, xüsusilə tranzit nəqliyyatını
tənzimləməli idi. Türkiyə hökuməti Şərur,
Naxçıvan, Şahtaxtı və Culfa yolu ilə tranzit
əlaqələrinin sərbəstliyinin təminatını
öz üzərinə götürürdü. Türkiyə hökuməti Ermənistan
Respublikası daxilində
müvəqqəti olaraq hərbi qüwə saxlamaq hüququ əldə
edirdi (13-cü maddə). Ermənistan
hökuməti hər hansı bir dövlətlə bağlanan
müqavilələrin Türkiyənin mənafeyinə,
yaxud maraqlarına zidd olan maddələrini etibarsız
saymağı qəbul edir
və bunu öhdəsinə götürürdü (14-cü maddə). Sonrakı
maddələrdə iqtisadi-siyasi
münasibətlərin nizama salınmasından və müqavilənin
təsdiqindən bəhs olunurdu.
Müqavilənin sonunda hər iki tərəfin qəbul etdiyi
belə bir fikir də diqqəti cəlb
edir: tərəflər arasında anlaşılmazlıq meydana
gəldikdə, müqavilə türkcə mətnə
əsasən təhlil olunmalı idi. Gümrü müqaviləsinin
Naxçıvan mahalına münasibətdə
müəyyən ədalətsiz müddəaları (qədim türk torpaqları
olan Uluxanlı, Qəmərli
kəndlərinin və ən başlıcası isə, Böyük Vedi
ətrafındakı bir çox Azərbaycan kəndlərinin
Ermənistana verilməsi) nəzərə alınmazsa, bu müqavilə
Naxçıvan Muxtar
Respublikasının indiki sərhədlərinin
müəyyənləşdirilməsində mühüm rol oynadı.
Ermənistan SSR (1920-1991). Azərbaycan torpaqlarında
qurulan növbəti
erməni dövlət qurumu Ermənistan SSR oldu.
Ermənistanda sovet hakimiyyəti
1920-ci il noyabrın 29-da quruldu. Bu dövlətin
qurulması Ermənistan (Ararat)
Respublikasının yaradılmasından bəzi
xüsusiyyətlərinə görə fərqlənirdi. Əvvəla,
Ermənistan (Ararat) Respublikası digər Cənubi Qafqaz
respublikaları - Gürcüstan
və Azərbaycanla eyni tarixi şəraitdə və vaxtda elan
edilmişdir. Ermənistanın
sovetləşdirilməsi isə Azərbaycan SSR-dən (1920, 28
aprel) yeddi ay sonra baş
vermiş, bu prosesdə fəal rol oynayan Sovet Rusiyası
onu sürətləndirmək üçün
Azərbaycan torpaqlarının Ermənistan SSR-ə
verilməsindən bir vasitə kimi istifadə
etmişdir. İkinci, yenə Sovet Rusiyasının fəal
iştirakı ilə Ermənistanda yaşayan
azərbaycanlılardan fərqli olaraq Azərbaycan SSR-in
Qarabağ bölgəsinin dağlıq
hissəsinə muxtariyyət verilməsi üçün tədbirlər
həyata keçirməyə başlamışdır.
Beləliklə, Azərbaycanın tarixi torpaqlarında
Ermənistan SSR yaradılması ilə yanaşı,
onun tərkibində muxtar qurum yaratmaq cəhdləri ilə
Azərbaycanın daxili
işlərinə qarışmaq və yeni ərazi iddiaları üçün zəmin
hazırlanmış oldu. Ermənistan
SSR və Moskvanın əlbir fəaliyyəti nəticəsində tarixi
Azərbaycan torpaqları olan
Zəngəzurun ərazisinin böyük bir hissəsi Ermənistana
verildi. Naxçıvanla digər
Azərbaycan torpaqları arasında birbaşa əlaqə kəsildi.
Eyni zamanda Ermənistanla
İran arasında birbaşa əlaqə yarandı, Ermənistan
XKS-nin 1921-ci il 20 iyulda
təsdiq etdiyi yeni inzibati-ərazi bölgüsünə əsasən,
oradakı 8 qəzaya daha bir qəza
- Zəngəzur əlavə edildi. Bütün bunlardan sonra Sovet
Rusiyası Cənubi Qafqazla
(Gürcüstanda sovet hakimiyyəti 1921-ci ilin
fevralında qurulmuşdur) Türkiyə
arasındakı sərhədlərin təsdiqi yoluna keçdi. 1921-ci
il oktyabrın 13-də RSFSR-in iştirakı ilə bir
tərəfdən Azərbaycan, Ermənistan, Gürcüstan
respublikaları, digər
tərəfdən, Türkiyə arasında 16 mart RSFSR-Türkiyə
müqaviləsinə uyğun olaraq
Qarsda yeni müqavilə imzalandı. Qars müqaviləsi 20
maddə və 3 əlavədən ibarət
idi. Birinci maddədə 1921-ci il 16 mart Moskva
müqaviləsi istisna olmaqla, razılığa
gələn tərəflərin tabeliyindəki ərazilərdə öz suveren
hüquqlarını həyata keçirən
dövlətlər arasında bağlanmış və yuxarıda göstərilən
ərazilərə, həmçinin Cənubi
Qafqaz respublikalarına aidiyyəti olan, habelə
üçüncü dövlətlərlə bağlanmış
müqavilələrin ləğv olunduğu və qüvvədən düşdüyü
bildirilirdi. İkinci maddəyə
görə, tərəflər onlardan hər hansı birinə güclə,
məcburi qəbul etdirilən heç bir
sülh müqaviləsini və ya digər beynəlxalq aktı
tanımamağa razılaşırdılar. Cənubi
Qafqaz respublikaları Türkiyənin, Türkiyə isə
onların qəbul etmədiyi hər hansı
beynəlxalq aktı tanımamağı üzərinə götürürdü. Üçüncü
maddədə kapitulyasiya
rejiminə hər hansı münasibəti olan bütün funksiya və
hüquqların öz qüvvəsini
itirdiyi və ləğv olunduğu qeyd edilirdi. Dördüncü
maddə sərhədlər məsələsinə
həsr olunmuşdu. Qars müqaviləsinin beşinci maddəsi
Naxçıvana aid idi. Həmin
maddədə göstərilirdi ki, «Türkiyə hökuməti, Sovet
Ermənistanı və Azərbaycan
hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin
III əlavəsində göstərilən
sərhəd daxilində Azərbaycanın himayəsi altında
muxtar ərazi təşkil etməsinə
razıdırlar». Altıncı maddə ilə Türkiyə Batum
şəhərini və limanını müəyyən şərtlərlə
Gürcüstana güzəştə gedirdi. 7, 8 və 9-cu maddələrdə
Türkiyə və Gürcüstan
arasındakı sərhəd məsələlərindən, Qara dəniz və
boğazların statusundan bəhs
olunurdu. Onuncu maddə ilə «razılığa gələn tərəflər
öz ərazilərində digər ölkənin
və ya onun ərazisinin bir hissəsində hökumət roluna
iddia edən təşkilat və
ya qrupların yaranmasına və ya olmasına, həmçinin
digər ölkəyə qarşı mübarizə
məqsədi güdən qrupların olmasına yol verməməyi
öhdəsinə götürürlər».
11, 12 və 13-cü maddələr müqaviləyə qoşulan
dövlətlərin vətəndaşları ilə bağlı
məsələlərə həsr edilmişdi. On dördüncü maddə ilə
müqavilənin imzalandığı gündən
sonra 6 ay ərzində 1918-1920-ci illər müharibələri
qaçqınlarına aid xüsusi
müahidə bağlanması nəzərdə tutulurdu. 15 və 16-cı
maddələr Qafqaz cəbhəsindəki
hərbi əməliyyatlardan irəli gələn cinayətlərə görə
tam əfümumiyyə (amnistiya)
elan edilməsi, hərbi və mülki əsirlərin geri
qaytarılması haqqında idi. 17
və 18-ci maddələr isə razılığa gələn tərəflər
arasında kommunikasiya və iqtisadi
əlaqələrə həsr olunmuşdu. On doqquzuncu maddəyə görə,
tərəflər müqavilənin
imzalanmasından sonrakı 3 ay ərzində konsul
konvensiyası bağlamağı öhdələrinə
götürürdülər.
Sonuncu - iyirminci maddə müqavilənin ratifikasiya
olunmasını nəzərdə tuturdu.
Ratifikasiya fərmanları mübadiləsinin İrəvanda
həyata keçirilməsi qeyd
olunmuşdu. Müqavilə onun imzalanmasından sonra
dərhal qüvvəyə minən
6, 14, 15,16, 18 və 19-cu maddələr istisna olmaqla,
ratifikasiya fərmanlarının
mübadilə olunduğu andan qüvvəyə minməli idi. Qars
müqaviləsinin ratifikasiya
mübadiləsi 1922-ci il sentyabrın 22-də İrəvanda
olmuşdu. Müqavilənin fəaliyyət
müddəti məhdudlaşdırılmamışdır.
Sovet Rusiyası
Cənubi Qafqazın xarici sərhədlərinin təsdiqindən
sonra buradakı
respublikalararası münasibətləri öz nəzarətinə
almağa başladı. 1922-ci ildə
Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR)
yaradıldı. ZSFSR də
Azərbaycan torpaqları hesabına digər respublikaların,
o cümlədən Ermənistan
SSR-in ərazisinin genişləndirilməsinə şərait yaratdı.
Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin Naxçıvan Muxtar Respublikasının
75 illiyi haqqında fərmanında (1999, 4 fevral) dəqiq
şəkildə ifadə
edildiyi kimi «Ermənistanm hakim dairələri
Moskvadakı himayədarlarının köməyi
ilə Naxçıvanın bəzi torpaqlarını qoparıb öz
ərazisinə birləşdirməyə nail oldular.
1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə
Komitəsinin qərarı ilə Naxçıvanın 657
kvadratkilometr ərazisi - Şərur qəzasının Qurdbulaq,
Xaçik, Horadiz, Naxçıvan
qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı,
İtqıran, Sultanbəy kəndləri,
Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilid kəndi
torpaqlarının bir hissəsi
Ermənistana verildi. 1930-cu ildə isə Əldərə, Lehvaz,
Astazur, Nüvədi və sair
yaşayış məntəqələri Ermənistana verilmiş və həmin
ərazidə Mehri rayonu yaradılmışdır
».
1936-cı ildə ZSFSR-in tərkibindəki üç respublika
ayrılmış və ayrı-ayrılıqda SSRİ
tərkibində qalmışdır. Bu dövrdə də Ermənistan
Azərbaycanın yeni-yeni torpaqları
hesabına ərazisini genişləndirmək xəttini davam
etdirmişdir. Bu dəfə əsas
istiqamət Azərbaycanın qərb torpaqları seçilmişdi.
1938-ci il mayın 5-də Azərbaycanla
Ermənistanın sərhəd ərazisindəki iki min hektardan
çox torpağın Ermənistana
verilməsi haqqında qərar çıxarıldı. 1945-ci ildə II
Dünya müharibəsinin
başa çatmasından az sonra isə Azərbaycanın Dağlıq
Qarabağ Muxtar Vilayətinin
Ermənistana birləşdirilməsinə cəhd olunmuş, bu
siyasət baş tutmadıqda,
Ermənistandakı öz tarixi torpaqlarından
azərbaycanlıların deportasiyası (1948-
1853) həyata keçirilmişdir. Hətta, bu deportasiya
nəticəsində boşalan azərbaycanlı
kəndlərinin ermənilərlə məskunlaşdırılması belə,
Azərbaycandan torpaq
qoparılması iddiasının qarşısını ala bilməmişdir.
1960-cı illərdə Ermənistanda
genişlənən anti Türkiyə və anti Azərbaycan
hərəkatına, Ermənistanın Azərbaycan
torpaqlarına qarşı ərazi iddialarına dəstək verən
SSRİ rəhbərliyinin təzyiqi
ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti
1969-cu il 7 may tarixli qərarı
ilə 1938-ci il 5 may qərarını təsdiq etmişdir.
Yalnız Heydər Əliyevin Azərbaycan
rəhbərliyinə gəlməsilə (1969, 14 iyul) bu qərarın
həyata keçirilməsi dayandırılmışdır.
Lakin, Ermənistan bu siyasətindən əl çəkməmiş,
1984-cü ilin oktyabrında
Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min
hektarlarla torpaq sahəsi Ermənistana
verilmişdir.
Azərbaycanlıların Ermənistandan deportasiyası və
yeni-yeni Azərbaycan torpaqlarının
ələ keçirilməsi sahəsində Ermənistan SSR-in
yeritdiyi siyasi xətt Ermənistan
Respublikası davam etdirmişdir.
Ermənistan Respublikası (1991). Müasir Ermənistan
Respublikası azərbaycanlıların
Ermənistan ərazisindəki öz tarixi torpaqlarından
deportasiyası və Azərbaycana
qarşı işğalçı müharibənin genişləndiyi şəraitdə -
1991-ci ilin sentyabrında müstəqilliyini elan
etmişdir. Ermənistan Respublikası xarici dəstəkdən
istifadə
edərək Azərbaycanın Şuşa (1992,. 8 may), Laçın (18
may), Kəlbəcər (1993,7 iyul),
Ağdam (23 iyul), Füzuli və Cəbrayıl (23 avqust),
Qubadlı (31 avqust) və Zəngilan
(29 oktyabr) rayonlarını işğal etmişdir. Ermənistan
Respublikası əwəlki erməni
respublikalarından fərqli olaraq soyqırım və terror
siyasətini yeni işğal olunmuş
Azərbaycan torpaqlarına keçirmişdir.
Ermənistan Respublikası sovet dövründən qalma rayon
bölgüsünü ləğv edərək
1996-cı ildən yeni inzibati-ərazi bölgüsü olan
vilayətlərə keçib. Respublika ərazisi
on vilayət və vilayət statusu olan İrəvan şəhərinə
ayrılıb. Ermənistan Respublikasının
müasir inzibati-ərazi bölgüsünü Qərbi Azərbaycanda
tarixən formalaşan inzibati-
ərazi bölgüsü ilə müqayisə etsək, əslində Ermənistan
hakimiyyətinin Qərbi
Azərbaycanın azərbaycanlılara məxsus keçmiş ərazi
bölgüsünü bərpa etməsi aydın
olar. Şirak vilayəti Ağbaba-Şörəyel (Amasiya, Qızıl
Qoç, Ağin, Düzkənd, Ərtik),
Lori Lori-Pəmbək (Allahverdi, Barana, Cəlaloğlu,
Böyük Qarakilsə), Tavuş Şəmşəddin,
Araqadzor Abaran - Dərəçiçək, Kotayk Qırxbulaq -
Əştərək, Geğarkunik
Göyçə (Aşağı Qaranlıq, Basarkeçər, Kəvər, Çəmbərək),
Armavir Zəngibasar-Sərdarabad
(Sərdarabad, Zəngibasar, Üçkilsə), Ararat
Gərnibasar-Vedibasar (Vedi,
Qəmərli), Vayatsdzor Dərələyəz (Keşişkənd, Soylan),
Sünik Zəngəzur (Qafan, Qarakilsə,
Gorus, Mehri) mahallarına uyğundur.
YAQUB MAHMUDOV,
əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü
KƏRİM ŞÜKÜROV,
tarix elmləri doktoru
|