İrəvan şəhəri tarixən Qərbi Azərbaycanın mühüm
iqtisadi, siyasi və mədəni mərkəzi olmuşdur.
Şəhərdə və onun ətrafında xalq yaradıcılığı,
dekorativ-tətbiqi sənətin müxtəlif növləri geniş
yayılmışdı. İrəvanda müxtəlif sənətkar məhəllələri
mövcud idi. Yerli sənətkarlar - dulusçular,
toxucular,
boyaqçılar, misgərlər, zərgərlər və başqalan
Azərbaycanın və Şərqin digər bölgələri ilə müntəzəm
sənət əlaqələri saxlayırdılar. İrəvan sənətkarlannın
hazırladıqları məmulatlar Azərbaycan
hüdudlanndan kənarda da yüksək qiymətləndirilirdi.
Əsrlər boyu davam edən sənət ənənələri xalq
içərisində yaşamış, son onilliklərə qədər davam
etmişdir.
Divar boyakarlığı. Kaşıkarlıq. Azərbaycan monumental
rəngkarlığının əsas növlərindən olan
divar boyakarlığı geniş yayılmışdı. Üslub və bədii
kompozisiya baxımından İrəvan divar
boyakarlığı Azərbaycan və orta Şərq ölkələri
incəsənəti ilə oxşar cəhətlərə malikdir. Miniatiir
boyakarlığına xas olan şərti kompozisiya həlli,
əlvan və parlaq rənglərdən istifadə, ənənəvi mövzu
və süjetlərin (“Şahnamə”, “Leyli və Məcnun”
motivləri, realist mənzərə və məişət təsvirləri,
portretlər,
eləcə də fantastik süjetlər, xeyirin şərlə
mübarizəsini əks etdirən rəmzi xarakterli
kompozisiyalar, gül və quşlardan ibarət lirik
pannolar və s.) əks olunması İrəvan divar
boyakarlığını
Azərbaycanm digər məktəbləri ilə, xüsusən Təbriz
məktəbi ilə yaxınlaşdınr. Divar boyakarlığının
yaradılmasında, əsasən, tempera və yağlı boyadan
istifadə olunurdu. Ənənəvi olaraq ictimai və
dünyəvi tikililərdə divar boyakarlığı süjetli
görüntülərlə, dini tikililərdə isə oynaq və ritmik
kompozisiya həllinə malik həndəsi omamentli
təsvirlərlə təmsil olunurdu. Süjetli təsvirlərin ən
kamil nümunələri İrəvan Sərdar sarayında yerləşirdi,
omamental təsvirlərin zəngin nümunələrinə
isə Göy məsciddə rast gəlinir.
Sərdar sarayı İrəvanda inşa olunan ən böyük saray
hesab olunurdu. Saray zəngin interyer və
eksteryer bəzəklərinə malik idi. İnteryerdə, əsasən,
yağlı boya və tempera ilə işlənmiş süjetli və
süjetsiz kompozisiyalar, tarixi və mifoloji
şəxsiyyətlərin, dövlət və hərb xadimlərinin
portretləri
yerləşirdi. Arasahələr isə şirli kaşı tavacıqları və
bir-birinə nəzərən müxtəlif bucaq altında
yerləşdirilib (işığı fərqli bucaqlar altında əks
etdirərək zəngin optik təəssürat yaratmaq üçün)
ritmik
kompozisiya əmələ gətirən güzgü hissələri ilə
bəzədilmişdi. Eksteryer bəzəklərinə gəlincə, burada
kaşıkarlıq sənəti nümunələri üstün idi. Şirli və
şirsiz kaşı plitələrinin (bir üzü kaşı ilə örtülən
bişmiş
kərpiclərin) növbəli düzülüşü sadə həndəsi fonnalar
- romb, düzbucaqlı, haşiyə və s. əmələ gətirirdi.
Həndəsi formaların asketik sadəliyinə baxmayaraq,
onlar zəngin dekorativ işləmələrlə bir neçə qat
bəzədilirdi. XIX əsrdə İrəvan Sərdar sarayının
interyerində təmir bərpa işləri aparılmış, buraya
yeni
rəsmlər, portretlər əlavə olunmuşdu. Sarayda bərpa
işləri ilə görkəmli omamentalist və portretçi
rəssam Mirzə Qədim İrəvani məşğul olmuşdu. İstedadlı
Qarabağ sənətkarı Usta Qəmbər Qarabaği
XIX əsrin sonlarında Şəki xan sarayının bərpası
zamanı burada dekorativ divar və tavan pannolan
işlədiyi kimi, Mirzə Qədim İrəvani də həmin əsrin
ortalarmda İrəvanda Sərdar sarayında işləmiş,
Güzgülü zalı bərpa etmiş, uzunluğu 2 m, eni 1 m olan
qalın kətan üzərində divara bərkidilmiş
portret-pannolar (panellər) işləmişdir.
Sərdar sarayının əsas bəzək işləmələrindən biri də
güzgüdür. Güzgii və gəc bəzəklərindən
Gəncə, Şuşa, Şəki və digər şəhərlərdə də istifadə
olunmuşdur. Lakin ölçülərinə, kompozisiyasının
ahəngdarlığına və bədii-estetik xüsusiyyətlərinə
görə İrəvandakı Sərdar sarayının Güzgülü zalı,
şübhəsiz ki, ən gözəl nümunələrdən biri kimi
dəyərləndirilə bilər. “XIX əsrin əwəllərində tavanı
güzgü, divarlan portretlərlə bəzədilmiş Sərdar
sarayı Tehrandakı Gülüstan və Səadətabad saraylannda
olduğu kimi ...kitab miniatürlərinə yaxm olan
süjetli təsvirlərə malik plitələrlə örtülmüşdü”.
İrəvandakı dini abidələrin bədii tərtibatında Göy
məscid xüsusilə seçilir. Göy məscid zəngin
omamental kompozisiyalarla nəfis bəzədilmiş qiymətli
və hazırda İrəvanda yeganə məsciddir. Onun
müasir eksteryerində kvadratformalı iizlük şirlənmiş
kaşı tavacıqlarından dekorativ tərtibat vasitəsi
kimi istifadə edilmişdir. Əsasən, ağ,
mavi, göy, sarı və qəhvəyi rəngdə olan tavacıqlar
bir-biri ilə ahəngdarlıqla qovuşaraq ritmik həndəsi
omamental kompozisiya həlli əmələ gətirirlər.
Həndəsi kompozisiyalı kaşı bəzəklərindən Göy
məscidin dövrümüzədək mühafızə olunmuş yeganə
minarəsinin bəzədilməsində də məharətlə istifadə
edilmişdir. Minarənin qiblə istiqamətində,
şərəfənin altında divara şirli kaşı ilə yazılmış
“Allah” sözü bərkidilmişdir. Həmçinin şərəfənin
qapısı
üzərində eyni iisulla “Ya Əli” sözləri bənd edilib.
Maraqlıdır ki, “Ya Əli” ifadəsi günbəzm ıç tərəfınin
yuxarı hissəsində dairə boyunca səkkiz dəfə
təkrarlanır. Məscidin şiəlik təriqətinə mənsubluğu
onun bədii tərtibatında çox dolğun əks olunmuşdur.
Yazılar bəsit qrafık kompozısıyaya
malik olub kufı xəttinin sadələşdirilmiş fonnasmı
xatırladır.
Bəzəklərin kompozisiya həlli baxımından İrəvandakı
Göy məscid Şuşadakı Govhər ağa
məscidi, eləcə də Gəncə Cümə (Şah Abbas) məscidi ilə
oxşar cəhətlərə malikdir. Bu isə öz növbəsində
İrəvan bədii məktəbinin Qarabağ, Gəncə, həmçinin
Naxçıvan, Marağa, Təbnz məktəblən
ilə bədii sənətkarlıq əlaqələrinin mövcud oldugunu
göstərir.
Göy məscidin əsas günbəzi xaricdən tamamilə mayolika
ilə örtülmüşdür. Əsas hissəsı göy
rəngdə olan mayolika nümunələri sarı kaşı ilə
ahəngdarlıqla əlaqələndirilərək sadə görünüşlü, eyni
zamanda zəngin estetik təəssürat yaradan kolorit
effektinə malikdir. Məscidin əsas portalı stalaktit
fornıasında olub Bakıdakı Şirvanşahlar saray
kompleksinin əsas portalını xatırladır. Həmın
abidədən fərqli olaraq Göy məscidin portalı göy-mavi
kaşı tavacıqları ilə bəzədilmişdir. İrəvandakı
göy məscidin həm eksteryer, həm də interyer
bəzəkləri, demək olar ki, yalnız həndəsı
omamentlərdən
ibarətdir ki, bu da onu Naxçıvan bədii ənənəsinə
yaxınlaşdınr.
XVIII əsrdə inşa edilmiş Abbas Mirzə məscidi (Xan
məscidi) zəngin dekorativ tərtibata malik
olmuşdur. XX əsrin ortalarında baxımsız vəziyyətə
düşən və tədricən uçulub dağılan bu abıdə, hazırda tamamilə sökiilmüşdür. Ötən əsrin
sonlarında, əsrimizin əwəllənndə çəkılmış fotolarda həmin məscidin iki divarmın qalıqlan əks olunub.
Bişmiş kərpicdən tikilmiş divarlar üzərındə İrəvan monumental sənəti üçün xarakterik olan
rombşəkilli bəzək motivləri dıqqətı cəlb edır. Bu bəzək motivləri xan məscidinin daha əvvəl çəkilmiş
fotoşəkillərində də aydın görünür. Minalı və
minasız kərpiclərin növbəli kombinasiyası ilə əmələ
gətirilən rombun nisbətən iri ölçüləri bədıı kompozisiyaların monumentallığından xəbər verir. Bu
cəhət məscidin köhnə fotoları ilə də təsdıq
olunur. Romb kənardan tünd, daxildən açıqrəngli
kərpiclərdən təşkil olunmaqla xiisusı bədıı effekt
yaradır. Rombun daxilində eyni rənglərdə ikinci
cərgə (bala romb) yerləşir ki, bu da Azərbaycan
dekorativ sənətində geniş yayılmış kompozisiya
fonnasıdır (“hamilə buta”). Abıdənın ıkıncı
dıvarında
da roınb formalı ınaraqlı dekorativ kompozisiya
diqqəti cəlb edir. Mınalı və mınasız kərpielərin
ahəngdar düzülüşiindən yaradılan bu kompozisiyada
“Allah” kəlməsi miixtəlif
kombinasiyalarda təkrarlanır. Həmin kombinasiya
Bərdədəki “Allah-Allah” türbəsini (XIV əsr) və
eyni dövrdə inşa edilmiş Naxçıvanm Qarabağlar
kəndindəki on iki üzlii türbəni xatırladır.
Təsviri sənət. İrəvan şəhərində təsviri sənətin
köklü ənənələri vardır. Burada təsvir sənət xalq
yaradıcılığınm ayrı-ayrı sahələrindən və miniatür
sənətindən qaynaqlanmışdır.
XIX əsrdə İrəvanda klassik Azərbaycan təsviri
sənətinin ən məşhur simalarından biri olan Mirzə
Qədim İrəvani (1825-1875) yaşayıb yaratmışdır. O,
həmin dövrdə təkcə İrəvanın deyil, bütövlükdə
Azərbaycanın tanınan rəssamı olmuşdur. Cəmi 50 il
ömür sürməsinə baxmayaraq, zəngin bədii irs
qoyub getmişdir.
Mirzə Qədim İrəvani, əsasən,
omamentalist və portretçi rəssam kimi ad
çıxarmışdır.
Mirzə Qədim İrəvani şəhərin ms qoşunları tərəfındən
işğalından (1827) iki il öncə xarrat
ailəsində anadan olmuşdur. Onun irsini tədqiq etmiş
görkəmli alim N.Miklaşevskayanın fıkrincə,
atası Məmmədhüseyn (Məhəmmədhüseyn) kişi adi xarrat
olmayıb bədii yonma sənətini mükəmməl
bilən bir sənətkar olmuşdur. O, bədii sənətkarlığı
oğlu Qədimə lap uşaq yaşlarından sevdirə
bilmişdi. Qədim bir qədər böyüdükdən sonra imkanlı
atası onu Tiflis progimnaziyasına oxumağa
göndərir. Progimnaziyada təhsilini başa vuran Qədim
təxminən 1840-cı ildə İrəvana qayıdır və poçt
şöbəsində teleqrafçı vəzifəsinə düzəlir. Mirzə Qədim
bu vəzifədə 35 il - ömrünün sonunadək çalışıb.
Mirzə Qədim İrəvani 1875-ci ildə kollec asessom
rütbəsində İrəvanda vəfat edib.
Mirzə Qədim, əsasən, sulu və yağlı boya, həmçinin
tempera ilə şəkillər çəkmişdir. O, milli
realist üslubun yaradıcısı hesab olunur. Rəssamın
kiçikölçülü rəsmləri kağız və karton, iriölçülü
əsərləri isə (panel rəssamlığı nümunələri) bərk
kətan üzərində çəkilib. Rəssamın milli məişət
elementləri ilə zəngin olan əsərləri şərq
incəsənətinə xas rəngarəngliyi və dekorativliyi ilə
seçilir.
Onun yaradıcılığı Qacar üslubuna yaxm olub ənənəvi
miniatür sənəti ilə Avropa akademik
rəssamlığınm sintezindən qaynaqlanır. Rəsmlərdəki
rəngarənglik, sadə süjet xətti və simvolika şərq
incəsənəti təzahürləridir. Kompozisiyanı perspektiv
qumluşu əsasında əks etdirməyə cəhd isə
Avropa rəssamlığım xatırladır. Rəssamın bədii irsi
Bakıda Milli İncəsənət Muzeyində, Tbilisidə
Gürcüstan Dövlət İncəsənət Muzeyində və
Sankt-Peterburqda Dövlət Ermitajında saxlanılır.
Mirzə Qədim İrəvaninin yaradıcılığı, əsasən, üç -
erkən, yetkin və son dövrlərə böliinür.
Yaradıcılığınm
erkən dövrü yeniyetməlik illərindən İrəvanda Sərdar
sarayınm bərpasına qədər olan
dövrü (XIX əsrin 40-50-ci illərini) əhatə edir. Bu
dövrdə rəssam ipək və qızılı saplardan tikmələr,
kağız üzərində trafaret-rəsmlər, klassik şərq
üslubunda sadə süjetlər (“Qızıl gül və bülbül”),
laklı və
şüşə üzərində rəsmlər çəkmişdir. Onun erkən dövr
portretlərindən “Xəncərli kişi”, “Rəqqasə”,
Dərviş”, “Molla’ və başqalannı göstərmək olar. Bu
dövrdə rəssamın yaradıcıhğı hələ inkişaf
mərhələsində idi. “Dərviş” portretində dərvişin
paltarının ətəklərinin, əllərinin (bannaqlarmm)
sxematik təsviri, müəyyən kompozisiya şərtilikləri
rəssamın yaradıcıhğının hələ tam
formalaşmadığmı göstərir.
Mirzə Qədimin yaradıcılığının ikinci, yetkin dövrü
XIX əsrin 50-ci illərinə təsadüf edir. Həmin
dövrdə o, İrəvanda Sərdar saraymın bərpası işinə
cəlb olunmuş, Güzgülü zalı bərpa etmişdi. Bununla
yanaşı, Mirzə Qədim saray üçün dörd böyük portret
panno işləmişdi. Yağlı boya ilə çəkilmiş bu
portretlər Azərbaycan panel incəsənətinin ilk
nümunələri hesab edilir. Realist tərzdə işlənmiş bu
portretlərdə Fətəli şah, Abbas Mirzə, İrəvanm
sonuncu xanı Hüseynqulu xan və Şahnamə nin
əfsanəvi personajı olan Rtistəm Zal təsvir
edilmişlər.
Rəssam Fətəli şah obrazım ikonoqrafık tərzdə
işləməklə yanaşı, onun məlum təsvirləri ilə
müəyyən oxşarlığın əldə olunmasına çalışmışdır. Belə
ki, o, Fətəli xam İran şahlanna xas olan uzun,
qara saqqallı, əynində zəngin bəzədilmiş qırmızı
xalat, belində uzun, əyri qılınc, oturmuş vəziyyətdə
təsvir etmişdir. Fətəli xanın baxışları tamaşaçıya
deyil, bir qədər kənara dikilib. Onun üzündəki
soyuq, təmkinli ifadə Şərq portret sənətinə xas olan
sxematizmin təzahürüdür. Hüseynqulu xanın
portretinə gəlincə, rəssam onu zəngin bəzədilmiş
saray interyerində deyil (Fətəli şahın poıtretində
olduğu kimi), lirik xarakterli təbiət qoynunda
təsvir edib. Fətəli şahla müqayisədə Hüseynqulu
xanın
siması daha ifadəli olub nəzərləri tamaşaçıya
yönəlmişdir. Xanın başı üzərindəki səmada ağ
buludlar
lirik ovqat yaradır. Maraqlıdır ki, xanın arxasında
görtinən şişuclu dağlar məhz İrəvan ətrafındakı
dağları və sivri qayaları xatırladır.
Rəssamın Sərdar sarayı üçün çəkdiyi Rüstəm Zalın,
vəliəhd Abbas Mirzənin, xanın kiçik
qardaşı Həsən xanın portretləri daha təsirli,
emosional cizgilərlə yadda qalır. Hərbı geyımdə
təsvır
edilmiş Həsən xanın portreti maraq doğurur. Onun
qətiyyətli görünüşü, Koroğlunun bıglarmı
xatırladan uzun bığları vardır (Həsən xan qardaşı
Hüseynqulu xandan yaşca xeyli kiçik, həm də
peşəkar döyüşçü olduğundan saqqal saxlamırdı). Sağ
əlini iddialı tərzdə dizinə dayanması, sol əli
ilə belinə bağladığı qılıncın dəstəsindən Uıtması
portretdə təsvir olunanın cəsurluğunu, ləyaqətını və
igidliyini rəmzi formada əks etdirir.
Mirzə Qədim İrəvaninin yaradıcılığının son dövrü
onun həm də bədii cəhətdən kamillik
dövrüdür. Rəssam bu dövrdə monumentalçılıqdan
uzaqlaşmış, dekorativliyə meyil etmiş, əsasən, 5
məişət xarakteı-li kiçikölçülü portretləra üstünlük
veraıişdir. Rəssamın bu dövrdəki rəsmlərının :g
əksəriyyəti kağız üzərində sulu boya ib çəkilib.
Bunlardan “Şahzadə Aleksandnn arvadt ilə
portreti”, “Gənc oğlanm portreti” (və ya Qacar
şahzadəsi Vəciulla Mirzənin portreti,
“Mah Tələtin portreti” (hamısı 1860-cı illər),
“Əyləşmiş gənc qadın portreti” (1870) və başqalarım qeyd etmək olar. Donuq, lakin nisbətən ifadəli sima,
zəngitı geyim və mteryer bəzəklən, məkan
həllinin Avropa rəssamlığına xas olan, lakin
nisbətən bəsit təsır bağışlayan uçolçülu qunıluşu,
ışıq- kölgənin olmaması bu portretlərin və ümumiyyətlə,
rəssamın yaradıcılığının xarakterık cəhətləridir.
Mirzə Qədim İrəvaninin Qacar üslubuna yaxınlığı ilə
seçilən portretləri XIX əsrin digəı tanın- '
mış Azərbaycan portretçi-rəssamlan - Allahverdi
Əfşar, Məhəmməd Əfşar, Əbdül Qasım Təbrizi jg
və başqalarmın bədii üslubu ilə müəyyən yaxınlıq
təşkil edir. Bu, İrəvan rəssamlıq ənənələrinin
Azərbaycanın digər rəssamlıq mərkəzləri ilə sıx
yaradıcılıq əlaqələrinə malik olduğunu göstənr.
İrəvan şəhəri istedadlı Azərbaycan rəssamlarının
vətənidir. Onların arasında Azərbaycan xalça
sənətinin mahir ustadı, Xalq rəssamı Kamil Müseyib
oğlu Əliyev (1921-2005) də vardır. Onun
yaratdığı xalçalar, o cümlədən xalça üzərində
portret təsvirləri təkcə respublikada deyıl, butun
dünyada geniş şöhrət qazanmışdır. K.Əliyev kasıb
ailədə dünyaya göz açıb. O, ailəsi iiə İrəvanı tərk
edəndə 8 yaşı vardı. “Bu illər ermənilərin
azərbaycanlılara qarşı amansızcasma yürutduklən
qaıılı
soyqmmı siyasətinin qurbam olan millətimiz baş verən
ağrıh-acılı hadisələrdən irəli gələrək öz dədə-baba
yurdlarını tərk etmək məcburiyyətində qalmışdılar” . Bakıya köçdükdən sonra
K.Əliyevin sənət dünyası inkişaf etməyə başladı.
Tezliklə gənc rəssam xalça sahəsində tanınmış
ustada çevrildi. Onun sonrakı sənət yolu isə müasir
Azərbaycan xalçaçılığının inkişafı ilə sıx baglı
olmuşdur.
Teatr-dekorasiya sənəti. İrəvan Azərbaycan teatr
mədəniyyətinin erkən və böyük
ocaqlanndandır. Hələ XIX əsrin 80-ci illərində
burada təəssübkeş Azərbaycan ziyalılarının iştirakı
ilə tamaşalar göstərilirdi. O dövrdə Bakı, Gəncə,
Naxçıvan və Şuşa teatrlarmda olduğu kimi, İrəvan
teatnnda da bədii tərtibat, əsasən, rejissorlar və
iştirakçılar tərəfındən yerinə yetirilirdi.
Ermənistanda Sovet hakimiyyəti qurulanadək İrəvan
teatrında peşəkar rəssam olmayıb. Yalnız
1920-ci illərin ortalanndan etibarən səhnədə bədii
tərtibat işləri yerinə yetirilməyə başlanıb.
İrəvan teatrının əsl sənət intibahı uzun fasilədən
sonra, 1967-ci ildə qapılarını yenidən
tamaşaçılann üzünə açdığı dövrdən başlanır. Bu
proses Azərbaycan teatrının və təsviri sənətinin
ümumi inkişafı ilə bilavasitə əlaqədar olub teatra
azərbaycanlı rəssamların cəlb edilməsində təzahiir
edirdi. Həmin dövrdə Qərbi Azərbaycanda yaşayıb
yaradan fırça ustası, Ermənistanm Əməkdar
rəssamı Cabbar Quliyev (1922-2004) teatrla sıx
əməkdaşlıq etməyə başladı.
1968-ci ildə Cabbar Quliyev Cəfər Cabbarlının İrəvan
Dövlət Azərbaycan Dram Teatrında
(İDADT) oynanılan “Solğun çiçəklər” pyesinin
(rejissorlar Zülfüqar Abbasov, Kamil Məhərrəmov)
və Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura
düşdük” komediyasının (rejissorlar Ziilfıiqar
Abbasov və Tariyel Qasımov) bədii tərtibatım verdi.
“Tamaşanın forma prinsipləri rəssam Cabbar
Quliyev tərəfındən maraqlı həllini tapmışdı. Bu
tərtibatın rəng koloritindən, dekorlann qurulma
prinsiplərindən hiss olunurdu ki, teatr
səhnəqrafıyanı tamaşanın bədii atribut-obrazı
vüsətinə
qaldırmaq cəhdində inamlı addımlar ata bilər”. Zəngin milli kolorit, səhnə rekvizitlərindən
məharətlə istifadə edilməsi, həcmli və müstəvi
dekorasiyalarm ahəngdar düzülüşü bu tərtibatlarm
əsas bədii-estetik cəhətləri idi. C.Quliyev həmçinin
eskiz və geyim sahəsində də xeyli təcrübə
toplamışdı. O, klassik və müasir Azərbaycan teatr
rəssamlarının sənət xiisusiyyətlərini diqqətlə
öyrənir, onları İrəvan teatrının səhnəsində
yaradıcılıqla inkişaf etdirirdi.
1971-ci ildə artıq səhnəqrafıya sahəsində xeyli
təcrübə toplamış Cabbar Quliyev M.F.Axundzadənin
“Molla İbrahimxəlil kimyagər” tamaşasının (quruluşçu
rejissor Hilal Həsənov) bədii
tərtibatmı hazırladı. “Yağışdan çıxdıq, yağmura
düşdük” tamaşasında yaddaqalan interyer tərtibatı
quran rəssam bu dəfə realist bədii ifadə formaları,
təbii görünüşü ilə diqqəti cəlb edən təbiət
mənzərələri, maraqlı kostyum nümunələri nümayiş
etdirdi.
İDADT-da rejissor kimi çalışan Vəli Babayev də bədii
tərtibat məsələlərində Cabbar Quliyevə
yardım edirdi. O, Bəxtiyar Vahabzadənin teatrda
tamaşaya qoyulan “İkinci səs” (1971) tamaşasma
ikinci bədii tərtibatçı kimi cəlb edilmişdi.
1971-ci il İrəvan teatrı səhnəqrafıyasının inkişaf
dövrüdür. Həmin il Naxçıvan Dövlət Dram
Teatnnın baş rəssamı, muxtar respublikanın Xalq
rəssamı Məmməd Qasımov, həmçinin
Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alan
gənc rəssam Fuad Qafarov (o, sonralar
Əməkdar rəssam fəxri adını aldı) İrəvan teatrına
ezam olundular.
İrəvan teatrında Məmməd Qasımov tanınmış osetin
yazıçı-dramaturqu Georgi Xuqayevin
“Arvadımın əri” (rejissor Hilal Həsənov), Fuad
Qafarov isə Üzeyir Hacıbəylinin “Arşın mal alan”
(rejissor Hilal Həsənov) tamaşalarının bədii
tərtibatını hazırladılar. Məmməd Qasımov Naxçıvan
teatrında yaratdığı monumental realist sənət
ənənəsini İrəvan teatrı səhnəsində uğurla inkişaf
etdirdi,
bununla da tarixən bu iki yaxın teatr mühitini
müasir dövrdə bədii tərtibat müstəvisində bir-biri
ilə
əlaqələndirdi. Fuad Qafarova gəlincə, o, daha çox
hazır rekvizitlərdən istifadə edir, eyni zamanda
tamaşanm məzmunu ilə vizual ahəngdarlıq təşkil edən
milli geyim formalannın səhnədə
görünməsinə xüsusi diqqət verirdi. Əsərin məzmununa
uyğun olaraq o, Əsgəri və dostu Süleyman
bəyi həmin dövrə xas olan avropasayağı ziyalı
kostyumunda, Cahan xalanı, Vəlini, eləcə də qızları
(Gülçöhrə, Asya və Tellini) əksinə, milli geyimlərdə
səhnəyə çıxarmaqla koloritli, diqqəti cəlb edən
sintez yaratmağa nail oldu. Əlbəttə, o dövrdə gənc
olan Fuad Qafarov tanınmış Azərbaycan teatr
rəssamlarının ıııövcud təcrübəsini əldə rəhbər
tuturdu. İrəvanda qazandığı uğurlar gənc rəssamın
bir
növ böyük sənət qarşısında imtahanı oldu.
1979-cu ildə Fuad Qafarov bir daha İrəvan teatrına
ezam edildi. Bu zaman o, Moskvada, SSRİ
Mədəniyyət Nazirliyi nəzdindəki ixtisasartırma
kurslannda oxuyur, Böyük Teatrda staj keçirdi.
Həmin il Fuad Qafarov yazıçı Anarın Dövlət
mükafatına layiq görülmüş “Şəhərin yay günləri”
(rejissor Tofıq Ağayev) tamaşasınm rəssamı oldu.
198l-ci ildə səhnədə lirik-romantik tərtibat
məktəbinin təmsilçisi, sonralar Xalq rəssamı fəxri
adını alacaq Tahir Tahirov İrəvan teatnna dəvət
aldı. T.Tahirov o zaman İDADT-ın direktoru
vəzifəsində işləyən yazıçı-dramaturq Hidayətin “Məni
qınamayın” tamaşasının (rejissorlar Ağakişi
Kazımov, Aydın Əliyev) bədii tərtibatını verdi.
Əsl təəssübkeş ziyalı olan Cabbar Qasımov 1988-ci
ildə teatr öz yurd-yuvasından didərgin
düşdükdən sonra da ondan aynlmadı, müxtəlif
tamaşalara eskizlər işlədi. “1989-1993-cü
illərdə İrəvan teatrının əksər tamaşalarınm bodii
tərtibatı Cabbar Quliyev tərəfındən hazırlanıb.
Yalnız bəzi tamaşalara Marina Vəliyeva, Rafael
Əsədov və başqalan tərtibat vermişlər. 1994-cü
ildən Rza Avşarovun truppaya cəlb olunması İrəvan
teatrı səhnəqrafiyasına yeni nətəs gətirdi .
Bununla da teatrın fəaliyyətinin Bakı dövrü
başlandı. İDADT 30 ildən çoxdur ki, Bakıda fəaliyyət
göstərir. Bu müddət ərzində teatrla Nabat Səmədova,
Rəşad Şerif, İlqar Əkbərov, Xəqani Əliyev,
Vahid Mürsəliyev və başqa rəssam və bədii
tərtibatçılar uğurla əməkdaşlıq etmişlər. Hazırda İrəvan teatrı ilə təcrübəli rəssamlarla
yanaşı, gənclər də əməkdaşlıq edir. Müasir dövıdə
İrəvan teatrı səhnəqrafıyası Azərbaycan teatr
rəssamlığınm bir hissəsini özündə əks etdirməklə
milli
mədəni proseslərə sürətlə inteqrasiya edir.
İrəvan şəhəri XVII-XIX əsrlər Avropa və rus
rəssamlarının yaradıcılığında. Azərbaycanın
tarixi şəhərlərindən olan İrəvan XVII - XIX əsrlərdə
yaşayıb yaratmış Avropa və rus rəssamlannm
rəsm əsərlərində dəfələrlə təsvir olıınub. Bu
əsərlər realistliyi, tarixi-mədəni əhəmiyyəti ilə
diqqəti
cəlb edir. İrəvanın müxtəlif dövrlərdə xarici
rəssamlar tərəfındən çəkilmiş rəsmləri şəhərin
tarixi
görüniişü, memarlıq abidələri, ayn-ayn tikililəri,
insanlann məşğuliyyəti, geyimi və s. haqqmda
ətraflı təsəvvür yaradır. Maraqlıdır ki, foto
səııətinin mövcud olmadığı zamanlarda çəkilən
şəkıllər təkcə bədii deyil, həm də hərbi-topoqrafık
cəhətdən ciddi əhəmiyyətə malik olmuşdur. Əsasən
sxem,
çertyoj və qravür xarakteri daşıyan bu təsvirlər
vasitəsilə rus ordusu İrəvan şəhərinin plan quruluşu
ilə tanış olur, onun topoqrafiyasım, landşaftım,
istehkam müdafıə sistemini öyrənirdi. İrəvan
qalasının ruslar tərəfindən alınmasmda bu
təsvirlərin müəyyən rolu olmuşdur. Sonralar
rəssamlar
daha çox yaglı boya ilə tablolar yaratmaga
başladılar. Bu tablolarda rus ordusunun qələbələri
əks
olunmaqla yanaşı, şəhər həyatmm ayrı-ayrı lövhələri
də öz əksini tapırdı.
XVII əsr fransız səyyahı Jan Şarden bir neçə dəfə
Şərq ölkələrinə səyahət etmiş, dörd il Səfəvilər
dövlətinin paytaxtı İsfahanda yaşamışdı. J.Şarden
həm də qravürçü rəssam kimi tanınırdı. O, “İrəvan
qalasının panoramlı görünüşü” adlı qravürün (1672)
müəllifıdir. Qraviir şəhərin görünüşünii və
onun ətrafındakı dağları dəqiq əks etdirir. Şarden
öz işinə məsuliyyətlə yanaşmış, şəhəri, ayrı-ayrı
məhəllələri, hətta evləri dəqiqliklə təsvir
etmişdir. Rəsmdə evlərin həyətləri, burada bitən
ağaclar,
şəhərin kənarından axan Zəngi çayı, İrəvanlılann
şəhərətrafı bağ və əkin sahələri, müsəlman və
xristian ibadətgahları çox dəqiq əks olunmuşdur. Bütün bunlar qravürü rəsm əsərindən
daha çox mahir kəşfıyyatçınm hazırladığı xəritəyə,
çertyoja bənzədir.
Rus təsviri sənətində İrəvan şəhərinin görünüşləri
daha çoxdur. Bunlardan Mixail Matveyeviç
İvanov (1748-1823), Qavrilo Sergeyeviç Sergeyev
(1765-1816), Karl Petroviç Beqqrov (1799-
1875), Qriqori Qriqoryeviç Qaqarin (1810-1893),
Frans Alekseyeviç Rubo (1856-1928) və başqalarının
əsərlərini göstərmək olar. Əsasən, yağlı boya və
qravür texnikasında çəkilmiş bu əsərlərdə
İrəvan şəhərinin müxtəlif təsvirləri yer almışdır.
M.M.İvanovun “İrəvan şəhərinin bir hissəsi”,
İrəvanm ətrafında və başqa əsərləri məlumdur. İrəvan şəhərinin bədii cəhətdən mükəmməl təsir
bağışlayan rəsmlərindən birini tanmmış rus hərbi
topoqrafı və rəssamı Q.S.Sergeyev çəkmişdir.
Əsər İrəvan şəhərinin görünüşü’ (1796) adlanır.
Q.Sergeyev peşəkar rəssamlıq təhsili almamış,
hərbi ekspedisiyalarda topoqrafıya işləri zamanı
rəssamlıq sənətinə yiyələnmişdir. O, 1796-cı ildə
Dərbənd, Quba, Bakı, Şirvan, Qarabağ və Gəncə
xanlıqlarım zəbt edən general V.A.Zubovun
ordusunun tərkibində rəssam-topoqraf kimi Qafqaza
gəlmiş, Dərbəndin, Bakmın, İrəvanm, Tiflisin
və başqa şəhərlərin yağlı boya və qravür
texnikasında rəsmlərini çəkmişdir. Maraqlıdır ki,
1793-94-cü illərdə Sergeyev Osmanlı imperiyasındakı rus
səfırliyində xidmət etmiş, İstanbulun gözəl
mənzərələrini yaratmışdır. O, rus təsviri sənətində
türk mövzusunda əsərlər çəkmiş ilk rəssamdır.
"İrəvan şəhərinin görünüşü” qraviirü realist təbiət
səhnələri ilə zəngindir. Ön planda şəhərətrafı
yaşıllıqlar və əkiıı sahələri, orta planda Zəngi
çayı, arxa planda isə İrəvan qalası təsvir
edilmişdir.
Q.Sergeyev İrəvanı tipik müsəlman şəhəri kimi əks
etdirib. Divarlarla əhatə olunmuş qala daxilində
evlər, o cümlədən şəhərin müxtəlif hissələrində iki
məscid minarəsi diqqəti cəlb edir. Zəngi çayının
üstündəki körpü dördaşırımlı olub memarlıq və
kompozisiya xüsusiyyətlərinə görə Xram çayı
üzərindəki Qırmızı körpünü xatırladır. Körpünün üstü ilə üzü şəhərə doğru dəvə karvanı
hərəkət edir ki, bu da həmin dövrün azərbaycanlı
məişətini əks etdirir. Nəhayət, kompozisiyada
təsvir edilmiş insanlar xarakterik azərbaycanlı
geyimindədir. Ön plandakı ortayaşlı, saqqallı
kişinin
başında buxara papaq, əynində yaxası açıq, qolları
kəsik çuxa vardır. Bu, istər İrəvan zonası, istərsə
də digər bölgələrdə geniş yayılmış ənənəvi
Azərbaycan geyim tipi olmuşdur.
Almanmənşəli rus akvarelçisi və litoqrafçı-rəssamı
K.P.Beqqrov da İrəvan mövzusunda əsər
çəkmişdir. Onun “İrəvan qalasının hücumla alınması.
1 oktyabr 1827-ci il” adlı litoqrafıyası şəhər
tarixinin faciəli səhifəsinə həsr olunub. Lakin
rəssam rus təbəəsi olduğundan bunu rus silahının
zəfəri kontekstində təqdim etmişdir. Geniş panoramlı
tabloda ön planda rus qoşunları, arxa planda
isə İrəvan qalası təsvir olunub. Rus
artilleriyasının aramsız top atəşlərindən topa-topa
ağ tüstü
səmaya qalxır. Sağ tərəfdə piyada dəstələri qalaya
doğru irəliləyir. Şəhər hələ təslim olmayıb və
işğalçılara inadlı müqavimət göstərir. Beqqrov digər
rəssamlar kimi İrəvanın ayrı-ayrı tikililərini, o
cümlədən şəhərin müxtəlif hissələrində ucalan
ınəscid minarələrini aydın təsvir etmişdir.
Görkəmli rus rəssamı Q.Q.Qaqarin də ötən əsrin
ortalarında Qafqazda olmuş, Azərbaycan
məişətini, tarixi-memarlıq abidələrini əks etdirən
rəsmlər çəkmişdir. Bunlardan biri də İrəvan
sərdarının sarayı. Giizgülü zal” əsəridir. Əsərdə
sarayın güzgülü interyer bəzəkləri, divar rəsmləri,
pannolar, habelə saraydakı insanlarm geyimləri
dəqiqliklə və realist səpkidə əks edilib. Bu şəkil İrəvan sərdarı sarayının interyer
bəzəklərinin əks olunduğu ən kamil bədii yaradıcılıq
nümunələrindən biridir.
İrəvanın çar qoşunları tərəfındən işğal edilməsini
əks etdirən dramatik tablolardan birini alman
mənşəli rus panoramçı-batalisti F.A.Rubo çəkmişdir.
Əgər K.P.Beqqrovun litoqrafıyasında rus
qoşunlarının qalanı top atəşinə tutması təsvir
edilirsə, F.A.Rubonun yağlı boya ilə işlədiyi İrəvan
qalasının təslim edilməsi” tablosunda artıq qalanın
təslim olması və rus qoşunlarının nizamla, iri
cərgələrlə qalaya daxil olması səhnəsi əks olunub.
Onların qarşısında isə təslim olmuş
İrəvan xanının qoşununun qalıqları uzun cərgələrlə
tabe vəziyyətində dayanmışlar. Tüfəngləıi ayaq
altında, yan-yana yerə düzülmüşdür. Ön planda
xanlığın yerə atılmış qırmızı rəngli bayrağı
görünür.
Kompozisiyanın mərkəzinə yaxın yerdə rus zabitinin
xanlığın bayrağının dəstəsindən tutaraq onu
başı aşağı yerə dirəməsi diqqətdən yayınmır. Arxa
planda şəhər tikililəri, o cümlədən Göy məscid
görünür. Rubonun batal əsərlərinin bir çoxu
panoramlıdır. Bu, döyüşün getdiyi əraziləri ətraflı
təsvir
etmək üçündür. Sözügedən əsər də panoramlı əsərlərə
aiddir. Əsərin sağ hissəsində şəhərdən kənarda, çöldə rus qoşunlannm yeni dəstələrinin
qalaya daxil olmaq üçün irəliləməsi göstərilmişdir.
Nəticə olaraq xatırladaq ki, İrəvan şəhəri
Azərbaycan xalq sənətləri və təsviri incəsənətinın
tarixən təşəkkül tapmış mühüm mərkəzlərindən biri
olmuşdur. Burada xalq yaradıcılıgının müxtəlif g
sahələri, divar boyakarlığı, sonralar isə həm də
realist təsviri incəsənət və səhnəqrafıya sənətı
ınkışal
etmişdi. İrəvanm azərbaycanlılar tərəfındən
yaradılmış xalq sənəti və təsviri incəsənəti milli
bədii
mədəniyyət tariximizdə özünə mölıkəm yer tutmuşdur.
Bu sənət heç zaman yaddaşlardan
silinməyəcək, daim öz əhəmiyyətini və aktuallığını
qoruyub saxlayacaqdır.
|