Ermənilərin
azərbaycanlılardan mənimsədikləri ən mühüm sahələrdən biri musiqidir: Azərbaycan xalq musiqisi ilə toy
şənliklərini keçirən, xalq musiqimizin təsiri altında tərbiyə olunaraq
nəsilbənəsil dəyişən ermənilər bu gün həyasızcasına həmin musiqinin erməni folkloruna
aid olduğunu sübut etməyə çalışırlar. Bunun üçün onlar uzun illər boyu
Azərbaycan xalq mahnılarının şeir mətnlərini erməni dilində
yazılmış mətnlərlə əvəzləmiş, rəqs melodiyalarımızın adlarını dəyişmiş, xalq
musiqimizin melodik məzmununa yad intonasiyalar daxil etmişlər. Xalq rəqslərimizin ermənilər tərəfındən
mənimsənilməsində ən zərərçəkmiş janrlarından biri - “yallı”lar olmuşdur.
Hər kəsə məlumdur ki, yallı kollektiv şəkildə oynanılan kütləvi rəqsdir və
hər bir yallının da öz fərdi oyun qaydası, gediş hərəkətləri vardır.
İrəvanda və onun digər mahallarında vaxtilə azərbaycanlılar tərəfındən
yaradılmış və sevilə-sevilə oynanılmış yallı havaları artıq ifa edilmirdi. Çünki
yallıların gediş hərəkətlərini bilən insanlar öz doğma yurdlarını
tərk etdikdən sonra pərakəndə şəkildə Azərbaycanın müxtəlif bölgələrinə
səpələnmiş, digər qonşu dövlətlərin ərazilərində məskunlaşmışlar.
Uzun illər boyu oynanılmayan İrəvan yallılarımızın zaman ötdükcə həm
xoreoqrafık gediş hərəkətləri, həm də musiqi məzmunu unudulmuşdur.
Həmin yallıların yenidən bərpa edilməsi üçün Azərbaycanın bütün
bölgələrini əhatə edən tədqiqatlar aparılmalı idi. Çünki İrəvandan məcbur
çıxarılmış ailələrin harada, hansı bölgədə, hansı kənddə məskunlaşdıqları
bəlli deyildi. Həmin insanların yaşadığı ünvanı öyrənmək, yallıların
musiqisini və oyun qaydalarını bilən şəxsləri tapmaq
çox uzun zaman tələb edirdi. Təəssüflər olsun ki, həmin yallılar zamanında toplanmamış,
müəmmalı səbəblərdən bu işə laqeydlik göstərilmişdir. Bundan istifadə edən
ermənilər isə vaxtilə azərbaycanlılardan öyrəndikləri yallıların adlarını
dəyişərək, onlara yeni xoreoqrafık quruluş verərək oynamış və bu gün də bir
çox dünya ölkələrinin səhnələrində erməni rəqsi kimi nümayiş
etdirməkdədirlər.
|