Cabbar Quliyev 19 may 1922-ci
ildə Ermənistanın Zəngibasar mahalında Haçaparaq (Zəhmət)
kəndində anadan olmuşdur.
1941-ci ildə İrəvan Dövlət Pedaqoji texnikumunu
bitirmişdir.
O, İkinci Dünya müharibəsində iştirak edərək,
İtaliya və Yuqoslaviya partizan hərəkatının fəal
üzvlərindən olub. Onun döyüş yoldaşları Sovet
İttifaqı Qəhrəmanıl Mehdi Hüseynzadə, tanınmış
partizanlar Cavad Həkimli, İbrahim Bayramov və
başqaları olmuşdur. Müharibədən sonra 45 il
müəllimlik edib.
Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.
1961-ci ildən 1988-ci ilə kimi İrəvan Dövlət
Pedaqoji İnstitutunda müəllim işləmişdir.
1967-ci ildə Əməkdar Pəssam fəxri adına layiq
görülmüşdür. 50 illik rəssamlıq fəaliyyəti dövründə
4000-dən artıq əsər yaradıb, 23 dəfə fərdi sərgisi
təşkil olunub. Dünyanın 20-dən artıq ölkəsinin
muzeylərində və şəxsi kolleksiyalarda əsərləri var.
1988-ci ildə erməni zorakılığı üzündən Azərbaycana
köçüb. Burada o, Azərbaycan Rəssamlar ittifaqının
üzvülüyünə qəbul olunub.
C.Quliyev əsasən mənzərə janrında işləyən rəssam
olmuşdur. Lakin Qarabağ müharibəsi ilə bağlı bir
neçə kompozisiya yaradıb: onlardan "Qaçqınlar", "Xocalı
faciəsi", "20 yanvar", "Biganəlik","Haray" və s.
Tarixi şəxsiyyətlərdən "Füzuli", "Xəstə Qasım", "Aşıq
Ələsgər"in yeni kompozisiyada portretini yaradıb.
Dədə Qorqudun, Miskin Abdalın obrazlarını
canlandırıb. |