Əhməd Səttar oğlu Cəmilzadə
1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının
İrəvan şəhərində sənətkar ailəsində doğulmuşdur.
İbtidai və orta təhsilini Gəncədə almışdır.
«Gözəl Qafqaz» adlı ilk şeiri 1928-ci ildə «Qızıl
Gəncə» jurnalında dərc olunmuşdur. Azərbaycan
Proletar Yazıçılar Cəmiyyətinin Gəncə bölməsində
fəal iştirak etmişdir.
Sonra Bakıda Ali Pedaqoji İnstitutun ədəbiyyat
fakültəsində təhsilini davam etdirmişdir
(1930-1933). Şəmkir rayonunun Zəyəm kəndində
(1933-1936), sonra Gəncədə (1936-1940) orta və ali
məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin
sentyabr ayından Azərbaycan Sovet Yazıçılar
İttifaqında poeziya bölməsində məsləhətçi, «Ədəbiyyat
qəzeti»ndə ədəbi işçi, məsul katib işləmiş, sonra
ittifaqın məsul katibi seçilmişdir (1940-1942).
İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz və
Krım cəbhə qəzetləri redaksiyalarında çalışmışdır
(1942-1943). O, 1944-1948-ci illərdə Yazıçılar
İttifaqı İdarə Heyətinin məsul katibi vəzifəsində
işləmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar
İttifaqında məsləhətçi, 1951-ci ildə «Ədəbiyyat
qəzeti»ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə
baş redaktor, redaktor (1953-1955), Azərbaycan
Mədəniyyət Nazirliyində məsləhətçi (1956-1959), «Azərbaycan»
jurnalının redaktoru (1959-1960), Azərnəşrin baş
redaktoru (1962-1963), Gənclik nəşriyyatında
redaktor (1964-1967), «Ulduz» jurnalında baş
redaktor işləmişdir (1973-1977). Rus, gürcü, Ukrayna,
erməni, özbək, belorus, tacik və s. dillərdən
Azərbaycan dilinə tərcümələr etmişdir. Onlardan bu
tərcümələri nümunə gösdərmək olar.
S.V.Mixalkov. V.İ.Lenin
muzeyində. Bakı: Uşaqgəncnəşr, 1951, 29 səh.
Lenin və Stalin haqqında. Bakı: Uşaqgəncnəşr, 1953,
36 səh.
M.Y.Lermontov. Borodino. Bakı: Uşaqgəncnəşr, 1956,
16 səh.
A.Tvardovski. Lenin və peçqayıran. Bakı: Usaqgəncnəş,
1960, 12 səh.
S.M.Marşak. Naməlum qəhrəman haqqında hekayə. Bakı:
Uşaqgəncnəşr, 1962, 13 səh.
M.Mirşəkər. Mahtab. Bakı: Azərnəşr, 1964, 32 səh.
Y.V.Höte. Faust. Bakı: Azərnəşr, 1970, 501 səh.
Dost ellər, dost nəğmələr, Bakı: Gənclik, 1975, 22
səh.
Y.V.Höte. Faust. Bakı: Yazıçı, 1986, 518 səh.
Sayat Nova, Qulaq Sözümə (erməni dilinən
tərcümə edilmiş şerlər), Yazıç, 1988, səh. 82–122
Əhməd Cəmil 1977-cı ildə Bakıda vəfat etmişdir. |