Fərman Kərimzadə 1937-ci il martın 3-də
Ermənistan SSR-in Vedi rayonunun Böyük Vedi kəndində
anadan olmuşdur. İbtidai təhsilini orada almış
(1944–1951), orta məktəbi isə Beyləqan rayonunun
Şahsevən kəndində bitirmişdir (1954). Əzim Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil
almışdır (1955–1960).
İsmayıllı və Jdanov (indiki Beyləqan) rayonlarında
orta məktəb müəllimi olmuşdur (1962–1965). Sonra "Yüksəliş"
rayon qəzeti redaksiyasında ədəbi işçi, şöbə müdirü,
məsul katib işləmişdir (1962–1965). Moskvada
Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun
ssenari fakültəsinin ikinci kursunu bitirmişdir
(1965–1967). Azərbaycan Dövlət Televiziya və Radio
Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron",
"Ədəbiyyat və incəsənət" qəzetlərinin redaksiyasında
şöbə müdiri, ədəbi işçi (1966–1970), C. Cabbarlı
adına "Azərbaycan film" kinostudiyasında kollegiya
üzvü (1970–1977), "Ədəbiyyat və incəsənət" qəzetinin
xüsusi müxbiri (1977–1980) olmuşdur. Şüvəlan
yaradıcılıq evinin direktoru (1980–1981) işləmişdir.
F. Kərimzadə "Çaldıran döyüşü", "Xudafərin körpüsü"
tarixi əsərlərinin[3], "Təbriz namusu", "Qarlı
aşırım" (bu əsərin əsasında "Axırıncı aşırım" bədii
filmi çəkilmişdir), "Qoca qartalın ölümü" və sair
məşhur əsərlərin müəllifidir.
|